Magistratura məRKƏZİ



Yüklə 0,53 Mb.
səhifə4/6
tarix14.01.2018
ölçüsü0,53 Mb.
#20729
1   2   3   4   5   6

Normativ metodda müəyyən normativlərdən istifadə nəzərdə tutulur. Keyfıyyətin idarə edilməsi sisteminin real göstəricilərinin belə normativlərlə müqayisəsi onun ideal, arzuolunan sistemə uyğunluğunu qiymətləndirməyə imkan verir.

Parametrik metod keyfıyyətin idarəedilməsi sisteminin tədqiq olunan xassələ­rinin kəmiyyətcə ifadə olunmasına əsaslanır. Bu metodla idarəedici və idarəolunan yarımsistemlərin parametrləri arasında qarşılıqlı əlaqə müəyyənləşdirilir.

III FƏSİL. TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ TƏMİNATININ TƏDQİQİ


3.1. Təşkilati layihələndirmə keyflyyətin idarə edilməsinin səmərəli aləti kimi
Keyfıyyətin sistemli idarə edilməsinin tətbiqi müvafıq sistemlərin bazasında müm­kündür. Odur ki, müəssisələrdə keyfıyyət sisteminin (KS) yaradılması məsələsi hazırda ən aktual məsələlərdən biridir. Bu cür sistemlərin işlənib hazırlanmasının və tətbiqinin ən səmərəli yolu təşkilati layihələndirmədir. Təşkilati layihələndirmə həm planlı təsərrüfat, həm də bazar iqtisadiyyatı şəraitində istifadə üçün yararlıdır.

Təşkilati layihələndirmə özünün başlanğıcını (inkişafının) texniki layihələn­dir­mədən götürür. Lakin texniki və təşkilati layihələndirmələrin bir çox ümumi xüsusiyyətləri ilə yanaşı, onların hər birinə məxsus ayrıca xüsusiyyətləri də vardır. Onlar öz məzmunlarına görə bir-birlərindən kəskin fərqlənir. Burada əsas fərq ondan ibarətdir ki, təşkilati layihələndirmə ilə texniki qurğuların detalları, qovşaq­ları və kompleksləri deyil, idarəetmə və istehsal funksiyaları, istehsal və təşkilati strukturlar, idarəetmə texnologiyası, əmək prosesləri, metodlar, informasiya və s. kimi elementlər əhatə edilir.

Layihələndirmə müəssisənin işinin və oradakı münasibətlərin praktiki olaraq bütün cəhətlərini əhatə etməyə imkan verir ki, bu da hər hansı elementin, yarım­elementin və ya sistemin təşkili və təkmilləşdirilməsi zamanı sistemli yanaşmanın realizə olunmasına şərait yaradır. Layihələndirmənin nəticəsi layihənin və onun tətbiqi üzrə tədbirlər kompleksinin işlənib hazırlanmasından ibarətdir.

Beləliklə, təşkilati layihələndirmə idarəetmə elementlərinin, yarımsistemlə­ri­nin və sistemlərinin yaradılması və təkmilləşdirilməsi sahəsində layihələrin işlənib hazırlanması və tətbiqi üzrə xüsusi fəaliyyət növüdür.

Keyfıyyət sisteminin təşkilati layihələndirilməsi prosesini ənənəvi olaraq bir sıra ardıcıl mərhələlərə bölmək olar: layihəqabağı, layihə, realizəetmə (tətbiq) və təkmilləşdirmə. Bu mərhələlərdən hər biri bir sıra işlərin yerinə yetirilməsini nəzərdə tutur. Bu işlər mərhələlər üzrə aşağıda şərh olunur (mötərizədə nəticə sənədi göstərilmişdir).

Layihəqabağı mərhələ.


  • Hazırlıq mərhələsi:

- beynəlxalq standartların tələblərini ödəyən KS-nin yaradılması zərurətinin ekspres – əsaslandırılmasının aparılması (arayış);

- KS-nin təşkilati layihəsinin hazırlanması haqqında əmrin verilməsi (əmr);

- KS-nin yaradılması üzrə koordinasiya - işçi qrupunun və işçi orqanların formalaşdırılması (koordinasiya- işçi qrupu haqqında əsasnamə);

- KS-nin yaradılması biznes - planının işlənib hazırlanması, qüvvədə olan key­fıyyətin idarə edilməsi (Kİ) sisteminin təhlili və KS-nin yaradılması metodikasının işlənib hazırlanması (metodika);

- qüvvədə olan Kİ sisteminin təhlilinin aparılması və KS-nin yaradılması üzrə işlərin planlaşdırılması (plan- qrafık);

- İSO 9000 seriyalı beynəlxalq standartların və Kİ sisteminin müasir istiqamətlərinin öyrənilməsinin təşkili (proqramlar, tədris planları və təlimin keçirilməsi haqqında arayış);

- proqramın işlənməsi və qüvvədə olan Kİ-nin kompleks sisteminin ilkin təhlilinin aparılması (aparılmış təhlil haqqında hesabat və ya analitik arayış);

- KS-i üçün tələblərin təyin edilməsi və bu sistem üçün istehlakçılarla razılaşdırılmış məhsulların siyahısının tərtib edilməsi (məhsulların razılaşdırılmış siyahısı);

- Kİ sisteminə tələblərin təyin edilməsi (razılaşdırma protokolu);


  • Kİ-nin qüvvədə olan kompleks sisteminin layihəqabağı hərtərəfli təhlili və KS-nin layihələndirilməsi üçün texniki tapşırığın (TT) işlənib hazırlanması;

- Kİ-nin qüvvədə olan kompleks sisteminin KS-nin tələblərinə uyğunluğa layihəqabağı təhlili üçün proqramın işlənib hazırlanması (proqram);

- layihəqabağı təhlilin aparılması və KS-nin layihələndirilməsi üçün TT-in hazırlanması məqsədilə informasiyanın toplanması, elmi-texniki və elmi-metodik sənədlərin, digər xüsusi sənədlərin və ədəbiyyatın seçilməsi (sistemləşdirilmiş infor­masiya paketi, sənədlər komplekti və ədəbiyyatın siyahısı);

- Kİ-nin qüvvədə olan kompleks sisteminin KS-nin tələblərinə uyğunluğuna təhlilin aparılması (aparılmış təhlil haqqında hesabat və ya analitik arayış);

- KS-nin layihələndirilməsi üçün TT-in işlənib hazırlanması (təsdiq edilmiş TT).



Layihə mərhələsi.

  • KS-nin işçi layihə sənədlərinin işlənib hazırlanması:

- təşkilati layihə sənədlərinin işçi layihəsinin işlənib hazırlanması üçün elmi-texniki və elmi-metodiki sənədlər komplektinin, digər xüsusi sənədlərin və lazımi ədəbiyyatın seçilməsi (sənədlər komplekti və ədəbiyyatın siyahısı);

- Kİ sisteminə, KS-nə təşkilati layihə sənədlərinin işlənib hazırlanması (işçi layihə sənədləri komplekti);



  • KS-nin işçi layihəsinin sənədlərinin tətbiqi üzrə tədbirlər planının layihəsinin işlənib hazırlanması;

- KS-nin təşkilati layihəsinin tətbiqi üçün müəssisənin hazırlıq səviyyəsinin qiymətləndirilməsi (analitik arayış);

- təşkilati layihənin işçi sənədlərinin tətbiqi üzrə tədbirlər planının layihəsinin işlənib hazırlanması (tədbirlər planının layihəsi);

- təşkilati iayihənin səmərəliliyinin qiymətləndirilməsi;


  • KS-nin təşkilati layihəsinin komplektləşdirilməsi və ekspertizası;

- izahat vərəqəsinin tərtib edilməsi və KS-nin təşkilati layihəsinin komp­lektləş­dirilməsi (təsdiq edilmiş təşkilati layihə və onun tətbiqi planı);

- KS-nin təşkilati layihəsinin ekspertizasının (və ya resenziyalaşdırılmasının) təşkili (ekspertiza aktı və ya resenziya, iradların siyahısı);

- təşkilati layihənin iradları nəzərə almaqla korrektə edilməsi (korrektə edilmiş təşkilati layihə, razılaşdırma protokolu).

Realizəetmə və təkmilləşdirmə mərhələsi.


  • Təşkilati layihənin realizəolunma planının yerinə yetirilməsi;

- təşkilati layihənin təsdiq edilmiş işçi sənədlərinin qüvvəyə minməsi və onun - realizə edilməsi üzrə tədbirlər planının yerinə yetirilməsi barədə əmrin verilməsi (əmr);

- KS-nin təşkilati layihəsinin işçi sənədlərinin realizə edilməsi üzrə tədbirlər planının yerinə yetirilməsinin təşkili (əmrlər, sərəncamlar, aktlar, rəylər);



  • KS-nin təşkilati layihəsinin realizə edilməsinə nəzarət;

- təşkilati layihənin realizə edilməsinə nəzarət (aktlar, nəzarət kartları və s.);

- nəzarətin nəticələrinə görə təşkilati layihənin tətbiqi gedişinin korrektə edilməsi (əmrlər, səıəncamlar, əlavələr, dəyişikliklər və s.);

- KS-nin realizə edilməsinin təhlili (arayışlar, tövsiyələr və s.);

- təhvil-təslim işlərinin aparılması (akt);

- KS-nin sertifıkatlaşdırılmasının təşkili və aparılması (sifariş, sənədlər komp­lekti, sertifıkat);

- KS-nin faktiki səmərəliliyinin qiymətləndirilməsi (yekun hesabatı);

- KS-nin inkişafı və təkmilləşdirilməsi üzrə işlərin aparılması (təkmil­ləşdirilmiş təşkilati layihə).

KS-nin işlənib hazırlanması və realizə edilməsi müəyyən həcmdə xərc tələb edir. Lakin dünya təcrübəsi göstərir ki, keyfıyyət sisteminə qoyulan bütün resurslar xərc kimi deyil, investisiya kimi qəbul edilməlidir. Bu onunla izah edilir ki, məhsulun keyfıyyətinin KS-i çərçivəsində yüksəldilməsi və təmin edilməsi üzrə fəaliyyət investisiya xarakteri daşıyır. Odur ki, bu cür investisiyanın və onun səmərəliliyinin məqsədəuyğunluğu daha mükəmrnəl əsaslandırılmalıdır.

Yuxaqda göstərilən təşkilati layihələndirmə mərhələlərinin hər biri üçün metodiki müddəalar aşağıda geniş şərh edilir.

Keyfiyyət sistemlərinin təşkilati layihələndirilməsinə layihəqabağı hazır­lığın metodiki müddəaları. Keyfiyyət sisteminin təşkilati layihələndirilməsinə hazırlıq digər oxşar sistemlərin yaradılması mərhələləri içərisində ən böyük əhə­miyyət kəsb edir. Bütün sistemin düzgün işləməsi bilavasitə bu hazırlığın səviy­yə­sindən asılıdır. Təcrübə göstərir ki, bu mərhələdə müəssisədə qüvvədə olan Kİ sisteminin layihəqabağı təhlilinin aparılması və sistemin layihəsinin yaradılması üçün texniki tapşırığın hazırlanması vacibdir. KS-nin təşkilati layihəsinin işlənib hazırlanması üzrə əmr verilməmişdən əvvəl bu cür sistemin yaradılmasının zəru­riliyi əsaslandırılmalıdır. Burada ən sadə və asan əsaslandırma ekspres - dindirmə nəticəsində aparıla bilər. Bunun üçün yuxarı eşalonun bütün menecerlərini, orta və aşağı bölmələrin bir sıra menecerlərini, o cümlədən istehsalatçıları dindirməyə cəlb etmək olar. Ekspres – əsaslandırma suallarını cədvəl şəklində tərtib etmək məqsə­də­uyğundur. Burada birmənalı «hə» və ya «yox» cavabları verilməlidir. Dindir­mə­nin iştirakçıları başa düşməlidirlər ki, istehlakçı ancaq son məhsulu müəssisədən kənarda istehlak edən yox, həmçinin müəssisədə bütün texnoloji zəncirlə əlaqəli olan işçilərdir (məsələn, digər sexin, şöbənin və s. işçiləri).

Metodiki olaraq dindirmə həm yazılı, həm də şifahi şəkildə aparıla bilər. Dindirmədən sonra alınmış nəticələrdən, həmçinin tövsiyələrdən istifadə edərək qərara gəlmək olar ki, verilmiş müəssisədə KS-ni yaratmaq (və ya təkmilləş­dirmək) məqsədəuyğundurmu. Bu cür tövsiyələrin öbyektivliyi ancaq işə qərəzsiz və düzgün yanaşmaqla təmin oluna bilər.

Sonrakı işlərin məzmunu aşağıdakılardan ibarətdir:

1. Müəssisədə KS-nin layihəsinin yaradılmasının əsasını təşkil edən əmrin hazırlanması və onun müəssisənin rəhbəri tərəfindən imzalanması.

2. Xüsusi yaradılmış işçi qrupu vasitəsilə işlərin koordinasiya edilməsi. Bu işçi qrupu direktorun müavinlərindən, müəssisənin baş və aparıcı mütəxəssis­lə­rindən, həmçinin xüsusi yaradılmış icra orqanından ibarət olur. Bu struktur bölməsi bilavasitə müəssisənin rəhbərinə tabe olur.

3. Kadrların hazırlanması və onların ixtisaslarının artırılması. Tədris plan və proqramlarında hökmən standartların və digər normativ-texniki sənədlərin öyrə­nilməsi, onların qabaqcıl müəssisələrdə tətbiqi qaydaları nəzərdə tutulmalıdır. Mü­əs­sisənin bütün işçiləri bu sahədə müəyyən biliyə, vərdişə və bacarığa nail ol­ma­lı­dırlar. Bütün işçiləri inandırmaq lazımdır ki, məhsulun keyfıyyətinin yüksəl­dil­məsi müəssisənin fəaliyyətində həlledici rol oynayan amillərdən biridir.

4. Məhsulun keyfiyyət sisteminin modellərini seçən zaman bu sistem hansı məhsul növü üçün yaradılacaqsa, həmin məhsul növünü seçmək. Bu layihəqabağı mərhələ marketinq tədqiqatlarının aparılmasını, istehlakçıların tələblərinin və mü­əs­sisənin imkanlarının öyrənilməsini tələb edir. Layihəqabağı analizin nəticə­lərinə görə məhsulun seçilmiş nomenklaturasını dəqiqiləşdirmək lazımdır. Məhsulun son siyahısını əsas istehlakçı, yəni sifarişçilərlə razılaşdırmaq məqsədəuyğundur. Son­ra, əsas istehlakçı – sifarişçilərin tələblərindən, istehsalatın xüsusiyyətlərindən asılı olaraq hər bir məhsul növü üçün KS-nin modelini seçmək lazımdır. Bu model müa­sir tələblərə cavab verməli və sifarişçini tam təmin etməlidir. Modelin se­çi­mi­nin nəticələrini sifarişçi ilə kontrakt və ya müqavilə şəklində rəsmiləşdirmək la­zım­dır. Bu kontraktda həmçinin keyfıyyət sistemiərinə tələblər dəqiqləş­diril­mə­lidir. Hər bir tərəf müəyyən məhsul növü üçün keyfıyyət sisteminə (KS) qarşılıqlı qəbul edilən tələbləri dəqiq bilməlidir.

5. Sistemli yanaşma prinsipindən istifadə etməklə müəssisədə qiıvvədə olan sistemin layihəqabağı təhlili proqramınm məzmununu təyin etmək. Proqrama seçil­miş məhsul növünün hər birinin keyfıyyətinin təhlili üzrə məsələlər daxil edil­mə­li­dir. Proqramda analoji KS-nin yaradılması iızrə mövcud olan qabaqcıl təcrübənin təhlili məsələləri də öz əksini tapmalıdır. Bütiın təhlil proqramı Kİ-si sahəsində miıəyyən təcrübəsi olan mütəxəssislər tərəfındən tərtib edilir, kompleks işçi qrupu tərəfmdən baxılır və KS-nin yaradılması üzrə işlərin rəhbəri tərəfındən təsdiq edilir.

6. KS-nin yaradılması üçün texniki tapşırığın işlənib hazırlanması və təhlili məsələləri üzrə normativ-texniki sənədlər, normativ-metodiki sənədlər və digər xü­susi sənəcllər və ədəbiyyat fondunun formalaşdırılması. Bu işi sistemin yaradıl­ması ilə məşğul olan işçilər yerinə yetirməlidirlər. Buraya həmçinin informasiya xidməti işçiləri də cəlb edilməlidir.

7. Kİ sistemlərinin yaradılması üzrə işlərin plan-qrafıkinin hazırlanması. Bunun üçün əvvəlcə yerinə yetiriləcək işçilərin siyahısı, sonra isə həmin işlərin yerinə yetirilmə müddətləri və icraçıları təyin edilməlidir. Plan-qrafık müəssisənin direktoru tərəfindən təsdiq cdilir.

8. Müəssisədə tətbiq edilən Kİ-si sistemini təhlil etmək. Bu təhlilin məqsədinə nail olmaq nəzərdə tutulan proqramın yerinə yetirilməsi ilə mümkündür. Təhlil üçün lazım olan məlumatların toplanmasına çəkilən xərcləri maksimum azaltmaq məqsədilə bir qədər dəyişdirilmiş qaydadan (ənənəvi qaydaya nəzərən) istifadə etmək olar. Bu cür dəyişmənin mahiyyəti proqnoz əsasında təhlilin nəticələrini əvvəlcədən təyin etməkdən ibarətdir.

Təhlili aparan zaman çatışmamazlıqları (nöqsanları) müəyyənləşdirmək la­zım­­dır. Bu çatışmamazlıqların səviyyəsi müxtəlif göstəricilərlə (səhvlərin, defekt­lərin, itgilərin və s. sayı ilə) təyin edilə bilər. Lakin çatışmamazlıqların səbəbini tə­yin etmək üçün ən münasib göstərici inteqral göstəricisidir. Bu göstəricidən istifadə etməklə təhlilin məqsədinə tanınmış Pareto tipli diaqramın köməyi ilə daha yaxşı nail olmaq mümkündür.

Təhlilin nəticələrinə görə hesabat və ya analitik arayış tərtib edilir. Burada müxtəlif elementlərin müqayisəsinin nəticələri, KS-nin yaradılması üçün onlardan istifadə edilməsi, fəaliyyətdə olan KS-nin təkmilləşdirilməsi üzrə təkliflər göstərilir.

9. Hər bir məhsul növünün KS-nin layihələndirilməsi üçün texniki tapşırığın (TT) işlənib hazırlanmasi. TT keyfıyyət sistemiərinin yaradılmasına tələbləri mü­əy­yən­ləşdirir. TT-da aşağıdakı bölmələr nəzərdə tutulur:


  • sistemin layihəsinin hazırlanmasında məqsəd;

  • müəssisədə fəaliyyət göstərən Kİ sisteminin layihəqabağı təhlilinin nəticə­ləri haqqında hesabat və ya analitik arayış (TT-ın əlavəsində verilir);

  • KS-nin qurulmasına ümumi tələblər;

  • sistemin layihəsinin işlənib hazırlanma müddəti;

  • sistemin layihələndirmə obyektinə tələblər. Bu tələbləri əvvəlcə keyfıyyətə ümumi rəhbərlik sisteminin layihəsinin qurulması və istehsalat sisteminin element- lərinin təkmilləşdirilməsi üçün, sonra isə məhsulun hər bir növünün KS-nin layihə­ləndirilməsi üçün ümumiləşdirilmiş şəkildə qruplaşdırmaq məqsədəuyğundur;

  • maliyyələşdirmə mənbələri;

  • layihənin tətbiqi üzrə işlərin tərkibi, məzmunu və təşkili (işlərin mərhələləri və tərkibi, onların yerinə yetirilmə müddətləri, icraçılar, işlərin tamamlanması formaları);

  • layihənin texniki-iqtisadi əsaslandırılması;

  • rəqabətə dözümlü məhsulun KS-nin qəbulu qaydası (təhvil-təslim işlərinin aparılması haqqında informasiya, istehlakçıya təhvil verilməsi, sistemin sertifikat­­laşdırılması və s.);

  • layihələndirmənin normativ-texniki və metodiki mənbələri (NTS, NMS və digər sənədlər, sorğu materialları və ədəbiyyat, tipli layihələr, KS-nə oxşar layihə - analoqlar və s.);

  • işin davam etdirilməsi perspektivi (KS-nin təkmilləşdirilməsi istiqamətləri şərh edilir);

  • əlavələr (sistemin əsas sənədlərini razılaşdıran bölmələrin və vəzifəli şəxs­lərin siyahısı, təhlil haqqında hesabat və ya analitik arayış, bu və ya digər işlərin aparılmasının əsaslandırılması və s.).

3.2. Keyfiyyətin idarə edilməsinin sertifikatlaşdırılması və sənədli təminatı

Bazar münasibətləri şəraitində sertifıkatlaşdırma ölkənin iqtisadi-ticarət əla­qə­lərinin inkişafı üçün mühüm vasitədir. Sertifıkatlaşdırma məhsulun, xidmətin və ya prosesin standarta və ya texniki reqlamentə uyğunluğunun təsdiqlənməsidir. Bu təsdiqlənmə uyğunluq sertifıkatının verilməsilə həyata keçirilir.

Uyğunluq sertifikatı sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surət­də nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənəddir. Ölkənin sertifikatlarının və uyğunluq nişanlarının xaricdə tanınmasını təmin etmək üçün sertifikatlaşdırma üzrə qaydalar və tövsiyələr İSO və BEK beynəlxalq təşkilatlarının rəhbərlik sənəd­lərinə, İSO 9000 və İSO 10000 seriyalı beynəlxalq standartlarda, EN 45000 və EN 29000 seriyalı Avropa standartlarında, digər beynəlxalq və regional təşkilatların nor­mativ sənədlərində şərh edilmiş beynəlxalq qaydalara uyğun qurulmalıdır. Xa­rici sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditləşdiril­mə­sinin, həmçinin xarici ölkələrin sertifıkatlarının və uyğunluq nişanlarının bizim ölkədə (uyğun olaraq bizim ölkəninkinin xaricdə) tanınması ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçirilir.

Hər bir dövlətdə sertifikatlaşdırma üzrə milli orqan vardır. Bizim respublikada bu fəaliyyət sahəsində xüsusi səlahiyyəti olan orqan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyidir. Bu Agentliyə aşağıdakı əsas funksiyalar həvalə edilmişdir:



  • sertifıkatlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılması və realizə edilməsi;

  • Azərbaycan Respublikasının ərazisində sertifıkatlaşdırmanın aparılması üz­rə ümumi qayda və tövsiyələrin müəyyənləşdirilməsi və onlar haqqında rəsmi in­for­masiyanın nəşr edilməsi;

  • Respublikada qüvvədə olan sertifikatlaşdırma sistemlərinin və uyğunluq nişanlarının dövlət qeydiyyatının aparılması; ölkədə qüvvədə olan sertifıkatlaş­dır­ma sistemləri və uyğunluq nişanları haqqında rəsmi informasiyanın nəşr edilməsi və onun qoyulmuş qaydada sertifıkatlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlara təqdim edilməsi;

  • beynəlxalq (regional) sertifikatlaşdırma sistemlərinə qoşulmaq haqqında təkliflərin hazırlanması, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında beynəlxalq (regional) təşkilatlarla sazişlərin bağlanması;

  • sertifıkatlaşdırma məsələləri üzrə ölkəni beynəlxalq (regional) təşkilatlarda təmsil etmək;

  • akkreditləşdirmə və sertifikatlaşdırma qaydaları, onların nəticələri, həmçi­nin bu proseslərin iştirakçıları haqqında istehsalçıların, istehlakçıların, ictimai təş­kilatların, sertifıkatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının, digər ma­raq­lı müəssisələrin, təşkilatların və ayrı-ayrı şəxslərin məlumatlandırılması.

Sertifıkatlaşdırma sisteminin strukturuna milli sertifikatlaşdırma orqanı, serti­fikatlaşdırma üzrə beynəlxalq təşkilatlar, konkret (həmcins) məhsulların serti­fi­kat­laşdırılması üzrə orqanlar, akkreditləşdirilmiş sınaq mərkəzləri (laboratori­ya­la­rı), istehsalçı müəssisələr və məhsulun tədarükçüləri daxildir. Sertifikatlaşdırmanı apa­ran zaman iştirakçı tərəflər bir qayda olaraq istehsalçıların, tədarükçülərin (bi­rinci tə­rəf); alıcıların, istehlakçıların (ikinci tərəf); sertifikatlaşdırmada iştirak edən tə­rəf­­lərdən asılı olmayan orqanların (üçüncü tərəf) maraqlarını təmsil edirlər. Sertifi­kat­laşdırmada iştirak edən hər bir tərəf kommersiya sirri olan informasiyanın məx­fi­liyini təmin etməlidir.

Məhsulların və xidmətlərin sertifikatlaşdırılması könüllü və məcburi ola bilər. Könüllü sertifikatlaşdırma o obyektlər üçün aparılır ki, onlar ölkənin qanunverici aktlarına uyğun olaraq məcburi sertifikatlaşdırmaya məruz qalmır. Bu cür sertifi­kat­laşdırma hüquqi şəxslərin və vətəndaşların təşəbbüsü ilə sifarişçi və sertifıkat- laş­dırma üzrə orqan arasında bağlanmış müqavilə əsasında aparılır. Könüllü serti­fı­katlaşdırmanı öz üzərinə könüllü sertifıkatlaşdırma orqanı funksiyasını götürmüş və sertifıkatlaşdırma sistemini və uyğunluq nişanını icra hakimiyyətinin xüsusi səlahiyyətli orqanında qeydiyyatdan keçirmiş hər bir hüquqi şəxs həyata keçirə bilər. Məcburi sertifikatlaşdırma orqanları da könüllü sertifıkatlaşdırmanı apara bilər. Bu, o zaman ola bilər ki, könüllü sertifıkatlaşdırma məcburi sertifıkat­laş­dır­ma sisteminin qaydaları ilə nəzərdə tutulsun və könüllü sertifikatlaşdırmanın uy­ğunluq nişanı qeydiyyatdan keçmiş olsun. Könüllü sertifıkatlaşdırma üzrə orqan işin aparılma qaydalarını müəyyənləşdirir. Sertifıkatlaşdırmanın aparılması üçün müqavib bağlanarkən sifarişçi bu işin aparılması haqqında lazımi informasiyanı ala bilər, həmçinin sertifıkatlaşdırmanın formasını təyin edə bilər.

Könüllü sertifikatlaşdırma üzrə orqan funksiyasını üzərinə götürmüş hüquqi şəxs könüllü sertifıkatlaşdırma sisteminin strukturunu formalaşdırır, onun qayda­la­rı­nı və uyğunluq nişanını məyyənləşdirir, sistemi və uyğunluq nişanını xüsusi sə­la­hiy­yətli orqanda qeydiyyatdan keçirir, sertifıkatlaşdırma qaydaları haqqında si­fa­riş­çiyə lazımi informasiya verir, bu sistemin reyestrini aparır. Bu hüquqi şəxs məh­sulların və xidmətlərin sertifıkatlaşdırılması üzrə orqanın funksiyasını yerinə yetirir.

Beləliklə, sertifıkatlaşdırma üçüncü tərəf vasitəsilə aparılır. Bu zaman isteh­sal­çı (icraçı) tərəfindən buraxılan məhsul (göstərilən xidmət) yoxlanılır, qiymətlən­di­rilir və həmin məhsulun (xidmətin) normativ-texniki sənədlərin tələblərinə uy­ğun­luğu təsdiqlənir. Sertifıkatlaşdırmaya bu cür yanaşma zamanı müxtəlif sınaq me­todlarından istifadə edilə bilər. Odur ki, obyektiv nəticələr almaq üçün müasir cihaz və avadanlıqlarla, stendlərlə təchiz edilmiş sınaq laboratoriyaları (mərkəzləri) olmalıdır.

Məhsulun sertifıkatlaşdırılması istehsalçıdan müəyyən xərclər tələb edir. Xari­ci ölkələrin təcrübəsi göstərir ki, bu işlərə çəkilən xərclər istehsalçı müəssisələrin bütün xərclərinin 1-2%-ni təşkil edir. Lakin müəssisələr tərəfindən sertifi­katlaş­dır­manın tətbiqi bazar iqtisadiyyatı şəraitində müəyyən üstünlüklərə malikdir: daxili və xarici istehlakçıların məhsulun keyfıyyətinə inamını təmin edir; istehlakçı tərəfindən lazımı məhsulların seçilməsini yüngülləşdirir və sadələşdirir; istehlak­çının məhsulun keyfiyyəti haqqında obyektiv informasiya almasını təmin edir; sertifıkatlaşdırılmamış məhsulun istehsalçısı ilə rəqabətdə uzun müddət müdafiə olunmağa kömək edir; analoji məhsulların idxalını azaldır; keyfiyyət səviyyəsinə uyğun olmayan məhsulların ölkəyə daxil olmasının qarşısını alır; NTS-lərdə daha proqressiv tələblər qoymaqla bu sənədlərin keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradır; istehsalatın təşkilati-texniki səviyyəsinin yüksəldilməsinə kömək edir; elmi-texniki tərəqqinin sürətlənməsi üçün stimul yaradır.

Üçüncü tərəf vasitəsilə məhsulun sertifıkatlaşdırmaya hazırlanması və sertifı­kat­laşdırılması üzrə yerinə yetirilən əməliyyatları bir neçə mərhələlər üzrə qruplaş­dırmaq olar.



Hazırlıq mərhələsi:

  • məhsulun sertifıkatlaşdırılması üçün zəruri sənədlərin tərkibinin təyin edilməsi;

  • sənədlərin (NTS) standartların tələblərinə uyğunluğa təhlili;

  • sertifıkatlaşdırma üçün tələb olunan yeni sənədlərin işlənib hazırlanması və qüvvədə olan sənədlərin təkmilləşdirilməsi (zəruri hallarda);

  • üçüncü tərəfin rasional sertifikatlaşdırma sistemini seçməsi;

  • sertifıkatlaşdırma orqanının seçilməsi, onun maddi-texniki bazası, sertifi­kat­laşdırma sınaqlarının təşkili və şəraiti ilə tanış olmaq (zəruri hallarda);

  • standartların tələblərinə uyğun stabil keyfıyyətli məhsulun buraxılması üçün KS-nin və bütün istehsalatın hazırlanması;

  • məhsulun sertifikatlaşdırılması üçün müvafiq sertifikatlaşdırma orqanına sifarişin verilməsi;

  • məhsulun sertifıkatlaşdırılması üçün müqavilənin bağlanması (bunu müəs­sisə və ya sertifıkatlaşdırma üzrə orqan yerinə yetirir);

  • məhsulun (nümunənin) sınaq laboratoriyasına təqdim edilməsi (müəssisə və ya sertifikatlaşdırma üzrə orqan yerinə yetirir).

Sevtifikatlaşdırma mərhələsi:

  • tələb olunan hallarda KS-nin və istehsalatın yoxlanması və qiymətləndi­ril­məsi (sertifıkatlaşdırma üzrə orqan və ya səlahiyyətli orqanlar tərəfindən həyata keçirilir);

  • sertifıkatlaşdırma sınaqlarının aparılması;

  • məhsulun sertifıkatlaşdırma sınaqlarının protokolunun hazırlanması və gön­dərilməsi (sınaq laboratoriyası, sınaq mərkəzi həyata keçirir);

  • uyğunluq sertifikatının tərtib edilməsi və verilməsi (sertifikatlaşdırma üzrə orqan yerinə yetirir);

  • xarici sertifikatlaşdırma orqanı tərəfindən verilmiş uyğunluq sertifıkatının tanınması (müəssisə, milli sertifikatlaşdırma orqanı və ya onun səlahiyyət verdiyi orqan həyata keçirir).

Sertifikatlaşdırmadan sonrakı mərhələ:

  • xarici və ya beynəlxalq orqanlarla məhsulun sertifıkatlaşdırılması haqqında sazişin bağlanması (müəssisə, milli sertifıkatlaşdırma orqanı və ya onun səlahiyyət verdiyi orqan yerinə yetirir);

  • sertifikatlaşdırmanın nəticələrinə görə maraqlı tərəflərin apelyasiya verməsi (müəssisə və ya digər tərəflər).

Bazar iqtisadiyyatı şəraitində ən vacib məsələlərdən biri KS-nin sertifıkatlaş­dırılmasıdır. Burada xüsusi akkreditləşdirilmiş orqan tərəfindən sertifikatlaşdırılan sistemin standartların tələblərinə uyğunluğu yoxlanılır, qiymətləndirilir və təsdiqlənir.

Sertifikatlaşdırılan sistemin uyğunluq standartı kimi dövlət, beynəlxalq (məsə­lən, İSO 9000 seriyalı beynəlxalq standartlar) və ya digər xarici ölkələrin mil­li standartları (kontraktların tələblərinə uyğun olaraq) istifadə oluna bilər. KS-nin serti­fıkatlaşdırılmasında əsas məqsəd məhsulun istehlakçılarının etibarını qazan­maq və müəssisənin bazarda imicinin yüksəldilməsidir ki, bu da ixrac imkanlarını genişləndirməyə, yeni sifarişçiləri cəlb etməyə və məhsulun satış həcmini artır­mağa imkan verir. KS-nin sertifikatlaşdırılması prosesində müəyyən prinsipləri realizə etmək lazımdır.

Sistemin sertifikatlaşdırılmasını aşağıdakı əsasverici prinsiplərə görə aparmaq məqsədəuyğundur:

1. Məqsədli istiqamətlilik prinsipi, yəni məhsulun keyfiyyətinin idarə edilməsi (MKİ) sistemlərinin konkret məqsədlə sertifikatlaşdırılmasının zəruriliyi, məsələn müəssisənin dünya bazarının müəyyən seqmentinə çıxması. Bu halda həmin regi­onda daha nüfuzlu xarici sertifikatlaşdırma orqanını seçmək çox vacibdir. Bu məq­sədə nail olmaq üçün sistemin sertifikatlaşdırılmasının ancaq ölkənin sertifikat­laş­dırma orqanı vasitəsilə həyata keçirilməsi kifayət deyildir. Beləki, xarici sertifikat- laşdırma nəticəsində alınmış sertifikat daha nüfuzlu sayılır və böyük üstünlüklərə malikdir.

2. Obyektivlilik prinsipi, yəni KS-lərinin sertifikatlaşdırılması zamanı onların yoxlanması və qiymətləndirilməsi səriştəli, yüksək peşəhazırlığına malik və qeyri-asılı orqanlar tərəfindən həyata keçirilməlidir.

3. Məxvilik prinsipi, yəni sertifikatlaşdırma üzrə orqan və onun əməkdaşları məhsulu göndərən təşkilatla qarşılıqlı əlaqə nəticəsində aldıqları informasiyanın məxviliyini təmin etməlidirlər. Bu məsələlər sertifikatlaşdırma üzrə orqan və sifa­riş­çinin rəsmi sazişinin predmeti ola bilər.

4. Sertifıkatlaşdırma üzrə orqana işin dəyərinin əvvəlcədən ödənilməsi prinsipi.

5. KS-lərinin uyğunluq tələblərinin (milli, beynəlxalq standartların digər normativ sənədlərin tələblərinin) kifayət qədər ödənilməsi prinsipi. İstehlakçının istehsalçı ilə sazişinə görə sistemə qoyulan tələblər dəqiqləşdirilə və dəyişdirilə bilər.

KS-lərinin sertifikatlaşdırılması üzrə aparılan işlərin tərkib hissəsi onların yox­lanmasıdır. Yoxlama KS-nin və məhsulun sertifikatlaşdırılmasının ümumi pro­seduruna daxil ola bilər. Bununla yanaşı, yoxlama ancaq KS-nin sertifikatlaş­dı­rıl­ması və ya məhsulun sertifikatlaşdırılması məqsədilə yox, həm də digər məqsədlər üçün aparıla bilər: sistemin fəaliyyətinin səmərəliliyinin təyin edilməsi; yarışlarda və müsabiqələrdə yer tutmaq üçün, mükafatlandırmaq üçün KS-nin kriterlərə uy­ğun­luğa qiymətləndirilməsi və sistemin təkmilləşdirilməsi istiqamətlərinin təyin edilməsi; kontraktın bağlanması üçün məhsulun istehsalçısınm KS-nin ilkin qiymətləndirilməsi, həmçinin bağlanmış kontraktın yerinə yetirilməsi prosesində məhsul istehsalçısının qiymətləndirilməsi; KS-nin vəziyyətinin müəyyən standart­ların tələblərinə uyğunluğunun təyin edilməsi.



Yoxlamalar planlı (məhsulun istehlakçılarının və ya istehsalçılarının sifarişinə görə), cari (məmulatın konstruksiyasının və ya KS-nin dəyişməsi ilə əlaqədar) və ya növbədənkənar (KS-nə nəzarətin zəruriliyi ilə bağlı) ola bilər.

Yoxlamaların nəticələrinə görə KS-nin qiymətləndirilməsi məqsədə uyğun­dur. Odur ki, yoxlamanın obyektiv aparılması və səmərəli idarəetmənin təşkili üçün müəssisənin rəhbərliyi sistemin sənədləşdirilmiş elementlərinə malik olma­lıdır. Bu zaman sistemin sənədləşdirilmiş elementlərinin müvafiq standartların tələblərinə uyğunluğu, məhsulun keyfıyyət göstəricilərinin qoyulmuş tələblərə uy­ğun­luğu, istehsalatın və məhsulun keyfiyyətinin idarə edilməsi (MKİ) sistemlərinin lazımı keyfıyyət səviyyəli məhsul istehsal etmək üçün yararlılığı yoxlanılır.

KS-nin sertifıkatlaşdırılması zamanı görülən işləri iki mərhələ üzrə qrup­laşdırmaq olar:


  • KS-nin ilkin yoxlanması və qiymətləndirilməsi.

  • KS-nin son yoxlanması və qiymətləndirilməsi (KS-nin qiymətləndirilməsi və uyğunluq sertifıkatının verilməsi).

Birinci mərhələdə KS-i və onun sənədləri müəssisə tərəfindən sertifikat­laş­dır­ma üçün hazırlanır, sertifikatlaşdırmanı aparmaq üçün sifariş verilir, sertifıkat­laş­dır­ma üzrə orqan tərəfindən sistemin ilkin yoxlanması və qiymətləndirilməsi aparılır, müəssisə və sertifikatlaşdırma üzrə orqan arasında KS-nin sertifıkatlaş­dı­rıl­ması üçün müqavilə imzalanır.

İkinci mərhələdə KS-i müəssisə tərəfindən son yoxlama üçün hazırlanır, ser­ti­fikatlaşdırma üzrə orqan tərəfindən son yoxlamanın proqramı tərtib edilir, KS-nin müəssisədə təşkili üzrə ilkin müşavirə keçirilir (müəssisə və ya sertifikatlaşdırma üzrə orqan tərəfindən), KS-nin yoxlanması aparılır (sertifikatlaşdırma üzrə orqan və ya müəssisə tərəfindən), yoxlamanın nəticələrinə görə ilkin nəticə və təkliflər hazırlanır (sertifikatlaşdırma üzrə orqan tərəfindən), sertifikatlaşdırma üzrə orqan və ya müəssisə tərəfindən yekun müşavirə keçirilir, KS-nin müəssisədə yoxlanması barədə hesabat tərtib edilir. Müsbət qərar qəbul edildiyi halda sertifıkatlaşdırma üzrə orqan KS-nə sertifikat verir.

Keyfiyyətin idarə edilməsinin sənədli təminatı. Keyfiyyət sisteminin, onun elementlərinin, tələblərin, müddəaların, funksiyaların bölüşdürülməsinin, məsuliy­yət, hüquq və vəzifələrin, bölmələrin qarşılıqlı əlaqələrinin və s. yaradılması və is­ti­fadəsi sistemli idarəetmə prinsiplərinə və İSO beynəlxalq standartlarına uyğun olaraq sənədləşdirilməlidir. Bu sənədli kompleksin yaradılmasının metodiki əsasını bazar konsepsiyasının xüsusiyyətlərini əks etdirən reqlamentləşdirmə (standart- laş­­dırma, unifikasiya) və planlaşdırma təşkil edir. Bu o deməkdir ki, keyfıyyətin yük­səldilməsi və təmin edilməsi sahəsində məqsəd və fəaliyyət istehlakçıların tə­ləb­lərinə və bazarın təkliflərinə, həmçinin bağlanmış kontraktlara uyğun təyin edi­lir. Bu kontraktlar bütün icraçıların keyfiyyətin təmin edilməsi sahəsində öz funk­siyalarını dəqiq, texnologiyaya uyğun, səhvsiz yerinə yetirmələrini tələb edir. Bu­nun üçün proqramda bu məqsədlərə nail olmanın resurs təminatı nəzərdə tutul­malıdır.

Beləliklə, KS-nin normativ-metodiki təminatı müxtəlif statuslu reqlament­ləşdirici sənədlər kompleksinin yaradılmasını tələb edir. Bu kompleksə daxil olan sənədlərin keyfıyyətinə çox yüksək tələblər qoyulmalıdır. Burada informasiya dəqiq və məntiqi ardıcıllıqla yerləşdirilməli, şərh edilən məlumatlar isə qısa, konk­ret, sadə və dəqiq olmalıdır.

Müəssisə səviyyəsində KS-ni keyfıyyət sahəsindəki siyasət, müəssisə stan­dart­larının, texniki şərtlərin, rəhbərlik sənədlərinin, normativ-texniki və normativ-metodiki sənədlərin və keyfiyyət üzrə digər sənədlərin tələbləri əsasında qurmaq lazımdır. Bu sənədlər kompleksi KS-nin bütün elementlərinin və yarımsis­tem­lə­ri­nin qarşılıqlı əlaqələrini məhsulun həyat tsiklinin bütün mərhələlərində və idarəet­mə səviyyələrində reqlamentləşdirməlidir. Sahə, sahələrarası, respublika, dövlət­lər­arası (MDB çərçivəsində) və beynəlxalq səviyyələrdə sənədlər kompleksi sahə, döv­lət (AZS), dövlətlərarası (MDB dövlətləri üçün QOST) və beynəlxalq standart­lara, həmçinin digər NTS-ə və NMS-ə (təlimatlar, metodikalar, rəhbərlik sənədləri və s.) əsaslana bilər.

KS-i çərçivəsində realizə edilən menecmentin ən vacib tərkib hissələrindən biri keyfıyyət sahəsindəki siyasətdir. Ona görə də sistemin NTS-ləri içərisində bu sahədə hazırlanan sənəd birinci yerdə durmalıdır.



Müəssisə səviyyəsində KS-nin bütün sənədlər kompleksini əsasverici, ümumi və xüsusi sənədlərə bölürlər. Əsasverici sənədlər müəssisədə istifadə olunan NTS və NMS-ə, keyfiyyət sahəsində işlənib hazırlanmış siyasətə uyğun olaraq bütöv­lükdə KS-nin və onun ayrı-ayrı yarımsistemlərinin qurulma prinsiplərini, məzmu­nunu və tətbiqi qaydalarını təyin etməlidir. Ümumi sənədlər ümumsistemli məsə­lələri reqlamentləşdirir, məsələn, keyfıyyət üzrə müşavirələrin keçirilməsi, keyfiy­yət qruplarının işinin təşkili və s. Xüsusi sənədlər sistemlərin (yarımsistemlərin) ayrı-ayrı funksiyalarının yerinə yetirilmə qaydalarını müəyyənləşdirir.

Mahiyyətcə əsasverici və ümumsistemli sənədlər A səviyyəli sənədlər komp­lek­sini (İSO 10 013 beynəlxalq standarta görə), xüsusi sənədlər isə təyinatlarından asılı olaraq B və C səviyyəli sənədlər kompleksini təşkil etməlidir. B səviyyəli sə­nəd­lər ayrı-ayrı bölmələrin (yarımsistemlərin) fəaliyyətinə tələbləri təyin edir. C səviyyəli sənədlər keyfıyyətin təmin edilməsi proseslərinin qaydalarını təyin edən işçi sənədlərdir (prosedurlar, təlimatlar, texnoloji kartlar, formalar və s.). Bütün bu sənədlər kompleksi müəssisənin və müəyyən növ məhsulun xüsusiyvətlərini və spesifıkasını qarşılıqlı əlaqələndirməli, həmçinin KS-nin qoyduğu məqsədə çatmaq üçün lazımi məsələləri əhatə etməlidir.

Öz təyinatına görə əsasverici müəssisə standartı (MS) aşağıdakı təxmini böl­mə­ləri özündə birləşdirə bilər: ümumi müddəalar; keyfıyyətin yüksəldilməsi və tə­min edilməsi sahəsində siyasət, məqsəd və məsələlər; sistemin strukturu, per­so­nalı, sənədləri və işçi prosedurları; keyfıyyətin yüksəldilməsi və təmin edilməsinin, həm­­çinin sistemin fəaliyyətinin texniki-iqtisadi səmərəliliyi; sistemin fəaliyyətinin yoxlanması və səmərəliliyinin qiymətləndirilməsi; rəhbərliyin məsuliyyəti və hü­quq­­ları; əlavə (sistemin standartlarının, NTS və NMS-lərinin siyahısı; müəssisənin struktur bölmələri arasında keyfıyyətə ümumi rəhbərlik üzrə funksiyaların bölünməsi).

Əsasverici MS əvəzinə keyfıyyət üzrə ümumi rəhbərlik sənədi işlənib hazır­lana və tətbiq edilə bilər. Lakin iri müəssisələrin ayrı-ayrı struktur bölmələrində on­la­rın özlərinin keyfiyyət üzrə rəhbərlik sənədlərini yaratmaq məqsədəuyğundur. Bunula yanaşı, qeyd etmək lazımdır ki, keyfıyyət üzrə ümumi rəhbərlik sənədində olan informasiyanın tərkibini ciddi reqlamentləşdirmək mümkün deyildir. Burada bütün məsələlər qoyulmuş ənənələr nəzərə alınmaqla bilavasitə müəssisədə həll edilir.

Keyfiyyət üzrə ümumi rəhbərlik aşağıdakıları özündə birləşdirə bilər: adı, ya­yılma sahəsi və təsir dairəsi; mündəricat; müəssisə (təşkilat) haqqında giriş hissə və keyfiyyət üzrə rəhbərlik haqqında məlumatlar; terminlər və təyinlər; keyfiyyət sa­həsində siyasət (ayrıca sənəd kimi tərtib edilə bilər); müəssisənin (təşkilatın) şərhi, məsuliyyəti və hüquqları; KS-i elementlərinin şərhi (sənədləşdirilmiş prosedurlara, tə­limatlara və s. istinad etməklə); rəhbərlik sənədinin strukturunun və onun hər bir bölməsinin qısa şərhi; əlavə.

Xarici təşkilatların keyfiyyət üzrə rəhbərlik sənədi adətən üç əsas bölmədən ibarət olur: 1) keyfıyyət siyasəti haqqında bəyanat; 2) KS-nin şərhi (sistemdə keyfiyyətin təmin edilməsi və təşkili sxemi, onların yerinə yetirilməsi üçün əsas funksiyalar və məsuliyyət); 3) keyfiyyətin təmin edilməsi üzrə prosedurların siyahısı. Zəruri hallarda rəhbərliyə əlavə kimi keyfiyyət üzrə plan hazırlana bilər. Bu planda keyfiyyət sisteminin elə elementləri və prosedurlar nəzərdə tutulur ki, onlarsız keçinmək mümkün deyildir.

Prosedurlar hər bir keyfıyyət sisteminin ayrılmaz hissəsidir. Lakin xarici sə­nədləşdirmədə prosedur dedikdə adətən istənilən NTS və NMS, o cümlədən prose­durların özləri, standartlar, təlimatlar, müddəalar, alqoritmlər, funksional matrisalar və s. başa düşülür. Bizim ölkənin KS-lərində MS-larının geniş istifadə olunması məqsədəuyğundur. Bu kateqoriyalı standartların yaradılması və tətbiqi üzrə kifayət qədər təcrübə vardır. Bu cür standartların bizim ölkədə işlənib hazırlanmasının özünü doğrultmuş qaydaları mövcuddur. Bu prosedur qaydalar standartların işlənib hazırlanmasının aşağıdakı mərhələlərini nəzərdə tutur: 1) standartın işlənməsinin təşkili və texniki tapşırığın tərtib edilməsi; 2) standartın layihəsinin hazırlanması (birinci redaksiyasının) və onun rəyə göndərilməsi; 3) rəylərin təhlili, standartın layihəsinin son redaksiyasının işlənib hazırlanması və təsdiqlənməyə təqdim edilməsi; 4) standartın layihəsinin baxılması, təsdiqi və qeydiyyatı; 5) standartın nəşr edilməsi, onun geniş yayılması.

Prosedurlar, bir qayda olaraq, müvəqqəti yaradılmış işçi qrupu tərəfindən işlənib hazırlanır. Bu qrupa o şəxslər daxil edilir ki, prosedurlar onlar üçün yaradılır, buraya həmçinin keyfıyyətin təşkili və idarə edilməsi üzrə mütəxəssislər daxil edilir. Onlardan biri bu qrupa başçılıq edir.

İdarəetmə prosedurunun bölmələrinin tərkibi təxminən aşağıdakı kimi ola bilər: titul vərəqi və mündəricat; şərti işarələr və ixtisaslar; təyinatı; əməliyyatların şərhi; əlavə; ədəbiyyatın siyahısı; dəyişikliklərin qeydiyyat vərəqi.

Xarici öikələrin təcrübəsinə görə prosedurun əsas bölmələri aşağıdakı şəkildə ola bilər: onların təyinatı və yayılma sahəsi; istinadlar (verilmiş proseduru yerinə yetirərkən istifadə olunan digər normativ sənədlərin siyahısı); təyinlər (terminlər və anlayışlar); şərhi; köməkçi sənədlər.

KS-nin tərkibində digər NTS və NMS, məsələn, metodikalar, metodiki təlimatlar, qaydalar, TŞ, MS, dövlət və digər standartlar, texnoloji kartalar və s. fəaliyyət göstərə bilər. Burada əsas odur ki, məhsulun keyfıyyətinin və rəqabət qabiliyyətinin bütün kompleks məsələləri sənədlərdə öz əksini tapsın.
3.3. Keyfiyyətin idarə edilməsinin informasiya təminatı, kadr hazırlığı və ixtisaslarının artırılmasının tədqiqi
Keyfiyyətin sistemli idarə edilməsi kifayət qədər operativ xarakterli obyektiv informasiyanın olmasını tələb edir. Bunun üçün informasiya təminatı ilə əlaqədar olan funksiyaları yerinə yetirmək lazımdır.

Bazar iqtisadiyyatı şəraitində istehlakçılara lazım olan məhsulun keyfiy­yə­ti­nin formalaşması və onun qorunub saxlanması proseslərində informasiyanın səmə­rə­liliyinin yüksəldilməsi prinsipial əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən elmi-tex­ni­ki tərəqqinin inkişafına, digər tərəfdən isə informasiyanın gücünə əsaslanan bir sıra amillərdən asılıdır. İnformasiyanın ənənəvi üsulla işlənməsi və axtarış for­ma­ları istehlakçını dəqiq və dolğun məlumatlarla təmin edə bilmədiyindən, buraxılan məhsulun yüksək texniki-iqtisadi göstəricilərinin əldə edilməsi mümkün deyildir. Bunun üçün əsas problemlər, o cümlədən keyfiyyət səviyyəsinin idarə edilməsi pro­sesinin informasiya təminatı, informasiya sisteminin təkmilləşdirilməsi, infor­ma­siyanın yeni növ mənbələrindən istifadə edilməsinin təhlil üsulları həll edil­məlidir.

Demək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində keyfiyyətin idarə edilməsi üzrə informasiyaya müvafiq tələblər qoyulur. İlk əvvəl belə tələblərdən biri key­fiy­yət sistemində idarəetmə qərarlarının qəbul edilməsi üçün informasiyanın olmasıdır.

Göstərilənlərlə yanaşı, keyfiyyətin sistemli idarə edilməsinin sənədləşmə tə­mi­natına qoyulan tələblərə uyğun olaraq, baxılan informasiyaya açıqlıq, müna­sib­lik, uyğunluq, daxiletmənin birdəfəliyi və etibarlılıq kimi tələblər də qoyula bilər.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə