Makroekonomi Ə GİRİŞ



Yüklə 61 Kb.
səhifə1/4
tarix04.06.2022
ölçüsü61 Kb.
#88714
növüDərs
  1   2   3   4
DƏRS 1. MILLI GƏLIR, MİLLİ GƏLİRLƏ BAĞLI ANLAYIŞLAR (1)


I DƏRS
MILLI GƏLIR, MİLLİ GƏLİRLƏ BAĞLI ANLAYIŞLAR
MILLI GƏLIRIN HESABLANMASI METODLARI VƏ MILLI GƏLIR DÜSTURLARI
Makroiqtisadiyyata giriş
Mikroiqtisadiyyat müxtəlif iqtisadi subyektlərin qərar alma və işləyiş prossesini, onların fərdi qaydada davranışlarını araşdırır. Firmalar və ev təsərrüfatları isə mikroiqtisadi analizdə təməl iqtisadi subyekt kimi çıxış edir.
Makroiqtisadiyyat isə mikroiqtisadiyyatdan fərqli olaraq, iqtisadiyyatı bir bütün kimi nəzərə alır və bütün iqtisadi subyektləri maraqlandıran iqtisadi artım, resursların tam dayanıqlı məşğulluğu, inflyasiya səviyyəsinin minimallaşdırılması vb. kimi məsələrəri araşdırır. Makroiqtisadiyyat ümümi mənada isə ölkə iqtisadiyyatındada əmtəə və xidmət istehsalının ümümi həcmində və qiymətlərin orta səviyyəsində yaranan dəyişmələrin tədqiqatını aparır.
Makroiqtisadiyyatın tarixi
1929-cu ildə ABŞ-da başlayıb dünyaya yayılan və 1930-cu illərdə də davam edən iqtisadi depresiya və işsizlik dövrü kimi bilinən Böyük İqtisadi Böhrana qədər klassik iqtisadçılar iqtisadiyyatın bütününü maraqlandıran məsələlərin həlli üçün mikroeiqtisadi modellərdən istifadə etmişlər. Lakin Böyük İqtisadi Böhran dövründə qarşılaşılan problemləri sadə və bəsit klassik modellərlə izah etmək mümkün olmamışdır. Bu isə müasir makroiqtisadi modellərin, bütövlikdə isə iqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaratmışdır.
Keynsien İqtisadi İnqilab
1936-cı ildə, John Maynard Keynis Məşğulluq, Faiz və Pulun Ümumi Nəzəriyyəsi (The General Theory of Employment, Interest, and Money) adlı kitabını nəşr edərək bir növ Böyük İqtisadi Böhrandan çıxış yollarını araşdırmış və müasir makroiqtisadiyyatın əsasını qoymuşdur.
Makroiqtisadiyyat məxsusi qaydada dörd mövzunun tədqiqatını aparır:
- Əmtəə və xidmət buraxılışı miqdarının artımı (Milli Gəlir),
- İşsizlik (məşğulluq),
- Xarici iqtisadi əlaqələr (Ödəniş-Tədiyyələr balansı tarazlığı),
- İqtisadi sabitlik.



Yüklə 61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə