20
heç bir şey anlamırdı. Kitabın dili mənim
anlayacağım səviyədən daha çətin idi. Bu üzdən
arxadaşım anlaya bilmədiyim mövzuları açıqlayırdı.
Sonunda dedim “Lütfən məni bağışlayın! Bu
mövzular mənim səviyəmin ötəsindədir. Ət
yemənin gərəkli olduğunu qəbul edirəm, ancaq
anama söz vermişəm. Bu sözümdən vaz keçə
bilmərəm. Bu üzdən də bu haqda danışmaq
istəmirəm.”
•
Hər gün 15-20
kilometr yol getməliyəm ki, özümü
ucuz bir yeməkxanaya çatdırım və orada ətsiz
yemək yeyim. Ancaq yediyim yeməklərdən əsla
razı qalmırdım. Bu uzun yolu gedib gəlmə zamanı
bir gün yol üstündə
Farinqdon küçəsində sırf
bitkisəl yeməklər satan bir yeməkxanaya rast
gəldim. Bu yeməkxananı tapdığıma çox
sevinmişdim. Yeməkxanaya girmədən öncə onun
vitrinin önündə bəzi kitabların satışa buraxıldığını
da gördüm.
Bu kitabların içində
Saltın yazdığı
“Bitkisəl yeməklərin yararları” əsərini gördüm. Bu
kitabı alıb yeməkxanaya girdim. İngiltərəyə
gəldiyim gündən ilk kəz idi böylə rahat və dadlı
yemək yeyirdim. Tanrı mənə yardım etmişdi. Saltın
kitabını başından sona qədər diqqətlə oxudum və
çox ciddi biçimdə onun təsirinə qapıldım. Bu kitabı
oxuduqdan sonra artıq anama verdiyim sözlərə görə
deyil, öz özgür istəyimlə bitkisəl yeməklər yeməyə
başladım. Ancaq anama söz verdiyim günə də
salamlarımı göndərdim. O zamana qədər verdiyim
sözə sahib çıxmaq üçün ətyeməz olmuşdum. Ancaq
bu kitabı oxuduqdan sonra bilincli biçimdə ət
yeməkdən çəkinirdim. Daha öncə bütün hindlilərin
ət yemələrini dilərdim. O gündən sonra artıq bu