Makroekonomi Ə GİRİŞ



Yüklə 61 Kb.
səhifə4/4
tarix04.06.2022
ölçüsü61 Kb.
#88714
növüDərs
1   2   3   4
DƏRS 1. MILLI GƏLIR, MİLLİ GƏLİRLƏ BAĞLI ANLAYIŞLAR (1)

Ümumi Milli Məhsul (ÜMM), ölkə vətəndaşlarının ölkə daxilində istehsal etdikləri bütün son əmtəə və xidmətlər ilə ölkədən kənarda yaşayan vətəndaşların əldə edib ölkəyə transfert etdikləri iqtisadi amillərin gəlirlərinin məcmu bazar dəyəridir.
ÜMM hesablamasında ölkənin vətəndaşları nəzərə tutularaq onların ölkə daxilində və xaricində əldə etdikləri bütün gəlirlər nəzərə alınırkən, ÜDM hesablamasında isə vətəndaşılığına baxılmadan, ölkədə məskunlaşan bütün insanların əldə etdikləri gəlirlər nəzərə alınır. Beləliklə, “ÜMM ölkə vətəndaşlarının iqtisadi gücünü, ÜDM isə ölkənin bir növ “bir iqtisadi subyekt kimi “ gücünü göstərir” demək mümkündür. ÜMM ilə ÜDM arasındakı fərq, xaricdən əldə edilən xalis iqtisadi amil gəlirlərinə (xaricdən gələn iqtisadi amil gəlirləri – xaricə gedən iqtisadi amil gəlirləri) bərabərdir.
ÜMM =ÜDM + Xaricdən Əldə Edilən Xalis İqtisadi Amil Gəlirləri (Xaricdən Gələn İqtisadi Amil Gəlirləri – Xaricə Gedən İqtisadi Amil Gəlirləri)
Milli Gəlir İlə Əlaqəli Bəzi Anlayışlar və Müxtəlif Milli Gəlir Hesablama Düsturları
Ümumi Daxili Məhsul (ÜDM)
- Amortismanlar
= Xalis Daxili Məhsul (XDM)
- Dolayı (Vasitəli) Vergilər
= Ölkə Daxili Gəlir (ÖDG)
+ Xaricdən Gələn Xalis İqtisadi Amil Gəlirləri – Xaricə Gedən Xalis İqtisadi Amil Gəlirləri
= Milli Gəlir (MG)
+ (Transfert Ödənişləri + Subvansiyalar) - (Mənfəət Vergisi + Şirkətlərin Bölgüsü Aparılmamış Mənfəəti + Sosial Kəsintilər)
= Şəxsi (Fərdi) Gəlir (ŞQ)
- Birbaşa Vergilər (Gəlir vergisi)
= Sərəncamda Qalan (Yerləşdiriləbilən) Gəlir (SG)
= İstehlak (C) + Yığım (S)
Adambaşına düşən ÜDM = ÜDM/Əhalinin Sayı
Adambaşına düşən Milli Gəlir = MG/Əhalinin Sayı
Bir İqtisadi Göstərici Kimi Milli Gəlirin (ÜDM) Əhəmiyyəti
1. Milli Gəlir rəqəmləri bir ölkədə iqtisadi artım barədə məlumat verir,
2. Milli Gəlir rəqəmləri ölkənin rifah səviyyəsindəki dəyişiklik haqqında məlumat verir,
- Real - nominal milli gəlir,
- Satın alma gücü pariteti (Rurchasing Power Parity).
3. Milli Gəlir rəqəmləri ölkə iqtisadiyyatındakı struktural dəyişikliklər barədə məlumat verir,
4. Milli Gəlir rəqəmləri müxtəlif ölkələrin iqtisadiyyatları barədə müqayisəli təhlil aparmağa imkan yaradır.



Yüklə 61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə