Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   8   9   10   11   12   13   14   15   ...   90
2013-2444

Anar – 75  

 

17 



ta”dan  gələn  xeyir-şər  dualizmi,  ikili (binar) model du-

rur”(20,11). 

Əsər qeyri-adi üslubu, aşıladığı vətən sevgisi, onun 

ta

leyindən narahatlıq hissinin yüksək bədii sənətkarlıqla ifadəsi 



cəhətindən əvəzsizdir. 

Anarın  mənəvi-əxlaqi  problemləri  ən  çox  qabartdığı  əsərlə-

rin

dən  biri  “Dantenin  yubileyi”  povestidir.  Əsərin  qəhrəmanı 



Kəbirlinski gənc yaşlarından teatra gəlmiş, uzun illər bu sənətin 

məşəqqətlərinə qatlaşmış, teatr sənətinin yüksək tələblərinə ca-

vab verə bilməsə də, ömrünün axırınadək ondan ayrıla bilməmiş 

əsl  sənət  vurğunudur.  Səhnəni  özünün  həyatı  sayır,  səhnə  isə 

onu qəbul etmir. Kəbirlinski öz yerində olmayan və yerini itir-

mək təhlükəsinin ağrısını yaşayan obrazdır. O, hər yerdə təhqir, 

dan

laq görsə də, heç bir vəchlə teatrdan ayrıla bilmir, bütün bun-



la

rı teatr sənətinin tələb etdiyi qurbanlar kimi qəbul edir. Oxucu 

Kəbirlinskini daxilən saf, təmiz bir insan kimi görür.  Çünki Kə-

bir


linski paxıl deyil, gənc istedadların teatra gəlməsinə ürəkdən 

sevinir, ata-

anası vəfat etmiş Eldarı  doğma övladı kimi böyüdüb 

boya-


başa çatdırır.   

Sonda naqis əxlaqlı Məcidin yersiz hərəkəti ilə qarşılaşsa da, 

ye

nə də sınmır, arvadı Həcərin dəstəyi ilə baş verənləri unudur. 



Po

vestdə yazıçı həyatın dərin qatlarını və insanın daxili aləmini 

da

ha da yaxından görmək və göstərmək imkanını nümayiş etdi-



rir.  “Qəhrəmanı  duymaq,  onun  qayğılarını,  həyəcanlarını  başa 

düşmək, qəlbinə yol tapmaq, onunla həssas, səmimi davranmaq 

ba

xımından bu nəsrdə yeni mənalı təsiredici cizgilər özünü gös-



tərir. Elə buna görə də Anarın “Dantenin yubileyi” hekayəsi bizi 

təəssir edir... Qəhrəmanın canlı və dolğun təsviri maraq do-



ğurur.  Feyzulla  Kəbirlinski  müasir  nəsrimizdə  sıravi adamların 

bəlkə də ən təbii, ən tipik nümunəsi kimi canlıdır... Feyzulla bir 

akt

yor kimi istedadsız olsa da, insan kimi onda gözəl keyfiyyət-



lər var və yazıçı bu keyfiyyətləri görməyə bizi çağırır”(47,132).  

Anarın maraqlı əsərlərindən biri ilk dəfə 1977-ci ildə “Ulduz” 

jur

nalında çap olunan “Əlaqə” povestidir. “Əlaqə” çap olunduğu 



ilk  dövrlərdən  tənqidçilər  tərəfindən  birmənalı  qarşılanmamış, 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə