Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 1,44 Mb.
səhifə12/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   ...   6   7   8   9   10   11   12   13   14

Məqsəd: metallar və qeyri-metallar və onların birləşmələrinə aid təcrübələri müşahidə edir və yerinə yetirir.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Maddələrin alınması və kimyəvi xassələrinə aid kimyəvi təcrübələrin müşahidəsi

Metallar və qeyri-metalların kimyəvi xassələrinə aid təcrübələri müşahidə edir, nəticələrə dair qeydlər aparır.

Metallar və qeyri- metallara, onların birləşmələrinə aid təcrübələri müşahidə edir və qısa hesabatlar hazırlayır.

Metallar və qeyri- metallara, sadə üzvi birləşmələrə aid təcrübələri müşahidə edir və nəticələrə dair hesabatlar hazırlayır.

Metallar və qeyri-metallara, onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid təcrübələri müşahidə edir və nəticələrə dair təhlili hesabatlar hazırlayır.

2. Maddələrin alınması və kimyəvi xassələrinə aid təcrübələrin aparılması

Metallar və qeyri-metallara aid sadə təcrübələri yoldaşları ilə birlikdə aparır, nəticələrə dair qeydlər edir.

Metallar və qeyri-metallara aid kimyəvi təcrübələri aparır, nəticələrə aid hesabat hazırlayır.

Metallar və qeyri-metalların, sadə üzvi birləşmələrin alınması və kimyəvi xassələrinə aid təcrübələri aparır, nəticələrə dair hesabatlar hazırlayır.

Metallar və qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin alınması və kimyəvi xassələrinə aid təcrübələr aparır, nəticələrə dair təhlili hesabatlar hazırlayır.




4. «Kimya və həyat» məzmun xətti.
K.IX.4.1. QS.8. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.
4.1.1. Q.4. Metallar və qeyri-metalların, onların birləşmələrinin, sadə üzvi birləşmələrin və onlara aid reaksiyaların tətbiqinə, həyatda roluna dair referatlar hazırlayır, təqdimatlar edir.

4.1.1. Q.3. Metallar və qeyri-metalların, onların birləşmələrinin, onlara aid reaksiyaların tətbiqinə və həyatda roluna dair sxemlər hazırlayır, onları təqdim edir.

4.1.1. Q.2. Metallar və qeyri-metalların, onlara aid sadə reaksiyaların həyatda roluna, tətbiqinə dair məlumatlar toplayır, şifahi təqdimatlar edir.

4.1.1. Q.1. Bir neçə metal və qeyri-metalın, onlara aid birləşmələrin tətbiqinə dair məlumatlar söyləyir.


Məqsəd: metallar, qeyri-metalların və onların birləşmələrinin, sadə üzvi birləşmələrin, onlarla bağlı kimyəvi proseslərin tətbiqinə aid bilikləri mənimsəyir.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Maddələrin tətbiqinə dair bilik və bacarıqlar.

Bir neçə metal və qeyri- metalın, onların birləşmələrinin tətbiqinə dair bəzi məlumatlar söyləyir.

Metallar və qeyri-metalların, tətbiqinə dair məlumatlar toplayır və şifahi təqdimatlar edir.

Metallar, qeyri-metallar və onların birləşmələrinə dair məlumatlar toplayır, sxemlər tərtib edir.

Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid referatlar hazırlayır, təqdimatlar edir.


2. Kimyəvi proseslərin tətbiqinə dair bilik və bacarıqlar.

1-2 metal və 1-2 qeyri-metala aid proseslərin tətbiq sahələrini söyləyir.

2-3 metal və 2-3 qeyri-metala aid proseslərin tətbiqi barədə şifahi təqdimatlar edir.

Metallar, qeyri-metallar və onların birləşmələrinə aid reaksiyaların tətbiq sahələrinə dair sxemli təqdimatlar edir.

Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların tətbiqinə dair referatlar hazırlayıb təqdim edir.


3.4. Kimya fənni üzrə Qiymətləndirmə Standartlarının

tətbiqinə dair test nümunələri

VII sinif
1. «Maddə və maddi aləm» məzmun xəttinə aid K. VII. 1.1. QS.1 qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.


K. VII. 1.1. QS.1 Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi


1.1.1. Q.4 Maddələrin ümumi təsnifat sxemini tərtib edir və növlərinə aid misallar göstərir. Qarışıqları və mürəkkəb maddələri dörd xüsusiyyətinə görə fərqləndirir


1.1.1.Q.3 Bəsit maddələri fiziki xassələrinə görə fərqləndirir. Maddələrin ümumi təsnifat sxəmini tərtib edir. İki əlamətinə görə qarışıqları və mürəkkəb maddələri fərqləndirir


      1. Q.2 Qarışıqlarda maddələri bir neçə usulla ayırır. Maddələri təsnif edir.




      1. Q.1 Saf, bəsit və mürəkkəb maddələrə tərif verir.






Test (K.VII. 1.1. QS.1)
1. Bəsit maddəni göstərin:

A) H2O B) HCl C) H2 D) FeS E) FeO


2. Mürəkkəb maddəni göstərin:

I. H2S, II. Fe, III. O2, IV. CO2, V. Cl2


A) I, II B) II, III, V C) III, IV D) I, II, III C) I, IV
3. Qarışıq hansıdır?

A) xörək duzu, B) soda, C) hava, D) əhəng, E) karbon qazı


4. Saf maddəni göstərin:

I. Soda, II. Xörək duzu, III. Şirin su, IV. Təbii su, V. Hava


A) I, II B) II, III C) III, IV D) IV, V E) II, V
5. Eyni cinsli qarışığı göstərin:

I. hava II. bulaq suyu III. bulanıq su IV. qranit V. şor su

A) I, II B) II, III C) I, II, III D) I, II, IV E) I, II, V
6. Şor suda duzu və suyu biri-birindən hansı üsullarla ayırmaq olar?

A) süzmə; B) buxarlandırma; C) maqnitlə ayırma; D) kristallaşdırma;

E) distillə.
7. Dəmir və kükürd tozu qarışığından dəmir və kükürdü necə ayırmaq olar?

I. maqnitlə II. su ilə III. kristallaşdırmaqla IV. süzmə ilə


A) I, II B) II, III C) III, IV D) I, III E) II, IV
8. Bəsit maddəni göstərin:

I. Dəmir, II. Dəmi(II) sulfid, III. Kükürd, IV. Fosfor, V. Soda


A) I, II, III B) III, IV, V C) I, III, IV D) II, IV, V E) II, III, IV
9. Aşağıda göstərilən xüsusiyyətlərdən hansıları saf mürəkkəb maddəyə (kimyəvi birləşməyə) aiddir?

1. Tərkib hissələrinin kütlə nisbətləri sabitdir.

2. Fiziki üsullarla tərkib hissələrini bir-birindən ayırmaq olar.

3. İstənilən kütlə nisbətlərində tərkib hissələri bir-birilə birləşir.

4. Tərkib hissələri biri-birilə yalnız müəyyən kütlə nisbətində birləşirlər.

5. Tərkib hissələri öz fərdi xassələrini saxlayır.


A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 1, 4
10. Qeyri metalların fiziki xassələrinə aid olanları göstərin:

1. Elektriki və istiliyi yaxşı keçirir.

2. Elektriki və istiliyi keçirmir.

3. Çəkiclə döydükdə yastılanır.

4. Çəkiclə döydükdə qırılıb ovxalanır.

5. Səthi parlaqdır, işığı qaytarır.


A) 1, 2 B) 2, 3 C) 2, 4 D) 2, 5 E) 3, 5
2. «Kimyəvi hadisələr» məzmun xəttinə aid K. VII. 2.2. QS.5 qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.


K. VII. 2.2. QS.5 Kimyəvi reaksiya tənliklərinin tərtibi və tənliklər əsasında hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.


2.2.2. Q.4 Sadə reaksiyə tənliklərinə əsasən reaksiyaya girən və ya alınan maddələrdən birinin kütləsi, miqdarı və ya həcmi məlum olduqda o birilərinin kütləsini, miqdarını və həcmini hesablayır.


2.2.2. Q.3 Sadə reaksiya tənliklərinə əsasən maddələrdən birinin kütləsi və ya miqdarı məlum olduqda başqa maddənin kütləsi və miqdarını hesablayır.


2.2.2. Q.2 Sadə reaksiya tənlikləri üzrə bir maddənin kütləsi məlum olduqda başqa maddənin kütləsini hesablayır.


2.2.1. Q.1 Sadə reaksiya tənliklərini tərtib edir və əmsallaşdırır.




Test (K. VII. 2.2. QS.5.)
1. Hansı reaksiyanın tənliyindəki maddələrin formulu səhv yazılmışdır?

A) H2 + O2 → H2O; B) C + O2 → CO2; C) Fe + S → FeS;

D) H2 + S → H2S; E) H2 + Cl2 → H2Cl2
2. Hansı reaksiya tənliyinin əmsalları düzgün tərtib olunmamışdır?

A) 2Ca + O2 → 2CaO; B) 4Al + 3O2 → 2 Al2O3;

C) 2Li + O2 → Li2O; D) S + O2 → SO2; E) N2 + 3H2 → 2NH3
3. CH4 + O2 → CO2 + H2O reaksiya tənliyində alınan maddələrin əmsallarının cəmi neçədir?

A) 2 B) 3 C) 4 D) 5 E) 6


4. 6q hidrogen qazı tam yandıqda neçə qram su alınar?

A) 18 B) 24 C) 36 D) 54 E) 72


5. 4Al + 3O2 → 2Al2O3 tənliyi üzrə gedən reaksiyada 2 mol Al reaksiyaya daxil olursa nəticədə neçə mol və neçə qram alüminium-oksid alınar?

A) 2 mol və 102 q; B) 1 mol və 102 q; C) 1 mol və 204 q;

D) 2 mol və 204 q; E) 4 mol və 204 q.
6. 3 mol hidrogen qazı yandırıldıqda neçə litr (n.ş.) oksigen qazı sərf olunar və neçə qram su alınar?

A) 5,6 l və 9 q; B) 11,2 l və 18 q; C) 22,4 l və 27 q;

D) 33,6 l və 36 q; E) 33,6 l və 54 q.

7. C2H2 + O2 → CO2 + H2O reaksiya tənliyində maddələrin əmsallarının cəmi neçədir?

A) 7 B) 9 C) 11 D) 13 E) 15
8. Hansı reaksiyada alınan məhsulların formulu səhv yazılmışdır?

1. P + O2 → P2O3; 2. P + O2 → P2O5; 3. P + O2 → PO2;

4. H2 + C → CH4; 5. H2 + N2 → NH2
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 3, 5 E) 1, 5
9. Reaksiyanın tənliyi nəyi göstərir?

A) yalnız reaksiyaya girən maddələrin formullarını;

B) yalnız reaksiya nəticəsində alınan maddələrin formullarını;

C) reaksiyanın getmə şəraitini;

D) reaksiyaya girən və alınan maddələrin formullarını, onların sayını.

E) reaksiyanın başvermə əlamətlərini.


10. Mg + 2HCl → MgCl2 + H2 reaksiyasında 6,02 · 1023 sayda maqnezium atomu xlorid turşusundan neçə mol hidrogen qazı çıxaracaqdır?

A) 2,5 B) 1 C) 1,5 D) 2 E) 0,5


3. «Kimyəvi eksperiment və modelləşdirmə» məzmun xəttinə aid

K. VII. 3.1. QS.6. qiymətləndirmə standartı əsasında hazırlanmış

test nümunəsi.


K. VII. 3.1. QS.6. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparılmasına dair qiymətləndirmə sxemi.


3.1.1. Q.4. Qazların alınması və xassələrrinə aid sadə təcrübələr aparır, onlara dair hesabat hazırlayır.


3.1.1. Q.3. Qarışıqların ayrılmasına aid sadə təcrübələr aparır, onlara dair hesabat hazırlayır.


3.1.1. Q.2. Qarışıqların ayrılmasına aid bəzi sadə təcrübələri aparır və onlara dair qeydlər edir.


3.1.1. Q.1. Sadə kimyəvi təcrübələri müşahidə edir və onlara dair qeydlər aparır.


Test (K.VII. 3.1. QS.6.)
1. Kerosinin (ağ neftin) üzərinə su töküb qarışdırır və bir qədər gözləyirik, nə müşahidə olunur?

A) mayelər biri-birində həll olur;

B) kerosin suyun üzərində ayrıca təbəqə əmələ gətirir;

C) su kerosinin üzərində ayrıca təbəqə əmələ gətirir.

D) yeni rəngli maye əmələ gəlir;

E) heç bir dəyişiklik baş vermir.


2. Spirtin üzərinə su töküb qarışdırır və bir qədər gözləyirik, nə müşahidə olunur?

A) mayelər bir-birində tam həll olur;

B) spirt suyun üzərində ayrıca təbəqə əmələ gətirir;

C) su spirtin üzərində ayrıca təbəqə əmələ gətirir;

D) yeni rəngli maye əmələ gəlir;

E) həç bir dəyişiklik baş vermir.


3. Qarışmayan mayeləri laboratoriyada hansı qabda ayırmaq əlverişlidir?

A) büretdə; B) silindrdə;

C) stəkanda; D) yastıdıb kolbada;

E) ayrıcı qıfda.


4. Xörək duzu suda həll edilmişdir, duzu və suyu biri-birindən hansı üsulla ayırmaq olar?

A) çökdürməklə; B) kristallaşdırmaqla; C) buxarlandırmaqla;

D) distillə ilə; E) süzməklə.
5. Xörək duzu ilə təbaşir tozu qarışdırılmışdır, qarışıqdakı maddələri biri-birindən necə ayırmaq olar?

A) suda həll etmək və süzməklə;

B) suda həll edib süzmək sonra, məhluldan suyu buxarlandırmaqla;

C) maqnitlə;

D) suda həll etmək və duzu kristallaşdırmaqla;

E) suda həll edib sonra, distillə etməklə.


6. Sadə qaz alınan cihazı quraşdırmaq üçün hansı hissə artıq göstərilmişdir?

A) böyük sınaq şüşəsi və ya yumrudib kolba;

B) içərisindən borucuq keçirilmiş tıxac;

C) qazaparan boru;

D) dəmir ştativ;

E) əks soyuducu.


7. Oksigen qazının varlığını hansı təcrübə ilə yoxlayırlar?

1. yanar çöpü söndürməsi ilə;

2. közərmiş çöpü alovlandırması ilə;

3. alova tutduqda kiçik partlayış səsi verməsi ilə;

4. əhəng suyunu bulandırması ilə;
A) 1, 2 B) 3, 4 C) yalnız 2 D) yalnız 3 E) 1, 3
8. Sadə qazları (O2, H2) alarkən onların silindrə (kolbaya) toplanması üsullarını göstərin:

1. Suyu sıxışdırıb çıxarma; 2. Havanı sıxışdırıb çıxarma; 3. Spirti sıxışdırıb çıxarma;


A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 1, 2, 3 E) Yalnız 3
9. Qarışıqların ayrılması təcrübələrinə aid hesabat hazırladıqda hansı ardıcıllığa əməl olunmalıdır?
10. Sadə qazların (O2, H2) alınmasına və onların fiziki xassələrinin (Havadan ağır yaxud yüngül olması, suda həll olması, rəngi, iyi) yoxlanmasına aid təcrübələr aparıldıqda hesabat hansı ardıcıllıqda tərtib olunur:

1. Təcrübənin gedişi qısaca yazılır; 2. Reaksiya tənlikləri tərtib olunur;

3. Cihazın sxemi çəkilir; 4. Nəticə verilir; 5. Hesablama aparılır.
A) 1, 2 B) 1, 2, 3 C) 1, 2, 3, 4 D) 4, 5 E) Yalnız 5

4. «Kimya və həyat» məzmun xəttinə aid K. IIV. QS.8. qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.


K. IIV.4.1. QS.8 Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklərin qiymətləndirilməsi sxemi.


4.1.1. Q.4. Məişətdə tətbiq olunan kimyəvi maddələrdən istifadə edilməsi və onların saxlanması qaydalarını izah edir.


4.1.1. Q.3. Məişətdə tətbiq olunan kimyəvi maddələri tanıyır və onlardan istifadə etmək qaydalarını izah edir.


4.1.1. Q.2. Məişətdə tətbiq olunan kimyəvi maddələri tanıyır və onlardan bəziləri ilə davranma qaydalarını izah edir.


4.1.1. Q.1. Məişətdə tətbiq olunan kimyəvi maddələrin bəzilərini tanıyır və onlardan istifadə edir.



Test (K. IIV. 4.1. QS.8.)
1. Aşağıdaki maddələrdən hansı məişətdə tətbiq olunmur?

A) natrium-xlorid; B) soda; C) potaş;

D) kalsium-xlorid; E) sabun
2. Hansı maddə məişətdə tətbiq olunur?

A) sulfat turşusu; B) sirkə turşusu; C) kalium-xlorid;

D) mis(II) oksid; E) kalium metalı
3. Çay sodası məişətdə nə məqsədlə tətbiq olunur?

1. boğazı qarqara etmək üçün;

2. cod suyu yumşaltmaq üçün;

3. mədədə turşuluğu aradan qaldırmaq üçün;

4. ləkələri təmizləmək üçün;
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 3, 4 E) 2, 4
4. Məişətdə nişastadan nə məqsədlə istifadə edirlər?

1. ləkələri təmizləmək üçün;

2. cod suyu yumşaltmaq üçün;

3. ağ geyim əşyalarına şuxluq vermək üçün;

4. ağ geyim əşyalarına parlaqlıq vermək üçün.
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 3, 4 E) 1, 4
5. Natrium-xloridin məişətdə tətbiq sahələrini sadalayın:

1. xörəyə tökülür;

2. tərəvəzi konservləşdirirlər;

3. balığı və əti konservləşdirirlər;

4. ləkələri təmizləyirlər.
A) 1, 2 B) 1, 3 C) 1, 2, 3 D) 2, 3 E) 2, 3, 4
6. Məişətdə tətbiq olunmayan maddəni göstərin:

A) qliserin, B) nişasta, C) etil spirti, D) sirkə turşusu,

E) fosfor.
7. Aseton, spirt, benzin necə, hansı şəraitdə saxlanılmalıdır?

1. ağzı kip bağlı şüşə qabda;

2. ağzı kip bağlı plastik qabda;

3. ağzı açıq şüşə qabda;

4. ağzı açıq plastik qabda;

5. oddan uzaqda, sərin yerdə.


A) 1, 2, 3 B) 1, 2, 4 C) 1, 2, 5 D) 2, 3, 4 E) 3, 4, 5
8. Yod məhlulu necə saxlanılmalıdır?

1. ağzı kip bağlı şüşə qabda;

2. ağzı kip bağlı, sərin, qaranlıq yerdə;

3. ağzı açıq şüşə qabda;

4. oddan uzaqda.
A) 1, 2 B) 1, 3 C) 1, 4 D) 2, 3 E) 3, 4
9. Məişətdə yanacaq kimi tətbiq olunan təbii qazla (əsas tərkibi metandır CH4) hansı davranma qaydalarına əməl olunmalıdır?

1. təbii qaz yandırılan otaqda kiçik pəncərə açıq olmalıdır;

2. təbii qaz yandırılan otaqda yanma məhsullarını soran boru olmalıdır;

3. otağa qaz sızıbsa (iy varsa) qapı və pəncərə açılıb, havası təmizlənməlidir;

4. təbii qaz yandırılan otaqda qapı və pəncərələr bağlı olmalıdır;

5. otaqda qaz iyi hiss etdikdə işıq yandırmaq, kibrit çəkmək olmaz.


A) 1, 2 B) 1, 2, 3 C) 1, 2, 3, 4 D) 1, 2, 3, 5 E) 4, 5
10. Aseton, spirt, benzin məişətdə nə məqsədlə tətbiq olunur?

1. çaydan və qazanlardan ərpi təmizləmək üçün;

2. ləkələri təmizləmək üçün;

3. boyaqları və lakları həll etmək üçün;

4. pası təmizləmək üçün.
A) 1, 2 B) 1, 3 C) 1, 4 D) 2, 3 E) 3, 4
VIII sinif

1. «Maddə və maddi aləm» məzmun xəttindən K. VIII. 1.1. QS.1 qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.


K. VIII. 1.1. QS.1 Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.


1.1.1. Q.4 Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir, adlandırır və tam təsnif edir.


1.1.1.Q.3 Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir, beynəlxalq nomenklatura ilə adlandırır və qismən təsnif edir.


      1. Q.2 Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir və tərifini verir.




      1. Q.1 Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir.






Test (K.VIII. 1.1. QS.1)
1. Yalnız oksidlərin formulu olan sıranı göstərin:
A) HCl, CaO, NaOH B) H2SO4, Ca(OH)2, SO2

C) SO3, P2O5, Na2O D) KCl, KOH, K2O

E) SO2, MgO, HNO3
2. Yalnız əsasi oksidlər olan sıra hansıdır?
A) ZnO, MgO, SO2 B) SO2, P2O5, CO2

C) MgO, FeO, CaO D) Al2O3, SO3, NO2

E) K2O, CO, N2O
3. Yalnız turşular olan sıranı göstərin:
A) Na2SO4, NaOH, HCl B) H2SO4, H2CO3, HCl

C) Al(OH)3, H2SiO3, H2S D) SO3, HCl, KOH

E) H2SO4, CO2, HNO3
4. Hansı sırada əsasların tərifi düzgün verilmişdir?
A) İki elementdən biri oksigen olan mürəkkəb maddələr.

B) Metal atomu ilə turşu qalığından ibarət olan mürəkkəb maddələr.

C) Metal atomu ilə əvəz olunan hidrogen atomundan və turşu qalığından ibarət olan mürəkkəb maddələr.

D) Metal atomu ilə hidroksil qruplarından ibarət olan mürəkkəb maddələr.

E) Metal atomu, hidrogen atomu və turşu qalığından ibarət olan mürəkkəb maddələr.
5. Müasir beynəlxalq nomenklatura ilə P2O5 oksidini adlandırın:
A) Fosfor (V) oksid

B) Fosfor-2, oksigen-5

C) Fosfat turşusunun anhidridi

D) Difosforpentaoksid

E) Difosfortetraoksid
6. Yalnız amfoter əsaslardan ibarət olan sıranı göstərin:

A) NaOH, Fe(OH)3, Al(OH)3, B) KOH, Fe(OH)2, Be(OH)2

C) Mg(OH)2, Zn(OH)2, Cu(OH)2 D) Zn(OH)2, Be(OH)2, Pb(OH)2

E) Al(OH)3, Mg(OH)2, Cr(OH)3


7. Yalnız duz əmələ gətirməyən oksidlərdən ibarət sıra hansılardır?

1. CO 2. CO2 3. NO 4. NO2 5. N2O 6. Na2O


A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 5 D) 2, 4, 6 E) 1, 3, 6
8. İkiəsaslı oksigensiz turşu hansıdır?
A) H2SO3 B) H2S C) H2CO3 D) HF E) H2SiO3
9. Normal duz, turş duz və əsasi duzdan ibarət olan sıranı göstərin:
A) Na2SO4, NaNO3, NaHSO4 B) NaHSO4, MgHPO4, MgCl2

C) Cu(OH)Cl, CuSO4, NaHCO3 D) Na2CO3, NaHCO3, NaKSO4

E) Mg(OH)Cl, (CuOH)2SO4, CuSO4
10. Hansı sıradakı duz düzgün adlandırılmayıb?
A) Na2SO4 - natrium-sulfat

B) Mg(OH)Cl – magnezium-əsasixlorid

C) Cu(OH)Cl – mis-əsasixlorid

D) MgSO4 – maqnezium-sulfat

E) Al2(SO4)2 – alüminium-sulfat


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə