Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

 
    
Адил Ъямил
  
 
 
124
 
*** 
Kökləri dirəndi sarı torpağa - 
Əkdiyim ağaclar böyümədi heç. 
Boylanıb əlimlə saldığım bağa 
Ömrümdə bircə yol öyünmədim heç. 
Əməyim zay oldu, əziyyətim puç- 
Vaysınıb, çırpınıb, döyünmədim heç… 
 
*** 
Hər qərib axşamın, kövrək gecənin 
Ürək sehrləyən bir tilsimi var. 
Keçmişə çevrilən olub-keçənin 
Sinələr göynədən sarı simi var. 
Dünyada insanın insandan özgə 
Özünüz söyləyin, axı kimi var?! 
1983 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
125
 
GÖZƏLİM, GÖYÇƏYİM XƏZƏR 
 
Yuxuda gördüm ki, Xəzərin suyu azalır. 
Əslində əksinə olduğunu bilsəm də həmin 
təşviş mənə bu şeiri yazdırdı… 
 
Alagözlü balıqların 
Su vətəni - Xəzərim hey! 
Göz vurulan, könül sevən 
Mavi donlu gözəlim hey… 
Azalan gördüm suyunu, 
Qısalan gördüm boyunu… 
 
Burum-burum buruqların 
Ey dibsiz dibçəyi Xəzər, 
Od hənirli torpağımın 
Göyümsov göyçəyi Xəzər, 
Sən beləcə buxarlansan 
Suyunda «bitən» balıqlar 
Qopar dalğa «budağından», 
Üzə bilməz Narginəcən, 
Dözə bilməz dar günəcən - 
Çevrilib qağayı olar… 
 
Gözəlim, göyçəyim Xəzər, 
Uğrunda başımı verrəm. 
Suyun azalmasın deyə 
Gözümün yaşını verrəm… 
 
1983 
 
 


 
    
Адил Ъямил
  
 
 
126
 
İLK DƏRS 
 
Qızım Xəyaləyə 
 
Məktəbə gedirsən, qızım, ilk dəfə, 
Sabah imtahandır bu günün dərsi. 
Ağköynək uşaqlar düzülüb səfə - 
Bir sevinc işığı bürüyüb ərzi. 
 
Gedirsən… arxanca boylanıram mən, 
Baxıram ağ çiçək açıb saçların. 
Gedirsən… üstündən keçib-gedirsən 
Bir zaman mən çəkən ehtiyacların… 
 
Gedirsən… xəyalım gedir keçmişə - 
Belə olmayıbdır mənim o çağım. 
Heyran qalmamışam qırmızı «beş»ə, 
Dərdinə qalmışam odun-ocağın. 
 
Cığırım çayırdan, qaratikandan, 
Bəzən də burulub çəməndən keçib. 
Məni buyurubdur hərə bir yandan - 
Atam nə quzudan, nə məndən keçib… 
 
Uçub qar-yağışda məktəb binası, 
Üç sinif olubdur bir sinif orda. 
Sovuşub dünyanın xata-bəlası, 
Yenə ürəyimiz isinib orda. 
 
Xoşbəxtsən, ay qızım, gözün dolmayıb - 
Həmişə, hər yerdə görünənin var. 
Mənim qabağıma çıxan olmayıb, 
Səninsə arxanca sürünənin var… 
 
1985 


Сечилмиш ясярляри
  
 
 
127
 
NƏNƏM OĞUL AXTARIR 
 
Cəbhədən qayıtmayanların xatirəsinə 
 
Gözündə, könlündə zəif bir ümid, 
Başında fikrinin bulud yığını, 
Nə vaxtdır itirib rahatlığını 
Nənəm oğul axtarır… 
 
Ağlayır: - «Bir dəfə görəydim barı 
Qəlbimi ikiyə bölən oğlumu…» 
Üzünün qırışı - cəbhə yolları, 
Göz yaşı - bu yolla gələn oğlumu? 
 
Bilmir ki, o zaman yaşasın deyə, 
Oğlunu sağ bilib oxşasın deyə 
Ondan gizlədilər «qara» kağızı, 
Bütöv ölüm boyda para kağızı… 
 
…Gözündə, könlündə zəif bir ümid, 
Başında fikrinin bulud yığını, 
Çoxdan itirsə də axtardığını 
Nənəm yenə axtarır, 
Nənəm oğul axtarır… 
 
1979 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
128
 
BU DA BİR ÖMÜRDÜR 
 
Bütün tramvaylar tanıyır onu, 
Bütün sərnişinlər ona tanışdır. 
Qocanın sinəsi söz xəzinəsi - 
Qazanmaq istəsən onu danışdır… 
Onu belə gördüm illərdən bəri
Düşməz dodağından o qarğı tütək. 
Çalar təmənnasız, oxuyar pulsuz, 
Hərdən pul verən də tapılar tək-tək. 
Əlini uzatmaz qəpiyə tərəf, 
Heç vədə boylanmaz qapıya tərəf, 
Köksündən nəğmələr uçurar qoca, 
Nəfəsi titrəyər, səsi titrəyər
Tənha ağac kimi uçunar qoca. 
Dərdini nəğməylə qaçırar qoca, 
Baharı oxuyar, qışı oxuyar. 
Toyda yüzə, minə oxuyanlardan 
Bu qoca min dəfə yaxşı oxuyar. 
…Un kimi ağarıb saqqalı, saçı, 
Nəğməsi şirindir, taleyi acı. 
Dizi bükülməyib hər ehtiyaca, 
Ağlaya-ağlaya yaşamaqdansa 
Oxuya-oxuya yaşayır qoca… 
 
1978 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
129
 
AĞLAMAQ İSTƏYİRƏM 
 
Qoyub qabağıma kədər balamı 
Doyunca ağlamaq istəyirəm mən. 
Gözümü yandıran isti göz yaşım 
Soyuq ürəklərin qapılarını 
Döyüncə ağlamaq istəyirəm mən. 
Ömründə bircə yol gülməyənlərin, 
Ömründə ağlamaq bilməyənlərin 
Dərdinə ağlamaq istəyirəm mən. 
Kədərin sevincdən, qəmin nəşədən 
Fərqinə ağlamaq istəyirəm mən. 
Dünyanın bir ucu ölüm-itimdir - 
Ölümü-itimi görüb ağlaram. 
Ağlayan yetimi görüb ağlaram. 
Ağlaya-ağlaya gülərəm də mən, 
Gülərəm ağlayıb kiriyənlərə, 
Gülərəm gülməkdən çürüyənlərə, 
Sonra da görərəm güldüyüm bəsdir, - 
Doyunca ağlamaq istəyirəm mən. 
Arada qıvrılıb yatan Arazın 
Boyunca ağlamaq istəyirəm mən. 
Əlim qardaşımın həsrət əlinə 
Dəyincə ağlamaq istəyirəm mən… 
…Siz Allah, deməyin kişi olan kəs 
Gözünün yaşını saxlasın gərək… 
- Dərd var ki, qadınlar ağlamalıdır, 
Dərd var ki, kişilər ağlasın gərək… 
 
1980 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə