Мцяллиф адлы кимйяви реаксийалар


«Kimyəvi hadisələr» məzmun xəttindən K. VIII. 2.2. QS.5 qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi



Yüklə 1,44 Mb.
səhifə13/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   ...   6   7   8   9   10   11   12   13   14

2. «Kimyəvi hadisələr» məzmun xəttindən K. VIII. 2.2. QS.5 qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.


K. VIII. 2.2. QS.5 Kimyəvi reaksiya tənliklərinin tərtib edilməsinə və tənliklər üzrə hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.


2.2.1. Q.4 Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid ən mühüm reaksiyaların tənliklərini tərtib edir və tənliklər üzrə hesablamalar aparır.


2.2.1. Q.3 Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir və sadə hesablamalar aparır.


2.2.1. Q.2 Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir.


2.2.1. Q.1 Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə reaksiyaların tənliklərini tərtib edir.



Test (K. VIII. 2.2. QS.5.)
1. Əsasi oksidin xassələrinə aid doğru olmayan ifadəni göstərin:
A) Əsasi oksidlər turşularla reaksiyaya girir.

B) Əsasi oksidlər qələvilərlə reaksiyaya girir.

C) Əsasi oksidlər turşu oksidləri ilə reaksiyaya girir.

D) Bəzi əsasi oksidlər su ilə reaksiyaya girir.

E) Əsasi oksidlər adi şəraitdə bərk halında olur.
2. Qələvilərin alınmasına aid səhv ifadə hansıdır?
A) Metalla suyun reaksiyasından alınır.

B) Metalla duzun reaksiyasından alınır.

C) Metal oksidi ilə suyun reaksiyasından alınır.

D) Xlorid duzların məhlulundan sabit cərəyan keçdikdə alınır.

E) Duz məhlulu ilə başqa qələvinin qarşılıqlı təsirində alınır.
3. Turşuların alınmasına aid doğru reaksiya sxemini göstərin:
A) NaCl + H2SO4 š; B) K2SO4 + HCl š;

C) SO2 + NaCl š; D) SiO2 + H2O š;

E) NaNO3 + H3PO4 š
4. Turşu oksidlərinin alınma üsullarına aid olanları göstərin:

1. Qeyri-metalın yandırılması.

2. Metalın yandırılması.

3. Turşunun parçalanması.

4. Suda həll olmayan əsasın termik parçalanması.

5. Duzların termik parçalanması.


A) 1, 2, 3 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 3, 5 E) 2, 4, 5
5. Na3PO4 + H2SO4 → Na2SO4 + H3PO4 tənliyində alınan maddələrin əmsalarının cəmi neçədir?

A) 2 B) 3 C) 4 D) 5 E) 6


6. H2SO4 + Al → Al2(SO4)3 + H2 tənliyində əmsalların ümumi cəmi neçədir?

A) 3 B) 5 C) 7 D) 9 E) 11


7. Turşuların kimyəvi xassələrinə aid olan bəndləri seçin:

1. Metallarla reaksiyaya girirlər.

2. Əsasi oksidlərlə reaksiyaya girirlər.

3. Turşu oksidləri ilə reaksiyaya girirlər.

4. Barium-sulfat duzu ilə reaksiyaya girirlər.

5. N2SO4 duzu ilə reaksiyaya girirlər.


A) 1, 2, 3 B) 1, 2 C) 2, 3 D) 3, 4 E) 4, 5
8. Sink-hidroksidin kimyəvi xassəsini əks etdirən bəndləri müəyyənləşdirin:

1. Zn(OH)2 + HCl → ; 2. Zn(OH)2 + NaOH→; 3. Zn(OH)2 ;

4.Zn(OH)2 + CO2 →; 5. Zn(OH)2 + AlCl3
A) 1, 2 B) 1, 2, 3 C) 3, 4, 5 D) 4, 5 E) 1, 4, 5
9. 49 q mis (II)-hidroksidin termik parçalanmasından neçə qram və neçə mol mis (II)-oksid alınar?
A) 80 q, 1 mol; B) 40 q, 0,5 mol; C) 20 q, 0, 25 mol;

D) 60 q, 0,75 mol; E) 120 q, 1,5 mol


10. Natrium-hidroksid məhlulunun neytrallaşdırılmasına 2 mol sulfat turşusu sərf olunmuşdur. Məhlulda neçə qram qələvi olmuşdur?
A) 40 B) 60 C) 80 D) 120 E) 160
3. «Eksperiment və modelləşdirmə» məzmun xəttindən

K. VIII. 3.1. QS.6. qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.


K. VIII. 3.1. QS.6. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparılmasına dair qiymətləndirmə sxemi.


3.1.1. Q.4. Oksidlər, əsaslar, turşular və duzların alınmasına, kimyəvi xassələrinə aid təcrübələr aparır və nəticələrə dair ətraflı hesabat hazırlayır.


3.1.1. Q.3. Oksidlər, əsaslar, turşular və duzların sadə üsullarla alınmasına, kimyəvi xassələrinə aid təcrübələr aparır və nəticələrə dair qısa hesabat hazırlayır.


3.1.1. Q.2. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə təcrübələr aparır və nəticələrə dair qeydlər edir.


3.1.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid bir neçə sadə təcrübələr aparır.



Test (K.VIII. 3.1. QS.6.)
1. CaO-nun əsasi oksid olmasını hansı təcrübəni aparmaqla təsdiq etmək olar?

1. Üzərinə NaOH məhlulu əlavə etməklə

2. Üzərinə xlorid turşusu əlavə etməklə

3. Üzərinə su və fenolftalein əlavə etməklə

4. Üzərinə NaCl məhlulu əlavə etməklə
A) 1,2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
2. ZnO-nun amfoter xassəli oksid olduğunu təsdiq edən təcrübəni göstərin:

1. Üzərinə NaOH məhlulu əlavə etməklə

2. Üzərinə xlorid turşusu əlavə etməklə

3. Üzərinə su və fenolftalein əlavə etməklə

4. Üzərinə NaCl məhlulu əlavə etməklə
A) 1,2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
3. Karbon-dioksidi hansı reaksiya sxemi ilə almırlar?
A) C + O2 ; B) CO + O2 ;

C) CaCO3 ; D)Na2CO3 ;

E) CaCO3 + HCl
4. Sulfat turşusunun laboratoriyada alınması təcrübəsini göstərin:

A) Kükürd-dioksidin su ilə reaksiyası

B) kükürd-trioksidin su ilə reaksiyaysı

C) Natrium-sulfatın nitrat turşusu ilə reaksiyası

D) Kalsium-sulfatın suda həll edilməsi

E) Kükürd-trioksidin üzərinə NaOH məhlulu əlavə edilməsi


5. Xlorid turşusunun kimyəvi xassəsinə aid doğru olmayan ifadəni göstərin:
A) İçərisinə sink metallı salındıqda H2 qazı çıxır;

B) Lakmus damcısı tökdükdə qırmızı rəng almır;

C) Mis (II) hidroksid çöküntüsü üzərinə əlavə edildikdə onu həll edir;

D) Barium-sulfat çöküntüsü üzərinə əlavə edildikdə onu həll edir;

E) Kalsium-karbonat üzərinə əlavə edildikdə sürətlə qaz çıxır.
6. NaOH qələvisinin kimyəvi xassəsinə aid verilmiş ifadələrin hansı səhvdir?
A) Fenolftaleini moruğu, lakmusu göy rəngə boyayır;

B) Mis (II) xlorid məhlulu üzərinə əlavə edildikdə göy rəngli çöküntü alınır;

C) Alüminium-hidroksid çöküntüsünü həll edir;

D) Qızdırıldıqda asanlıqla parçalanır;

E) Dəmir (III) xlorid məhluluna əlavə olunduqda qonur rəngli çöküntü alınır.
7. CuSO4 duzunun kimyəvi xassələrini əks etdirən təcrübələri göstərin:

1. məhluluna barium-xlorid əlavə etdikdə ağ rəngli çöküntü alınır;

2. məhlulunua nitrat turşusu əlavə etdikdə sarı rəngli çöküntü alınır;

3. məhlulunua qələvi əlavə etdikdə göy rəngli çöküntü alınır;

4. qızdırıldıqda qonur rəngli qaz çıxır;
A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
8. Alüminium-hidroksidi hansı təcrübəni aparmaqla almaq olar?
A) Həll olan alüminium duzlarına artıqlaması ilə qələvi əlavə etməklə

B) Həll olan alüminium duzlarına az miqdar qələvi əlavə etməklə

C) Alüminium-oksidin üzərinə su əlavə etməklə

D) Həll olan duzların suda həll etməklə

E) Alüminium-oksidin üzərinə artıqlaması ilə qələvi əlavə etməklə
9. Qələviləri almaq üçün hansı təcrübələr aparılmalıdır?

1. Suyun içərisinə aktiv metal parçası daxil edilməlidir.

2. Aktiv metal-oksidinin üzərinə su əlavə olunmalıdır.

3. Xlorid duzunun məhlulundan sabit elektrik cərəyanı buraxılmalıdır.

4. Xlorid duzunun ərintisindən sabit elektrik cərəyanı buraxılmalıdır.

5. Həll olan duzuna qələvi məhlulu əlavə edilməlidir.


A) 1, 2, 3 B) 2, 3, 4 C) 3, 4, 5 D) 4, 5 E) Yalnız 5
10. Natrium-hidrosulfat duzunu hansı təcrübə ilə almaq olar?

1. Az miqdar sulfat turşusu məhluluna artıqlaması ilə NaOH məhlulu əlavə edilməlidir;

2. Az miqdar NaOH məhluluna artıqlaması ilə H2SO4 məhlulu əlavə edilməlidir;

3. Eyni mol miqdarında NaOH qələvisi ilə sulfat turşusu məhlulları qarışdırılmalıdır;

4. Natrium-oksidi ilə sulfat turşusu eyni mol miqdarında qarışdırılmalıdır.
A) 1, 2 B) 2, 3 C) 3, 4 D) Yalnız 2 E) Yalnız 3

4. «Kimya və həyat» məzmun xəttindən K. VIII. 4.2. QS.9. qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.



K. III.4.2. QS.9 Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatların qiymətləndirilməsi sxemi.


4.2.1. Q.4. Ətraf mühiti çirkləndirən mənbələri və maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji üsulları barədə təqdimat edir.


4.2.1. Q.3. Atmosferi və təbii suyu çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi və fiziki-kimyəvi üsulları barədə təqdimat edir.


4.2.1. Q.2. Atmosferi ən çox çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın bir-iki mexaniki və kimyəvi üsulu barədə təqdimat edir.


4.2.1. Q.1. Atmosferi ən çox çirkləndirən maddələrin bir neçəsini sadalayır, çirklənmənin insan sağlamlığına zərəri barədə qısa məlumat verir.


Test (K. VIII. 4.2. QS.9.)
1. Ətraf mühiti ən çox çirkləndirən üç mənbəni göstərin:

1. İstilik-elektrik stansiyaları;

2. Metallurgiya sənayesi müəssisələri;

3. Kimya sənayesi müəssisələri;

4. Neft emalı müəsssisələri;

5. Sement zavodları;

6. Şüşə zavodları;

7. Şəkər zavodları


A) 1, 2, 3 B) 1, 2, 5 C) 5, 6, 7 D) 4, 6, 7 E) 6, 7
2. Atmosfer havasını ən çox çirkləndirən qazları göstərin:

1. CO; 2. SO2; 3. NO; 4. NO2; 5. O2; 6. H2.


A) 1, 2 B) 1, 2,3 C) 1, 2, 3, 4 D) 5, 6 E) 4, 6
3. Təbii suları ən çox çirkləndirən maddələr hansılardır?

1. Neft və neft məhsulları;

2. Radioaktiv maddələr;

3. Məişət tullantıları;

4. Çürüntülər.
A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
4. Böyük şəhərlərdə hansı nəqliyyat vasitələri atmosfer havasını daha çox çirkləndirir?

1.Tramvay; 2.Trolleybus; 3. Minik avtomobili; 4. Avtobus.


A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
5. Tullantı suları çirklənmədən təmizləmək üçün hansı mexaniki üsuldan istifadə edilmir?
A) Çökdürmə B) Süzmə C) Flotasiya

D) Buxarlandırma E) Distillə


6. Tullantı suları təmizləmək üçün təmizlənmə əməliyyatları hansı ardıcıllıqda aparılır?
A) Fiziki-kimyəvi → bioloji → mexaniki

B) Bioloji → fiziki–kimyəvi → mexaniki

C) Mexaniki → fiziki-kimyəvi → bioloji

D) Mexaniki → bioloji → fiziki-kimyəvi

E) Fiziki-kimyəvi → mexaniki → bioloji
7. Atmosfer havasında SO2 qazının çoxalması insan orqanizmində hansı xəstəliklər yaradır?

1. Qan xəstəlikləri;

2. Ürək-damar xəstəlikləri;

3. Sinir sisteminin xəstəlikləri;

4. Ağ ciyər xəstəlikləri;
A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 4 E) 2, 4
8. Böyük şəhərlərdə atmosfer havasını çirklənmədən qorumaq üçün üç ən effektli tədbiri göstərin:

1. Yaşıllıqların çoxaldılması;

2. Sənaye müəsssisələrində tullantıların yüksək səviyyədə təmizlənməsi və regenerasiyası;

3. Tullantısız və ya az tullantı verən istehsala keçilməsi.

4. Avtomobillərin buraxdığı yanma məhsullarını zərərsizləşdirən qurğuların tətbiqi;

5. Təbiəti mühafizəyə aid biliklərin və hökümətin bu sahədə qəbul etdiyi qərarların təbliği.


A) 1, 2, 4 B) 3, 4, 5 C) 1, 4, 5 D) 2, 4, 5 E) 1, 3, 5
9. Konvertor üsulu ilə 1 ton polad istehsalı zamanı 8 kq oksigen və 150m3 su sərf edilir. Müəssisənin illik istehsalı 250 mln.ton olarsa bir il ərzində sərf olunan oksigenin kütləsi və suyun həcmi nə qədər olacaqdır?
A) 20 • 106 ton və 27,5 • 108m3; B) 2 • 106 ton və 275 • 108 m3;

C) 1,5 • 106 ton və 2,75 • 108m3; D) 15 • 106 ton və 295 • 108 m3;

E) 2 • 105 ton və 275 107 m3.
10. Təbii su aşağıdakı maddələrlə çirklənmişdir: Zn(OH)2, AgNO3, FeS, Fe(NO3)2. Bu maddələri hansı üsullarla sudan kənar etmək olar (nəticədə məhlul neytral qalmalıdır)?

1. Zn(OH)2 və FeS maddələrini süzməklə;

2.AgNO3 maddəsini NaCl məhlulu ilə çökdürməklə;

3. Fe(NO3)2 maddəsini qələvi ilə çökdürməklə;

4. Maddələrin hamısını distillə üsulu ilə;

5. AgNO3 maddəsini xlorid turşusu ilə.


A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 4, 5 E) 1, 2, 3

IX sinif
1. «Maddə və maddi aləm» məzmun xətti üzrə

K.IX. 1.1. QS.1 qiymətləndirmə standartı əsasında hazırlanmış

test nümunəsi.

K.IX.1.1. QS.1 Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi

1.1.1. Q.4 Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu, quruluşla bağlı fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və müxtəlif üsullarla adlandırır.

1.1.1.Q.3 Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu və fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələri beynəlxalq nomenklatura ilə adlandırır.

1.1.1. Q.2 Metallar və qeyri-metalların kristal qəfəsinin quruluşunu şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir.

1.1.1. Q.1 Metallar və qeyri-metalların fiziki xassələrini fərqləndirir, bəzi sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir.



Test (K.IX. 1.1. QS.2)

1. Yalnız molekulyar quruluşlu maddələrdən ibarət sıranı göstərin:

A) Qrafit, silisium, fosfor, kükürd.

B) Azot, kükürd, hidrogen-sulfid, ammonyak.

C) Silisium-dioksid, karbon-dioksid, azot-dioksid, fosfor oksid.

D) Dəmir(II)oksid, karbon-monooksid, maqnezium-oksid, hidrogen xlorid.

E) Civə, natrium-xlorid, hidrogen-bromid, natrium-sulfat.
2. Natrium-xlorid birləşməsi üçün doğru olmayan fiziki xassə hansıdır?

A) Suda həll olur.

B) Şor dadı var.

C) Bərk maddədir.

D) Atom kristal qəfəsinə malikdir.

C) Suda məhlulu elektrik cərəyanını keçirir.

3. Pentanın neçə quruluş izomeri var?

A) 2 B) 3 C) 4 D) 5 E) 6


4. CH3 – CH – CH2 – CH3

|

CH3 quruluşlu karbohidrogeni beynəlxalq nomenklatura ilə adlandırın:



A) 2-metil butan

B) 3-metil butan

C) Dimetil etil metan

D) 1,1-dimetil propan

E) İzobutan
5. Maddənin qrafik formulu nəyi göstərir?

A) Kristal qəfəsinin quruluşunu

B) Maddənin hansı hissəciklərdən ibarət olmasını

C) Maddənin fəza quruluşunu

D) Maddənin kimyəvi quruluşunu (tərkibindəki atomların birləşmə ardıcıllığını)

E) Maddənin elektron quruluşunu


6. Metalların kristal qəfəsinin quruluşu necə təsvir olunur?

A) Kristal qəfəsinin düyünlərində yalnız metal atomları yerləşir.

B) Kristal qəfəslərinin düyünlərində həm atomlar və həm də ionlar yerləşir, atom və ionların arasında isə hərəkətli elektronlar olur.

C) Kristal qəfəsinin düyünlərində yalnız metal ionlar yerləşir.

D) Kristal qəfəsinin düyünlərində metal ionları yerləşir, onların arasında isə hərəkətli elektronlar olur.

E) Kristal qəfəsinin düyünlərində molekullar yerləşir.


7. Fosfor və kükürdün kristal qəfəsi hansı hissəciklərdən təşkil olunur?

A) Atomlardan B) İonlardan C) Polyar molekullardan

D) Qeyri-polyar molekullardan E) Həm molekullardan, həm də ionlardan.
8. Kristal qəfəsi qeyri-polyar molekullardan təşkil olunan maddələrin doğru olan fiziki xassəsini göstərin:

A) Elektriki yaxşı keçirirlər

B) İstiliyi yaxşı keçirirlər

C) Suda yaxşı həll olurlar

D) Asan əriyir və qaynayırlar

E) Plastikliyi yüksək olur


9. Metalların hansı fiziki xassəsi doğru deyil?

A) Elektriki yaxşı keçirirlər.

B) İstiliyi yaxşı keçirirlər.

C) Döydükdə yastılanırlar (plastikdirlər).

D) Döydükdə qırılırlar (kövrəkdirlər).

E) Səthi parlaqdır, işığı qaytarırlar.


10. CH3

|

CH3 – CH – CH – CH3



|

CH3 quruluşlu maddəni səmərəli (rasional) nomenklatura ilə adlandırın.

A) Tetrametil etan

B) Dimetilizopropil metan

C) 2,3-dimetil butan

D) İzoheksan

E) 2-metil, 3-metil butan

2. «Kimyəvi hadisələr» məzmun xətti üzrə

K.IX. 2.2. QS.5 Qiymətləndirmə standartı əsasında hazırlanmış

test nümunəsi.


K.IX. 2.2. QS.5 Kimyəvi reaksiyaların tənliklərinin tərtib etməyə və onların əsasında hesablamalar aparmağa dair bacarıqların qiymətləndirilməsi sxemi.

2.2.2. Q.4 Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri əsasında müxtəlif tipli hesablamalar aparır.

2.2.2. Q.3 Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri əsasında sadə hesablamalar aparır.

2.2.2. Q.2 Metallar və qeyri-metallara, sadə üzvi birləşmələrə aid müxtəlif kimyəvi reaksiyaların tənliklərini tərtib edir.

2.2.1. Q.1 Metallar və qeyri-metallara aid sadə kimyəvi reaksiyaların tənliklərini tərtib edir.


Test (K.IX. 2.2. QS.5.)

1. H2S + O2 → SO2 + H2O reaksiya tənliyində əmsalların cəmi neçədir?

A) 4 B) 5 C) 6 D) 7 E) 9
2. Hansı reaksiya tənliyində alınan məhsul səhv yazılıb?

A) S + O2 SO2; B) Li +O2 Li2O;

C) P+ O2 P2O5; D) Na + O2 → Na2O; E) Mg + O2 → MgO
3. Hansı reaksiya tənliyi səhvdir?

A) CH4 + O2 CO2 + H2O;

B) CH4 + O2 CH3OH

C) CH4 + O2 CH2O

D) CH4 + O2 CH2O

E) CH4 + O2 H - COOH

4. C2H5OH +O2 → CO2 + H2O reaksiya tənliyində sağ tərəfin əmsallarının cəmi neçədir?

A) 6 B) 7 C) 8 D) 9 E) 10


5. S X Y Z çevrilməsində Z maddəsini müəyyən edin.

A) Na2SO3 B) Na2S C) Na2SO4 D) NaHSO3 E) NaHSO4


6. Fe FeCl3 Y Z çevrilməsində X, Y, Z maddələri hansılardır?





X

Y

Z

A)

HCl

Fe(OH)2

FeO

B)

Cl2

Fe(OH)3

Fe2O3

C)

CuCl2

Fe(OH)Cl2

Fe3O4

D)

AlCl3

Fe(OH)2Cl

Fe2O3

E)

HClO3

Fe(OH)3

FeO

7. 5,6 l hidrogen qazının tam yanması üçün neçə litr oksigen qazı lazımdır?

A) 1 B) 1,5 C) 2,8 D) 4,2 E) 5,6
8. 200 q 18,25%-li xlorid turşusunun manqan (IV)oksidlə tam oksidləşməsindən neçə litr (n.ş.) xlor qazı alınar?

A) 2,8 B) 5,6 C) 11,2 D) 22,4 E) 44,8


9. 10% qarışığı olan 1 kq xörək duzunun suda məhlulunu elektroliz etdikdə neçə qram natrium-hidroksid alına bilər? (çıxımı 100% qəbul edin)

A) 610 B) 300 C) 900 D) 1230 E) 910


10. İkivalentli metalın 6 qramını xlorid turşusunda tam həll etdikdə 5,6 l (n.ş.) hidrogen qazı alınmışdır. Bu metalın nisbi atom kütləsi və adını müəyyənləşdirin.

A) Zn - 65 B) Mg – 24 C) Al – 27 D) Ca - 40 E) Fe - 56


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə