Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/85
Quyuya nəzarət sistemi həmçinin hasilat mayelərinin axınını tənzimləmək üçün mərhələli
hərəkət etdirilə bilən hidravlik işə salınan ştuseri birləşdirir. Cari dizayn 24-dək hərəkətə
gətirən klapan (hasilat ştuseri klapanını daxil etməklə) və hər
bir quyuda əlaqədar DCV-lər
təmin edir.
5.11.3.3 Kabel birləşmələri
Hər bir quyu dəstəsi üçün kimyəvi maddələr, nəzarət məhlulları və elektrik siqnalları
paslanmayan poladla quraşdırılmış kabellərlə təchiz ediləcəkdir.
Şəkil 5.26 Tipik kəsişən elastik kabel bölməsi
5.11.3.4 Nəzarət məhlulu
ŞD2 sualtı nəzarət sistemi daxilində Castrol Transqua HC10 su əsaslı nəzarət mayesindən
istifadə edilməsi planlaşdırılır. Bu məhsul qiymətləndirmə prosesində özünün uyğunluğu, ətraf
mühit göstəricisi və aşağı toksikliyinə əsaslanaraq (Fəsil 4-də təfərrüatı ilə verildiyi kimi)
istifadə üçün seçilmişdir.
5.11.3.5 Gündəlik Fəaliyyətlər zamanı klapan fəaliyyətləri
ŞD2 Layihəsinin fəaliyyət müddətində sualtı klapanların fəaliyyətinin aşağıdakı hadisələr
zamanı gözlənilir.
Quyunun sınağı – bir ildə 3 səbəbdən hər bir quyunun qismən dayandırılması və ildə
bir dəfə quyunun axın göstəricilərinin sınaqdan keçirilməsi üçün tamam dayandırılması
ilə əlaqədardır;
Quyunun ərsinlənməsi – Bölmə 5.10.11.2-də yuxarıda
təsvir edildiyi kimi, axın xəttinin
tam ərsinlənməsinin, hasilatın dayandırılması əsasında 3 ildən bir tələb edilməsi
gözlənilir. Bu uyğun quyunun STK və KMV manifold klapanlarına əlavə olaraq
bağlanmasını tələb edir. HIPPS klapanları ərsinləmə zamanı açıq qalmaq üçün
layihələndirilmişdir;
Sahənin dayandırılması – bütövlükdə sahənin dayandırılması hər 4
ildən bir nəzərdə
tutulur; qismən sahənin dayandırılmasının quyu dəstələrinin və yaxud quyu dəstələrinin
bir hissəsinin bağlanması ilə əlaqədar 4 ildən bir baş verməsi gözlənilir; və
HIPPS sınağı – HIPPS ilə əlaqədar hər bir manifoldun illik sınaqdan keçirilməsi
gözlənilir. Bu müvafiq quyularla əlaqədar klapanların bağlanmasını tələb edir. Əlavə
olaraq HDK və MEQ klapanlarının sınaq aparılan zaman təxminən 3 dəfə açılıb-
bağlanılması lazım gələ bilər.
Optik telli kabel
Elektrik kabeli
Kimyəvi / təzyiqi
idarəetmə flüidi
xətləri
Bufer
məhlulu
Doldurucu
maddə
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/86
Manifold və quyu ilə əlaqədar klapanların aşağıdakı vaxtlarda açıq vəziyyətə qayıtması
layihələndirilmişdir.
Quyu – 45 saniyə; və
Manifold – 20 saniyə.
.
Klapanlar aşıldıqca nəzarət mayelərinin axması baş verir. Axan həcmlər klapanın silsilə ilə 0.1
–dən 25 litrə qədər olan nümunə həcminə mütənasibdir.
Hidravlik nəzarət sisteminin dizaynı az davam edən DCV axını üçün imkan yaradır. Təchizatçı
tərəfindən verilən tipik normalara əsasən bu axıntı təxminən orta hesabla hər klapan üçün
dəqiqədə 0.3 sm
3
olacaq. Sistem bu axıntıların kiçik rezervuara
dövr edilməsi üçün
layihələndirilmişdir. Rezervuardan dənizə ventilyasiya xətləri yoxlama klapan dəstini ətraf
mühitdən 5-10 psi yuxarı təzyiqdə açılması üçün işə salır.
5.11.3.6 Gündəlik fəaliyyətlər zamanı nəzarət maye atqılarının xülasəsi
Gözlənilən nəzarət maye atqılarının illik həcmi Cədvəl 5.32-də xülasə edilmişdir. Bu həcmlər
hər bir quyu və manifoldun fəaliyyətə başlamasının (Şəkil 5.3-ə istinad edin) planlaşdırıldığı
vaxt və gözlənilən
klapan fəaliyyətlərinə, o cümlədən DEHİ DCV atqı normalarına
əsaslandırılmışdır(yuxarıda Bölmə 5.11.3.5-də təqdim edilən).
Cədvəl 5.32 Klapan fəaliyyətləri ilə əlaqədar nəzarət mayelərinin təxmini hesablanmış
atqıları və gündəlik DCV atqıları
İl
Həcm Litr/Gün
Klapan Fəaliyyətləri
DCV atqıları
Cəmi
2018 1.3
6.3
7.6
2019 2.7
12.6 15.3
2020 4.5
18.9 23.4
2021 7.0
22.1 29.1
2022 4.7
22.1 26.8
2023 9.2
32.7 41.9
2024 7.3
34.7 42.0
2025 11.7
36.7 48.4
2026 9.5
39.8 49.3
2027 10.6
39.8 50.4
2028 8.5
39.8 48.3
2029 13.7
39.8 53.5
2030 8.5
39.8 48.3
2031 10.6
39.8 50.4
2032 9.5
39.8 49.3
2033 12.7
39.8 52.5
2034 8.5
39.8 48.3
2035 11.6
39.8 51.4
2036 8.5
39.8 48.3
5.11.4 Sualtı hasilat sistemi müdaxilələri zamanı atqılar
Əməliyyatlar zamanı bir sıra sualtı hasilat sisteminin elementlərinin əvəz edilməsi lazım
gələcək. Ən tez-tez dəyişdirilən elementlər (müdaxilə kimi məlum olan) hasilatın idarəetmə
cihazlar və manifoldlarla əlaqədar idarə modulları olacaq. Dəyişdirmə zamanı dəyişdirilən
modulu izolə etmək üçün müvafiq klapanlar işə salıncaq və nəticədə idarə flüidlərinin sızması
baş verəcək. Bunların kiçik olması və Cədvəl 5.32-də göstərilmiş idarə flüid həcmlərinə daxil
edilməsi gözlənilir. Axıntıların həmçinin aşağıdakı Cədvəl 5.33-də göstərildiyi kimi hər bir
hasilatın idarəetmə cihazının drosselinin dəyişdirilməsindən baş verməsi də gözlənilir.