MahirəNərimanqızı



Yüklə 261,53 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix03.10.2017
ölçüsü261,53 Kb.
#2999
1   2   3   4   5   6   7   8

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zaur Ustac                                                      Oriyentir ulduzu 

13 

bölgəsidi,  hər  an  hər  Ģey  ola  bilər,  əsgər  hər  an  ən  qızğın, 



həlledici döyüĢə belə, girməyə hazır olmalıdır. DüĢünə-düĢünə 

əsgərlərin  “lifçik”  dediyi  üzərində  silah-sursat  daĢımaq  üçün 

çoxlu  cibləri,  arxasında  çantası  olan  jiletini  geydi,  öz  iki 

dəstəkli qatlama  avtomatını götürdü, əlavə sandıqları “lifçik”-

in ciblərinə yerləĢdirdi, nə qədər yerləĢdirə bildisə o qədər əl 

qumbaraları  götürdü,  “lifçik”-in  arxa  cibinə  əlavə  patron  və 

əlavə  əl  qumbaraların  yerləĢdirdi.  Çıxmaq  istəyirdi  ki,  üst-

baĢına  bir  də  baxdı-  bu  “yüz  ölç,  bir  biç”    məsəlinin 

tələblərindən  irəli  gəlirdi.  Ġki  dənə  də  tüstü  ĢaĢkası  götürdü. 

Silah  otağının  qapısından  çıxırdı  ki,  gözü  divardakı  jilkaya  

sataĢdı.  Onu  da  götürüb  Ģalvarın  yan  cibinə  qoydu.  Silah 

otağından  bayıra  bir  addım  atmıĢdı  ki,        “FARAĞAT”-  

köməkçinin  komandası  eĢidildi.  Bu  vaxt  Seyidin  kölgəsi 

örtülü meydançaya çıxmıĢdı.  

 

Seyid  örtülü  meydançaya  çıxdı,  döyüĢə  hazır 



vəziyyətdə,  bir  cərgə  düzülmüĢ  əsgərləri  gözdən  keçirdi. 

Köməkçi sıradan bir addım qabağa çıxıb məruzə etdi:  

 

- “YoldaĢ Gizir döyüĢ heyyəti döyüĢə hazırdır”. 



 

- “Azad”- Seyidin amiranə səsi sükutu pozdu. 

 

- Hamı diqqətlə qulaq assın- Seyid döyüĢ tapĢırığın və 



hesabatı  bir  daha  əsgərlərə  çatdırmağa  baĢladı;  əsas 

hesabatı  hamı  bilir,  bu  olacaq  “A”  qaydası,  yəni  bu 

qaydada  hamı  həmiĢəki  qaydada  öz  yerlərin  tutur,  əmri 

məndən alır. Yox əgər qeyri-adi nəsə olsa keçəcəyik “B” 

qaydasına.  “B”,  nədi?  Bu  qaydada  mən  yoxam,  əmir  və 

göstəriĢləri nə qədər sağdı, köməkçidən alırsız, əgər iĢdi, 

ona da nəsə olsa, onda hərə öz komandiridi, yəni, heç kim 

əlavə  kömək  gələnə  qədər  durduğu  yerdən  bir  addım  da 

kənara atmır, tualet kimi dayandığınız yerdən istifadə edə 

bilərsiniz,-  icazə  verirəm.  Lazım  gəlsə  hamı  dayandığı 

yerdə  ölür,  ancaq  bir  addım  qıraqda  olmaz!  Heç  kim 

deməsin  ki,  mən  yoxam;  yuxarıdan  baxacam,  o  dünyada 

da əlimdən qurtara bilməzsiz. Aydındır? 

 

- “Elədi ki var”! 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zaur Ustac                                                      Oriyentir ulduzu

 

14 


 

- “Sual var”? 

 

- “Sual yoxdur!” 



 

“Diqqət”!  “Düzlən”!  “Farağat”!    DöyüĢ  qaydası  “A” 

olmaqla, “DöyüĢə”!!! 

 

Əsgərlər  hesabata  uyğun  təhkim  olunduqları  postlara 



qaçdı. Seyid özü lap öndəki müĢahidə məntəqəsinə getdi. 

Ermənilər  həmiĢə  atdıqları  yerdən  ara-sıra  atırdılar. 

Ancaq Seyid “trassiyuĢĢi” güllələrin uçuĢduğu səmtə yox, 

tamam  baĢqa  tərəfə;    təpələrin  qurtardığı,  qaranlıq 

dərələrin baĢladığı səmtə baxırdı, sanki, nəsə axtarırdı bu 

qaranlıq,  boz  təpələrin  kölgəsində.  BaĢqa  vaxt  Ay 

iĢığında  hər  yan  süd  kimi  aydın  görünsə  də,  indi  elə  bil 

Ay  da  ermənılər  tərəfdə  idi,  üzünü  nazla  göstərir,  tez  də 

qaçıb,  buludların  arxasında  gizlənirdi.  Nə  olar  ay  Ay 

qardaĢ,  bütün  dünya  bu  Ģərəfsizlərin  tərəfindədir,  heç 

olmasa  sən  bizim  tərəfimizdə  ol  barı,  axı  bayrağının 

üstündə  sənə  yer  verən  bizik,  ermənilər  deyil...  Sanki, 

axırıncı  kəlmələr  Ayın  lap  heysiyyatına  toxundu,  bir 

anlığa da olsa, boz çöllərə, qaranlıq dərələrə süd aydınlığı 

gəldi. 

 

- Aha, ora bax! – nəhayət Seyid axtardığın tapdı. 



Gördüyün dəqiqləĢdirmək üçün köməkçidən soruĢdu: 

 

-  Oriyentir  2-dən 100 metr sağa təpənin  qurtaracağına 



bax, gör bir Ģey görürsən? 

 

-  Hə,  hə  təpənin  dibi  ilə  əyilə-əyilə  gəlirlər.  Onlar 



birlikdə  saymağa  baĢladılar;  bir,  iki,  üç,  dörd,  beĢ,  altı... 

axtardılar, axtardılar bəs yeddinci hardadır görəsən, yoxsa 

elə cəmi altı nəfərdilər... 

Yeddinci  yoxdu,  hə  yüz  faiz  altı  nəfərdilər-  Seyid 

düĢündü-  bu  da  onların  adam  tapıb  doldura  bilmədikləri 

manqa.  Çox  maraqlıdır  bu  altı  dığa  sallana-sallana  nəyə 

gəlir? - öz-özünə fikirləĢdi. 

Nəhayət köməçiyə vəziyyətə uyğun tapĢırıqlarını verdi: 

 

1. AĢağı xəbər ver



 

2. Keçdik “B”-yə; 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zaur Ustac                                                      Oriyentir ulduzu 

15 

 

3.  Oriyentir  1-i  keçənə  qədər  heç  kim  atəĢ  açmır, 



qoyun gəlsinlər; 

 

4.  Mən  getdim,  Oriyentir  3-ün  yaxınlığında  onların 



arxasında olacam.   

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 261,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə