Makroekonomi Ə GİRİŞ


Makroiqtisadiyyatda Dövlət



Yüklə 61 Kb.
səhifə2/4
tarix04.06.2022
ölçüsü61 Kb.
#88714
növüDərs
1   2   3   4
DƏRS 1. MILLI GƏLIR, MİLLİ GƏLİRLƏ BAĞLI ANLAYIŞLAR (1)

Makroiqtisadiyyatda Dövlət
Bəhs olunan dörd mövzunun təqdiqatının apararkən makroiqtisadiyyat bir iqtisadi subyekt kimi dövlətə mühüm funksiyalar verir. Belə ki, makroiqtisadi modeldə dövlət iqtisadiyyata təsir etmək məqsədi ilə əsasən üç vasitədən istifadə edir:
- Maliyyə siyasəti (fiskal siyasət),
- Pul siyasəti (Monetar siyasət),
- İqtisadi artımı və ya məcmu təklifi artırmağa istiqamətlənmiş digər müxtəlif siyasi vasitələr.
Milli gəlirlə bağlı əsas anlayışlar
Məcmu buraxılış
Məcmu buraxılış (məcmu istehsal) ümumilikdə bir ölkə iqtisadiyyatında bir ildə istehsal olunan bütün son əmtəə və xidmətlərin meydana gətirdikləri məcmu istehsalın miqdarıdır. Məcmu istehsalın qiymətini hesablamaq üçün isə ən şox Ümumi Daxili Məhsul və Ümumi Milli Məhsul anlayışlarından istifadə olunur. Bu iki anlayışı izah etmədən əvvəl əlavə dəyər, aralıq məhsulu və son məhsul anlayışlarını açıqlamaq lazımdır.
Əlavə (aralıq) dəyər, əmtəənin hər bir istehsal mərhələsində, müəyyən mərhələdən əvvəlki dəyəri ilə bu mərhələdən sonrakı dəyəri arasındakı fərqdir. Başqa cür ifadə etsək, son əmtəənin istehsalındakı hər bir mərhələdə əmtəənin dəyərinə əlavə olunan dəyər, həmin mərhələdəki əlavə dəyər kimi qəbul olunur.
Son (tamamlanmış) məhsul – aralıq məhsulu
İqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlərin (məhsulların) ən bəsit formada iki qrupda təsnifatını aparmaq mümkündür:
- Son (tamamlanmış) məhsullar,
- Aralıq məhsulları.
Son (tamamlanmış) məhsul, birbaşa qaydada istehlakı nəzərdə tutularaq istehsal edilən məhsullardır. Son məhsul, firma tərəfindən istehsal olunan və ev təsərrüfatları tərəfindən istehlak məqsədiylə və ya firmalar tərəfindən investisiya məqsədiylə tələb olunan və istifadə edilən məhsuldur.
Aralıq məhsulu isə bir firma tərəfindən istehsal olunan və digər bir firmanın fərqli bir məhsul istehsal edərkən istifadə etdiyi məhsullardır. Aralıq məhsulu, bir firmanın öz məhsulunu istehsal etmək üçün istifadə etdiyi və başqa firmalar tərəfindən istehsal olunmuş hər cür xammal və əmtəələrdir. Məsələn, buğda dəyirmançı üçün, un isə çörək bişirən üçün aralıq məhsuludur. Pomidor, evdə istehlak edilərsə son məhsul, tamat istehsalında istifadə olunarsa aralıq məhsuludur. Başqa bir misal, bir avtomobilə qoşulan təkər avtomobil istehsalçısı üçün aralıq məhsulu kimi qəbul edilir. Ancaq istifadədə olan bir avtomobilin təkərlərinin dəyişdirilməsi zamanı istifadə olunan təkərlər isə son məhsul kimi qəbul edilir. Beləliklə, ÜDM-u hesablarkən, yeni bir avtomobilin öz qiyməti ilə onun üstündəki təkərləri ayrı ayrı hesablarsaq ikiqat hesablama aparmış olarıq. Çünki, yeni avtomobilin qiyməti, onun bütün parçalarının qiymətinin cəmini əks etdirir.

Yüklə 61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə