MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə35/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   31   32   33   34   35   36   37   38   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

108 



nümayəndəlik iyirmi dörd deputat ilə fəaliyyətə başlamışdı, indi isə 

onların sayı – otuz altıya çatdırılmışdır. Bu otuz altı deputatdan on 

ikisi – bolqardır. Bu partiyaya artıq etnik bolqarlar da səs verir. Bu 

seçkilərdə  onların  sayı  yüz  altmış  min  olub.  Yeni  partiyanın  ilk 

addımlarından bütün partiyalar bu şüarla çıxış edirdilər: terrorizmə 

icazə vermək lazım deyil, konstitusiyanı pozmaq lazım deyil, amma 

hamı başa düşürdü ki, vəziyyətə hakim olmaq üçün bu lazımdır. 

 

Əlbəttə,  risk  var  idi  və  o,  özünü  doğrultdu.  Bizim  parlamentin 



cağırışına  qədər  bütün  məsələlər  həll  olmuşdu.  Tez  bir  zamanda 

müsəlmanların  adları  problemi,    bizim  türk  əsilli  vətəndaşların 

problemləri  həll  edilmiş, məscidlərdə ibadət  hüququ  qanuniləşmiş, 

məktəbdə  dilin  öyrənilməsinə  icazə  verilmişdi  və  bütün  bunlar 

gərginliyi  aradan  qaldırmışdı.  Artıq  beş  ildən  sonra  partiya 

cəmiyyət üçün zəruri olan məsələlərlə məşğul olmağa başlamışdır. 

O,  artıq  özünün  etnik  problemləri  ilə  məşğul  olmurdu,  o,  bolqar 

siyasi  spektrli  partiyalardan  biri  idi.  Ümid  edirəm  ki,  məhz  bunu 

bolqar  etnik  problemi  adlandırmışdılar.  Və  inanıram  ki,  bizim 

etniklərarası  münasibətlərin  inkişafı  nümunəsi,  həmçinin  etnik 

əsasda gərginliyin yaranma riski olan cəmiyyətlər üçün də nümunə 

ola bilər. 

 

  

İvan Palçev – Bolqarıstan Respublikasının 



Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri (2004-

2008)  

 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

109 


 

Müstəqil dövlət quruculuğu kontekstində 

millətlərarası qarşılıqlı münasibətlərinin  

qurulmasında Ukrayna təcrübəsi 

 

İlk öncə müasir ictimai global inkişaf ücün aktual sayılan humanitar  



problemlər  spektrinin  müzakirəsinə  dair  təşəbbüsə  görə  forumun 

təşkilatçılarına  təşəkkürümü  bildirirəm.  Ukraynanın  kulturalizm 

sahəsində  təcrübəsi  və  millətlərarası  münasi­bətlər  siyasətini  qeyd 

edərək, ilk öncə Ukrayna kulturalizminin spesifikası haqqında qısa 

məlumat vermək istərdim. 

 

Məsələ  burasındadır  ki,  zahirən  Ukrayna  monomilli  dövlət  kimi 



tanınır.  2001-ci  ilin  siyahıya  alınma  məlumatına  uyğun  olaraq 

əhalinin 78%-ni etnik ukrayınlar təşkil edir, lakin Ukraynanın etnik 

icması  özlüyündə  monomilli  sayıla  bilməz.  Bizim  ölkədə  etnik 

ukrainlərin bir hissəsi öz doğma dilində danışır, ukrain icmasının bir 

hissəsi isə rusdillidir. Onlar həm rus, həm də sovet mədəni və siyasi 

ənənələrinin güclü təhsiri altında formalaşmışdır. Ən iri meqa azlığı 

– ölkə əhalisinin 17%-ni etnik ruslar təşkil edir. Müstəgil Ukrayna 

dövlətinin yaranması dövründə onların sayı 22% təşkil edirdi, lakin 

ümumiyyətlə  rusdilli,  yəni  rus  dilini  doğma  dil  hesab  edən 

insanların  sayı  əhalinin  30%  təşkil  edir.  Faktiki  olaraq,  ölkəmizdə 

ikidillilik  mövcuddur.  Gündəlik  həyat  təcrübəsində  əhalinin  yarı 

hissəsinin  kommunikativ  imkanları  rus  dilindən  ibarətdir.  Etnik 

ruslardan savayı digər milli azlıqlar əhalinin 5%-ni təşkil edir, lakin 

bu  azlıqların  bir  çoxu  ölkənin  ayrı-ayrı  bölgələrində  kompakt 

şəkildə  yerləşiblər.  Məsələn,  Krım  muxtariyyatının  əsas  əhalisini 

etnik ruslar təşkil edir. Bu, ukrainlərin cüzi miqdarda olduğu yeganə 

regiondur.  Oranın  əhalisini  mütəşəkkil  qaydada,  həmçinin  öz 

məxsusi  problemləri  ilə  yaşayan  krım-tatar  icması  təşkil  edir. 

Karpatda  kompakt  şəkildə macar  milli  azlığı,  Çernovits  əyalətində 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

110 



isə  rumın  və  moldav  milli  azlıqları  yaşayır. Mən  ukrain  icmasının 

daha  bir  spesifik  xüsusiyyətini  qeyd  edərdim  –  bu,  konfessional 

plüralizmdir.  Ölkəmizdə  bir-biri  ilə  rəqabət  aparan  üç  pravoslav 

kilsələrinin  hər biri  özünəməxsus  regional  təsir arealı ilə  fərqlənir. 

Yunan  katolik  kilsəsi  qərbi  Ukraynaya  kifayət  qədər  güclü  təsir 

göstərir.  Protestant  dini  icması  da  əvvələr  olduğu  kimi  indi  də 

yetərincə  fəallığı  ilə  seçilir.  Krım  və  Donbasda  müsəlman  icması 

aktivdir. 

Ukraynanın 

millətlərarası 

münasibətlərinin 

əsas 


problemlərinə  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  əvvəla,  bizim 

üçün  ölkənin  fərqli  regionları  arasında  mühüm  rol  oynayan 

etnokulturoloji,  etnik,  dil  və  dini  amillər  vacib  sayıla  bilər.  Bu 

amillərin  yaratdığı  «mozaika»,  o  cümlədən  mürəkkəb  ―siyasi 

mozaika‖ hətta ölkənin ictimai-siyasi vəziyyətinə də müəyyən təsir 

göstərmək imkanına malikdir. 

 

İkinci  vacib    problem  təkcə  Ukraynaya  deyil,  həm  də  bir  çox 



müstəqil  dövlətlərə,  o  cümlədən  kecmiş  Sovetlər  İttifaqının 

ərazisindəki  müstəqil  ölkələrə  də  aid  edilə  bilər.  Bu  ziddiyyətin 

yaranması  milli  inteqrasiya  və  milli  azlıqlar  arasında  mədəni,  dil 

haqları  zərurətindən  baş  verir.  National  building  (Milli  quruculuq) 

və  milli  azlıqların  təminatlı  hüququnu  necə    birləşdirməli?  Bu  – 

siyasi debatlarda ən çox ortaya çıxan problemdir. 

 

90-cı illərin əvvəllərində Ukraynada yaranan spesifik problemlərdən 



biri  –  ölkənin  rusdilli  əhalisi  arasında  separatçi  əhval-ruhiyyənin 

yaranmasıdır.  Üstəlik  də  90-cı  illərdə  öz  anna  vətənləri  olan 

Ukraynaya  fəal  surətdə  qayıdan  krım-tatar  icması  arasında  milli-

ərazi muxtariyyəti ideyası çox populyar idi və bu «populyarlıq» bu 

gün  də  galmaqdadır.  Rus  icmasının  və  krım-tatar  icmasının  milli-

ərazi  muxtariyyəti  cəhdlərini  necə  birləşdirməli?  Mən  hələ  nə 

zamansa  deportasiya  olunmuş  Krım  tatarlarının  sosial-iqtisadi 

problemləri  barədə,  həmçinin  torpaq  məsələsi  haqqında 

danışmıram. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə