Мцяллиф адлы кимйяви реаксийалар


IX sinif 1. «Maddə və maddi aləm» məzmun xətti



Yüklə 1,44 Mb.
səhifə10/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   ...   6   7   8   9   10   11   12   13   14

IX sinif

1. «Maddə və maddi aləm» məzmun xətti
K.IX.1.1. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir.




K.XI.1.1. QS.1.

Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.



1.1.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunu, fiziki xassələrini şərh edir.

1.1.1. Q.4. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu, quruluşla bağlı fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və müxtəlif üsullarla adlandırır.


1.1.1. Q.3. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu, və fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələri beynəlxalq nomenklatura ilə adlandırır.

1.1.1. Q.2. Metallar və qeyri-metallar kristall qəfəsinin quruluşunu şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir.


1.1.1. Q.1. Metallar və qeyri-metalların fiziki xassələrini fərqləndirir, bəzi sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir.

K. IX. QS.




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.



K. IX. 1.2. QS.2

Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.




1.2.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir.

1.2.1. Q.4. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin, sadə üzvi birləşmələrin fiziki-kimyəvi xassələrinin quruluşdan asılı olmasını misallar göstərməklə şərh edir.
1.2.1. Q.3. Metallar, qeyri-metalların, sadə qeyri-üzvi və üzvi birləşmələrin fiziki-kimyəvi xassələrinin onların quruluşundan asılılığını şərh edir.
1.2.1. Q.2. Metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin fiziki xassələrinin quruluşdan asılılığını şərh edir.
1.2.1. Q.1. Metallar və qeyri-metalların xassələrinin onların kristal qəfəsinin quruluşundan asılı olmasını izah edir.


K. IX. QS




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.



K.IX. 1.3.QS.3.

Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparmaq bacarıqlarının qiymətləndirilməsi sxemi




1.3.1. Metallar, qeyri-metallar və onlarıın birləşmələrinə, sadə üzvi birləşmələrə aid məsələlər qurur və həll edir.

1.3.1. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müxtəlif tipli məsələlər qurur və mürəkkəb məsələləri həll edir.


1.3.1. Q.3. Metallar, qeyri-metallar və onların birləşmələrinə, üzvi birləşmələrə aid sadə məsələlər qurur və müxtəlif tipli məsələləri həll edir.


1.3.1. Q.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə,

üzvi birləşmələrə aid müxtəlif tipli sadə məsələləri həll edir.




1.3.1. Q.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə aid sadə məsələləri həll edir.



2. «Kimyəvi hadisələr» məzmun xətti
K.IX. 2.1. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.



K.IX.2.1. QS.4.

Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi




2.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.

2.1.1. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların başlanması, getməsi və sürətləndirilməsi şərtlərini izah edir.


2.1.1. Q.3. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların başlanması və getməsi şərtlərini izah edir.


2.1.1. Q.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid ən mühüm reaksiyaların getməsi şərtlərini izah edir.


2.1.1. Q.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid mühüm reaksiyaların başlanması şərtlərini izah edir.



K.IX.2.2. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.



K.IX.2.2. QS.5.

Kimyəvi reaksiya tənliklərini tərtib etməyə və onların əsasında hesablamalar aparmağa dair bacarıqların qiymətləndirməsi sxemi.




2.2.1.Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.

2.2.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.



2.2.2. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müxtəlif tipli reaksiya tənlikləri tərtib edir və onların əsasında hesablamalar aparır.


2.2.2. Q.3. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri tərtib edir və onların əsasında sadə hesablamalar aparır.


2.2.2. Q.2. Metallar və qeyri-metallara, sadə üzvi birləşmələrə aid müxtəlif reaksiyaların tənliklərini tərtib edir.


2.2.1. Q.1. Metallar və qeyri-metallara aid sadə kimyəvi reaksiyaların tənliklərini tərtib edir.



3. «Eksperiment və modelləşdirmə» məzmun xətti
K. IX.3.1. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.



K.IX.3.1. QS.6.

Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparmaq bacarıqlarının qiymətləndirilməsi sxemi.




3.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.

3.1.1. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müxtəlif təcrübələr aparır və nəticələrə dair təhlili hesabatlar hazırlayır.


3.1.1. Q.3. Metallar və qeyri-metallara, sadə üzvi birləşmələrə aid təcrübələr aparır və nəticələrə dair hesabatlar hazırlayır.


3.1.1. Q.2. Metallar və qeyri-metallara, onların birləşmələrinə aid təcrübələri yerinə yetirir və nəticələrə dair qısa hesabatlar hazırlayır.



3.1.1. Q.1. Metallar və qeyri-metallara aid muşahidələr aparır və nəticələrə dair qeydlər edir.




K. IX. 3.2. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.



K.VII.3.2. QS.7.

Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirmək bacarıqlarının qiymətləndirilməsi sxemi.




3.2.1. Metallar və qeyri-metallara, onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Q.4. Metallar və qeyri-metalların, onların mühüm birləşmələrinin, sadə üzvi birləşmələrin alınması və kimyəvi xassələrinə aid kimyəvi prosesləri modelləşdirir.


3.2.1. Q.3. Metallar və qeyri-metalların, onların mühüm birləşmələrinin, sadə üzvi birləşmələrin alınmasına aid kimyəvi prosesləri modelləşdirir.


3.2.1. Q.2. Metallar və qeyri-metalların, onların mühüm birləşmələrinin alınmasına aid sadə kimyəvi prosesləri modelləşdirir.


3.2.1. Q.1. Metallar və qeyri-metallara, onların mühüm birləşmələrinə

aid sadə kimyəvi reaksiyaların gedişi şəraitini müəyyənləşdirir.




4. «Kimya və həyat» məzmun xətti.
K.IX. 4.1. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.



K.IX. QS.8.

Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.




4.1.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin, sadə üzvi birləşmələrin tətbiqinə və həyatda roluna dair referatlar hazırlayır, təqdimatlar edir.

4.1.1. Q.4. Metallar və qeyri-metalların, onların mühüm birləşmələrinin, sadə üzvi birləşmələrin və onlara aid reaksiyaların tətbiqinə, həyatda roluna dair referatlar hazırlayır, təqdimatlar edir.


4.1.1. Q.3. Metallar və qeyri-metalların, onların birləşmələrinin, onlara aid reaksiyaların tətbiqinə və həyatda roluna dair referatlar hazırlayır, təqdimatlar edir.


4.1.1. Q.2. Metallar və qeyri-metalların, onlara aid sadə reaksiyaların həyatda roluna və tətbiqinə dair məlumatlar toplayır, təqdimatlar edir.

4.1.1. Q.1. Bir neçə metal və qeyri-metalların, onların birləşmələrinin tətbiqinə dair məlumatlar söyləyir.

K.IX. 4.2. QS.




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.




K.IX.4.2. QS.9.

Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olmasına dair biliklərin qiymətləndirməsi sxemi



4.2.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsini, onun aradan qaldırılması yollarını izah edir, referatlar hazırlayır.

4.2.1. Q.4. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsi və onun aradan qaldırılması yollarına aid referatlar hazırlayır.

4.2.1 Q.3. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsi və onun aradan qaldırılması yollarına aid təqdimatlar edir.


4.2.1. Q.2. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsi və onun aradan qaldırılmasına aid məlumatlar toplayır, onları izah edir.


4.2.1. Q.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsi və onun aradan qaldırılmasına aid qısa məlumatlar söyləyir.

K.IX. 4.3. QS.




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir




K.IX.4.3. QS.10.

Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğuna aid biliklərin qiymətləndirmə sxemi



4.3.1. Qeyri-üzvi kimya sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdimatlar edir.

4.3.1. Q.4. Qeyri-üzvi kimya sahəsində mühüm kəşflər etmiş alimlərin işlərinə dair məlumatlar toplayır, referatlar hazırlayır.


4.3.11 Q.3. Qeyri-üzvi kimya sahəsində mühüm kəşflər etmiş alimlər haqqında məlumatlar toplayır və təqdimatlar edir.


4.3.1. Q.2. Qeyri-üzvi kimya sahəsində görkəmli alimlərin işləri barədə qısa məlumatlar təqdim edir.

4.3.1. Q.1. Qeyri-üzvi kimya sahəsində böyük kəşfləri olan 1-2 görkəmli alim haqqında qısa məlumatlar söyləyir.

3.3. Qiymətləndirmə

Standartlarının tətbiqinə dair tövsiyələr

Tövsiyələr məzmun standartlarından təlim məqsədlərinə, təlim məqsədlərindən qiymətləndirmə meyarlarına doğru əlaqələri əks etdirən analitik qiymətləndirmə nümunələrindən ibarətdir. Analitik qiymətləndirmə nümunələrində məzmun standartları əsasında təyin olunmuş təlim məqsədləri və qiymətləndirmə standartlarından qiymətləndirmə meyarlarına, qiymətləndirmə meyarlarından isə bilik və bacarıq səviyyələrinə keçidlər əks olunur. Nümunələr hər sinif üçün məzmun xəttinə aid bir əsas standart və onu açıqlayan alt standartlar üzrə hazırlanmışdır.


VII sinif.
1. «Maddə və maddi aləm» məzmun xətti.
K.VII.1.1. QS.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.

1.1.1. Q.4. Maddələrin ümumi təsnifat sxemini tərtib edir və növlərinə aid misallar göstərir. Qarışıqları və mürəkkəb maddələri dörd xüsusiyyətinə görə fərqləndirir.

1.1.1. Q.3. Bəsit maddələri fiziki xassələrinə görə fərqləndirir. Maddələrin ümumi təsnifat sxemini tərtib edir. İki əlamətinə görə mürəkkəb maddələri və qarışıqları fərqləndirir.

1.1.1. Q.2. Qarışıqlarda maddələri bir neçə üsulla ayırır. Maddələri təsnif edir.

1.1.1. Q.1. Saf, bəsit və mürəkkəb maddələrə tərif verir.
Məqsəd: «Saf maddə» və «qarışıq maddə» anlayışlarının mahiyyətini izah edir; bəsit və mürəkkəb maddələri tərkibinə görə, bəsit maddələri fiziki xassələrinə görə qruplara bölür; yeni və müxtəlif cinsli qarışıqlarda maddələrin ayrılması üsullarını şərh edir, mürəkkəb maddə və qarışığı xüsusiyyətlərinə görə fərqləndirir.

Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Saf maddə və qarışığın fərqləndirilməsi

Bir üsulla fərqləndirir

İki üsulla fərqləndirir

Üç üsulla fərqləndirir

Dörd mümkün üsulla fərqləndirir


2. Qarışıqlarda maddələrin ayrılması

Yalnız müxtəlif cinsli qarışıqlarda maddələrin bir üsulla ayrılmasını izah edir

Həm eyni, həm də müxtəlif cinsli qarışıqlarda maddələrin bir üsulla ayrılmasını izah edir

Həm eyni, həm də müxtəlif cinsli qarışıqlarda maddələrin iki üsulla ayrılmasını izah edir

Həm eyni, həm də müxtəlif cinsli qarışıqlarda maddələrin bütün üsullarla ayrılmasını izah edir

3. Maddələrin təsnif edilmsi

Bəsit maddələri fiziki xassələrinə görə metallara və qeyri-metallara bölür

Tərkibinə görə bəsit və mürəkkəb maddələri qruplara ayırır

Bəsit və mürəkkəb maddələri ayrıca qruplaşdırır və onların fərqini izah edir

Maddələrin ümumi təsnifat sxemini tərtib edir, hər bir maddə növünə misal göstərir



2. «Kimyəvi hadisələr»məzmun xətti.
K.VII. 2.2. QS.5. Kimyəvi reaksiya tənliklərinin tərtibi və tənliklərə görə hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.
2.2.2. Q.4. Sadə reaksiya tənliklərinə əsasən reaksiyaya girən və ya alınan maddələrdən birinin kütləsi, həcmi və ya miqdarı məlum olduqda o birilərinin kütləsi, həcmi və miqdarını hesablayır.

2.2.2. Q.3. Sadə reaksiya tənliklərinə əsasən maddələrdən birinin kütləsi və ya miqdarı məlum olduqda başqalarının kütləsi və miqdarını hesablayır.

2.2.2 Q.2. Sadə reaksiya tənlikləri üzrə bir maddənin kütləsi məlum olduqda başqa maddənin kütləsini hesablayır.

2.2.1. Q.1. Sadə reaksiya tənliklərini tərtib edir və əmsallaşdırır.


Məqsəd: sadə tənlikləri tərtib edir və əmsallaşdırır; sadə tənliklər üzərində müxtəlif hesablamalar aparır.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Sadə reaksiya tənliklərinin tərtibi

Atomların sayını bərabərləş-dirməklə sadə reaksiya tənliklərini əmsallaşdırır


Sadə reaksiya tənliklərini əmsallaşdırır və əmsalların mahiyyətini açıqlayır

Kimyəvi tənlikləri riyazi tənliklərdən fərqləndirir, onları əmsallaşdırır

Reaksiyaya daxil olan maddələrə əsasən alınan maddələri müəyyənləş-dirir, tənliyi əmsallaşdırır

2. Reaksiya tənlikləri üzrə hesablamalar aparılması

Reaksiyaya daxil olan maddələrin kütlə nisbətlərini hesablayır

Reaksiyada iştirak edən maddələrdən birinin miqdarı məlum olduqda o birilərinin miqdarını hesablayır

Maddələrdən birinin miqdarı məlum olduqda o birilərinin miqdarını və kütləsini hesablayır

Maddələrdən birinin miqdarı, kütləsi və ya həcmi məlum olduqda o birilərinin miqdarını kütləsini və həcmini hesablayır


3. «Kimyəvi eksperiment və modelləşdirmə» məzmun xətti.
K.VII. 3.1. Kimyəvi hadisələrə və onların qanuna uyğunluqlarına aid eksperimentlər aparılmasına dair qiymətləndirmə sxemi.
3.1.1. Q.4. Qazların alınması və xassələrinə aid sadə təcrübələr aparır. Onlara dair hesabat hazırlayır.

3.1.1. Q.3. Qarışıqların ayrılmasına aid sadə təcrübələr aparır və onlara dair hesabat hazırlayır.

3.1.1. Q.2. Qarışıqların ayrılmasına aid bəzi sadə təcrübələri aparır və onlara dair qeydlər edir.

3.1.1. Q.1. Sadə kimyəvi təcrübələri müşahidə edir və onlara aid qeydlər aparır.


Məqsəd: təcrübələr aparmaq üçün cihazlar quraşdırır; sadə təcrübələr aparır və onlara aid hesabat yazır.

Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Sadə cihazların quraşdırılması

Cihazın hissələrini tanıyır, onları quraşdıra bilmir

Qarışıqların ayrılmasına aid sadə cihazları quraşdırır

Qazların alınmasına aid sadə cihazları quraşdırır

Bütün növ sadə cihazları quraşdırır və onların kipliyini yoxlayır


2. Sadə kimyəvi təcrübələrin aparılması

Təcrübələri ancaq müşahidə edə bilir

Sadə cihazlarda bəzi təcrübələri aparır

Kimyəvi qablarda və sadə cihazlarda qarışıqları tərkib hissələrinə ayırır


Sadə cihazlarda qarışıqları ayırır, sadə qazları alır

3. Hesabatın tərtibi

Təcrübələrə aid yalnız bəzi qeydlər aparır

Təcrübələrin gedişinə aid sadə hesabat tərtib edir

Təcrübələrin gedişinə dair ümumi hesabat tərtib edir

Təcrübələrin gedişinə dair təhlil verir və geniş hesabat hazırlayır


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə