MahirəNərimanqızı



Yüklə 261,53 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix03.10.2017
ölçüsü261,53 Kb.
#2999
1   2   3   4   5   6   7   8

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zaur Ustac                                                      Oriyentir ulduzu 

-“Ağdamın 



Yusifcanlı, 

Tərtərin 

Qızıloba 

kəndləri 

istiqamətində  ermənilər  atəĢkəsi  pozmuĢlar.  DüĢmən  cavab 

atəĢi ilə susdurulmuĢdu...”- aparıcının səsi eĢidildi. 

- Pozmadıqları gün olur ki???- Seyid ayağa durdu. 

Zərblə  əlini  stolun  üstünə  elə  vurdu  ki,  nə  yaxĢı  dəftər-

kitabdan  baĢqa  heç  nə  yox  idi...  Az  qala  bütün  bilindaj 

silkələndi. 

-  Pozublar,  pozublar...  Qurban  olum,  ay  ALLAH,  sən  özün 

mənə səbr ver... - deyə-deyə Seyid bayıra çıxdı, tranĢeylə lap 

ön müĢahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, 

baxdıqca  göz  dağına  çevrilmiĢ  bu  dağlar  ağırlığında  suallar 

sıxmağa  baĢladı  onu.  Görəsən,  “HÜCUM”  əmrini  çoxmu 

gözləyəcəyik???    Qurban  olum  ,  ay  ALLAH,  Ali  BaĢ  

Komandan  bircə,  bu  “HÜCUM”  ƏMRĠNĠ  VERSƏYDĠ!!!  

Bəs,  bu  torpaqları  kim  azad  edəcək?  Bəs,  bu  dağlardakı 

səngərlədə  neçə  illərdir  torpağa  tapĢırılacağı  günü  gözləyən 

igid-ər  Ģəhidlərimizin  sümüklərini  nə  vaxt  yığıb  mənzilinə 

çatdıracağıq??? DüĢünə- düĢünə dərə boyu daglara baxdı. Ġndi 

onun  baxıĢları  dağlara  zillənsə  də,  dağların  arxasında  da  nə 

olduğunu  gün  kimi  aydın  görürdü...  Halbuki,  o,  heç  Çaylıda 

da olmamıĢdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi 

ki, dərədə, daĢı daĢ üstə qalmayan, bu, kənd Çaylıdı. Adından 

da  göründüyü  kimi  vaxtında  çox  səfalı,  axarlı-baxarlı  kənd 

olub.  

Dərə  boyunca  dağlara  -  TalıĢa  tətəf  -  qalxanda,  Gülüstan, 



birinci görünən dağı aĢdıqdan sonra Madagiz, sonra hər yerdə 

gölqırağı,  çayqırağı  üzü  Günbatana  sağ  tayla,  dağ  cığırı  ilə 

gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası 

da  var  dərədə.  Fermanın  yanında  dağ  yolu  ilə  təxminən  iki 

saat  dolama  yollarla  sağ  tərəfə  qalxsan,  Dəstəgüldü. 

Dəstəgüldə qıĢda qar dizdən olsa da dərədəki bulağın baĢında 

artıq  fevral  ayının  ortalarında  qarın,  buzun  içində  bənövĢələr 

açır. O, bənövĢələrin qurusu indidi də postdakı köhnə dəftər-

kitabların arasında durur, təzələrini dərməyincə uĢaqlar atmaq 

istəmirlər.  Necə  olsa  da  bu  quru  bənövĢələr  də  VƏTƏN   




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zaur Ustac                                                      Oriyentir ulduzu

 



TORPAĞININ  bir  nemətidir  axı,  bundan  əlavə  hər  quru 



bənövĢənin  öz  tarixçəĢi  var,  hər    quru  bənövĢə  bir  əsgər 

yadigarıdır...  Dəstəgüldən  sonra  üzü  Günbatana  aĢırımlar 

aĢsan  Keçəldağ,  sonra  Murova  qədər  gedib  çıxarsan... 

Fermanın yanından  dolamalarla sol tərəfə qalxsan, TonaĢen -

1,  TonaĢen-2,  TonaĢen-3...  Əgər  ermənilər  dağıtmayıbsa, 

yolqırağı  kilsə  də  olmalıdı-  kəĢfiyatçılarımız  yolüstü  həmiĢə 

orda  dayanıb  dincələr,  siqatet  çəkmək  istəyənlər  siqaret 

çəkərmiĢ  ya  da  oranı  görüĢ  yeri  təyin  edib  döyüĢ  tapĢırığın 

yerinə 

yetirdikdən 



sonra 

orda 


görüĢüb, 

birlikdə 

qayıdarlarmıĢ... 

Ġndi, Seyid Çaylıya baxır, baxır  baxdıqca da nəzərləri ölü bir 

nöqtədə  iliĢib  qalır,  fikir-xəyalında  isə  Ġrəvana  dogru  yol 

baĢlayırdı  bu  Çaylıdan,  gözünü  çəkə  bilmirdi  bu  Çaylıdan, 

göz dağına çevrilmiĢdi bu ÇAYLI... DüĢünürdü; lap qoy olsun 

bu  kəndə  bir  tabor,  taborun  dayaq  məntəqəsi.  Qoy  olsun  bu 

Ģərəfsizlərin  adam  tapıb  doldura  bilmədikləri  ala-yarımçıq 

Ģtatla  100-120  nəfər.  Aləm  bir-birinə  qarıĢsa,  qoy  bu 

Ģərəfsizlərə 20-30 Ģərəfsiz də köməyə gəlsin. O da gəlib çata 

bilsə...  Ayə  Vallahi  heç  nə  yoxdu,  bu  150-160  kölgəsindən 

qorxan dığa nədiki, bir əmr ola lap Ġravana qədər gedərəm... 

Seyid  fikirləĢə-fikirləĢə  özünə  o  qədər  arxayın  olurdu  ki, 

xəyalında  canlandırdığı  Çaylıdakı  tabor  indi  onun  gözündə 

uĢaq vaxtı hardasa qarĢılaĢdığı ən zəif, ən çəlimsiz uĢaqdan da 

zəif  görsənirdi.  Bir  sözlə  Seyidin  gözü  bu  taboru  çoxdan 

yemiĢdi... 

-

 

Seyid yenə nə fikirləĢirsən?– bu səs Seyidi sanki          



yuxudan oyatdı.  

 

- Nə bilim e Vallah,bir Ģeyi baĢa düĢə bilmirəm ki



bu  Ģərəfsizlərin  oyunbazlıqlarına  nə  qədər  dözəcəyik? 

“Qrajdaniski”-də  dözmək  olmur,  deyirsən  gedim  orduya. 

Orduda    dözmək  olmur,  deyirsən  gedim  ön  cəbhəyə.  Burda 

heç  durmaq  olmur-  Ģərəfsizlər  hər  gün  gözünün  qabağında 

min hoqqadan çıxırlar... Lap dəli oluram. Ya  Allah sən özün 

mənə səbr ver...  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zaur Ustac                                                      Oriyentir ulduzu 

    Seyid blindaja  keçdi,  yerində oturub bir çay içdi. 



Elə  bil,  nəsə  ürəyinə  dammıĢdı,  ancaq    yenə  sabah  bu  vaxt 

nələr  olacağından  əsla  xəbəri  yox  idi...  Ola  bilsin  bəlkə  də 

seyid fəhmı ilə nəsə duymuĢdu... 

 

Xüsusən,  son  vaxtlar    onda  belə  bir  fikir  yaranmıĢdı  ki, 



Uca  Tanrı  istədiyi  bəndəsinə  lazımi  məqamda,  haqq  iĢi  üçün 

elə  bir  güc  verər  ki,  böyük  bir  ordu  da  bu  gücün  qarĢısında 

aciz  qalar.  Necə  ki,  uzaq  keçmiĢimizdə  Həzrəti  Əli  Allahin 

iradəsiylə  düĢmən  ordusu  ilə  dəfələrlə  təkbaĢına  döyüĢə 

girmiĢ, həmiĢə də onun köməkliyi ilə qalib olmuĢdu. Seyidin 

diqqətini  çəkən  yaxın  keçmiĢimizdə,  Çanaqqala  döyüĢlərinin 

əfsanəvi  qəhrəmanlarından  biri  olan  topçu  əri  Mehmet  oğlu 

Seyit ÇavuĢun baĢına gələnlər idi - həmin qanlı döyüĢdə Seyit 

ÇavuĢun  atdığı  bir  mərmi  döyüĢün  taleyini  həll  edən 

amillərdən biri olmuĢdu, ancaq burada Seyidin diqqətini çəkən 

Seyit  ÇavuĢun  mərmini  necə  atması  idi.  Deməli,  növbəti 

düĢmən mərmisi partlayandan sonra Seyit ÇavuĢ görür ki, top, 

Əli  adlı  baĢqa  bir  əsgər  yoldaĢı  ilə  onun  ümidinə  qalıb. 

DüĢmən  gəmiləri  də  sahilə  yaxınlaĢır,  yəni  əsgər  Ģərəfinin, 

vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. 

Əsgər  yoldaĢı  Əli  ilə  bu  müĢkülü  dartıĢırkən,  Seyit  ÇavuĢ 

özündə  elə  bir  güc  hiss  edir  ki,  təxminən  300  kg-a  yaxın 

mərmini təkbaĢına bir neçə dəfə topa qoyub, atəĢ edir axır ki, 

düĢmənin  ən  ünlü  gəmilərindən  birin  vurur...  Ağır,  sürüĢkən 

mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə 

yeritməkdən  əlavə    burda  iki  maraqlı  məqam  Seyidi 

düĢündürürdü;  birincisi,  nə  Seyit  ÇavuĢ,  nə  də  yoldaĢı  Əli 

tuĢlayıcı, niĢançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, 

bu hadisə məĢhur olandan sonra komandiri fotoqrafçı gətirdir 

istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit ÇavuĢun Ģəklini 

çəkdirsin,  ancaq  Seyit  mərmini  qaldıra  bilmir  ki,  bilmir... 

DüĢünə-düĢünə  Seyid  özü  üçün  yəqinləĢdirdi  ki,  Cənabi- 

Haqq  istədiyi  məqamda  istədiyi  adama  elə  bir  güc  verər  ki, 

uca  dağlar  belə  insanın  qarĢısında  duruĢ  gətirə  bilməz.  Necə 

ki, Fərhad ġirin eĢqi ilə Bisütunu yerlə bir etmiĢdi... 




Yüklə 261,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə