Makroekonomi Ə GİRİŞ


Ümumi Daxili Məhsul (ÜDM)



Yüklə 61 Kb.
səhifə3/4
tarix04.06.2022
ölçüsü61 Kb.
#88714
növüDərs
1   2   3   4
DƏRS 1. MILLI GƏLIR, MİLLİ GƏLİRLƏ BAĞLI ANLAYIŞLAR (1)

Ümumi Daxili Məhsul (ÜDM), bir ölkədə məskunlaşan insanların (ölkə vətəndaşlarının və ölkədə yaşayan əcnəbilərin) malik olduqları istehsal amilləri ilə bir ildə istehsal etdikləri bütün son əmtəə və xidmətlərin məcmu bazar qiymətidir. Bu tərifdə diqqət çəkən bəzi amillər vardır:
- ÜDM son əmtəə və xidmətləri əhatə edir
ÜDM yalnız son əmtəə və xidmətləri ehtiva edir. Aralıq məhsulları ÜDM`un hesablanmasında nəzərə alınmaz. Əks halda əvvəlcə də qeyd olunduğu kimi ikiqat hesablama problemi yaranar.
- ÜDM-un hesablanmasında istifadə olunmuş əmtəələr və maliyyə varlıqlarını nəzərə alınmaz
ÜDM-nin hesablanmasında yeni bir əmtəə (əlavə dəyər) yaratmayan əməliyyatlar nəzərə alınmaz. Məsələn, 3 il əvvəl istehsal olunmuş və istifadə edilmiş mebelin cari ildə təzədən satılması nəticəsində hansısa bir əlavə dəyər yaradılmadığı üçün istifadə edilmiş mebelin dəyəri cari ilin ÜDM-na daxil edilməz. Əks halda ikiqat hesablama aparılmış olar. Buna bənzər qaydada, təkrar qaydada alınıb satılsalar da, hər bir istifadə olunmuş məhsulun (avtomobil, mənzil vs.) dəyəri yalnız istehsal olunduqları ilin ÜDM-nə daxil edilir.
- ÜDM ölkədə məskunlaşan insanlar tərəfindən edilən istehsalı nəzərə alır
ÜDM bir ölkə sərhədləri daxilində yalnız, o ölkənin vətəndaşlarının yox, eyni zamanda o ölkədə yaşayan xarici vətəndaşlara aid olan istehsal amilləri ilə istehsal olunan ətməə və xidmətləri də ehtiva edir. Məsələn, Azərbaycanda soyuducu istehsal edən bir italian firmasında istehsal olunan bütün son əmtəələr Azərbaycanın ÜDM-unun hesablanmasında nəzərə alınır. Bundan əlavə firmada işləyən Azərbaycanlı işçilərin əldə etdikləri əmək haqqı ödənişləri ilə yanaşı italian işçilərin də əmək haqqı ödənişləri Azərbaycanın ÜDM-na daxil edilir.
- ÜDM ölkə vətəndaşlarının ölkədən kənarda əldə etdikləri gəlirləri ehtiva etməz
Bir ölkə vətəndaşlarının ölkədən kənarda iqtisadi fəaliyyətlərindən əldə etdikləri gəlirlər, o ölkənin ümumi daxili məhsuluna daxil edilməz. Məsələn, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə əldə etdikləri gəlirləri Azərbaycanın yox, məhz o ölkələrin ÜDM-na daxil edilir.

Yüklə 61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə