Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

40

seçilməsinə  və  uçot  siyasətinin  əsaslandırılmasına  həlledici  tətsiri  aşağıdaılar 

göstərir: 

a)

  müəssisənin fəaliyyət göstərməsinin xarici şərtləri; 



b)

  mülkiyyət forması və təşkilati-hüquqi formaları; 

c)

  müəssisənin ölçüsü; 



d)

  fəaliyyətin həcmi və növləri; 

e)

  vergi və vergi güzəştləri; 



f)

  firmanın strateji məqsədləri və vəzifələri; 

g)

  maliyyə-təsərrüfat işinin kompüterləşmə dərəcəsi; 



h)

  kadrların təhsil dərəcəsi. 

Qeyd  olunduğu  kimi,  idarəetmə  uoçtunun  yarımsistemlərindən  birisi 

məsrəflərin və yaxud kalkulyasiyanın daşıyıcıları üzrə uçot hesab olunur. 

Mərkəzləşdirilmiş idarəemə iqtisadiyyatın mənafelərinə xidmət göstərən ölkə 

uçotu indiyə qədər və elə indinin özündə də əsasən kalkulyasiya uçotuna üstünlük 

verir.  Konkret  olaraq  respublikada  təşəkkül  tapan  ənənənəvi  uçot  sistemi  dəqiq 

hesabat  kalkulyasiyasının  hesablanılmasına  xidmət  göstərir.  Dəqiqlik  isə 

özlüyündə  hesabat  dövrünün  bütün  məsrəflərini  kalkulyasiya  etmək  məqsədini 

güdür. 


Dəqiq  kalkulyasiyaların  hesablanılması  sistem  idə  nisbidir.  Belə  ki, 

məsrəflərin  kalkulyasiyasının  elə  bir  sistemi  yoxdur  ki,  məhsul  vahidinin  maya 

dəyərini yüz faiz dəqiqliklə hesablamağa imkan versin. Hər hansı bir xərcin dolayı 

qaydada  məlumatlara  aid  edilməsi  nə  qədər  yaxşı  əsaslandırılsa  da  həqiqi  maya 

dəyərini saxtalaşdırır, kakulyasiyanın dəqqliyini aşağı salır. Məsələni bu mövqedən 

araşdırsaq  görərik  ki,  ən  dəqiq  kalkulyasiya  müstəqim  (dəyişən)  məsrəflərə  görə 

hesablanılmalıdır.  Belə  bir  kalkulyasiyanı  “direkt-kostinq”  sistemi  vasitəsilə  əldə 

etmək  mümkündür.  Bu  sistemə  görə  hər  bir  məmulatın  hazırlanması  ilə  birbaşa 

əlaqəsi olan xərclər kalkulyasiyaya daxil edilir. Buna görə də, məmulatların maya 

dəyərinin  hesablanılmasının  dəqiqlik  meyarını  xərclərin  maya  dəyərinə  daxil 

edilməsinin  dəqiqliyində  deyil,  onların  məmulatlara  aid  edilməsi  üsulunda 

axtarmaq lazımdır. 




 

41

Qeyd etmək zəruridir ki, daimi məsrəflərin əsas kütləvi konkret məlumat növü 

ilə  əlaqədar  deyildir.  Bu  xərclər  qaydaya  görə  dövridirlər  və  müəssisə  tərəfindən 

buraxılan  bütün  məhsulların  həcmi  ilə  əlaqədardır.  Ona  görə  də,  həmin  xərclərin 

məcburi qaydaya məmulatların maya dəyərinə daxil edilməsi haqda geniş yayılmış 

tezisi tənqid etmək mümkündür. 

qtisadi  ədəbiyyatda  qeyd  olunur  ki,  kalkulyasiya  rentabelliyinin səviyyəsinə 

nəzarət etmək vasitəsidir. Doğrudan da məmulatlar müstəqim (dəyişən) məsrəflər 

üzrə  kalkulyasiya  olunduqda  ödənmə  daha  yaxşı  görünür.  Ona  görə  ki,  dolayı 

xərclərin bölgüsü kalkulyasiyanı saxtalaşdıra bilmir. 

Keçmiş  sovet  mühasibat  uçotunda  dəqiq,  etibarlı  kalkulyasiyanın  tərtib 

olunmasının  zəruriliyi  dövlətin  mərkəzləşdirilmiş  qaydada  qiymətqoyma 

siyasətindən  irəli  gəlirdi.  Bazar  münasibətləri  inkişaf  etdikcə,  müəssisələrin 

müstəqilliyi  genişlənir  və  onlar  özlərinin  istehsal  etdiklər  məhsullara  qiymət 

qoymaqla müstəqillik əldə etmişlər. Artıq qiymətin əsasını hər şeydən əvvəl tələb 

və təklif müəyyənləşdirir. Hazırda respublikada yalnız enerji daşıyıcılarına qiymət 

səviyyəsi  höküməğ  tərəfindən  tənzimlənilir.  Belə  bir  şəraitdə  kalkulyasiyanın 

başlıca 


vəzifəsi 

sadəcə 


olaraq 

məhsulların 

həqiqi 

maya 


dəyərini 

müəyyənləşdirməklə  məhdudlaşdırılmamalı,  eyni  zamanda,  müəssisələrin 

müəyyən  rentabellik  səviyyəsində  işlənilməsini  də  təmin  etməlidir.  Odur  ki, 

hazırda  kalkulyasiya  işində  əsas  ağırlıq  mərkəzi  əsaslandırılmış  normativ 

kalkulyasiyanın tərtibinə, habelə onların səviyyəsinə bilavasitə istehsal prosesində 

nəzarət  etməyə  keçmişdir.  Bundan  başqa,  müstəqim  (dəyişən)  məsrəflər 

səviyyəsində  maya  dəyərinin  kalkulyasiyasını  bazar  şəraitində  qiymətlərin  aşağı 

həddini müəyynləşdirməkdən ibarətdir. 

Qeyd  etmək  istəyirik  ki,  qərb  ölkələrinin  müəssisələrində  idarəetmə 

qərarlarının  qəbulu  üçün  maya  dəyəri  haqda  olduqca  müxtəlif  informasiyalardan 

istifadə  olunur.  Xaricdə  bəzən  məhsulların  maya  dəyəri  iki  üsulla  kalkulyasiya 

edilir: bütün dolayı məsrəflərin  bölüşdürülməsi  əsasında;  “direkt-kostinq” sistemi 

əsasında.  Bizə  belə  gəlir  ki,  hazırki  mərhələdə  respublika  müəssisələrdə  hər  iki 

sistem üzrə paralel uçot aparmağa ehtiyac yoxdur.  




 

42

“Direkt-kostinq”  sistemindən  istifadə  edən  müəssisələr  üçün  idarəetmənin 

məqsədindən  asılı  olaraq  sistemsiz  tam  maya  dəyərini  hesablamaq  tamamilə 

kifayətdir.  Qərb  ölkəlrinin  təcrübəsi  göstərir  ki,  belə  bir  maya  dəyəri  haqda 

məlumatlar qərarların qəbulu üçün istifadə oluna bilər. 

Biz kalkulyasiyaya  hər  hansı bir  yanaşmanı  ideallaşdırmaq  fikrindən uzaqıq. 

Ümumiyyətlə, həyatda ideal metodlar mövcud deyildir. Müəssisələr üçün müxtəlif 

mövqelərdə maya dəyəri haqda müxtəlif informasiyalar lazımdır. Təsadüfi deyildir 

ki,  idarəetmə  uçotunun  təşkilinin  prinsiplərindən  birisi  müxtəlif  məqsədlər  üçün 

müxtəlif maya dəyəri hesab olunur. 

Bizim  nöqteyi-nəzərimiz  belədir:  respublikada  hazırlanacağı  nəzərdə  tutulan 

Milli mühasibat standartlarında müvafiq prinsiplər gözlənilməlidir. Müəssisələrdə 

məsrəflərin  uçotuun  təşkili  variantı  seçilən  zaman  həmin  prinsiplərə  istinad 

olunmalıdır.  Bundan  başqa  müəssisələrə  məhsulların  maya  dəyərinin 

kalkulyasiyası  ilə  əlaqədar  məsələlərn  həcmində  tam  müstəqillik  verilməlidir. 

Müstəqillik  isə  bütün  hallarda  verigiyə  əob  olunma  haqda  qüvvədə  olan 

qanunvericilik tələblərindən kənarlaşmamalıdır. 

Hansı  maya  dəyərini  kalkulyasiya  etmək,  üstəlik  xərcləri  necə  bölüşdürmək 

və bu kimi digər suallar prinsipcə müəssisənin kommersiya sirri olduğu üçün onun 

özü  tərəfindən  həll  edilməlidir.  Artıq  bu  gün  bəzi  sənaye  müəssisələrində  əmək 

haqqının xüsusi çəkisinin kəskin surətdə artması üzündən bəzi çeşidli məmulatların 

zərərlilik dərəcəsi kimi probblemlər qarşıya çıxır. Bu vəziyyət onunla əlaqədardır 

ki,  üstəlik  xərclər  müəssisələrin  əksəriyyətində  əmək  haqqına  mütənasib  sürətdə 

bölüşdürülür. 

Hansı kalkulyasiyadan söhbət gedə bilər ki, kiçik və orta müəssisələrin böyük 

əksəriyyətində  bütün  istehsal  və  tədavül  xərcləri  hesabat  ayı  ərzində  202  -ci  və 

yaxud  711-ci    hesablarının  debetində  toplanılır.  Bizim  fikrimizcə,  belə  bir 

vəziyyəti  uçotun  aparılmasında  çatışmamazlıq  kimi  qiymətləndirmək  düzgün 

olmazdı. Belə bir xüsusiyyət bazar münasibətlərinin təşəkkül tapmasının başlanğıc 

mərhələsidir.  Necə  ki  real  bazar  mexanizmi  işləyir,  onda  bazarda  real  rəqabət  aş 

verir.  Bu  zaman  müəssisə  rəhbərlərinə  məhsulların  növləri  və  maya  dəyəri 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə