MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə101/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

 
~ 304 ~ 
Novruz bayramının kökləri ibtidai insanın mifik düĢüncələri 
və  animistik  görüĢləri  ilə  bağlıdır.  Bunu  zəmanəmizədək  gəlib 
çatmıĢ  qədim  inanclar  və  əsatirlər  də  təsdiq  edir.  Bayramın 
mənĢəyi köhnə ilin axır çərĢənbə etiqadları sırasında və əsatirlər-
də də müĢahidə olunur. 
Azərbaycan xalqlarının həyat  və məiĢətində Novruz bayra-
mının yerinin müəyyən edilməsində arxeoloji materiallar mühüm 
qaynaqlardan  sayılır.  Qobustan,  Gəmiqaya,  AbĢeron  qayaüstü 
rəsmlərində, habelə qədim yaĢayıĢ yerlərində bahar motivli maddi 
mədəniyyət  nümunələri  aĢkar  edilmiĢdir.  Yazılı  mənbələrdə  də 
Novruz bayramı  onun mahiyyəti, tarixi kökləri, təbiət hadisələri 
ilə əlaqəsi haqqında xeyli material vardır. 
Beləliklə,  aydın  olur  ki,  Novruz  bayramı  qədim  insanların 
təsəvvürlərində qıĢda ―ölmüĢ‖ təbiətin  yazda ―dirilməsi‖ ilə yeni 
təsərrüfat  ilinin  təntənəli  Ģəkildə  qarĢılanması  mərasimi  idi. 
Novruz  bayramı  tarixən  müxtəlif  ad  və  çalarlıqlarda  mövcud 
olmuĢdur.(1, s.142) 
 Azərbaycanın xalq bayramlarından biri olan Novruz bayra-
mına  hazırlıq  da  maraq  doğurur.  Bayram  hazırlıqları  qıĢ  fəslinin 
Boz ayında baĢlayır və novruza qədərki bu müddət çərĢənbədən-
çərĢənbəyə  4  həftəyə  bölünür.  QıĢdan  yaza  keçid  prosesi 

 
çillədən  çıxma,  dərd-bəladan  qurtulma,  çətinliklərdən  xilas  olma 
həmin  müddət  ərzində  baĢ  verir.  Bu  çərĢənbələrin  hər  birini 
təbiətin  dörd  əsas  qüvvəsi  olan  su,  od,  yel  və  torpaqla  mənalan-
dırıblar. 
Ümumiyyətlə,  yeni  günü  qarĢılamaq  məqsədi  ilə  keçirilən 
―Novruz çərĢənbələri‖ adlı rituallarda da qədim azərbaycanlıların 
təbiətə təsir etmək, onu mülayimləĢdirmək, iĢığı günəĢi çağırmaq 
arzu-niyyəti  öz  əksini  tapmıĢdır.  ―Oğru  çərĢənbələr‖  və  ―Doğru 
çərĢənbələr‖  adıyla  iki  yerə  ayrılan  ―Novruz  çərĢənbələri‖nin 
ümumi  sayı  yeddidir.  ‖Doğru  çərĢənbələr‖ə  qədərki  üç  çərĢənbə 
el  arasında  ―Oğru  çərĢənbələr‖  adlanır  və  Kiçik  çilləyə  düĢür. 
Ġnama  görə,  oğru  çərĢənbələrdə  yazın  nəfəsi  oğrunca  yer  üzünə-
havaya,  suya,  torpağa,  ağaclara  dəyib  geri  qayıdır.  Oğru  çərĢən-
bələrdən  sonra  gələn  və  Boz  ayı  çevrələyən  əsas  çərĢənbələr 
―doğru  çərĢənbələr‖  adıyla  tanınır.  Doğru  çərĢənbələrdə  yazın 
nəfəsi növbəylə havanın, suyun, ağacların, torpağın canına hopub 
onları oyadır (6,s.5). 
Azad Nəbiyev bildirir ki, hər  çərĢənbənin  özünün ritualları 
var.  Onun  sözlərinə  görə,  su  çərĢənbəsində  insanlar  bir-birinin 
üzünə  su  atarlar.  Ġlaxır  çərĢənbədə  və  bayram  günündə  insanlar 


 
~ 305 ~ 
qəbir  üstə  gedər,  valideynlərinin,  yaxınlarının  məzarı  üzərində 
Ģam yandırar, yasin oxutdurarlar. Bu da dünyadan köçən əzizlərə 
hörmət, keçmiĢini unutmamaq mahiyyəti daĢıyır (5, s.19). 
Dörd  çərĢənbənin  əzəli Su  çərĢənbəsi adlandırılırdı.  Əski 
inanclara görə, su sağlamlığın, təmizliyin rəmzidir. Azərbaycanın 
müxtəlif  bölgələrində  bu  çərĢənbəyə  gözəl  çərĢənbə,  gül  çərĢən-
bəsi,  yalançı  çərĢənbə,  su  Novruzu  da  deyilirdi.  Bu  çərĢənbədə 
çayların  azacıq  buz  bağlayan  yerləri  əriyib  çaylara  tökülür. 
Torpaq yavaĢ-yavaĢ islanmağa baĢlayır. Qızlar bulaqlardan sərin, 
Ģirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. 
  
Bu Ģeirdi, qəzəldi 
 Solub düĢən xəzəldi. 
 ÇərĢənbələrin ilki 
 Yalançıdı, Əzəldi (6,s.141). 
 
Ġkincisi od  çərĢənbəsi adlanır.  Buna  xalq  arasında  kül  çər-
Ģənbəsi,  üskü  çərĢənbəsi,  üskü  gecəsi,  müjdə  verən,  muĢtuluqçu 
çərĢənbə  və  s.  də  deyilir.  Od  dünyanın  xeyirxah  qüvvələrinin 
baĢlanğıcı,  himayəçisi  sayılır.  Bu  dönəmdə  günəĢ  yavaĢ-yavaĢ 
torpağı  qızdırır,  isindirir,  onu  yaratmaq  üçün  hazırlayır.  Od  çər-
Ģənbəsində  tonqallar  qalayar  və  hər  ailə  üzvünün  adına  bir  Ģam 
yandırar, xonçalar düzəldərdilər. 
 
 Pərdə aldım, tül oldu,  
 Taxılım sünbül oldu. 
 Ġkinci çərĢənbənin 
 Eldə adı ―Kül‖ oldu.(6,s.141)  
 
Boz  ayın  dörd  çərĢənbəsindən  üçüncüsü yel  çərĢənbəsidir. 
Yəni  yel artıq azacıq oyanmıĢ torpağı, təzəcə çıxmıĢ yaza həsrət 
gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. 
 
 Əzizim, bülbüləm mən 
 Boy atmıĢ sünbüləm mən. 
 ÇərĢənbələr içində 
 Üçüncüyəm, Güləm mən.(6,s.141) 
 
Dördüncüsü torpaq çərĢənbəsidir. Buna ilaxır çərĢənbə,  yer 
çərĢənbəsi  də  deyilir.  Torpağı  ana  təbiət  su  ilə  isladır,  günəĢlə 
isidir, onu yaratmağa hazırladır. Ona görə də ilk yaz əkinini xıĢla-


 
~ 306 ~ 
kotanla  məhz  torpaq  çərĢənbəsi  günündə  baĢlayardılar.  YaĢlı 
qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda 
isladardılar. Xalq ilin axır çərĢənbəsini həmıĢə böyük Ģənliklərlə, 
çal-çağırla, əyləncəli xarakterli mərasimlərlə qeyd etmiĢdir. 
 
 Sürü deyil, naxırdı, 
 Qazan dibi paxırdı. 
 Sonuncu çərĢənbənin, 
 Öz adı Ġlaxırdı.(6,s.141) 
 
Axır  çərĢənbə  ―yeddi  ləvin  gecəsi‖adı  ilə  də  məĢhurdur.  Bu 
zaman süfrədə ―s‖ hərfi  ilə baĢlayan  yeddi  Ģey  – səməni, sucuq, 
quru  sünbül,  sumax,  pul  kisəsi,  səngi-sitarə  və  su  olmalıdır. 
Səməni süfrənin tam ortasına qoyulurdu (1,s.142). BaĢqa mənbə-
lərdə bununla bağlı maraqlı məlumatlara da rast gəlirik. Məsələn: 
süfrəyə  qoyulan  ―s‖  hərfiylə  baĢlayan  yeddi  Ģeyin  özünəxas 
xüsusiyyətləri  vardır.  ―Novruzum,  yazım‖  metodik  vəsaitində 
göstərilir ki, süfrəyə qoyulan sirkə – dad və zövqə iĢarədir, sarım-
saq  –  sağlamlığa,  sumax  –  bərəkətə,  sikkə  –  varlığa,  saat  –uzun 
ömürlülüyə, səbzə – ümidə, su – aydınlığa iĢarədir (7, s.5).  
Azərbaycanda Novruz günlərində, xüsusilə yeddi ləvin günü 
―Xanbəzəmə‖  məĢhur  bir  oyun  ifa  olunardı.  Novruz  bayramının 
zirvəsi sayılan bu oyun ―Xan-xan‖, ‖Xan oyunu‖, ―Xan yaratdı‖, 
―ġahbəzəmə‖,  ―ġahĢahı‖  və  s.  adlarla  Azərbaycanın  ayrı-ayrı 
bölgələrində müxtəlif variantlarda indi də mövcuddur (1,s.142). 
Ümumiyyətlə,  Novruz  bayramı  ilə  bağlı  olan  bir  sıra  adətlər 
vardır  ki,  onların  bir  çoxu  bugünümüzə  qədər  özünü  qoruyub 
saxlamıĢdır. 
1. Papaq atmaq. Qapıya atılan papağı boĢ qaytarmazlar. 
2.Qulaq  falına  çıxmaq.  Əgər  gizlin  dinlənən  evdən  xoĢ  söhbət 
eĢidilərsə, bu arzunun yerinə yetəcəyinə iĢarədir. 
3.Tonqaldan  tullanmaq.  Tonqaldan  tullanarkən  bu  ifadə  deyi-
lir: "Ağırlığım - uğurluğum odda yansın". 
4.Üzük  falına  baxmaq.  Qızlar  üzüyü  sapa  bərkidib  su  ilə  dolu 
stəkanın  üstündə  saxlayarlar.  Üzük  stəkana  neçə  dəfə  dəysə,  bu 
həmin qızın o yaĢda ərə gedəcəyinə iĢarə edir. 
5. Səməni yetiĢdirmək. Bu yazın gəliĢinə və bitkilərin oyanmasına 
iĢarədir. Səməni xonçaları bəzəmək. 
6.  Yumurta  döyüĢdürmək.  Oyunun  nəticəsində  tərəflərdən  biri 
digərinin tələblərini yerinə yetirir. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə