Magistratura məRKƏZİ


Proqramın yerinə yetirilməsinin



Yüklə 0,53 Mb.
səhifə6/6
tarix14.01.2018
ölçüsü0,53 Mb.
#20729
1   2   3   4   5   6

Proqramın yerinə yetirilməsinin təşkili, idarə edilməsi və həyata keçirilməsi mərhələsində proqram təsdiq edilməli və proqramın tapşırıqları icraçılara çatdı­rıl­ma­lıdır. Bunun üçün təşkilati və iqtisadi məsələlər həll edilməli, tədbirlər həyata keçirilməli, proqramın gedişi nəzərə alınmalı, nəzarət və təhlil edilməli və qiymət­lən­dirilməlidir. Bundan başqa, proqramın həyata keçirilməsi nizamlanmalı və ko- ordinasiya edilməlidir.

Keyfiyyətin idarə edilməsi sahəsində təhsil proqramının funksiyaları, struk­turu və ixtisasın artırılması. Keyfıyyətin idarə edilməsi sahəsində təhsilin və ixtisasın yüksəldilməsində aşağıdakı xüsusi funksiyalar yerinə yetirilməlidir. Bunun üçün:

  • proqnozlaşdırma aparılmalı, kadrlara olan gələcək tələbatlar müəyyən­ləş­di­rilməli və planlaşdırılmalı;

  • tələblər normalaşdırılmalı;

  • keyfıyyət parametrləri və qiymətləndirmə üsulları müəyyənləşdirilməli;

  • tədris planlarının təşkili və yerinə yetirilməsi, həmçinin tədris proseslərinin aparılması üçün təhsil müəssisələri hazırlanmalı;

  • aparılan tədris prosesinin sabitliyi təmin edilməli;

  • bütün təşkilati, ideoloji, iqtisadi, metodiki və texniki tədbirlər əlaqə­lən­dirilməli;

  • tədris prosesinin metodiki təminatı aparılmalı;

  • yüksək keyfiyyətli əlaqəli tədris-metodiki materiallardan istifadə edilməli;

  • yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması təşkil edilməli;

  • təhsilin və ixtisasın artırılmasında keyfiyyət göstəricilərinin qoyulmuş tələblərdən kənarlaşmaları müəyyənləşdirilməli;

  • informasiya təminatına nail olmalı.

Proqramın strukturu və konkret məzmunu tərtib edilərkən pedaqoji kadrlar cəlb olunmaqla, sifarişçilərin təklifləri, ayrı-ayrı ekspertlərin və təhsil alanların təklfləri nəzərə alınmaqla ekspert üsulundan istifadə edilməlidir.

Eyni zamanda, sifarişçilərin, bəzi ekspertlərin və təhsil alanların təkliflərini nə­zərə almaq lazımdır. Belə proqramın struktur məzmunu və keyfiyyəti qiymət­lən­dirilərkən sistemli yanaşma üsulunu tətbiq etmək məqsədəuyğundur. Mütəxəssis hazırlığının və ixtisasın artırılmasının nəticəsi əhəmiyyətli dərəcədə istifadə edilən təhsil üsullarından asılıdır. Tədris prosesinin əsas məqsədlərinə yalnız ənənəvi üsul­­larla (mühazirələrlə, seminarlarla və s.) nail olmaq praktiki olaraq mümkün de­yildir. Məlum olduğu kimi, əhəmiyyətli səmərəni ənənəvi dərsin təhsilin aktiv üsul­ları ilə birgə aparılması verir. İxtisasını özü artıran, yaxud keyfıyyətin idarə edilməsini öyrənən mütəxəssis və tələbə qrupları bir qayda olaraq keyfıyyətin tə­min edilməsində və onun idarəçiliyində daha çox bilik və təcrübəyə malik olurlar.



NƏTİCƏ VƏ TƏKLİFLƏR

“Tikiş sənayesində keyfiyyətin idarə edilməsi təminatının tədqiqi” mövzusunda yerinə yetirilmiş dissertasiya işi tamamlandırılmış və aşağıdakı kimi nəticə və təkliflər verilmişdir.



  1. Dissertasiya işinin mövzusu müasir dövrün və bazar iqtisadiyyatı şəraitində baş vermiş yenilikləri tam əhatə edir.

  2. Məhsulun keyfiyyətinə qoyulan tələblərin analizi daim diqqət mərkəzində olmuş və olacaqdır.

  3. Aparılmış elmi axtarışlar nəticəsində keyfiyyətin analizi, idarə edilməsi yüngül sənaye sahələri üçün ən ümdə məsələlərdən biridir.

  4. Əsas maraq keyfiyyət sisteminin layihələndirilməsi təşkilatı metodlardan biridir ki, o da dissertasiya işində geniş analiz edilmişdir.

  5. Dissertasiya işində geniş tədqiqatlar və axtarışlar aparılmışdır, bu da məhsulun keyfiyyətinin səmərəliliyinin yüksəldilməsi deməkdir.

  6. Sənaye sahələrində çalışan mütəxəssislər dissertasiya işi ilə tanış olduqdan sonra orada analiz edilmiş yeniliklərin istehsal sahələrində tətbiqinə və ümumilikdə məhsulun keyfiyyətini yüksəldilməsinə nail ola bilərlər.

  7. Hazır məmulatların keyfiyyətinin qiymətləndirilməsi bir daha imkan verə­cəkdir ki, əsasən tikiş sənayesi müəssisələri, şirkətləri və s. tə­rəfindən keyfiyyət göstəricilərinin yeniləşdirilməsinə və müasirləşdiril­məsinə nail olunsun.

Dissertasiya işi verilmiş tapşırığı tam əhatə etməklə bazar iqtisadiyyatı şəraitin­də müasir tələblərə cavab verir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI



  1. Азгальдов Г.Г. Теория и практика оценки качества товаров.-М.; Экономика, 1989.- 256 с.

  2. Гличев А.В., Рабинович Г.О., Примаков М.И., Синицын М.М. Прик­лад­ные вопросы квалиметрии. - М., Изд-во стандартов, 1983. – 136 с.

  3. Леонов И.Г., Аристов О.В. Управление качеством продукции; Учеб­ное пособие – М., Изд-во стандартов, 1990. – 223 с.

  4. Окрепилов В.В. Всеобщее управление качеством: Учебник. Кн.1. – СПб.: Изд-во СПб УЭФ, 1996. – 454 с.

  5. Свиткин М.З., Мацута В.Д., Рахлин К.М. Обеспечение качества продукции на основе международных стандартов ИСО серии 9000., - СПб.: СПб ГУЭФ, 1997. – 220 с.

  6. Солод Г.И. Основы квалиметрии: Учебное пособие – М., Моск.горный институт, 1991. – 84 с.

  7. Федюкин В.К., Дурнев В.Д., Лебедев В.Г. Методы оценки и уп­рав­ления качеством промышленной продукции; Учебник. – М., Инфор­ма­цион­но-издательский дом «Филинъ», Рилант, 2000. – 328 с.

  8. Фомин В.Н. Квалиметрия. Управление качеством. Сертификация; Курс лекций – М.: Ассоциация авторов и издателей «ТАНДЕМ». Издатель­ство «ЭКМОС», 2000. – 320 с.

  9. Шишкин И.Ф., Станякин В.М. Квалиметрия и управление качеством: Учебник – М.: Изд-во ВЗПИ, 1992. – 225 с.

  10. Мишин В.М. Управление качеством: Учебное пособие для вузов – М.: ЮНИТИ – ДАНА, 2000. – 303 с.

  11. Варакута С.А. Управление качеством продукции: Учебное пособие – М.: ИНФРА-М, 2002. – 207 с.

  12. Пономарев С.В., Мищенко С.В., Белобрагин В.Я. Управление ка­чеством продукции. Введение в системы менеджмента качества: Учебное пособие – М.: РИА «Стандарты и качество», 2004. – 248 с.

  13. Эфендиев Э.М. Квалиметрия и управление качеством продукции: Учебное пособие – Баку: «Тахсил» ИПП, 2004. – 194.

  14. Məmmədov F.A., Şamxalov O.Ş. “Tikiş məmulatı çeşidlərinin ekspertiza edilməsi”, G., 2000.

  15. Совершенствование методов и приборов, изучающих оценки качества текстильных материалов, М., 1984.

  16. Ф.А.Мамедов «Исследование и разработка рациональных пакета материалов и технологии изготовления одежды, М., 1988.

  17. Материалы текстильные и изделия из них. Методы определения воздухопроницаемости ГОСТ 10550-75.

  18. Материалы текстильные и изделия из них. Методы определения воздухоприницаемости ГОСТ 12088-77.

  19. Мамедов Ф.А. «Проблемы повышения эффективности исполь­зова­ния ма­териалов в Азербайджане». Диссертация на соискание ученой степени.

  20. Əkbərov R.S. “Toxuculuq materialşünaslığı” B., 1998.

  21. Губенко Г.Б. «Приемка и определение качества швейных изделий» М., «Экономика» 1964.

  22. Райхман Э.П., Азгальдов Г.Г. «Экспертные методы в оценке качества товаров» М., «Экономика» 1974.

  23. Кирюхин С.М., Соловьев А.Н. «Контроль и управление качеством текстильных материалов»Москва «Легкая индустрия» 1977.

  24. Лешкун Я.К. «Контроль качества одежды в торговле» Москва «Эко­номика» 1977.

  25. Подольякин В.И. «Автоматизированный комплекс рационального использования материалов на швейном предприятии» М., 1987.

  26. Сапошинский Я.С. «Определения качества товаров» М., 1987.

  27. Справочник «Промышленная технология одежды» М., 1988.

  28. Закатов А.А. «Товароведческая экспертиза товаров» Волгоград 1989.

  29. Басовский Л.Е., Протасьев В.Б. «Управления качеством» М., 2000.

  30. Эфендиев Э.М. «Управление качеством продукции» Баку, «Чашы­оглу», 2002.

Əhmədova Gülnar Telman qızı

Tikiş sənayesində keyfiyyətin idarə edilməsi təminatının tədqiqi” mövzusunda magistr dissertasiyasına


XÜLASƏ
Hazırki şəraitdə tikiş sənayesində keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməsi ən aktual məsələlərdən biridir. Belə ki, sənayenin bir çox sahələrində mallarının keyfiyyətinin istehlakçıların tələblərinə cavab verməsi hər bir istehsal müəssisəsinin iqtisadi inkişafının əsasını təşkil edən ən vacib problemlərdəndir. Buna görə də keyfiyyət hər bir müəssisədə idarəetmə proqramının və texniki sənədlərin hazırlanmasında, onların həyata keçirilməsində əsas istiqamətlərdən sayılır.

Magistr dissertasiyasında keyfiyyətin idarə edilməsinin xüsusi funksiyaları və kompleks sistemləri, keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri, iqtisadi və texnoloji metodları, sertifikatlaşdırılması və sənədli təminatı, informasiya təminatı, kadr hazırlığı və ixtisaslarının artırılmasının tədqiqi kimi məsələlər izah edilmişdir.



Ахмедова Гюльнар Тельман кызы

Диссертация магистра на тему «Применение предоставления управления качеством в текстильной промышленности"

Резюме

В текущих обстоятельствах соответствие между показателями качества в текстильной промышленности и требованиями нормативно-технических файлов по праву считается одним из самых актуальных вопросов. Однако, в некоторых отраслях промышленности одним из самых важных проблем является соответствие качества товаров с требованиями потребителей. Таким образом, качество признано основным направлением в подготовке, реали­зации программы управления и технических файлов в каждой компании.

Магистерская диссертация охватывает такие вопросы, как наличие определенных функций и сложных систем в управлении качеством, конк­ретные принципы, технологические методы, сертификации и документальное обеспечение, обучение персонала и применения профессионального развития в области управления качеством.

Ahmadova Gulnar Telman

Master's dissertation on “Application of quality management provision in textile industry”

SUMMARY

In current circumstance the correspondence between the quality indications in textile industry and the requirements of normative and technical files is considered one of the most actual issues. Thus, in some fields of industry one of the most important problems is goods quality’s meeting the consumer’s requirements. So, the quality is considered a main direction preparation, imple­mentation of management program and technical files in each enterprise.



The master’s dissertation covers the issues such as specific functions and complex systems in quality management, specific principles, technological methods, certification and documentary provision, staff training and application of professional developmentin quality management.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə