Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 
    
Адил Ъямил
  
 
 
74
 
BU ŞƏHƏRİN ADAMLARI 
 
Bu şəhərdə adamlar var 
Gözlərindən alov yağar, 
Saçlarından qırov yağar. 
Hey boylanar gələcəyə 
«Uzaqgörən» eynəyindən, 
Yuxuları buxarlanar 
Ürəyinin göynəyindən. 
 
Bu şəhərdə adamlar var, 
Adam kimi duyar səni, 
Atan kimi döyər səni, 
Bircə kəlmə kəlamıyla 
Bir gün səni düşündürər, 
Belə-belə adamlara 
Adam dönüb baş endirər… 
 
Bu şəhərdə adam da var 
Nə ölüyə hay verəndir, 
Nə diriyə pay verəndir. 
Lap göylərin ulduzunu 
Dənələyib tök başına, 
Elə yenə qara qəlblə 
Yaşayacaq təkbaşına… 
 
1979 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
75
 
BİLMİRƏM 
 
Hər bahar gələndə kövrəlirəm mən, 
Hissimi, duyğumu ölçə bilmirəm. 
Xəyalım aşdığı o zirvələrdən 
Adlaya bilmirəm, keçə bilmirəm. 
Məndən uzaqlarda açır çiçəklər, 
Toplaya bilmirəm, seçə bilmirəm. 
Gözümün içindən axır bulaqlar, 
Elə sehrlənib, içə bilmirəm. 
Hər bahar gələndə dağlardan ayrı 
Necə yaşayıram, necə, bilmirəm… 
 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
76
 
YAZ GƏLİŞİ 
 
Göy közərir ulduz-ulduz, 
Yer göyərir gölmə-gölmə. 
Ürəyimdə yaz gəlişi 
Çiçək açır kəlmə-kəlmə. 
Bir gizlənpaç oynayaq, gəl, 
«Alma» desəm gəlmə, gəlmə. 
Bahar donlu bir dünya var 
Naxış-naxış, ilmə-ilmə. 
Belə bahar, belə dünya, 
Yaşa, yaşa… ölmə, ölmə… 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
77
 
SUALTI MEŞƏ 
 
Mingəçevirdə Kür çayını bəndə salarkən  
Samux meşəsi suyun  altında qalıb…. 
 
Ey ağaclar, otuz ildir 
Su altında boğulursuz. 
Gah ölürsüz ayaq üstdə, 
Gah təzədən doğulursuz. 
 
Budağınız bada gedir, 
Kökünüzü qoruyursuz. 
Taleyə bax, dünyaya bax, 
Su içində quruyursuz… 
 
Quşlar qonan budağınız 
Balıqlara düşərgədir. 
Bəzən balıqçı toruna 
Budağınız düşür gedir… 
 
Baharınız gözə dəyməz
Qışınızı görən olmaz. 
Meşəyə bax, ağaca bax, 
Kölgəsinə girən olmaz!.. 
 
Otuz ildir can atırsız 
Bircə zərrə gün görəsiz. 
Puçur-puçur ağlayasız, 
Yarpaq-yarpaq hönkürəsiz. 
 
Bəxtə bax ki, o günəş də 
Yara bilmir bu sərhədi, 
Bacarmayır bu «yardımı…» 
Sualtı bir meşənin də 
Gün görərmi boy artımı?! 
1981 


 
    
Адил Ъямил
  
 
 
78
 
GƏLMƏZ 
 
Çiçəyinə daş atmağa 
Gücüm yetməz, əlim gəlməz. 
Çınqılında çapılsam da 
Qarğamağa dilim gəlməz. 
 
Quzeyində donam, dağlar, 
Güneyində yanam, dağlar, 
Mən oğlunam, anam dağlar, 
Analardan zülüm gəlməz. 
 
Bu dağlara nur paylasam, 
Qara daşı qalaylasam, 
Ötən günü haraylasam 
Ayım gəlməz, ilim gəlməz. 
 
Ağ at çapdım ağ səhərdə, 
Hər tərəfim bəyaz pərdə. 
Torpağa bax, belə yerdə 
Çağırsan da ölüm gəlməz… 
 
1978 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
79
 
GÜNDOĞANDAN GÜNBATANA 
 
Toranlıdır, dumanlıdır 
Bu dünyanın şərqi, qərbi. 
Hey döyüşür sülhü, hərbi 
Gündoğandan günbatana. 
 
Günəşin sübh işığıyla 
İşıqlanır bir körpənin 
ala gözü, 
Bir qatilin qara izi… 
Hər açılan nəhs sabahla 
Üfüq batır nahaq qana 
Gündoğandan günbatana. 
 
Göydən yerə yağış yağır, 
Yerdən göyə qarğış yağır 
Gündoğandan günbatana. 
 
Gah meyvəli, gah meyvəsiz, 
Gah göyərən, gah quruyan, 
Gah gəncləşən, gah qarıyan 
Ətli-qanlı ağaclarıq, 
Səpilmişik yer üzünə. 
Kökümüzlə biz bələdik 
Yer üzünün hər üzünə 
Gündoğandan günbatana. 
 
1981 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
80
 
ARZULARIMDAN BOYLANAN HƏYAT 
 
Ömrümün, günümün gündoğanından 
Gün işığı kimi paylanan həyat, 
Arzularımdan boylanan həyat, 
Şirin yuxum kimi şirinsən, 
Varım, yoxum kimi şirinsən. 
Qövsi-quzeh rəngində 
Qonmusan taleyimin dan yerinə, 
Sən axırsan gecə-gündüz 
Damarımda qan yerinə, 
Arzularımdan boylanan həyat. 
Hənirini duyduğumdan 
İnanıram gəlişinə 
Gələcək gün kimi. 
Xəyalımda qayğıların 
Çəkir qayğı yükümü, 
Arzularımdan boylanan həyat. 
Sən bugünkü mən ilə 
Sabahkı mən arasında 
Atılacaq addımsan. 
Dünya boyda «dənizdə» 
Ömür adlı «adamsan». 
 
1981 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə