Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/94
Şəkil 5.29 ŞD2 açıq drenaj sistemi
Qeyd:
Nöqtələnmiş xətlər təmir, işəsalma kimi qeyri-müntəzəm vəziyyətlərdə marşrutu təmsil edir.
Qapalı drenaj sistemi
Qapalı drenaj sistemi əssən drenaj avadanlığı və boru kəməri sisteminin təmiri zamanı emal
mayelərini toplamaq üçün təmin ediləcəkdir. Sistem iki qapalı sistern və əlaqədar nasoslardan
ibarət olacaqdır. Bir ədəd sistern aşağı terras istifadəçiləri və digəri orta və yuxarı terras
istifadəçiləri üçün xidmət göstərəcək. Sisternlər məşəl qazının bərpa sisteminə buraxılacaq və
toplanan mayelər ŞD2 emal qurğularına qaytarılacaqdır.
Qapalı drenaj sisternləri hər hansı qrunt sularını və yaxud quyuda toplanmış yağış suyunu
vaxtaşırı kənarlaşdırmaq və açıq drenaj sisteminə göndərmək üçün quyu nasosu ilə təchiz
edilmiş xüsusi beton quyularda yerləşdiriləcək.
5.12.4.10 Nəzarət-ölçü cihazları üçün hava və təsirsiz qaz sistemi
Nəzarət-ölçü cihazları üçün hava sistemi proses və texniki xidmət zamanı istifadə olunan
avadanlıq və nəzarət-ölçü cihazları üçün hava təmin edəcək. Bu Sistem enerji sıradan çıxdığı
vaxt hava sistemi alətində hava təzyiqini təmin etmək üçün dizel ötürücü hava kompressoru
ilə təchiz edilmişdir. Hava kompressorunun həftəlik olaraq fəaliyyətlər zamanı 1 saat sınaqdan
keçiriləcəyi gözlənilir.
Təsirsiz qaz (azot) quru sıxılmış havadan istifadə edilərək membran qurğusunun tələbinə
görə yaradılacaqdır.
5.12.4.11 Təmiz su
Təmiz su ŞD2 sahil obyektlərinə mövcud ST təmiz su paylayıcı sistem
ilə birləşmə vasitəsilə
təchiz ediləcəkdir.
5.12.4.12 Yanğınsöndürmə sistemləri
ŞD2 yanğınsöndürmə üçün su sisteminə iki xüsusi dizel ötürücü nasos, yanğın suyu saxlayan
çən (5000m
3
tutumlu), ehtiyat təchizatı təmin etmək və istifadədən əvvəl
sistemi
hermetikləşdirmək üçün mövcud Terminal yanğın su sisteminə birləşmə daxil olacaqdır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/95
Yanğın su nasoslarının həftəlik olaraq fəaliyyətlər zamanı 1 saat sınaqdan keçiriləcəyi və
sonra açıq drenaj sisteminə göndəriləcəyi gözlənilir.
Köpük sistemi ŞD2 kondensat saxlama çənini və əhəmiyyətli
dərəcədə karbohidrogen riski
olan digər başqa sahələri mühafizə etmək üçün istifadə ediləcəkdir. ŞD2 ətraf mühit
göstəricisi və spesifikasiya baxımından hazırda Terminalda istifadə edilənlərlə eyni olan
köpük sisteminin kimyəvi maddələrindən istifadə edəcək.
5.12.4.13 İxrac və MEQ boru kəmərinin təmiri
ŞDB platformaları və Terminal arasındakı qaz, kondensat və MEQ kəmərlərinin təmirinə hər
hansı bir ərpin vaxtaşırı təmizlənməsi üçün ərsinləmə daxil olacaqdır.
Qaz və kondensat kəmərləri dəniz platforma kompleksindən Terminalda xüsusi ərsin
qəbuledicilərə qədər, MEQ boru kəməri isə əks istiqamətdə ərsinlənəcəkdir.
Kondensat
daxilindəki qaz və qaz kəməri üçün ərsin qəbul edicilər məşəl qaz bərpaedici sistemə
göndəriləcəkdir. Ərsin qəbul edicilərdən toplanan maye kondensat emal qurğularına
göndəriləcəkdir. Kondensat ərsin qəbuledicidə toplanmış parafin əridilmək üçün isidici ilə
təchiz ediləcəkdir. Qəbuledicilərdə yığılan bərk maddələr toplanacaq və Tullantıların İdarə
olunması Prosesinə (Fəsil 14-ə istinad edin) uyğun utilizasiya ediləcək. Kondensat ixrac boru
kəmərinin təxminən üç gündən bir ərsinlənməsi nəzərdə tutulub.
Qaz ixrac boru kəmərlərinin
ərsinlənməsi təxminən hər beş gündən bir, axın sürəti gündə 400 milyon standart kub fut
həcmindən az olduqda həyata keçiriləcək. Axın sürətinin 400 mln.st.kub.fut/gündən artıq
olması hallarında qeyri-müntəzəm tamlığın yoxlanması istisna olmaqla, ərsinləmə ehtimal
edilmir.
ŞD2 sahil və dəniz obyektləri arasındakı MEQ idxal boru kəməri də ərsinlə təmizlənəcək və
nəticədə əmələ gələn mayelər çirklənmiş MEQ üçün metal çənlərə istiqamətləndiriləcək.
5.12.5 Quruda Əməliyyatlar – Emissiyalar, Atqılar və Tullantılar
5.12.5.1 Atmosferə buraxılan emissiyalar haqqında xülasə
Cədvəl 5.34-da HPBS müddəti ərzində ŞD2 üzrə quruda hasilat zamanı əsas
mənbələrdən
əmələ gələcəyi proqnozlaşdırılan İXQ (yəni, CO
2
və CH
4
) və qeyri-İXQ emissiyaları göstərilir.
Həmin mənbələrə aşağıdakılar aiddir:
Əsas elektrik generatorları və kompressor mühərrikləri;
Dizel
yanacağından istifadə edən mexanizmlər (yəni, sınaq zamanı istifadə edilən
yanğın su nasosları və dizel hava kompressorları); və
Məşəldə qeyri-müntəzəm yandırma.
Cədvəl 5.34 ŞD2 üzrə quruda müntəzəm və qeyri-müntəzəm əməliyyatlar və hasilat
işləri ilə əlaqədar proqnozlaşdırılan İXQ və qeyri-İXQ emissiyaları
CO
2
CO
NOx
SO
2
CH
4
NMVOC
İXQ
(kton)
(ton)
(ton)
(ton)
(ton)
(ton)
(kton)
Cəmi 6062.5 7391.6
25631.0 29.2 4190.1 297.9 6150.5
Emissiyaların təxmini ehtimallarına dair müfəssəl məlumat üçün Əlavə 5A-ya istinad edin.
5.12.5.2 Atqıların xülasəsi
ŞD2 qurudakı əməliyyatları nəticəsində nəzərdə tutulan atqılar aşağıdakılardan ibarətdir:
Normal olaraq çirklənməmiş sahələrdən yağış suları (Bölmə 5.12.4.9-a istinad edin) və;
Təmizlənmiş açıq drenaj suları (Bölmə 5.12.4.9-a istinad edin).