Мцяллиф адлы кимйяви реаксийалар


«Kimya və həyat» məzmun xətti



Yüklə 1,44 Mb.
səhifə11/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   ...   6   7   8   9   10   11   12   13   14

4. «Kimya və həyat» məzmun xətti.
K.VII.4.1. QS.8. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklərin qiymətləndirilməsi sxemi.
4.1.1. Q.4. Məişətdə tətbiq olunan kimyəvi maddələrdən istifadə edilməsi və onların saxlanması qaydalarını izah edir.

4.1.1. Q.3. Məişətdə tətbiq olunan kimyəvi maddələri tanıyır və onlardan istifadə etmək qaydalarını izah edir.

4.1.1. Q.2. Məişətdə tətbiq olunan kimyəvi maddələrin ən mühümləri ilə davranma qaydalarını bilir və onlardan istifadə edir.

4.1.1. Q.1. Məişətdə tətbiq olunan kimyəvi maddələrin bəzilərindən istifadə edir.


Məqsəd: məişətdə tətbiq olunan kimyəvi maddələri tanıyır; onlarla davranmaq qaydalarını izah edir; məişətdə tətbiq olunan kimyəvi maddələrin xassələrini bilir və onları saxlamağı bacarır.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Məişətdə tətbiq olunan kimyəvi maddələri tanıması

Məişətdə tətbiq olunan kimyəvi maddələrdən bir neçəsini tanıyır

Məişətdə tətbiq olunan kimyəvi maddələrin əksəriyyətini tanıyır

Məişətdə tətbiq olunan maddələri tanıyır və onlardan istifadə edilməsi barədə bəzi məlumatlara malikdir

Məişətdə tətbiq olunan maddələrdən istifadə etmək qaydalarını izah edir

2. Məişətdə tətbiq olunan kimyəvi maddələrdən istifadə etmək bacarığı

Məişətdə tətbiq olunan bəzi maddələrdən istifadə edə bilir

Məişətdə tətbiq olunan maddələrin ən mühümlərin-dən istifadə edir

Məişətdə tətbiq olunan maddələri tanıyır və onlardan istifadə etmək qaydalarını izah edir

Məişətdə tətbiq olunan kimyəvi maddələrdən istifadə etmək və onları saxlamaq qaydalarını izah edir

3. Məişətdə tətbiq olunan kimyəvi maddələrlə davranmaq bacarığı

Məişətdə tətbiq olunan bəzi maddələrlə davranmağı bacarır

Məişətdə tətbiq olunan ən mühüm maddələrlə davranmağı bacarır

Məişətdə tətbiq olunan ən mühüm maddələrin saxlanması qaydalarını və onlarla davranma qaydalarını izah edir

Məişətdə tətbiq olunan bütün kimyəvi maddələrin saxlanması qaydalarını və onlarla davranma qaydalarını izah edir


VIII sinif

1. «Maddə və maddi aləm» məzmun xətti.

K.VII.1.1. QS.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.
Şagird:

1.1.1. Q.4. Oksidlər, əsaslar, turşular və duzları tərkibinə görə fərqləndirir, tərifini verir, adlandırır və onları tam təsnif edir.

1.1.1. Q.3. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir, onları adlandırır və qismən təsnif edir.

1.1.1. Q.2. Oksidlər, əsaslar, turşular və duzları tərkibinə görə fərqləndirir və tərifini verir.



1.1.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzları tərkibinə görə fərqləndirir.

Məqsəd: tərkibinə görə oksid, əsas, turşu, və duzu tanıyır; beynəlxalq nomenklatura ilə onları adlandırır; hər bir maddələr qrupunu təsnif edir.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


S.n.

Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta səviyyə

Yüksək səviyyə

Ən yüksək səviyyə

1.

Qeyri-üzvi birləşmələrin mühüm siniflərinə aid nümunələrin formulunun tərtibi

Hər birləşmə sinfinə aid 1-2 nümunənin formulunu yazır.

Hər birləşmə sinfinə aid 2-3 nümunənin formulunu yazır.

Hər birləşmə sinfinə aid 3-4 nümunənin formulunu yazır.

Hər birləşmə sinfinə aid 4-5 nümunənin formulunu yazır.


2.

Qeyri-üzvi birləşmələrin hər bir qrupuna tərif verilməsi.


Tərkibinə görə hər qrup birləşməyə sadə şəkildə tərif verir.

Hər qrup birləşmənin tam tərifini söyləyir.

Hər qrup birləşmənin tam tərifini verir və onların hansı hissəciklərdən ibarət olmasını göstərir.

Hər qrup birləşmənin tam tərifini və onların mahiyyə-tini izah edir

3.

Qeyri-üzvi birləşmələrin mühüm sinifləri nümayəndə-sinin adlandırıl-ması


Hər qrupdakı birləşmədən 1-2 nümayən-dənin adını düzgün söyləyir.

Hər qrupdakı birləşmədən 2-3 nümayən-dənin adını düzgün söyləyir.

Hər qrupdakı birləşmədən 3-4 nümayən-dənin adını düzgün söyləyir.

Oksidlər, əsaslar, turşular və duzların hamısının adını düzgün söyləyir.

4.

Qeyri-üzvi birləşmələrin mühüm siniflərinin təsnifatının təqdim edilməsi.


Yalnız duz əmələ gətirən oksidləri düzgün təsnif edir.

Oksidlərin, əsasların, turşuların düzgün təsnifatını təqdim edir.

Qeyri-üzvi birləşmələrin hər bir sinfinin düzgün təsnifatını təqdim edir, hər növə aid 1-2 misal göstərir.


Hər bir sinfin tam və düzgün təsnifatını təqdim edir, hər növə aid çoxlu misallar göstərir.




2. «Kimyəvi hadisələr» məzmun xətti.
K.VIII. 2.2. QS.5. Kimyəvi reaksiyaların tənliklərinin tərtib edilməsinə və tənliklər üzrə hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.
2.2.1. Q.4. Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi

2.2.2. xassələrinə aid ən mühüm reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Q.3. Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi

2.2.2. xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir və sadə hesablamalar aparır.

2.2.1. Q.2. Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi

xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir.



2.2.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə reaksiyaların tənliklərini tərtib edir.
Məqsəd: qeyri-üzvi birləşmələrin mühüm siniflərinin alınma üsullarına və kimyəvi xassələrinə aid reaksiya tənlikləri tərtib edir; tənliklər əsasında hesablamalar aparır.

Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta səviyyə

Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Mühüm qeyri-üzvi birləşmələrin alınması reaksiyalarına aid tənliklərin tərtib edilməsi

Oksidlər, əsaslar, turşular və duzların 1-2 üsulla alınması reaksiyalarının tənliklərini tərtib edir.

Oksidlər, əsaslar, turşular və duzların 2-3 üsulla alınması reaksiyalarının tənliklərini tərtib edir.

Oksidlər, əsaslar, turşular və duzların 3-4 üsulla alınması reaksiyalarının tənliklərini tərtib edir.

Oksidlər, əsaslar, turşular və duzların mühüm alınma reaksiyalarının tənliklərini tərtib edir və gedişi şəraitini göstərir.


2. Mühüm qeyri-üzvi birləşmələrin kimyəvi xassələrinə aid reaksiya tənliklərinin tərtib edilməsi

Oksidlər, əsaslar, turşular və duzların mühüm kimyəvi xassələrinə aid 1-2 reaksiya tənliyini tərtib edir.

Oksidlər, əsaslar, turşular və duzların mühüm kimyəvi xassələrinə aid 2-3 reaksiya tənliyini tərtib edir.

Oksidlər, əsaslar, turşular və duzların mühüm kimyəvi xassələrinə aid 3-4 reaksiya tənliyini tərtib edir.

Oksidlər, əsaslar, turşular və duzların mühüm kimyəvi xassələrinə aid bütün reaksiyaların tənliklərini tərtib edir və onların şəraitini göstərir.


3.Tənliklərin əsasında hesablama-ların aparılması

Sadə tənliklər üzrə bir tipdə hesablama məsələsini həll edir.

Sadə tənliklər üzrə iki tipdə hesablama məsələsini həll edir.

Tənliklər əsasında müxtəlif tipli məsələləri həll edir.

Tənliklər əsasında məsələləri tərtib edir və onları həll edir.




3. «Eksperiment və modelləşdirmə» məzmun xətti.
K.VIII. 3.1. QS.6. Kimyəvi hadisələrə və onların qanuna- uyğunluqlarına aid eksperimentlər aparılmasına dair qiymətləndirmə sxemi.
3.1.1. Q.4. Oksidlər, əsaslar, turşular və duzların alınmasına, kimyəvi

xassələrinə aid təcrübələr aparır və nəticələrə dair ətraflı hesabat hazırlayır.

3.1.1. Q.3. Oksidlər, əsaslar, turşular və duzların sadə üsullarla alınmasına, kimyəvi xassələrinə aid sadə təcrübələr aparır və nəticələrə dair qısa hesabat hazırlayır.

3.1.1. Q.2. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə təcrübələr aparır və nəticələrə dair qeydlər edir.



3.1.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid bir neçə sadə təcrübələr aparır.
Məqsəd: qeyri-üzvi birləşmələrin mühüm siniflərinin alınmasına və kimyəvi xassələrinə aid təcrübələr aparır; aparılmış təcrübələrin nəticələrinə dair hesabat hazırlayır.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta səviyyə

Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Qeyri-üzvi birləşmə-lərin alınmasına aid təcrübələrin aparılması

Qeyri-üzvi birləşmələrin alınmasına aid təcrübələri müstəqil apara bilmir.


Qeyri-üzvi birləşmələrin hər sinif nümayəndə-sinin alınmasına aid 1-2 təcrübə aparır.

Qeyri-üzvi birləşmələrin hər sinif nümayəndə-sinin alınmasına aid 2-3 təcrübə aparır.

Hər sinif nümayəndə-sinin alınmasına aid tələb olunan bütün təcrübələri aparır, onları təhlil edir.


2. Qeyri-üzvi birləşmələ-rin kimyəvi xassələrinə aid təcrübə-lərin aparılması


Qeyri-üzvi birləşmələrin kimyəvi xassələrinə aid bəzi sadə təcrübələr aparır.

Qeyri-üzvi birləşmələrin hər sinif nümayəndəsinin kimyəvi xassələrinə aid 1-2 təcrübə aparır.

Qeyri-üzvi birləşmələrin hər sinif nümayəndəsinin kimyəvi xassələrinə aid 2-3 təcrübə aparır.

Hər sinif nümayəndə-sinin kimyəvi xassələrinə aid tələb olunan bütün təcrübələri aparır və nəticələri təhlil edir.


3.Aparıl-mış təcrü-bələrin nəticələrinə dair hesabatın hazırlan-ması

Apardığı təcrübələrin gedişinə dair bəzi qeydlər edir.

Apardığı təcrübələrin nəticələrinə dair qeydlər edir.

Apardığı təcrübələrin nəticələrinə dair qısa hesabat hazırlayır.

Apardığı təcrübələrin nəticələrini təhlil edir və onlara aid ətraflı hesabat hazırlayır.




4. «Kimya və həyat» məxmun xətti.
K.VIII.4.1. QS.9. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatların qiymətləndirilməsi sxemi.
4.2.1. Q.4. Ətraf mühiti çirkləndirən mənbələri və maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji üsulları barədə təqdimat edir.

4.2.1. Q.3. Atmosferi və təbii suyu çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın kimyəvi və fiziki-kimyəvi üsulları barədə təqdimat edir.

4.2.1. Q.2. Atmosferi ən çox çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın bir-iki kimyəvi üsulu barədə məlumat təqdim edir.

4.2.1. Q.1. Atmosferi ən çox çirkləndirən maddələri bir neçəsini sadalayır, çirkləndirmənin insanın sağlamlığına zərəri barədə qısa məlumat təqdim edir.


Məqsəd: ətraf mühiti çirkləndirən mənbələri və maddələri tanıyır; çirklənmənin zərəri və aradan qaldırılması üsullarını izah edir.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta səviyyə

Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Ətraf mühiti çirkləndirən mənbələrin və maddələrin tanınması

Atmosferi ən çox çirkləndirən bir neçə maddəni göstərir və onların insan sağlamlığına zərərini söyləyir.

Atmosferi ən çox çirkləndirən maddələri sadalayır, onların insan sağlamlığına və bitki örtüyünə zərərini göstərir.

Atmosferi və təbii suyu çirkləndirən maddələri sadalayır, çirklənmənin zərər verdiyi sahələri göstərir.

Ətraf mühiti çirkləndirən mənbələri və maddələri çirkləndirmə dərəcəsinə görə sıralayır, onların hansı sahələrə nə kimi zərər vurduğunu şərh edir.

2. Ətraf mühitin çirklənməsinin aradan qaldırılması

Atmosferin çirklənmə-sinin aradan qaldırılması üsullarını izah edə bilmir.

Atmosferin çirklənməsini aradan qaldırmağın bir kimyəvi üsulunu izah edir.

Atmosferin və təbii suyun çirklənməsini aradan qaldırmağın kimyəvi üsullarını izah edir.

Ətraf mühitin çirklənmə-sini aradan qaldırmağın mexaniki, fiziki-kimyəvi və kimyəvi, həm də bioloji üsullarını izah edir.


3. Ətraf mühitin çirklənməsinin zərəri barədə məlumatlara malik olması.

Atmosferin çirklənməsinin insan sağlamlığına zərəri barədə bəzi məlumatlara malikdir.

Atmosferin çirklənməsinin insan sağlamlığında hansı fəsadlar törətməsini izah edir.

Atmosfer və suyun çirklənməsinin insan sağlamlığına, bitki və heyvanat aləminə nə kimi zərər vurduğunu izah edir.

Ətraf mühitin çirkləndirən maddələrin hər birinin insan sağlamlığına kənd və şəhər təsərrüfatına vurduğu zərəri ətraflı izah edir.



IX sinif
1. «Maddə və maddi aləm» məzmun xətti
K.IX.1.1. QS.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.

1.1.1. Q.4. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu, quruluşla bağlı fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və müxtəlif üsullarla adlandırır.

1.1.1. Q.3. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və beynəlxalq nomenklatura ilə adlandırır.

1.1.1. Q.2. Metallar və qeyri-metalların kristal qəfəsinin quruluşunu və fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir.

1.1.1. Q.1. Metallar və qeyri-metalların fiziki xassələrini şərh edir, bəzi sadə üzvi birləşmələrinin quruluşunu təritib edir.

Məqsəd: metallar və qeyri-metalların, onların birləşmələrinin kristal qəfəsinin quruluşunu şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və onları adlandırır, maddələrin quruluşu əsasında onların fiziki xassələrini proqnozlaşdırır.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyarlar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Maddələrin kristal quruluşunun şərhi

Kristal qəfəsləri sxemlərdə göstərir, şərh edə bilmir.

Molekulyar və metallik kristal qəfəsləri şərh edir.

Maddələrin kristal qəfəsinin 4 tipini şərh edir, sxemlərini göstərir.

Maddələrin kristal qəfəsinin 4 tipini də xarakterizə edir, onlara misallar göstərir.

2. Sadə üzvi birləşmələrin kimyəvi quruluşunun tərtibi və adlandırılması.

Sadə üzvi birləşmələrin ilk nümayəndə-lərinin kimyəvi quruluşunu tərtib edir.

Sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və trivinal adlarını söyləyir.

Sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və beynəlxalq nomenklatura ilə adlandırır.

Sadə üzvi birləşmələrin hamısının kimyəvi quruluşunu tərtib edir və müxtəlif nomenklatura-larla adlandırır.

3. Maddələrin fiziki xassələrinin şərhi.

Metallar və qeyri-metalların fiziki xassələrini fərqləndirir.

Metallar və qeyri-metalların kristal qəfəsinin quruluşu ilə onların fiziki xassələrini əlaqələndirir.

Metallar, qeyri-metallar və onların birləşmələrinin kristal qəfəsinin quruluşu əsasında onların bəzi fiziki xassələrini söyləyir.

Metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin quruluşu əsasında onların fiziki xassələrini proqnozlaşdırır.



2. «Kimyəvi hadisələr» məzmun xətti.

K.IX. 2.2. QS.5. Kimyəvi reaksiyaların tənliklərinin tərtib etməyə və onların əsasında hesablamalar aparmağa dair bacarıqların qiymətləndirilməsi sxemi.
2.2.2. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri əsasında müxtəlif hesablamalar aparır.

2.2.2. Q.3. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid sadə hesablamalar aparır.

2.2.2 Q.2. Metallar və qeyri-metallara, sadə üzvi birləşmələrə aid müxtəlif reaksiya tənlikləri tərtib edir.

2.2.1. Q.1. Metallar və qeyri-metallara, üzvi birləşmələrə aid sadə reaksiyaların tənliklərini tərtib edir.


Məqsəd: Metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin alınması və kimyəvi xassələrinə aid reaksiya tənliklərini tərtib edir, tənliklər üzrə hesablamalar aparır.
Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.


Meyar

Dərəcələnmə

Aşağı səviyyə

Orta

səviyyə


Yüksək səviyyə

Ən yüksək səviyyə

1. Reaksiya tənliklərinin tərtibi.

Metallar və qeyri-metallara aid sadə reaksiyaların tənliklərini tərtib edir.


Metallar və qeyri-metallar və sadə üzvi birləşmələrə aid reaksiyaların tənliklərini tərtib edir.


Metallar, qeyri-metallar və onların birləşmələrə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri tərtib edir.


Metallar və qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri tərtib edir və onların mexanizmini izah edir.

2. Reaksiya tənlikləri əsasında hesablama-ların aparılması

Reaksiya tənlikləri əsasında hesablamalar apara bilmir.

Yoldaşlarının köməyi ilə reaksiya tənlikləri əsasında sadə hesablamalar aparır.

Reaksiya tənlikləri əsasında sadə hesablama-ları müstəqil şəkildə aparır.

Reaksiya tənlikləri əsasında müxtəlif tipli hesablamalar aparır.




3. «Kimyəvi eksperiment və modelləşdirmə» məzmun xətti.

K.IX. 3.1. Kimyəvi hadisələr və onların qanunauyğunluqlarına aid eksperimentlər aparmaq bacarıqlarının qiymətləndirilməsi sxemi.
3.1.1. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müxtəlif təcrübələr aparır və nəticələrə dair təhlili hesabatlar hazırlayır.

3.1.1. Q.3. Metallar və qeyri-metallara, sadə üzvi birləşmələrə aid təcrübələr aparır və nəticələrə dair hesabatlar hazırlayır.

3.1.1. Q.2. Metallar və qeyri-metallara, onların birləşmələrinə aid müşahidələr aparır, nəticələrə dair hesabat hazırlayır.

3.1.1. Q.1. Metallar və qeyri-metallara aid müşahidələr aparır və nəticələrə dair qeydlər edir.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə