Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun
variant
5/83
Sualtı hasilat sisteminin klapanları açıq dövrəli sualtı idarəetmə sistemi vasitəsilə ŞDB-YBTT
platformasından idarə olunacaq Axının təmin edilməsi üçün tələb olunan kimyəvi maddələr və
elastik enerji kabelləri vasitəsilə ŞDB-YBTT platformasından təchiz ediləcək (yəni parafinin,
duz ərpinin, korroziyanın və hidratın idarə edilməsi).
5.11.2 Axının təmin edilməsi
Normal iş şəraitində parafin, duz ərpinin minimuma çatdırılması və korroziyanın
idarə edilməsi
üçün sualtı hasilat sistemi daxilində bir sıra kimyəvi maddələr tələb olunacaq. Quyunun işə
salınması, sınaqdan keçirilməsi, texniki xidməti və istismarının dayandırılması da daxil
olmaqla, qeyri-normal iş şəraitində sualtı istismar sistemi daxilində hidratların
potensial
formalaşmasının minimuma çatdırılması zəruri olacaq. Buna DEH və MEQ kombinasiyasının
istifadəsi ilə nail olunacaq.Sualtı avadanlıqları formalaşa biləcək hidratların həll edilməsi üçün
həmçinin metanoldan istifadə olunacaq.
5.11.2.1 Sualtı axının təmin edilməsi üçün kimyəvi maddələr
Sualtı axının təmin edilməsi üçün kimyəvi maddələrin xülasəsi Cədvəl 5.31-də təqdim olunub.
Bütün kimyəvi maddələr SQB-YBTT platformasından elastik kabellər vasitəsi ilə təmin
olunacaq. Sualtı əməliyyatlar ərzində nə müntəzəm, nə də qeyri-müntəzəm şəraitlərdə axının
təmin edilməsi üçün tələb olunan kimyəvi maddələrin dənizə atılması planlaşdırılmır.
Cədvəl 5.31 Sualtı axının təmin edilməsi üçün tələb olunan kimyəvi maddələrə dair
tələblər
Kimyəvi maddələr
Tələb olunur
Korroziya əleyhinə inhibitor
Korroziyanın idarə edilməsi
Parafin əleyhinə inhibitor
Parafinin idarə edilməsi
Ərp əleyhinə inhibitor
Ərpin idarə edilməsi
MEQ Hidratın idarə edilməsi
Metanol Hidratın remediasiyası
5.11.2.2 DEH əməliyyatı
DEH sistemləri maye axını aşağı və ya statik olan zaman hidratların yaranmasının qarşısını
almaq və axın xəttinin tərkibinin ətrafdakı dəniz dibi tempereturundan 26
C-ə qədər artırmaq
üçün dayanma şəraitində sualtı axın xətləri daxilində olan hasilat mayelərinin temperaturunun
26
C-dən yuxarı saxlanmasını nəzərdə tutacaq. Bütün DEH kabelləri izolə edilmişdir. .
Sistem xüsusi sualtı paylayıcı qutular vasitəsi ilə ŞDB-YBTT platformasından hər bir axın
xəttinə gedən kabellərdən ibarətdir. Onlar Cərəyan Ötürmə Zonalarının (CÖZ) ucunda kabel
ucluqlarına (PBC) və axın xətlərinə bağlanır.. Bir naqilli PBC axın
xətti boyunca gedir və
CÖZ-n ən son ucunda axın xəttinə bağlanmış zənciri tamamlayan sistem-daxili düşən
cisimlərdən mühafizə sisteminə malikdir. CÖZ axın xəttinə bağlanmış anodlar dəstindən
ibarətdir və onlar sistemi torpaqlayaraq cərəyanın sudan ötürülməsinə imkan verir.
Ehtimal edildiyinə görə PBC kabel səthi temperaturu DEH sisteminin istismarı zamanı 10°C-
dən artıq olmayacaq. Hasilat axın xətlərinin xarici səthinin həm normal iş şəraitlərində, həm
də DEH-n istifadə edən zaman orta dəniz suyu temperaturundan 0.2°C-dən artıq olacağı
gözlənilmir.
İşə salındıqda dəyişkən cərəyan kabel boyu hərəkət edərək yaranan elektrik müqaviməti
hesabına axın xəttini qızdırır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/84
DEH sistemi üçün tələb olunan elektrik enerjisi ŞDB generator sistemindən təmin olunacaq.
DEH üzrə elektrik enerji tələbləri müvafiq DEH ssenarisi və qızdırılacaq axın xətlərinin sayı ilə
müəyyənləşdiriləcək (Cədvəl 5.10.8-ə istinad edin). İki əsas DEH ssenarisi aşağıdakı kimi
təsvir edilə bilər:
Soyuq işəsalma – axın xətləri daxilindəki hasilat mayeləri yenidən işə başlamazdan
əvvəl mühit temperaturu ilə 26
C dərəcəyə qədər isinir. Bu cür ssenarilərin HPBS
müddətində vaxtın 1 %-i ərzində baş verəcəyi nəzərdə tutulur; və
İsti saxlamaq – hasilat dayandırıldıqdan sonra sistem axın xətləri daxilindəki hasilat
mayelərini 26
Cdərəcədə saxlamaq üçün istifadə olunur. Bu cür vəziyyətlərin HPBS
zamanı vaxtın 7.5 %-i müddətində baş verəcəyi nəzərdə tutulur.
DEH əməliyyatı zamanı platformaya axın xətləri ətrafında təxminən 10 axın xətti ətrafında
0.18v/m-ə çatan elektrik sahəsi yaranacaq ki, bu onların platformaya paralel şəkildə və CKZ-a
lap yaxın, təxminən 5v/m yanaşdığı üçün baş verir. Hər iki halda sahə gərginliyi axın
xətərindən sürətlə azalacaqdır. Platformaya yaxınlaşan axın xətlərinin 10
m daxilində və CKZ-
nin 2m daxilində sahə gərginliyinin yarıya bölünməsi /azalması gözlənilir.
5.11.3 Sualtı İdarəetmə Sistemi
Quyu ağzındakı və manifoldlarda rezervuarlardan hasilat mayesinin axmasına nəzarət etmək
üçün sualtı hidravlik idarəetmə sistemi istifadə ediləcəkdir. Hidravlik klapan hərəkətə başlayan
kimi nəzarət olunan maye, aşağıda təsvir edildiyi kimi, dənizə axıdılacaqdır. Sistem ardıcıl
olaraq sualtı quraşdırılmış kabel birləşmələri vasitəsi ilə nəzarət mayesi ilə təmin ediləcəkdir.
5.11.3.1 Manifold
Manifoldların məqsədi birləşdirmək və bundan sonra hasilat mayelərini hasilat axın
xətləri
vasitəsi ilə ŞDB platformasına istiqamətləndirməkdir. Hər bir manifold HIPPS-lə təchiz
ediləcəkdir. HIPPS-nin funksiyası əlaqədar quyuların birində artıq təzyiq yarandığı və ya
platforma kompleksində STİK-in bağlanması baş verdiyi halda, manifoldu dərhal axın
xətlərindən təcrid edərək, axın xətlərinin və platforma obyektlərinin qorunmasını təmin
etməkdir.
Hidravlik klapanların funksiyasının manifold ilə əlaqəsinə daxildir:
Kimyəvi maddələrin vurulması klapanları (KMV) – tələb olunan zaman hasilat
mayesinə parafin inhibitoru,
korroziya inhibitoru, MEQ və metanolun daxil edilməsinə
imkan yaradır;
Həddi təcrid edən klapan (STK) - manifold daxilində quyu hissələrinin təcrid
edilməsinə imkan yaradır;
HIPPS hədd klapanı (HHK) - manifolddan hasilat mayesinin axmasını dayandırır; və
HIPPS dövrələmə klapanı (HDK) - Həddi təcrid edən klapanlar boyunca fərqli təzyiqin
bərabərləşməsinə və HIPPS hədd klapanının (HHK)-nın sınaqdan keçirilməsinə imkan
yaradır.
Hazırkı dizayn hidravlik hərəkətə gətirilən sayı 25-dək olan klapanı və hər bir manifolddakı
əlaqədar DCV-lər təqdim edir.
5.11.3.2 Quyuağzı
Hər bir quyuağzı ilə əlaqədar hidravlik klapanların funksiyaları aşağıdakılardır:
Rezervuardan
təcrid olunmanı təmin etmək;
Quyudan hasilat mayelərinin axınını idarə etmək; və
Tələb olunduğu yerdə quyuya kimyəvi maddələrin (MEQ, metanol və ərp inhibitoru)
vurulmasını imkan yaradır.