Magistratura məRKƏZİ


Şəkil 2.3. Ekspert komissiyasının tipik strukturu



Yüklə 0,53 Mb.
səhifə3/6
tarix14.01.2018
ölçüsü0,53 Mb.
#20729
1   2   3   4   5   6

Şəkil 2.3. Ekspert komissiyasının tipik strukturu
Çox vaxt bir neçə üsul birgə tətbiq edilir, məsələn təklif olunan ekspertin key­fıyyətini ekspertin özünün qiymətləndirməsi və kollektiv qiymətləndirilmə. Be­lə ya­naşma lazımi keyfıyyətli ekspertlərin əsaslandırılaraq seçilməsinə imkan verir. Lakin qeyd etmək lazımdır ki, keçmiş fəaliyyətin qiymətləndirilməsi kol­lektiv qiy­mətləndirməyə və özü-özünü qiymətləndirməyə nisbətən daha obyek­tiv­dir. Bütün potensial ekspertlər keyfıyyətindən və səriştəsindən asılı olmayaraq yeddi sinfə bölünür (cədvəl 2. 2).

Cədvəl 2.2.



Səriştə və keyfiyyətinə görə ekspertlərin sinifləşdirilməsi

Ekspertlərin sinfı

Ekspertin keyfiyyəti və səriştəsi

1

çox yüksək

2

yüksək

3

ortadan yüksək

4

orta

5

ortadan aşağı

6

aşağı

7

çox aşağı

Ekspertlərin keyfiyyət sinfinin seçilməsi Kİ problemlərinin həlli zamanı ən­ənəvi olaraq istifadə edilən «yeddilik» qaydası üzrə həyata keçirilir. İdarəetmə sis­temlərinin tədqiqatında obyektiv nəticələrin alınması üçün 1-4 sinif ekspertlərin se­çilməsi daha məqsədəuyğundur, aşağı keyflyyət siniflərinə aid olan ekspertlərin isə ekspertizaya cəlb olunması tövsiyə edilmir. Bütün hallarda ekspertliyə namizədlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: peşəkar səriştəlilik; yaradıcılıq məsə­lələrini həll etmək bacarığı; elmi intuisiya; ekspert işlərinin obyektiv nəticələrində maraqlı olmaq; işgüzarlılıq; obyektivlik və s.

Ekspert rəylərinin toplanması üçün aşağıdakılar qabaqcadan müəyyən­ləş­diril­məlidir: yer və vaxt; forma və metodika; rəylərin toplanması turlarının sayı, sənəd­lərin tərkibi və məzmunu, ekspert rəylərinin sənədlərə daxil edilməsi qaydası.

Yuxarıda qeyd olunanlardan ekspert rəylərinin toplanma formasının seçilməsi xüsusilə mühüm məsələdir. Rəylərin toplanmasının fərdi, kollektiv və qarışıq for­ma­la­rını göstərmək olar. Bu formalardan hər birinin aşağıdakı növ müxtəliflikləri vardır: anketləşdirmə, müsahibə götürmə, diskussiya, iclas, işgüzar oyun. Kİ-də çox vaxt onlar birgə istifadə edilir ki, bu da görülən işlərin səmərəliliyini və obyektivliyini yüksəldir. Ekspert rəylərinin toplanmasına belə yanaşma (qarışıq forma) problem tam aydın olmadıqda, kollektiv müzakirə zamanı ekspertlərdə fikir ayrılığı yarandıqda, yaxud fərdi rəylər üst-üstə düşmədikdə tətbiq edilir.



Kİ-də və keyfıyyət sistemlərinin yaradılmasında anketləşdirmədən geniş isti­fa­də edilir. Anketləşdirmə ekspert rəylərinin az əmək sərfı ilə toplanmasını təmin edir. Anketin işlənməsi prosesinə, bir qayda olaraq, aşağıdakılar daxildir: ekspertə mü­raciətin forma və məzmununun müəyyənləşdirilməsi; sualların tipinin seçil­məsi; sualların şərhi; ekspert üçün zəruri informasiyanın şərhi; anket formasının işlənməsi.

Son illər «veer» (cavablar sırasından bir cavab nəzərdə tutulur), bağlı (cavab­lar «hə», «yox», «bilmirəm») və açıq (sualın cavabı sərbəst şəkildə verilə bilər) adlanan sual tipləri daha çox işlədilir.

Belə bir mühüm cəhəti qeyd etmək lazımdır ki, anketləşdirmə zamanı anketlərdəki suallar düzgün, sadə və birmənalı, qısa və eyni zamanda tam olmalı, izahat qeydinin mətnində ekspertdən konkret nə tələb olunduğu göstərilməlidir. Suallara cavablar üçün, yəni hər bir ekspert tərəfındən qərarın qəbul edilməsi üçün nəzərdən keçirilən obyektin aşkar və ya gizli şəkildə obyektiv və ya subyektiv ölçülməsi həyata keçirilir. Subyektiv ölçmə zamanı ekspertlər, bir qayda olaraq, yuxarıda gəstərilən metodlardan birini tətbiq edirlər (ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə).

Ranqlama və bilavasitə qiymətləndirmə metodu. Ranqlama metodunda eks­pert təşkilati sistemin tədqiq olunan obyektlərini nisbi əhəmiyyətliliyindən (üs­tün­lüyündən) asılı olaraq ranqlayır. Bu zaman daha üstün tutulan obyektə adətən bi­rin­ci ranq, ən az üstün tutulana isə mütləq qiymətcə düzülən obyektlərin sayına bərabər sonuncu ranq verilir. Tədqiq edilən obyektlərin sayı az olduqca belə dü­zülmənin dəqiqliyi artır.

Bir ekspert tərəfındən ekspertiza obyektlərinin üstün tutmaqla (ranqlar üzrə) yerləşdirilməsi zamanı ranqların cəmi obyektlər sayının H vahiddən başlayan bü­tün natural sırasındakı ədədlərin cəminə bərabər olmalıdır [Hx(H +1):2]. Sorğuya görə ranqlama obyektlərinin yekun ranqı hər bir obyekt üçün ranqların cəmi şək­lində müəyyənləşdirilir. Bu zaman birinci ranq ən az ranqlar cəmi olan obyektə, so­nuncu yer ən çox ranqlar cəmi olan, yəni ən az əhəmiyyətli obyektə verilir. Misal kimi yeddi ekspertin üç obyekt üçün yekun ranqı müəyyənləşdirməsi cədvəl 2.3-də verilmişdir.

Cədvəl 2.3.



Qiymətləndirilən obyektlərin yekun ranqının təyini

Obyektin №-si

Ekspertlərin nömrələri üzrə ranq1ar

Obyektlərin ranqlarının cəmi

Obyektin yekun ranqı

1

2

3

4

5

6

7

1

1

2

2

1

2

1

2

11

2

2

2

1

1

2

1

2

1

10

1

3

3

3

3

3

3

3

3

21

3

Bilavasitə qiymətləndirmə metodu (bal metodu) tədqiq edilən obyektlərin əhəmiyyətliliyə görə bal verməklə düzülməsidir. Daha əhəmiyyətli obyektə qəbul edilmiş şkala üzrə daha yüksək bal verilir. Qiymətləndirmə şkalasının diapazonu, bir qayda olaraq, 0-dan 1-ə, 5-ə, 10-a, yaxud 100-ə kimi qəbul edilir. Sadə halda qiymət 0 yaxud 1 bal ola bilər. Bəzi hallarda qiymətləndirmə sözlə yerinə yetirilir, məsələn, «çox əhəmiyyətli», «əhəmiyyətli», «az əhəmiyyətli». Sorğunun nəticə­lə­rinin işlənməsini daha əlverişli etmək üçün belə qiymətləndirmə ball şkalasına keçirilə bilər.

Bilavasitə qiymətləndirmə ekspertlərin tədqiq edilən obyektlərin xassələri haq­qında tam məlumatlanmasına əminliyi zamanı tətbiq edilməlidir. Qiymətlən­dirmənin nəticələrinə görə hər bir tətbiq edilən obyektin ranqı və çəkisi (əhəmiy­yətliliyi) müəyyənləşdirilir. Misal kimi 10 ballıq şkala üzrə 3 obyektin qiymətlən­diriliəsi cədvəl 2.4-də verilmişdir.

Cədvəl 2.4



Obyektlərin bilavasitə qiymətləndirilməsinin nəticələrinin müəyyənləşdirilməsi

Qiymətləndirmə obyektlərinin №-si

Ekspertlərin nömrələri üzrə ballar

Obyektin ballarının cəmi

Obyektin yekun ranqı

Obyektin çəki əmsalı

1

2

3

4

5

6

7

1

7

6

5

6

4

7

8

43

2

0,36

2

9

10

8

7

5

8

10

57

1

0,47

3

4

1

2

4

3

5

2

21

3

0,17

Hər bir obyektin yeri ekspert qiymətləndirilməsinin nəticəsinə görə aşağıdakı düsturla təyin edilir:



burada, - ekspert qiymətləndirilməsinin nəticələrinə görə hesablanmış i-obyektinin əhəmiyyətliliyi (i=1,2,...n).

Aij – j-eksperti tərəfindən (j=1, 2, ... k) i-obyektinə verilən qiymətdir (bal).

Müqayisəetmə metodu. Bu metod cüt-cüt və ardıcıl müqayisə etməklə tətbiq edilir.

Cüt-cüt müqayisəetmədə ekspert tədqiq olunan obyektləri cüt-cüt müqayisə edərək hər bir cütdə obyektin daha əhəmiyyətlisini müəyyənləşdirir. Ekspert obyektlərin mümkün kombinasiyalarını qeyd şəklində (məsələn, obyekt 1 - obyekt 2, obyekt 3 - obyekt 4 və s. ) və yaxud matrisa şəklində tərtib edir.

Müqayisə olunan cütlərin sayı:

A = Hx(H-1):2,

burada H - tədqiq edilən obyektlərin sayıdır.

Müqayisə nəticəsində ekspert bu və ya digər obyektin əhəmiyyətli olması haqqında rəy verir, yəni onlardan birinə üstünlük verir. Bəzən ekspertlər cütlüyə daxil olan obyektlərin ekvivalentliyi haqqında nəticəyə də gəlirlər. Matrisadan istifadə etməklə cüt-cüt müqayisəetmə daha əlverişlidir.

Tədqiq edilən obyektlərin sayı çox olduqda psixoloji amillər cüt-cüt müqayisəetmənin nəticələrinə təsir edə bilər. Bəzən üstünlüyü həqiqi üstün olan obyekt yox, cütlükdə birinci yazılan, yaxud matrisada yuxarıda yerləşən obyekt qazanır. Odur ki, psixoloji amili aradan qaldırmaq üçün ikiqat cüt-cüt müqayisə tətbiq edilir, yəni obyektlər əks qaydada yerləşdirilərək yenidən cüt-cüt müqayisə olunur. Aydındır ki, ikiqat cüt-cüt müqayisəetmədə cütlərin sayı iki dəfə artacaqdır.

Cədvəl 2.5

Obyektləri cüt-cüt müqayisəetmə metodu ilə qiymətləndirmə matrisası



Ekspert cütlüyə daxil olan bu və ya digər obyektin əhəmiyyətliliyindən asılı olaraq matrisanın şaquli və üfiqi şərtlərinin kəsişməsində 1 və ya 0 (müsbət və ya mənfi işarələrlə) qeyd edir.

Hər bir müqayisə obyektinin çəki əmsalı aşağıdakı düsturla hesablanır:


burada, - j-eksperti tərəfindən göstərilən i-obyektinin obyekti üzərində üstünlüklərinin sayı;

A – obyekt cütlərinin ümumi sayıdır.

Bütün ekspertlər tərəfindən doldurulmuş matrisaların və hesabatların nəticələrini matrisa şəklində yazmaq olar (cədvəl 2.6).

Cədvəl 2.6



Obyektlərin cüt-cüt müqayisə edilməsinin nəticələrinin ümumi matrisası

Ardıcıl müqayisəetmə metodu ekspertlərdən böyük əmək sərfi tələb edən metoddur. Tədqiq edilən obyektlərin sayı yeddidən çox olduqda bu cəhət xüsusilə hiss olunur.


2.3. Keyfiyyətin idarə edilməsinin tədqiqi metodları və səmərəliliyinin təyin edilməsi prinsiplərinin analizi
Kİ-nin tədqiqi onun obyektlərinin bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə öyrənilməsi prosesi kimi müəyyən metodoloji bazadan və metodlardan istifadəni nəzərdə tutur. Kİ-nin tədqiqi aşağıdakı ümumi tələblərə cavab verməlidir:

  • məqsədyönlülük – tədqiqatın hüdudlarını müəyyənləşdirməyə imkan verir;

  • obyektivlik – müvafıq tədqiqat metodlarından istifadə etməklə, Kİ-nin vəziyyətini tam əks etdirən keyfıyyət göstəricilərini seçməklə, icraçıları səriştəli mütəxəssislərdən seçməklə və s. əldə olunur;

  • sistemlilik – tədqiqatların əhatəli və doğru olmasını təmin edir;

  • spesiflik – tədqiqat obyektinin xüsusiyyətlərini nəzərə alır;

  • vaxtlı-vaxtında həyata keçirilmə – lazımi vaxtda tədqiqatların aparılmasını və qərarların qəbul edilməsini təmin edir.

Bu və ya digər təsnifat əlamətindən asılı olaraq müxtəlif tədqiqat növləri tətbiq edilir, məsələn, fundamental və tətbiqi, lokal və kompleks və s.

Tədqiqatlar dövriliyinə görə birdəfəlik, dövrimüntəzəm ola bilər.

Tədqiqatın nəticələrindən istifadə sahəsinə görə onlar fundamental tətbiqi olur. Fundamental tədqiqatların məqsədi Kİ-nin yeni qanunlarının və qanunauy­ğun­luqlarının aşkar edilməsi və işlənməsidir.

Tətbiqi tədqiqatların məqsədi isə keyfiyyətin idarə edilməsi və təmin olunmasının praktiki problem və məsələlərinin həllində fundamental tədqiqatlarda və texnikada əldə edilən nailiyyətlərdən istifadə etməkdir.



Qeyd etmək lazımdır ki, Kİ-nin tədqiqi əsasən tətbiqi xarakter daşıyır və həm empirik, həm də nəzəri istiqamətlərdə aparıla bilər. Birinci halda tədqiqatın nəti­cə­ləri müxtəlif müşahidələrin və eksperimentlərin köməyi ilə alınır. İkinci halda key­fiyyətin idarə edilməsində baş verən hadisələrin dərk olunması müəyyən abstrakt obyektlərdən istifadəyə əsaslanır.

Təşkilatlarda Kİ-də tədqiqatların dərinliyi və əhatəliliyi tədqiqatın iki növü ilə, lokal (yarımsistemlərin tək-tək elementlərinin xassələri digər elementlərlə qarşılıqlı təsir nəzərə alınmadan öyrənilir) və kompleks (idarəetmə elementlərinin xassələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə öyrənilir) növləri ilə təmin edilir.

Həll olunan məsələlərin xarakterindən asılı olaraq həm lokal, həm də komp­leks tədqiqatların üstünlükləri və çatışmamazlıqları vardır. Kompleks tədqiqatlar praktiki olaraq bütün tədqiqatçılar tərəfindən daha mütərəqqi hesab edilir. Onun metodoloji bazasını sistemli yanaşma təşkil edir. Sistemli yanaşma aşağıdakıları nəzərdə tutur:



  • Kİ sisteminin müəyyən çərçivədə açıq sistem kimi öyrənilməsi. Bu sistemdə daxili və xarici mühit, daxili və xarici məqsədlər, yarımsistemlərin məqsədləri, məqsədə çatmaq üçün strategiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Beləliklə, bir elementdə dəyişiklik digər elementlərdə və ümumilikdə sistemdə dəyişikliklərə səbəb olur;

  • Kİ sisteminin spesifık xassələrə malik, qarşılıqlı təsirdə və əlaqədə olan ele­ment­lərdən və yarımsistemlərdən təşkil olunan bütöv bir sistem şəklində öyrə­nilməsi;

  • Kİ sisteminin fəaliyyət parametrlərinin və göstəricilərinin dinamiklik şər­tində öyrənilməsi.

KİE-nin tədqiqində tədbiq edilən metodlar nəzəri, empirik, nəzəri-empirik metodlara bölünə bilər.

Nəzəri metodlara aşağıdakılar aiddir:

  • formalaşdırma metodu. Bu metod Kİ sisteminin tərkibinin və strukturunun süni dillərin və simvollarm köməyi ilə öyrənilməsini nəzərdə tutur və digər metod­larla (modelləşdirmə, ideallaşdırma və s.) qarşılıqlı əlaqəli şəkildə tətbiq edilir;

  • aksiomlaşdırma metodu. Bu metod tədqiqatın nəticələrinin məntiqi aksiomlar bazasında alınmasmı nəzərdə tutur;

  • ideallaşdırma metodu. Bu metod Kİ sisteminin element və ya kompo­nent­lərinin müəyyən xassələrini ideallaşdırmaqia öyrənilməsini nəzərdə tutur;

  • abstraktdan konkretə keçid. Bu metod nəticələrin əldə edilməsində abstrakt olaraq hissələrə bölünmüş tədqiqat obyektinin məntiqi öyrənilməsindən, onun tam (bütöv) şəkildə dərk edilməsinə keçməyə əsaslanır.

Empivik metodlara aşağıdakılar aiddir:

  • müşahidə – Kİ obyektinin xassə göstəricilərinin və parametrlərinin qeyd olunmasına əsaslanır;

  • ölçmə – Kİ obyektiııin tədqiq olunan xassələrinin ədədi qiymətləndiril­məsinə imkan verir;

  • müqayisəetmə – tədqiq olunan obyektin analoqla (etalon, nümunə və s.) fərqi və ümumi cəhətləri müəyyənləşdirilir;

  • eksperiment – tədqiq olunan obyektin onun üçün süni yaradılmış şəraitdə tədqiqatına əsaslanır. Bu metod digər metodlardan (məsələn, müşahidə, ölçmə, müqayisəetmə və s.) istifadəni nəzərdə tııtur.

Nəzəri-empirik tədqiqat metodlarına aşağıdakılar daxildir:

  • abstraktlaşdırma – tədqiqat obyektinin cüzi xassələrini nəzərə almadan onun daha mühüm tərəflərinin model üzərində öyrənilməsinə əsaslanır;

  • analiz və sintez – tədqiqat zamanı öyrənilən obyektin müxtəlif üsullarla elementlərə, nisbətlərə bölünməsi (analiz) və obyektin elementlərinin tam şəkildə birləşdirilməsi (sintez);

  • induksiya və deduksiya – xüsusidən ümumiyə (indiksiya), ümumidən xüsu­siyə (deduksiya) dərketmə bazasında tədqiqatın nəticələrinin alınmasına əsaslanır;

  • modelləşdirmə - obyektin tədqiqi zamanı onun modelindən istifadə edilir. Bu metodda modelin tədqiqatının nəticələri real obyektə interpretasiya olunur.

Kİ-nin tədqiqat metodları tədqiqat mərhələləri üzrə qruplaşdırılmaqla, məhsul və xidmətin həyat tsiklinin mərhələlərinə aid edilməklə, həmçinin keyfıyyətin idarə edilməsinin yarımsistemlərinin növlərinə, tədqiqatın məqsədlərinə, analizin növlə­rinə və s. görə də sinifləşdirilə bilər.

Analiz növlərinə proqnostik, diaqnostik, detallar üzrə və qlobal analiz daxil­dir.

Kİ-nin inkişaf etdirilməsində məqsədi dəqiq müəyyənləşdirərkən proqnostik analiz həyata keçirilir.

Kİ-nin tədqiqi zamanı alınan nəticələr, onun perspektivdə inkişaf istiqamət­lə­rini əsaslandırmaqla bərabər, konkret fəaliyyət şəraitində Kİ sisteminin təkmilləş­di­rilməsi üçün səbəb-nəticə əlaqələrini, prioritetləri və tədbirləri də müəyyənləş­dir­məlidir. Bu isə diaqnostik analiz aparmaqla əldə oluna bilər. Burada diaqnostika dedikdə analitik xarakterli tədqiqat işləri kompleksi başa düşülür. Diaqnostik ana­lizdə bir amilin digərinə təsiri və onlar arasında əlaqələr müəyyənləşdirilərək idarə­etmənin qüsurları və onların aradan qaldırılması yolları təyin edilir.

Diaqnostik analiz Kİ-nin detallar üzrə (tematik) analizin əsasını təşkil edir və Kİ sistemində ehtiyatların axtarışına yönəldilir.

Kİ-nin tədqiqində qlobal analizin aparılması mühüm rol oynayır. Qlobal ana­liz idarəetmənin müxtəlif ierarxik səviyyələrini, yəni keyfiyyətin idarə edilməsi sisteminin müxtəlif səviyyələrini əhatə edir.

Kİ-də tədqiqatların təsnifatından, aparılan analizin növlərindən və digər təd­qi­qat işlərindən asılı olmayaraq elə konkret metodlar vardır ki, onlardan təcrübədə tez-tez istifadə edilir. Belə metodlara aşağıdakıları misal göstərmək olar: müsahibə, aktiv müşahidə; anketləşdirmə, sənədlərin və informasiya materiallarının öyrə­nil­mə­­si; dekompozisiya; müqayisəetmə; dinamik; məqsədin strukturlaşdırılması; eks­pert, sosioloji, orqanoleptik; ideyaların irəli sürülməsi; normativ; parametrik; əsas tər­kib hissələri; korrelyasiya; matrisa; analitik hesablama; analoq; yaradıcılıq iclas­ları; morfoloji analiz; diferensial, kompleks, qarışıq; indeksli; qrafiki, qrafıki model­­ləş­dirmə.



Yuxarıda göstərilən metodlardan məqsədin strukturlaşdırılması metodu Kİ-də qarşılıqlı əlaqəli məqsədlərin kəmiyyətcə və keyfıyyətcə təsvirini, təhlilini nəzərdə tutur, onlara çatmaq müddətlərini müəyyənləşdirir. Əksər hallarda strukturlaş­dırıl­mış məqsədlər məqsədlər «ağacı» şəklində verilir. Belə təsvir evristik prosedurlar­dan istifadə etməklə deduktiv məntiq əsasında qurulur və bir neçə məqsədlər səviyyəsindən ibarətdir: baş məqsəd - əsas məqsədlər (birinci səviyyəli yarımməq­sədlər) - ikinci səviyyəli məqsədlər - üçüncü səviyyəli yarımməqsədlər və s. Hər bir yarımməqsəd nisbi əhəmiyyətlilik əmsalı ilə xarakterizə olunur və bir məqsədin yarımməqsədləri üçün bu əmsalların cəmi vahidə bərabər olmalıdır. Bir qayda olaraq məqsədlər «ağacının» qurulmasında təsnifləşdirmə, dekompozisiya və ranqlama proseduralarından istifadə edilir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə