Aytən Quliyeva
14
sin
də bu əsəri tənqid edərək yazır: “Ağ liman”ın qəhrəmanlar
aləmi tamamilə deformasiya və hallüsinasiyalardan ibarətdir.
On
ların həyatı yuxu ilə real varlıq arasında cərəyan edir. Yuxu-
da onlar uzun növ
bələr, zolaqlı pijamalar və zolaqlı şlaqbaumlar
gö
rür, həyatda isə Məmməd Nəsir daim sərxoşdur, idarədə tək-
təkinə oturub özü ilə nərd oynayır. Gündüzlər Səftər rəqəmlər
hallü
sinasiya aləmindədir, gecələr isə mənzilində öz telefonu ilə
öz nömrəsini yığıb özü ilə danışmaq istəyir. Nemət isə gecə saat
dörd
də Təhminəyə zəng edib onun gözlərinin rəngini soruşur...
Ana
rın qəhrəmanlarının heç birində yüksək, işıqlı həyat idealı
yox
dur. Yeganə ümid kabusu uzaq üfüqlərdə görünən ağ liman
və qırmızı gəmilərdir ki, onlar da hələ ki, yuxuda görü-
nür”(35,147).
Bütün bu sayılanlar sadəcə povestin zahiri əlamətləridir.
Onun məna yükü isə daha dərinləri əhatə edir. A. Hüseynov mə-
qa
ləsində bunu dəqiq şəkildə ifadə edir: “Ağ liman povestində
ya
zıçını yüksək mənada məhrum ömrün boşluğu, qanadsızlığı
ki
mi mühüm mənəvi problem düşündürür və o bu baxımdan
qəhrəmanının, eləcə də onu əhatə edən adamların həyatını, dü-
şüncələrini bədii təhlil süzgəcindən keçirir... Yazıçının nailiyyəti
qəhrəmanlarını öz ömürləri üzərində düşündürməsində və bizi
on
ların taleyi ilə təsirləndirməsindədir. Anarın qəhrəmanları öz
ya
şayışlarına işıq salacaq yüksək məna axtarırlar və bu məna sə-
viy
yəsindən də həyatlarını təhlil edirlər”(45,155).
H.Quliyev isə əsərə belə qiymət verir: “Bu gün bizim nəsrdə
is
tehlakçı vərdişlərinə kor-koranə uyğunlaşma hallarına diqqətin
xey
li dərəcədə artdığını müşahidə edirik. Yazıçılarımız belə hal-
la
rı doğuran mənəvi amilləri də şərh etməyə çalışırlar. Bu cəhət-
dən Anarın “Ağ liman” povesti bütünlükdə sovet nəsrinin ideya
və üslub axtarışları ilə səsləşir”(58,196).
Povestdə adi hadisələr və sadə insanların mənəvi aləmi, taleyi
təbii şəkildə canlandırılır. Adamların bir-birini yaxından tanı-
maq
istəyi bu əsərdə xüsusi yer tutur. Əsər özünün problemati-
ka
sı, Nemət, Təhminə, Zaur, Məmməd Nəsir kimi ənənəvi me-
|