Адил Ъямил
54
VƏTƏN
Bir ovuc torpağın olsam ölmərəm,
Qəriblər pay umar səadətimdən.
Sonun harda bitir deyə bilmərəm,
Əvvəlin başlayır məhəbbətimdən.
Zirvəsən, dərəsən, çaysan, dənizsən,
Genişsən sahilsiz düzlərin kimi.
Sən necə büllursan, necə təmizsən
Sevdiyim gözəlin gözləri kimi.
Hər kəsi qəlbində bir övlad bilib
Hamıya bir gözlə baxmısan, Vətən.
Anamın müqəddəs südüylə gəlib
Qəlbimə, qanıma axmısan, Vətən!
1978
Сечилмиш ясярляри
55
DAĞLARIN TÖHFƏSİ
Məhsul bayramı keçirən Kəlbəcər əməkçilərinə
Quru qayalara dəydi əliniz,
Qaya çiçəklədi,
daş çiçəklədi.
Gündoğan tərəfdən gəldi iliniz,
Dağlara döşənən qış çiçəklədi…
Torpağa açdınız ürəyinizi,
Əkindən, biçindən doymadınız siz.
Dağlara söykəyib kürəyinizi
Günəşi batmağa qoymadınız siz.
Elin gur səsinə qatıb səsini
Aşdı zirvələri çoban, naxırçı.
Bəyaz çiçəklərin ağ şirəsini
Qızıl inəklərdən sağdı sağıcı.
Dediniz: - Buludlar günəşi örtər…
Əkib-becərdiniz yağmurdan qabaq.
Susuz torpaqları suladı Tərtər,
Bir zəmi bitirdi bir ovuc torpaq.
Uca zirvələrin sərinliyini
Küləklər gətirdi dağ ətəyinə.
O çölün, çəmənin şirinliyini
Arılar daşıdı öz pətəyinə,
Daşdı o torpağın barı, bəhəri,
Daşdı sevinc dolu ürəkləriniz.
Адил Ъямил
56
Hər batan axşamı, doğan səhəri
Şimşəklə yazdınız qayalara siz.
Hər səhər lalətək qızaranda dan
O torpaq dil açıb «gəl, becər» dedi.
Ay ana Vətənim,
sənin adından
Bu il də sözünü Kəlbəcər dedi!..
1979
Сечилмиш ясярляри
57
BAHARDA
Balaca evimiz bahara sarı,
Kiçik pəncərəmiz üzü günəşə.
Doğma vətənimin qərib quşları
Səsləyər o başdan bizi günəşə.
Bu necə duyğudu, necə həvəsdi?
Qurumuş ağac da zoğlayıb burda.
Bağçamız beləcə çiçəkləməzdi,
Ağaclar günəşi saxlayıb burda.
Qızıl üfüqlərə boylanıram mən,
Yazın gəlişiylə gəlib durnalar.
Asılıb günəşin şəfəqlərindən
Özünü səmaya sərib durnalar,
Qəribə durnalar, qərib durnalar…
Qarışqa yuvası - zəhmət dünyası,
Köçləri qaraçı köçü kimidir.
Aydınca görürəm bu gələn yazı,
Kainat ovcumun içi kimidir.
1979
Адил Ъямил
58
ŞÖHRƏT MUZEYİ
Döyüş şöhrəti muzeyində düşüncələr
Şöhrəti muzeyə qoyublar sanki,
Burda hər qarışda bir qəhrəman var.
Bir parça məktubdan oxuyursan ki,
Əsgər həyatında neçə roman var.
Baxıram… saralmış şəkildi onlar,
Mərmi yağışında gül üzlər solub.
Sönüb, külə dönüb alovlu anlar,
İnsanı solduran gilizlər solub.
O dərin dənizlər olub bir gilə,
Düşmənlər suyundan içə bilməyib.
Bu ana vətənə atılan güllə
Əsgər sırasından keçə bilməyib.
Həkimlər yoxlayıb əsgər canını,
Ürəkdən arzu yox, güllə çıxıbdır.
Səhralar içdikcə əsgər qanını
Torpaqdan qırmızı lalə çıxıbdır.
Baxıram… Qaynayır döyüşçü gözü,
Öləndən sonra da onlar sağ imiş.
Bir addım qabağa atılmaq özü
Vətəni bir addım artırmaq imiş!..
1980
Сечилмиш ясярляри
59
VƏTƏN BAYATILARI
İz altında itən izdir,
Ürəksizdir, bədənsizdir
O insan ki, el-obasız,
O insan ki, vətənsizdir.
***
Gedər gənclik, gəlməz daha,
Baxt üzünə gülməz daha.
Bir qəribə son nəfəsdə
Vətən versən ölməz daha.
***
Çəmən gördüm, borc istədim,
Qala gördüm, bürc istədim.
Bu torpağı qorumağa
Bu torpaqdan güc istədim.
***
Dağların bənövşə barı,
Bağların güleyşə narı…
Azalmasın, tükənməsin
Vətənin həmişə varı.
Адил Ъямил
60
***
O qızaran qızıl dandır,
Qızıl günəş qızıl qandır…
Bu torpağa qiymət verək,
Hər qarışı qızıldandır.
***
Bülbül ağlar: gülüm hanı?
Sona ağlar: gölüm hanı?
Uyuşmayıb qürbət elə
Qərib ağlar: elim hanı?..
***
O görünən Qoçdaşımdır,
Hər qəlpəsi qaş-daşımdır.
Bu torpağın adi daşı
Nə zamansa baş daşımdır.
***
Vətən, sənsiz axırım yox,
Yolağam yox, cığırım yox.
Ha desələr: Uğur olsun!
Yenə sənsiz uğurum yox…
1980
Dostları ilə paylaş: |