Magistratura məRKƏZİ


Azərbaycan Respublikasında



Yüklə 0,71 Mb.
səhifə2/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
1   2   3   4   5   6   7

Azərbaycan Respublikasında sənayenin əsas göstəriciləri, 2009-2014-cü illər




2009

2010

2011

2012

2013

2014

Sənaye məhsulu (mln. man.)

4019.5

4982.1

5961.4

9290.5

15509.4

20277.4

Dinamika (%)

103.6

106.1

105.7

133.5

136.6

124

Sənaye müəssisələrinin sayı

2357

2421

2439

2571

2664

2729

Mədənçıxarma sənayesi məhsulu (mln. man.)

2002.5

2346.6

2958.3

5672.6

10565.9

14630.9

Sənayedə xüsusi çəkisi

55.6

52.5

50.7

55.2

61.0

68.0

Emal sənayesi məhsulu (mln.man.)

1664

2220

2543.3

3074.2

4312.2

4440.4

Sənayedə xüsusi çəkisi (%)

29.9

31.5

34.2

32.8

29.0

24.9

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

353

415.5

459.8

543.7

631.3

1206.1

Sənayedə xüsusi çəkisi (%)

14.5

16.0

15.1

12.0

10.0

7.1

Cədvəl DSK-nın məlumatları əsasında hazırlanmışdır

Ölkədə qəbul edilmiş müxtəlif dövlət proqramlarının, sosial-iqtisadi inkişaf konsepsiyaların təhlili göstərir ki, Azərbaycanda dövlətin iqtisadi siyasətində növbəti illər ərzində sənayenin inkişaf prioritetləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:



  1. Ölkədə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləş-dirilməsi;

  2. Ölkədə sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması;

  3. Respublikada dövlət mülkiyyətində olan və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması;

  4. Respublikada istehsalın texnoloji cəhətdən yenidən qurulması;

  5. Respublikada investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması;

  6. Azərbaycanda güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi;

  7. Respublikada vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması;

  8. Ölkədə ixtisaslı işçi qüvvəsinin hazırlanması;

  9. Respublikada sənaye şəhərciklərinin yaradılması ilə rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi;

  10. Respublikada ixrac yönümlü istehsalların yaradılmasının təşviqi və bu sayədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi;



Azərbaycan Respublikasında 2004-2007-ci illərdə yaradılmış yeni məssisələrin regionlar üzrə strukturu




2011

2012

2013

2014

Cəmi

Xüsusi çəkisi

ÖLKƏ ÜZRƏ CƏMİ:

4921

5516

5123

5145

20705

= 100 %

İqtisadi rayonlar

Bakı

2916

3326

3040

3144

12426

60,0 %

Abşeron

320

287

242

268

1117

5,4 %

Gəncə-Qazax

311

246

251

246

1054

5,1 %

Şəki-Zaqatala

144

196

195

152

687

3,3 %

Lənkəran

200

204

198

265

867

4,2 %

Quba-Xaçmaz

84

119

149

142

494

2,4 %

Aran

440

562

498

539

2039

9,8 %

Yuxarı Qarabağ

144

105

81

109

439

2,1 %

Kəlbəcər-Laçın

61

43

31

23

158

0,8 %

Dağlıq Şirvan

35

102

72

47

256

1,4 %

Naxçıvan

266

326

366

210

1168

5,6 %

Cədvəl İİN-ın məlumatları əsasında hazırlanmışdır

Respublikamızda yeni müəssisələrin yaradılması, ölkədə fəaliyyət göstərən müəssisələrin ərazi baxımından, sahə baxımından strukturu da iqtisadi inkişaf xüsusiyətlərini təzahür etdirən göstəricilərdən biridir. Müşahidələr göstərir ki, son illər ölkədə yaradılmış müxtəlif profilli yeni sənaye və aqrar müəssisələr ölkənin ixrac potensialından istifadədə aparıcı rola malik olublar.

Son illərin məlumatlarına diqqət yetirsək görərik ki, son dörd ildə ölkə üzrə yaradılmış yeni müəssisələrin 60 faizi paytaxtın payına düşüb Azərbaycan hökuməti iqtisadi sahədəki siyasətinin prioritetlərindən biri kimi ölkə regionlarının inkişaf etdirilməsini müəyyənləşdirmişdir. 2011-2014-cü illərdə icra edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» da bu məqsədə xidmət etmişdir. Tədqiqatlar göstərir ki, proqramın icrası və onun çərçivəsində regionlarda çoxsaylı müəssisələrin yaradılmasına, inkişafına dəstək verilməsi, regionlarda infrastrukturun inkişaf etdiridlməsi ixrac potensialından səmərəli istifadə üçün geniş imkanlar açmışdır. İqtisadiyyat Nazirliyinin sənədində sözü gedən dövlət proqramının icrası və onun nəticələri belə qiymətləndirilmişdir: «Dovlət Proqramının icrası dovrundə sənaye sahəsində əsas məqsədlərdən biri olaraq regionlardakı sənaye muəssisələrinin fəaliyyətinin bərpası, yeni muəssisələrin yaradılması, eləcə də kənd təsərrufatı məhsullarının emalı muəssisələrinin istehsal imkanlarının artırılmasına xüsusi diqqət yetirilmişdir. Prezidentin regionlara səfərləri bu prosesi daha da surətləndirmiş, yerli və xarici sahibkarların işgüzar fəallığının artması ilə muşahidə olunmuşdur. Proqramın icrası muddətində regionlarda mövcud təbii və əmək potensialından səmərəli istifadə məqsədilə onlarla yeni istehsal və emal muəssisələri yaradılmışdır ki, bu da yerli əhalinin məşğulluğunun və olkədə dinamik inkişafın təmin edilməsində əsas inkişaf gostəricilərindən biri kimi qiymətləndirilmişdir. Belə ki, Dovlət Proqramının qəbulundan kecən dövr ərzində qeyri-neft sektorunun dinamik inkişafı və regionların iqtisadi potensialından səmərəli istifadə edilməsinə yonəldilmiş tədbirlər həyata kecirilmiş, sosial-mədəni infrastruktur obyektləri yenidən qurulmuş, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yuksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir».

Qeyd etmək lazımdır ki, Abşeron iqtisadi rayonunda qeyd edilən dövrdə fəaliyyətə başlamış «Tam»” qida sənayesi muəssisəsində 150 ceşiddən çox şirniyyat məhsulu istehsal edilir və muəssisənin gundəlik gücü 10 tondur. Burada 500 nəfərdən çox işçi çalışır. Muəssisənin yuksək keyfiyyətli məhsulları yerli tələbatı odəməklə yanaşı, həm də ixrac olunaraq xarici bazarlara - Gürcüstana, Orta Asiya olkələrinə də gondərilir.

Respublikanın Sumqayıt şəhərində fəaliyyətə başlamış «Bismak” MMC» Qida-Sənaye Kompleksi də bu qəbildən olan müəssisədir. 20-dək ceşiddə məhsul istehsal edən bu muəssisəyə əsas texnologiyalar Almaniyadan, Rusiyadan və Turkiyədən gətirilmiş və müasir avadanlıqlar quraşdırılmışdır. Kompleksdə dəyirman, qənnadı fabriki, biskvit və makaron sexləri fəaliyyət göstərir. Burada sutkada 12 ton qənnadı məmulatı, 3 ton vafli, 20 ton makaron istehsal olunur və gələcəkdə şokolad fabrikinin də istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu müəssisənin də məhsulları xarici ölkələrə ixrac olunur.

Respublikada İxrac potensialı nəzərə çarpacaq şəkildə artan və yeni bərpa edilmiş müəssisələrdən biri «Azərbaycan Alüminiumu»” ASC-nin Sumqayıt «Alüminium” istehsalat sahəsi»dir. Müəssisəyə xarici investisiyanın cəlb edilməsi nəticəsində onun istehsal həcmi və ixracı bir-neçə dəfə artmış, burada əlavə 600 iş yeri yaradılmışdır.

Respublikanın Sumqayıt şəhərində 2003-cü ildən inşasına başlanan və yuksək keyfiyyətli polietilen boruların istehsalı üçün nəzərdə tutulan «Dizayn-Genay Azərbaycan»” zavodu 2006-cı ilin oktyabrından işə başlamışdır. Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.

Belə ki, «Azkompozit» boru istehsalı zavodu da 2006-cı ilin ikinci yarısından fəaliyyətə başlamışdır. Hazırda burada komponent maddələrdən gundə 500 metr boru istehsal edilir və gələcəkdə bu göstəricinin 1000 metrə çatdırılması nəzərdə tutulub. Muəssisədə ilkin mərhələdə boru istehsalı, gələcəkdə isə iri həcmli su, neft çənlərinin buraxılması planlaşdırılıb. İtaliya, İngiltərə və Fransadan gətirilmiş müasir avadanlıqların quraşdırıldığı bu müəssisədə istehsal olunan borulardan Oğuz-Qəbələ-Bakı su kəmərinin, şəhərlərin daxili su və kanalizasiya xətlərinin cəkilişində istifadə edilməsi, daxili tələbat odənildikdən sonra isə ixraca yönəldilməsi məqsəd kimi qarşıya qoyulmuşdur.

Azərbaycan prezidenti İ.Əliyev Gəncə şəhərində və Daşkəsən rayonuna səfər edərkən «Daşkəsən Filizsaflaşdırma” ASC»də olmuş və ona bu nəhəng müəssisənin Daşkəsən” və Gəncə” layihələri, gələcəkdə yaradılacaq zavodların planları təqdim edilmişdir. Bildirilmişdir ki, dünyada ABŞ-dan sonra bu tipli ikinci muəssisə Azərbaycanda olacaqdır. 5 mindən çox insanın işlə təmin ediləcəyi bu müəssisə də ölkənin ixrac potensialında xüsusi əhəmiyyətə malikdir..

2003-ci ildən başlayaraq Qəbələ rayonunda «Gilan» Holdinqin tərkibində olan müəssisələr tərəfindən müxtəlif sahələri əhatə edən iri istehsal sahələri qurulmuşdur. Konserv zavodu, fındıq emalı və corək zavodları, tikinti materialları istehsalı muəssisələri kompleksi, qum-çınqıl zavodu və asfalt zavodu, kərpic zavodu və digərlərini buna misal göstərmək olar.

Belə ki, regionlarda fəaliyyət göstərən müəssisələrdən inkişafı daha çox diqqəti cəlb edənlərdən biri də «Şəki-İpək” ASC»dir. Bu müəssisənin fəaliyyəti hesabına respublikanın baramaçılıq və pambıqçılıq rayonlarında 20 min nəfərə yaxın yerli sakin mövsümi işlərə cəlb edilir. Müəssisə əsasən ixrac təyinatlıdır.

Qeyd etmək lazımdır ki, Masallı rayonunda 1996-cı ildən fəaliyyətə başlamış «Embawood»” mebel fabrikində ildə 45 min dəst yuksək keyfiyyətli yumşaq və bərk mebellər istehsal olunur. Bu məhsullar Rusiyaya, Gürcüstana və Orta Asiya respublikalarına ixrac edilir. Daha keyfiyyətli məhsul istehsal etmək üçün İtaliya, Bolqarıstan, Rumıniya, Turkiyə kimi xarici ölkələrdən yarımfabrikatlar gətirilir. Muəssisə «İSO-9001» beynəlxalq keyfiyyət sertifikatı almış, bir sıra beynəlxalq sərgilərin diplomuna layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, 2006-cı ildə İmişli Şəkər Zavodunun açılışı olmuşdur. Azərbaycanın ilk şəkər zavodu olan bu muəssisənin işə salınması kənd təsərrufatının digər sahələrinin də inkişafına, işsizliyin aradan qaldırılmasına böyük köməklik göstərmişdir. Zavodda Turkiyə, Ukrayna, Çexiya, Polşa, Almaniya və İran mutəxəssisləri də çalışırlar. Bu müəssisə həm ixrac potensialına görə, həm də regionda məşğulluğun artırılması baxımından ən strateji müəssisəyə çevrilmişdir.

Belə ki, 2005-ci il aprelin 26-da Şamaxıda «Star Ltd»” televizor zavodunun açılışı olmuşdur. Bu Turkiyə, Cənubi Koreya və Çin birgə muəssisəsidir. Müəssisədə müasir standartlara cavab verən muxtəlif ölçülü televizorlar istehsal edilir və bu məhsullar Ukrayna və Orta Asiya olkələrinə ixrac olunur. «Star»” məişət avadanlığı zavodunda isə il ərzində muxtəlif modellərdə 300 min ədəd kondisioner, 200 min ədəd muxtəlif ölçülü soyuducu və 150 min ədəd paltaryuyan maşının istehsal edilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək vacibdir ki, belə nümunələri çoxaltmaq da olar. Cədvəl 1.5-dən göründüyü kimi təkcə 2014-cü ildə açılmış müəssisələrin sayı 7 mini keçmişdir. Təhlillər göstərir ki, ixracın artımında, onun diversifikasiyalaşmasında, müxtəlif yeni sahələrdə ixrac potensiallarının formalaşdırıldmasında sahibkarlıq təşəbbüsləri ən əsas amil kimi çıxış edir. Bu baxımdan da dövlətin ixrac potensialını tənzimləməsində belə sahibkarlıq təşəbbüslərinə geniş meydan açması, investorlara dəstək verməsi zəruri görünür.

Azərbaycan hökümətinin dəstəklərindən biri hökumətin sahibkarlığa subsidiyalar verməsi və güzəştli kredit xətlərini açmasıdır ki, son illərdə bu sahədə pozitiv meyllər müşahidə edilir. İqtisadiyyat Nazirliyi hesabatına görə: 2009-2013-cü illər ərzində Nazirliyin tabeliyində olan Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlıq subyektlərinə yardım məqsədilə dövlət büdcəsindən 74 milyon manat vəsait ayrılmışdır, 2014-cü ildə isə bu rəqəm artaraq 80 milyon manata çatmışdır ki, bu da 2011-ci illə muqayisədə 4 dəfə, 2010-cu illə muqayisədə 7 dəfə, 2009-cu illə muqayisədə isə təxminən 30 dəfə çox olmuşdur. 2011-2014-cü illər ərzində Fondun vəsaitləri hesabına olkə üzrə 6194 sahibkarlıq subyektinə 235.6 milyon manat kredit verilmişdir.



Azərbaycan Respublikasında 2005-2014-ъц иллярдя юлкя игтисадиййатына йюнялдилмиш инвестисийалар








2005

2007

2008

2009

2010

2011

2012

2013

2014

Cəmi kapital qoyuluşları

mln. man

480,6

1351,8

1293,8

1454,6

4249,2

5820,4

5769,9

6234,5

6774,8

mln. dol.

544,0

1695,0

1571,0

1562,1

4326,4

5922,8

7118,3

7249,4

7584,0

Dinamika

%

691,0

168,7

84,3

110,6

156,3

132,8

115,7

114,8

117,8

Daxili investisi-

yalar


mln. man

149,3

308,8

395,2

437,7

938,3

1324,0

2104,9

2756,1

4037,8

mln. dol.

175,6

387,2

480,0

470,1

955,4

1347,3

2225,1

3096,7

4695,1

Dinamika

%

423,9

115,3

110,9

95,1

168,2

141,1

159,0

130,9

150,7

Xarici investisi-yalar

mln. man

331,4

1043,0

898,6

1016,9

3310,9

4496,4

4628,9

4154,1

2737,0

mln. dol.

368,4

1307,0

1090,2

1092,0

3371,0

4275,5

4893,2

4667,5

3182,6

Dinamika

%

9,6

195,5

76,3

119,0

146,5

130,4

106,9

89,7

89,1

Cədvəl DSK-nın məlumatları əsasında hazırlanmışdır

Respublikanın ixrac potensialından səmərəli istifadədə və onun iqtisadi inkişaf istiqamətində tənzimlənməsində iqtisadiyyata qoyulan investisiyalar mühüm əhəmiyyətə malikdir. Belə ki, investisiyaların bir hissəsi mövcud istehsal sahələrinin inkişafına, o cümlədən də bu sahələrdə ixracın artımına yönəldilirsə, onların əsas hissəsi yeni istehsal, xidmət və ifrastruktur sahələrinin yaradılmasına istiqamətləndirilir. Neft sektorunda əldə edilmiş nailiyyətlər, neftin dünya bazarına çıxarılması nəticəsində iri həcmli valyuta ehtiyatlarının əldə edilməsi, dövlət büdcəsi gəlirlərinin sürətli artımı son illər ərzində dövlət investisiyalarının həcminin durmadan artmasını şərtləndirmişsə, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, ölkədə makroiqtisadi-maliyyə sabitliyinin möhkəmləndirilməsi xarici investisiyaların artımına, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması isə öz növbəsində daxili özəl investisiyaların artımına rəvac vermişdir.

Qeyd etmək lazımdır ki, 2005-2014-cü illərdə il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 15 dəfə, o cümlədən daxili investisiyaların illik həcmi 27 dəfə, xarici investisiyalar isə 8,2 dəfə artmışdır. 2010-2011-ci illərdən başlayaraq bu sahədə müşahidə edilən pozitiv tendensiyalardan biri daxili investisiyaların sürətli artımı və ümumi ivestisiyalardakı xüsusi çəkisinə görə xarici investisiyaları üstələməsidir.

Statistik məlumatlara əsasən 2014-cü ildə ölkə iqtisadiyyatında əsas kapitala yonəldilmiş ümumi investisiyanın 3456,6 milyon manatı, yaxud 51,0 faizi neft sektorunun, 3318,2 milyon manatı, yaxud 49,0 faizi qeyri-neft sektorunun payına düşmüşdür. 2006-cı illə muqayisədə qeyri-neft sektoruna yonəldilmiş investisiyanın həcmi 28,8 faiz çox olmuş, əsas kapitala yonəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi cəkisi 40,4 faiz, daxili investisiya isə 59,6 faiz təşkil etmişdir. İl ərzində əsas kapitala yonəldilmiş daxili investisiya əvvəlki ildəkindən 50,9 faiz çox olmuşdur.

İxrac potensialından səmərəli istifadə göstəricilərindən biri də ölkənin ixracının artım səviyyəsi, mövcud sahələrin ixrac potensiallarına uyğunluğu məsələsidir. İxracın səviyyəsi və artım tempi ölkədəki iqtisadi inkişafa uyğundurmu? Belə ki, ən əsası ölkənin əsas makroiqtisadi göstəricisi olan ÜDM-də ixracın payı və bu iki göstəricinin artım templərinin müqayisəsidir. Məlum olduğu kimi ÜDM hesablanarkən onun tərkibindəki əsas hissələrdən biri ixrac götürülür. Bu da ondan xəbər verir ki, ÜDM-in artımında başqa amillərin rolu yüksəlmişdir. Bir sözlə bu ilkin sadə bir təhlil olsa da onu göstərir ki, ixracın artımı ölkədəki iqtisadi artımla adekvat deyildir. Ölkədəki makroiqtisadi sabitlikdən, artan maliyyə resurslarından daha səmərəli istifadə etməklə ixrac potensiallarını effektli reallaşdırmaq olar.

Respublikada ixrac potensialından səmərəli istifadəyə əhəmiyyətli dərəcədə təsir edən və onun tənzimlənməsinin əsas aləti olan amillərdən biri də gömrük sistemi və onun inkişafı məsələləridir. Gömrük sisteminin, gömrük tarif tənzimlənməsinin cari vəziyyəti həm də xarici ticarətin liberallaşdırılma səviyyəsini xaroakterizə edir.

Azərbaycan Respublikasında iqtisadi inkişaf strategiyasında gömrük sisteminin növbəti illərdə aşağıdakı istiqamətlərdə inkişafı etdirmək olar:


  1. Respublikada yerli istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabətqabiliyyətinin artırılması nəzərə alınmaqla gömrük rüsumlarının dərəcələrinin çevik tənzimlənməsi, eyni zamanda gömrük tənzimlənməsi zamanı ölkə iqtisadiyyatının investisiya mallarına artan tələbatının nəzərə alınması;

  2. Əmtəələrin idxalı zamanı gömrük siyasətinin ən vacib istiqamətlərindən biri kimi xammal və investisiya yönümlü mallara daha əlverişli şəraitin yaradılması və idxal mallarının milli istehsalçılara mənfi təsirinin azaldılması kimi müəyyənləşdirilməsi;

  3. Respublikada gömrük xidmətinin təkmilləşdirilməsi, gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsi prosedurlarının daha da sadələşdirilməsi, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizənin səmərəliliyinin artırılması, gömrük brokeri institutlarının yaradılması istiqamətlərində tədbirlərin görülməsi;

  4. Ölkədə daxili bazarın qorunması tədbirlərinin gömrük siyasətinin əsas istiqamətlərindən biri kimi olaraq qalması və s.

Nəhayət gömrük tarif tənzimlənməsinin iqtisadi inkişafı, ixrac potensialından istifadənin yüksəldilməsini stimullaşdıracaq şəkildə təkmilləşdirilməsi günün ən aktual tələblərindən biridir. İxrac potensiallarının xarici ticarətdə daha dolğun əks olunması üçün bu məsələyə diqqət yetirilməsi vacibdir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə