Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun
variant
5/90
Dənizdə işəsalma və tamamlama flüidləri ilə quyuların yenidən işə salınması zamanı, duzlu
MEQ və metanol sahilə istiqamətləndiriləcəkdir. Bu ya texniki kondisiyalaşdırılmamış
kondensat çəninə istiqamətləndiriləcək, sonra uyğun sahədən kənarda təmizləmə və
utilizasiya üçün sisternə göndəriləcəkdir. Əgər qəbul edilən tərkibin təmizlənmə üçün uyğun
olduğu nümayiş etdirilərsə, ŞD2 quru obyektləri vasitəsi ilə aşağıdakı ərazilərdən birinə
göndəriləcəkdir:
Lay suyu saxlama
çənləri və təmizləmə qurğusu;
ŞD1 MEQ ilə zəngin çən (MEQ bərpası üçün); və ya
ŞD2 MEQ ilə zəngin çən (MEQ bərpası üçün).
ŞD2 quru obyektlərinin işə salınması zamanı ŞD1 obyektlərindən sabitləşdirilmiş kondensat
ŞD2 kondisiyalaşdırılmamış kondensat çəni vasitəsi ilə ŞD2 kondensat qəbuledicilərinə
istiqamətləndirilməsi planlaºdırılır.
5.12.4 ŞD2 quru texnoloji təchizatları
5.12.4.1 MEQ regenerasiyası və saxlama
MEQ quruda və dənizdəki ŞD2 obyektlərində, avadanlıqda və aşağı temperatur və aşağı axın
şəraitlərində axın xətlərində hidrat formalaşmasının qarşısını almaq üçün istifadə ediləcəkdir.
MEQ regenerasiya sisteminin məqsədi MEQ ilə zəngin həcmdən su və digər aşqarları
ayırmaq, yenidən istifadə etmək üçün az MEQ tərkibli məhsul istehsal etməkdir.Sistemə MEQ
ilə zəngin ehtiyat çəni (karbohidrogen köpüyü yığan qurğu təmin edilmiş), buxar barabanı,
regenerator, ağac kömürü filtrləri, nasos və istilik mübadilə edicilər daxildir. Ayrılmış su
həcmləri ŞD2 lay suyu təmizləmə qurğusuna göndəriləcək. Az MEQ tərkibli həcmaz MEQ
tərkibli saxlama çəninə göndəriləcək. Tələb olunduğu zaman,
buradan nasosla sahildəki
istifadəçilərə vurulacaq və 6” boru kəməri vasitəsi ilə dəniz MEQ ehtiyat çəninə təchiz
ediləcəkdir.
Qurudakı az MEQ tərkibli və MEQ ilə zəngin ehtiyat çənləri qabarıq dam dizaynında olacaq
və karbohidrogen qaz örtükləri ilə təchiz edilərək, AT məşələ istiqamətləndiriləcəkdir. MEQ
sistemini yüksəltmək üçün Terminala yük avtomobili ilə çatdırılmış ISO çənlərindən, tələb
edildiyi kimi, yeni MEQ təchiz ediləcək.
5.12.4.2 Lay suyu
ŞD2 Layihəsi aşağıdakı lay suyundan istifadə iyerarxiyasını qəbul etmişdir:
1. Birinci variant: Mümkün olan hallarda AÇG lay
suyunun təmizlənməsi və
kənarlaşdırılması üsullarından istifadə etmək. ŞD2 qurudakı baza layihə ssenarisinə bu
variantı dəstəkləyəcək aşağıdakı obyektlər daxildir:
a. AÇG lay suyunu təmizləmə obyektlərinin spesifikasiyalarına cavab verəcək ŞD2
suyunu əldə etmək üçün layihələşdirilmiş lay suyunu təmizləmə dəsti
b. Günbəz şəkilli dama malik, karbohidrogeni yığma qurğuları ilə təchiz olunmuş lay
sularını saxlama çəni
Təmizləmə dəstindən və lay sularını saxlama çənindən yığılmış karbohidrogen ŞD2
qapalı drenaj sistemi vasitəsilə ŞD2 emal qurğularına yönəldiləcək. Tələb
olunan
spesifikasiyalara cavab verən təmizlənmiş emal suyu AÇG lay sularını təmizləmə
qurğusuna ötürüləcək və orada AÇG lay suyu ilə qarışdırılaraq müvafiq
spesifikasiyaya uyğun təmizlənəcək və dənizə, Kompressor və Mərkəzi Azəridə
(MA) Su vurma Platformasının (KSP) təkrar laya vurma qurğularına göndəriləcək.
ŞD2 lay sularını təmizləmə dəstindən alınmış tullantılar mövcud AGT tullantıların
idarə edilməsi planlarına və prosedurlarına uyğun idarə olunacaq.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/91
2. İkinci variant: ŞD lay suyu sahədən kənara üçüncü tərəfin lay sularını təmizləmə
podratçısının sahəsinə göndəriləcək. Təmizləmə sınaqları potensial 3-cü tərəf təmizləmə
podratçıları tərəfindən onların obyektlərində aparılacaq. LS-nı sahədən kənarda
təmizləmək üçün tankerlərə doldurulmasında ya mövcud tanker doldurma qurğusundan,
ya da yeni yükləmə qurğusundan istifadə ediləcək.
3. Üçüncü variant: Fövqəladə hallarda, 1 və 2-ci variantlar mövcud olmadıqda və
Səngəçalda lay suyunu saxlamaq üçün çəndə yer olmadıqda ŞD lay suları yeni
saxlama
gölməçəsinə daşınacaq.
Gölməçənin dizaynına drenaj üçün maili döşəmə, lay suları üçün uyğun olan mürəkkəb içlik,
qazın toplanması və içliyin şişməsinin qarşısını almaq üçün qaz ventilyasiya sistemi və
mexaniki ehtiyat vasitəsilə ilə avtomatik sızmanı aşkarlama sistemi daxil olacaq. Sağlamlıq və
narahatlıq (məs. qoxu) problemləri ilə əlaqədar riskin idarə edilməsini və dizayna müvafiq
təsiri azaltma tədbirlərinin daxil edildiyini təmin etmək üçün suyun gölməçədə
saxlanmasından əvvəl lay sularını ilkin təmizləmə dəstində təmizləmə zərurətini və
spesifikasiyasını təsdiq edən riskin qiymətləndirilməsi aparılacaq. BP gölməçənin
hazırlanmasından əvvəl nəzərdən keçirmə və təsdiq üçün ETSN-nə aşağıdakıları təqdim
edəcək:
a. Fövqəladə hallarda yaranmış lay suyunu saxlamaq üçün gölməçənin dizaynı
b. Lay sularını saxlama gölməçəsindən mümkün axmaları aşkar
etmək üçün hərtərəfli
monitorinq sistemi; və
c. Tullantıların xarakterizə metodologiyalarını və lay sularının ilkin təmizlənməsi və
gölməçədə saxlanması ilə əlaqədar yaranan hər hansı tullantı məhsullarının
təmizlənməsi və kənarlaşdırılması üsullarını təsvir edəcək tullantıların idarə edilməsi
planı.
5.12.4.3 Yanacaq qazı sistemi;
Yanacaq qazı sistemi aşağıdakı məqsədlərlə AT və YT yanacaq qazlarını təmin etmək üçün
layihələndiriləcəkdir:
Qaz turbini ilə işləyən elektrik generatoru;
İxrac kompressor mühərrikləri;
Kondensat
boru
kəməri flüidləri üçün örtükləmə qazı,
zəngin MEQ, az MEQ tərkibli,lay
suyu ehtiyatı və kondensasiyalaşdırılmamış kondensat ehtiyatı çənləri;
Səmt qazı kompressorları üçün kipgəcləmə qazı;
YT
və AT məşəl sistemləri daxilində pilot qaz.
Qaz emal edən texnoloji xətlərindən götürülən məhsul skrubber, yüksək isitmə cihazları, və
filtrləri əhatə edən sistemi təchiz edəcək. Normal şərtlərdə orta gündəlik yanacaq qaz tələbatı
13.6 MMskfg həcmində hesablanmışdır. İşə salma zamanı sistemi mövcud CQBK
obyektlərindən yanacaq qazI ilə təchiz etmək planlaşdırılır.
5.12.4.4 Enerji hasilatı
ŞD2 quru obyektləri üçün elektrik təchizatı ŞD2 Genişləndirmə Sahəsində yerləşən yeni
110kv-lıq sistemdən təmin ediləcəkdir. Enerji müntəzəm olaraq Terminalda olan generator
sistemindən veriləcək və ŞD2 Genişləndirmə sahəsində yerləşən, 11/110kvlıq
transformator
vasitəsi ilə yeni 110 kv-lıq sistemə birləşdirilmiş 23 MVt gücündə tək açıq dövriyyəli qaz
turbini ilə işləyən elektrik generatoru ehtiyat rolunu oynayacaq. Ehtiyat enerji həmçinin “Azəri”
dövlət şəbəkəsindən əldə olunacaq. İşə salma zamanı elektrik generatoru üçün yanacaq qazı
mövcud ŞD2 qaz kəmərindən əldə ediləcək.