Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

 

54 



 

hazır  məhsulun  idxalına  nisbətən  texnologiyanın,  lisenziyanın  və 



komplektləşdiricilərin  idxalı  üçün  daha  yaxşı  gömrük  şəraitinin 

yaradılması; 

 

akademik,  ali  təhsil  məktəbi  və  tətbiqi  elmlərin  innovasiyanın 



kommersiyalaşdırılması ilə qarşılıqlı əlaqədə vasitəçiliyi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

55 



III FƏSİL. Müasir dövrdə cəmiyyətin innovasiyalı inkişafının səmərəliliyi 

 

3.1  İnnovasiya iqtisadi rəqabətin və inkişafın əsasıdır. 

 

İnnovasiya dünyada başverən qlobal dəyişmənin təməl faktoru olaraq xarakterizə 

edilə  bilər.  Qlobal  informasiya  təcrübəsinə  söykənən,  qlobal  ünsiyyətə  əsaslanan, 

mövcud elmi qəbul və bunu aşmağı hədəfləyən bir yenilik, dəyişiklik və fərqləndirmə 

mədəniyyətir.  "Yeni  iqtisadiyyat"  müzakirələrində  iqtisadçıların  etdiyi  tərif,  "sənaye 

çağında torpaq, əmək və sərmayə kapitalist iqtisadiyyatın təməl daşlarını təşkil edərdi, 

lakin məlumat çağında bunlara dördüncüsü əlavə olundu. Bu da məlumatdır. Məlumat 

yeni bir sərmayə növüdür". Artıq beşinci bir ünsür daha var. Bu "innovasiyadır" hansı 

ki, iqtisadiyyatın əsas sütunlarından biridir. 

İqtisadiyyatın  həm  ənənəvi,  həm  də  elmtutumlu  sahələrdə  rəqabətə 

davamlılığının  artımı  onun  inkişafına  stimul  yaradır.  Müasir  dövrdə  iqtisadi  inkişaf 

innovasiya  siyasəti  ilə  sıx  əlaqəlidir.  Bu  da  öz  növbəsində  innovasiya  sistemlərinin 

yaradılmasını  tələb  edir.  İqtisadiyyatın  innovasiya  inkişaf  yoluna  keçidi  rəqabətə 

davamlı  regional  innovasiya  sisteminin  formalaşmasını,  regional  iqtisadiyyatın 

idarəetmə forma və üsullarının təzə- lənməsini tələb edir. 

Günümüzün  sürətlə  dəyişən  rəqabət  mühitində  ayaqda  qala  bilmək  üçün 

firmaların  məhsullarını,  xidmətlərini  və  iş  görmə  üsullarını  davamlı  olaraq 

dəyişdirmək, fərqliləşdirmək və yeniləmək lazımdır. 

Bu dəyişdirmə, fərqliləşdirmə və yeniləmə əməliyyatı "innovasiyadır"dır. 

Firmalar üçün innovasiya çox əhəmiyyətli bir rəqabət vasitəsidir. Məhsuldarlığı 

və  gəlirlilik  artırır,  yeni  bazarlara  girilməsini  və  mövcud  bazarların  böyüdülməsini 

təmin edir. 




 

 

56 



İqtisadiyyatın  material-resurs  tutumlu  və  xammal  istiqamətli  sahələrindən 

innovasiya  inkişafına  istiqamətləndirilməsi  dövlətin  iqtisadi  inkişaf  strategiyasının 

əsas məzmununu təşkil edir 

Yeni dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, 

informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Yeni 

dünya nizamında elmiinformativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion 

yeniliklərin  başlıca  təminatına  çevrilmişdir.  Elmtutumlu  informasiyanın  yaradılması, 

əldə edilməsi, tətbiqi sosialiqtisadi inkişafın, qlobal rəqabətin mühüm amilləridir. 

Cənubi  Koreyada  129  min,  dünya  səviyyəsində  222  mindən  çox  işçisi  olan,  58 

ölkədə fəaliyyət göstərən Samsung ildə 150 milyard $ üzərində ixracat həyata keçirir. 

Samsung 2004-cü ildə, texnoloji innovasiya işləri üçün qlobal mərkəz olaraq seçdiyi 

Çinə  4  milyard  $  investisiya  etdi.  Bu  sərmayə  Çində  eyni  il  əldə  etdiyi  gəlir  24 

milyard $-dır. 

   Samsung,  Cənubi  Koreyanın  1960-cı  illərdə  başlayan  inovasyona  söykənən 

inkişaf strategiyasının bir məhsuludur. Samsungun investisiya üçün Çini seçməsi isə 

təsadüf deyil. Çinin inovasyona söykənən inkişaf strategiyasının nəticəsidir. 

   Cənubi  Koreya,  aşağı  inflyasiya  və  işsizlik  nisbəti,  ixracat  artıqlığı  və  gəlir 

dağılımındakı bərabərliklə, inovasyona söykənən inkişafın və böyümənin nə anlama 

gəldiyinin sübutu olaraq ortaya çıxır. 

40 il əvvəl, Türkiyə ilə təqribən eyni ictimai və iqtisadi göstəricilərə sahib olan 

Cənubi  Koreyada  bu  gün  işsizlik  3  %  səviyyəsində,  Türkiyədə  isə  10  % 

səviyyəsindədir. Əhalinin yalnız 4 %-i yoxsulluq sərhədinin altında, lakin Türkiyədə 

bu faiz rəqəmi 27 % təşkil edir. 

   İllik  ixracat  250  milyard  $-ın  üstündədir,  Türkiyədə  isə  bu  rəqəm  sadəcə 

Samsungun  tək  başına  etdiyi  ixracatın  yarısından  azdır. İnternet  istifadəçilərinin sayı 

30 milyon Azərbaycanda isə təxmini 2 milyona yaxındır. 




 

 

57 



 İnkişaf  etmiş  ölkələrə  çatmaq  yolunda  əhəmiyyətli  məsafələr  qət  etmiş  və  qət 

emtəkdə  olan  ölkələrin  ortaq  xüsusiyyəti,  iqtisadiyyat  və  ictimai  siyasətinin 

mərkəzinə  inovasyonu  yerləşdirmələridir.  Bu  ölkələrə  misal  olaraq  Cənubi  Koreya, 

Malayziya, İrlandiya, Finlandiya, Tayvan, Sinqapur, Çin, Hindistan göstərmək olar. 

Siyasi dayanıqlılıq və sahiblənmə, cəmiyyətin bütün təbəqələrinə yayılan güclü 

bir  əməkdaşlıq  mühiti,  sahiblənmə  və  sabitlik,  xüsusiyyətli  insan  gücü  yetişdirmək 

üçün  edilən  yüksək  investisiya,  hər  ölkənin  öz  şərtlərinə  görə  uyğunlaşdırılan 

düsturları olmalıdır. 

Yeni dinamik dünyada iqtisadiyyatın rəqabət qabiliyyəti və sosial-iqtisadi inkişaf 

tempi  iqtisadi  subyektlərin  qabaqcıl  texnologiyaların,  yeni  bazarların  öyrənilməsi  və 

tətbiqindən, biliyin generasiyası və onun əqli kapitala çevrilməsindən asılıdır. 

Ölkələr  üçün  isə  innovasiya,  məşğulluq  artımını,  davamlı  böyüməyi,  ictimai 

rifahı və həyat keyfiyyətini təmin edən ən əhəmiyyətli faktordur. 

Səmərəli,  qazanclı  və  rəqabət  gücü  yüksək  firmaların  fəaliyyət  göstərdiyi 

iqtisadiyyatlar  hər  zaman  yüksəliş  və  inkişaf  içində  olur.  Qlobal  miqyasda  milli 

rəqabət üstünlüyü qazanar. 

İnnovasiya,  bir  firmanın  digər  fəaliyyətlərindən  uzaqlaşmış  bir  fəaliyyəti  deyil, 

əksinə hamısını əhatə edir.  

İnovasyonun  vahid  bir  fəaliyyət  olaraq  edilməməsi  əhəmiyyətli  problemlərə 

gətirib çıxarar: 

 

İnnovasiya,  araşdırma  və  inkişaf  hissəsinin  işi  olaraq  başa  düşülərsə 



ortaya satışa çıxarılan bir məhsul çıxması ehtimalı azalır; 

 



Fərqli  baxış  yönlərinə  sahib  kəslərin  məlumat  və  təcrübələriylə  iştirak 

etmə mühiti təmin edilməlidir; 

 

Yalnız  müştəri  tələblərinə  cavab  vermək  olaraq  başa  düşülürsə 



gələcəkdəki  ehtiyacları  təxmin  edərək  rəqabət  üstünlüyü  tutma  fürsəti 

qaçırıla bilər; 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə