Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

Сечилмиш ясярляри
  
 
 
87
 
KƏNDİM MƏNİM 
 
Səhərləri xoruz banlı, 
Meşələri moruq qanlı 
Bulaqları «soyuqqanlı» 
Talam, bərəm, bəndim mənim - 
kəndim mənim. 
 
Ulduz yağar gecəsinə, 
Layla axar küçəsinə… 
Bir beşikdir neçəsinə 
Ata-baba rəddim mənim - 
kəndim mənim. 
 
Yoxuşunda yorulmuşam, 
Bulağında durulmuşam, 
Bir qızına vurulmuşam, 
Çoxalıbdır «dərdim» mənim - 
kəndim mənim. 
 
1975 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
88
 
YOLUMA ÇIXAN GECƏ 
 
Bugünkü səfərim yaxındır yaman, 
Bir yaxın şəhərə yol gedirəm mən. 
Qəribə bir aləm axtardığımdan 
Özümü yollarda ləngidirəm mən. 
 
Tor çəkir gözümə axşam toranı, 
Sıxır əllərimi bəyaz bir gecə. 
Başlayır göylərin ulduz «boranı», 
Kaş mən də ulduza dönəm indicə… 
 
Belə gecələrdə boylanmışam mən 
Torpağın səmayla yaxınlığına. 
Belə gecələrdə inanmışam mən 
İşığın zülmətlə qohumluğuna. 
 
Bu gecə ulduz yox, od bələyiblər 
Göylərin yeddi qat qalınlığına. 
Elə bil günəşi dənələyiblər, 
Səpiblər gecənin qaranlığına. 
 
1978 


Сечилмиш ясярляри
  
 
 
89
 
*** 
Qara gecə qatıbdılar 
Günəş gözlü gündüzümə. 
Tale keçib namərdliyə
Mən salmışam mərd üzümə. 
 
Pis olmaram pis günümdə, 
Günəşlidir çiskinim də, 
İşıqlıdır nisgilim də, 
İşıq salır dərd üzümə… 
 
Əyriürək, «düz» üzlülər 
Min hiyləli, yüz üzlülər
Nərmənazik qızüzlülər 
Baxa bilməz sərt üzümə… 
 
Yolum, izim tilsim olsa, 
Bir əsimlik hirsim olsa, 
Bu şəhərə «təslim» olsam 
Heç baxarmı kənd üzümə?.. 
 
Qılıncımı qoysam qına, 
Ulu dünya məni qına… 
Sən də “oğul” demə, ana, 
Gətir örpək ört üzümə. 
 
1982 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
90
 
BİR AZ 
 
Bu dumanlı zirvələrdə 
Kaş kəhərim yorta bir az. 
Dağlar mənə nəfəs verə, 
Seyrək havam arta bir az. 
 
Qayalarda yazılarım - 
Uşaqlığın arzuları… 
Otaraydım quzuları, 
Təpinəydim qurda bir az… 
 
Boylanıram yal-yamaca, 
Yollar yoxuş, zirvə haça. 
Qoy söykənim bir ağaca 
Nəfəs alım burda bir az. 
 
Gözüm qartal yuvasında, 
Könlüm yaylaq obasında. 
Bu dağların havasında 
İsti imiş qar da bir az… 
 
Ürəksizə ürək olam, 
Uçuq evə dirək olam. 
Nə zamansa gərək olam 
Doğulduğum yurda bir az… 
 
1980 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
91
 
KÜR BOYUNDA DÜŞÜNCƏLƏR 
 
Dayanmışam sahilində Bozdağın 
Göy üzündən göyümsovdu Kür üzü. 
Hər dalğanın «budağında», «qolunda» 
Puçurlayıb bir balığın kürüsü… 
 
Karvanına qoşub dalğa-dəvənin 
Xəyal çıxır səfərinə dünənin… 
Dəli Kürü dəli kimi sevənin 
Axtarsalar elə mənəm birisi… 
 
Damarımda al qanım da kürləşib, 
Ürəyimdə Araz ilə birləşib… 
Hara getsəm gözlərimə dirəşib, 
Hara baxsam mənə baxıb bir üzü… 
 
Xoş anında gül həvəsi göyərdər
Daşqınında qum təpəsi göyərdər… 
Bir vaxt gələr Kür ləpəsi göyərdər 
Məndən sonra mənə qalan bir izi… 
 
Gec görüşsək sarmaşıbdı dizimə, 
Qəhər olub yığışıbdı gözümə… 
Bir gümüşü çaya dönüb, özünə 
Ürəyimdə yer eləyib Yer üzü! 
 
1981 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
92
 
GÖRÜNMƏZ 
 
Ömrümü-günümü varaqlayaram, 
Alnıma yazılan tale görünməz. 
Mənzilim uzaqdır, yüküm ağırdır, 
Çiynimi çökəldən şələ görünməz. 
 
Məni iki yerə bölməyin üstdə 
Hissim ağlım ilə hey bəhsəbəhsdə… 
Özüm azad ikən qəlbim qəfəsdə
Tələyə düşmüşəm, tələ görünməz. 
 
Mənim yollarıma yol qatmayın siz, 
Zəhər qismətimə bal qatmayın siz. 
Mənim gözlərimi aldatmayın siz, 
Görmək istədiyim hələ görünməz. 
 
Daş töküb tikdiyim qala görünməz, 
Yaş töküb çəkdiyim bəla görünməz. 
Baş tapa bilmirəm özüm, özümdən — 
Niyə görünürəm belə görünməz… 
1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
93
 
SƏN GEDƏLİ 
 
Nənəm Nabatın əziz xatirəsinə 
 
Səninkiydi sən doğulan məmləkət - 
Eli evə bölümünü görmədim. 
Sən gedəli getdi xeyir-bərəkət
Gedərginin gəlimini görmədim. 
 
Sən gedəli dünya başqa avazda, 
Yayın günü yaylağımız ayazda… 
Qızıl inək qısır çıxdı bu yaz da, 
Süd gətirən yelinini görmədim. 
 
Sən gedəli hey gəlirsən yuxuma, 
Uzaqları yuxu çəkir yaxına… 
Çox yer gəzdim, nənə dedim çoxuna, 
Vallah, səntək həlimini görmədim… 
 
Barmaqların öyrəşmişdi bəzəyə, 
Sığışmazdın yoxsa kəndə-kəsəyə. 
Neçə yerdə baxdım neçə muzeyə 
Sənin xalça-kilimini görmədim. 
 
Harayına verəmmədim hay, nənə, 
Mən günahsız… sən — günahkar say, nənə. 
Ölməyinə inanardım, ay nənə, 
Nə yaxşı ki, ölümünü görmədim… 
1981 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə