Magistratura məRKƏZİ



Yüklə 0,71 Mb.
səhifə5/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
1   2   3   4   5   6   7

Azərbaycan Respublikası 2010-2014-cü illərdə ixracın əmtəə strukturu

HS kodları

Mal qrupları

2010

2011

2012

2013

2014

1

A

2

3

4

5

6

03

Balıqlar və xərçəngkimilər, digər su onurğasızları

0,01

0,01

0,00

0,02

0,00

07

Tərəvəzlər, meyvəköklülər və kök yumruları

0,34

0,60

0,52

0,65

0,13

08

Yeməli meyvələr və qoz-fındıq, sitrus bitkiləri

0,93

3,37

1,55

2,05

0,32

15

Heyvan və ya bitki mənşəli piylər və yağlar

1,33

1,57

0,99

1,37

0,26




Hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün

0,95

1,46

1,60

3,79

0,33

16

Ətdən və balıqdan alınan hazır məhsullar

0,13

0,18

0,03

0,13

0,02

17

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

0,00

0,00

0,49

2,47

0,18

20

Tərəvəz, meyvə, qoz-fındıq və bitkilərin emalı məhsulları

0,31

0,39

0,30

0,47

0,05

22

Spirtli və spirtsiz içkilər, sirkə

0,12

0,22

0,30

0,35

0,04

24

Tütün və tütünün sənaye əvəzediciləri

0,34

0,59

0,31

0,12

0,01




Mineral məhsullar

82,25

76,80

84,63

81,45

97,10

27

Mineral yanacaq, neft və neft emalı məhsulları

82,21

76,76

84,59

81,40

97,08




ARDNŞ və ABƏŞ-in neft ixracına dair məlumatları nəzərə alınmaqla

X

X

X

X

95.17




Kimya sənaye məhsualları

2,13

3,03

3,03

1,54

0,23

28

Qeyri üzvü kimyanın məhsulları, qiymətli metallar

1,41

2,33

2,47

1,08

0,13

29

Kimyəvi üzvi birləşmələr

0,58

0,58

0,44

0,35

0,08




Plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar

1,86

1,65

1,58

1,18

0,26

39

Plastik kütlələr və onlardan hazırlanan məmulatlar

1,85

1,65

1,57

1,17

0,26




Emal olunmamış gön, aşılanmış dəri, təbii xəz, onlardan hazırlanan məmulatlar

0,07

0,05

0,05

0,16

0,21

41

Emal olunmamuş gön (xəzdən başqa) və aşılanmış dəri

0,07

0,05

0,05

0,16

0,25




Toxuculuq materialları və məmulatları

1,33

1,31

0,96

1,00

0,09

52

Pambıq

1,07

1,01

0,68

0,66

0,05

54

Kimyəvi saplar

0,04

0,09

0,10

0,11

0,01

55

Kimyəvi liflər

-

-

0,00

0,00







Az qiymətli metallar və onlardan hazırlanan məmulatlar

2,69

2,43

2,35

3,00

0,76

72

Qara metallar

1,17

0,87

0,47

0,74

0,10

73

Qara metallardan məmulatlar

0,09

0,15

0,56

0,53

0,38

74

Mis və ondan hazırlanan məmulatlar

0,04

0,14

0,19

0,20

0,02

76

Alüminium və ondan hazırlanan məmulatlar

1,35

1,23

1,12

1,51

0,26




Maşınlar, mexanizmlər, elektrotexniki avdanlıqlar, apparatura

0,56

0,64

0,58

0,79

0,10

84

Nüvə reaktorların, qazanlar, avadanlıq əv mexaniki qurğular, onların hissələri

0,50

0,49

0,49

0,65

0,08




Quru nəqliyyat vasitələri, uçan aparatlar üzən nəqliyyat vasitələri

3,98

6,26

1,33

1,67

0,27

89

Gəmilər, qayıqlar və üzən konstruksiyalar

3,84

6,09

1,15

1,54

0,26

Göstərmək lazımdır ki, «2010-2014-cü illərdə Azərbaycan Respublikasında ixracın əmtəə strukturu» cədvəlinin statistik məlumatlarına əsaslanaraq ölkəmiz dünya ölkələri ilə 97 adda əmtəə ilə ixrac əməliyyatlarında iştirak edir. Lakin bu əmtəələr ixracın ümumi həcmində xüsusi çəkilərinə görə müxtəlif yerləri tuturlar. Respublikamız əsasən adları aşağıda çəkilmiş əmtəələrlə ixrac əməliyyatlarında digər əmtəələrə nisbətən daha intensiv iştirak edir:



  1. Respublikamızda xüsusi çəkisinə görə əsas yeri mineral məhsullar və ən əsas mineral yanacaq, neft və neft məhsualları 70-100 % xüsusi çəkiyə malikdir;

  2. Respublikada mineral məhsulların xüsusi çəkiləri ilə müqayisəyə gəlməsələr də ixracın ümumi həcmində kimya sənayesi məhsullarının öz yeri vardır. Təhlil apardığımız son ili nəzərə almasaq, çünki çox aşağı göstəriciyə malikdir, qeyri-üxvi kimya məhsulları, qiymətli metallar digər məhsullarla müqayisədə daha çox xüsusi çəkiyə malikdir.

  3. Respublikada plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar ixracın quruluşunda adi gözlə bilən bir yerə malikdirlər.

  4. Respublikada az qiymətli metallar və onlardan hazırlanan məmulatlar və onların tərkibinə daxil olan qara metallar, qara metallardan məmulatlar, mis və ondan hazırlanan məmulatlar (xüsusilə);

  5. Respublikada quru nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri qrupundan gəmilər, qayıqlar və üzən konstruksiyalar adlı məhsullar üstün xüsusi çəkiləri ilə seçilirlər.

  6. Respublikada toxuculuq materialları məmulatları adlı məhsul qruplarından son 2008-ci ilin göstəricisini nəzərə almasaq, pambıq (xüsusilə), kimyəvi saplar xüsusi çəkilərinin çox olması ilə digər əmtəələrdən fərqlənirlər;

  7. Respublikada bitki mənşəli məhsullar qrupundan tərəvəzlər, meyvə köklülər və kök yumruları, yeməli meyvələr və qoz-fındıq, sitrus bitkiləri üstün mövqeyə malikdirlər.

  8. Ölkədə heyvan və ya bitki mənşəli piylər və yağlar ixracın strukturunda digər əmtəələrlə müqayisədə gözlə seçilə bilən üstünlüyə malikdirlər.

  9. Ölkədə hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə və tütün məhsulları da xüsusi çəkilərinə görə fərqlənirlər. Onların içərisində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, tərəvəz, meyvə, qoz-fındıq və bitkilərin emalı məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün və tütünün sənaye əvəzediciləri adlı məhsullar xüsusi çəkiyə malikdirlər.

  10. Respublikada dənli bitkilər, gübrələr, efir yağları, ətriyyat, kosmetik və tualet vasitələri, zülal tərkibli maddələr, nişasta, yapışqan, fermentlər, partlayıcı maddələr, dəri məmulatları qadın çantaları və analoci malları, yun, zərif və ya qaba heyvan tükü, digər bitki mənşəli toxuculuq lifləri, pambıq iplik, pambıq iplikdən parçalar, kimyəvi liflər, hordurulmuş üzlüklü toxuculuq məhtrikotac parçalar, ayaqqabı, baş geyimləri adlı məhsullar bu qrupa aiddir.

    1. Azərbaycanın ixrac potensialının strateji inkişaf istiqamətlərinin

təhlili

Azərbaycan Prezidenti İlham Əliyevin imzalandığı fərman və təsdiq etdiyi dövlət proqramları ilə hökumət strukturlarının işinin əsas prioritetini regionların inkişaf etdirilməsinin zəruriliyini müəyyən etmişdir. Buna uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hazırladığı 2014-2018-ci illər üçün Azərbaycan Respublikasının iqtisadi-sosial inkişaf konsepsiyası və əsas makroiqtisadi göstəricilərin proqnozu» adlı sənəddə ölkəmizin yaxın illər üçün iqtisadi strategiyasının əsas istiqamətləri müəyyən edilmişdir. Bu istiqamətlər çoxməsələli şəkildə əks etdirildiyi və onların buraxılış işinin mövzusundan kənar olan bir çox sahələri özündə birləşdirməsi səbəbindən fəsil 2.3. bölmə 36-cı başlığına uyğun məqsədimizə nail olmaq üçün bizə gərəkli olan bir neçəsini sadalamaq yerinə düşər:



  1. Respublikanın dövlət gəlirlərinin artırılmasını təmin etmək məqsədilə çevik vergi və gömrük siyasəti davam etdiriləcəkdi».

  2. Respublikada vergi siyasətinin başlıca istiqamətlərindən biri əlverişli vergi mühitinin yaradılmasıdan, sahibkarlığın inkişaf etdirilməsini, investisiyaların ölkə iqtisadiyyatını cəlb edilməsini, rəqabətin genişləndirilməsini, yeni iş yerlərinin yaradılması stimullaşdırmaqdan ibarət olacaqdır,

  3. Gələcəkdə gömrük ödənişlərinin dərəcələri yerli istehsalın maraqları nəzərə alınmaqla tənzimlənəcəkdir;

  4. Ölkədə orta müddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye isttehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması olacaqdır. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılması, milli məhsulun rəqabət qabiliyyətinin, sənayedə investisiya və innovasiya fəallığının artırılması, qeyri-neft sektorunun inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarət olacaqdır.

  5. Respublikamızda ötən illər neft sektorunda əldə edilmiş uğurlar qeyri-neft sahələrinin inkişaf üçün möhkəm zəmin yaratmışdır. Qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər istahatlar 2014-2018-cı illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcəkdir.

  6. Respublikada aqrar sektorda istehsalın rəqabət qabiliyyətinin artırılması və inkişaf etmiş bazarların formalaşdırılması əsasında sektorun səmərəliliyinin artırılması və ixrac potensialının artırılması;

  7. Respublikada fermerlər tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici bazarlarda satışına dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi,

  8. Respublikada sahibkarlığın təşviqinə vergi-gömrük siyasətinin həyata keçirilməsi,

  9. Rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalı üçün sahibkarlara texniki, maddi və maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi;

  10. Respublikada kiçik və orta sahibkarların beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və genişləndirilməsinə kömək göstərilməsi;

  11. Respublikanın ölkənin nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyası, rəqabətədavamlı tranzit nəqliyyat dəhlizinin, o cümlədən Şərq-Qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və xüsusilə kənd rayonlarında və qəsəbələrlə nəqliyyatın, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi;

  12. Respublikada dəniz ticarəti və yükdaşıma gəmiçiliyinin modernləşdirilməsi, nəqliyyat xidməti ixracının artırılması, dəmiryolu nəqliyyatının, Bakı Metropolitenin sabit təhlükəsiz işinin təmin edilməsi;

  13. Respublikada daxili bazarın müdafiəsi sahəsində əsas məqsəd normal rəqabət mühitinin qorunub saxlanılması və xarici iqtisadi amillərin təsiri baxımında Azərbaycan iqtisadiyyatının ən həssas sektorlarının inkişafının təmin edilməsidir. Bu məqsədlə tarif sistemi müntəzəm olaraq təkmilləşdiriləcək.

  14. Respublikada ixracın dəstəklənməsi sahəsində dövlət fəaliyyətinin əsas istiqaməti Azərbaycanın mal və xidmətlərinin xarici bazarlara çıxması üçün əlverişli şəraitin yaradılması olacaqdır.

Qeyd etmək lazımdır ki, bütövlükdə göstərdiyimiz bütün istiqamətlərin əsas məsələsi yəni məqsədi ixrac potensialının inkişafına aparan proseslər əhatə edir. Belə ki, bunlar ölkənin müəyyən dövr ərzində reallaşdırılması nəzərdə tutulan iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. İxrac potensialının inkişaf strategiyasını iqtisadi inkişaf strategiyasıdan kənar təhlil etmək təbii ki, tərəfimizdən bağışlanılmaz səhv olardı. Ölkə prezidenti İ.Əliyevin Nazirlər Kabinetinin iclasında KİV-dəki çıxışlarından və proqramın yerinə yetirilmə müddətində ölkənin əsas makroiqtisadı göstəriciləri ilə yanaşı, proqramda inkişaf proqnozlaşdırılan sahələrin statistik göstəricilərindən belə nəticyə gəlinmişdir ki, o uğurla yerinə yetirilmişdir.

Bu həyata keçirilən proqramın ölkə iqtisadiyyatında uğurla yerinə yetirilməsi nəticəsində ölkənin 2011-2016-cü illər ərzində cədvəl 2.1.3 əsas makroiqtisadi göstəricilərinin yüksəlməyə doğru dəyişdiyinin əyani şahidi olduq. Proqramın çox əhatəliyi və həllinə yönəldildiyi əsas problemlərin köklü şəkildə həll edilməsi məqsədi onun təkcə, 2013-2016-cü illərlə çərçivələnməyəcəyi və ölkə iqtisadiyyatına müsbət təsirinin hələ bir neçə il davam edəcəyi deyə bilərik.

Hal-hazırda «Dünya maliyyə böhranın» baş verməsi ölkəmizin bu proqramı daha da təkmilləşdirərək, genişləndirməsinə mane olurdu. Respublikanın iqtisadi siyasəti böhrandan çıxış və onun mənfi nəticələrinin azaldılmasına yönəldildi. Bu tələbdən də sonuncu ildə makroiqtisadi göstəricilərin aşağı səviyyəsini başa düşmək çətin deyil. Ölkənin 2014-cü ilin yanvar-fevral ayları üçün xarici ticarət əlaqələri göstəricilərinin təhlili nəticəsində məlum olmuşdur ki, həmin aylar üçün 1 milyard 64 milyon 284 min manat3 müsbət saldoya nail olunmuşdur.

- Respublikamızın ixrac potensialının strateci inkişaf istiqamətləri haqqında müəyyən bir fikrə gəlməzdən öncə onun mövcud durumunu qiymətləndirmək vacibdir. Fəsil 2 bölmə 2.2.-də ölkəmizin ixrac məhsulunun neft və neft məhsulları olduğu nəticəsinə gəlinməsinə kömək etdi.

- Respublika ixracının əsas hissəsinin təxminən 80-90 %-nin neft məhsulları təşkil etməsinə baxmayaraq, ixracın əmtəə strukturunda yer almış aşağıdakı məhsulların ixracının genişləndirilməsi imkanları prioritet inkişaf istiqamətlərinə daxil edilə bilər:

- Respublika ixracında elektrik enercisinin həcmi yüksəlmişdir. Bunu gömrük idarələri üzrə ixracın quruluşu adlı cədvəldən də aydın görmək olar; buraxılış işinin «Giriş» də ölkə prezidentinin ölkəmizin elektrik enercisi ixracı sahəsində potensialının artması haqqında etdiyi çıxışın qısa məzmununda da başa düşülür.

- Xüsusi olaraq kimya sənayesi məhsulları əsasən, qeyri-üzvi kimya məhsullarının ixracın tərkibində xüsusi çəkisinin artması ölkəmizin kimya sənayesi mallarının xarici ölkələrin tələbinə uyğun gəlməsinin göstəricisidir. Buna görə də respublikamızda bu sahəyə xüsusi diqqətin ayrılması və ixracatçıların hər cəhətdən himayə edilməsi ölkəmizin bu istiqamətdə yaranmış ixrac potensialından səmərəli istifadə edilməsinə kömək etmiş olar. Bu məhsul qismindən olan plastik kütlələr, kauçuk, rezin onlardan hazırlanan məmulatlar digər əmtəələrlə müqayisədə ixracın strukturunda üstünlüyə malikdirlər.

- Respublikada azqiymətli metalların və onlardan hazırlanan məmulatların ölkə ixracında fərqlənən bir çəkiyə malik olması ölkəmizin bu qəbildən olan təbii resurslarının iqtisadi və onunla əlaqədar ixrac potensialının istifadəsində rolunun artmasını sübut edir.

- Respublikada gəmilər, qayıqlar və üzrə konstruksiyalar adlı məhsul növləri üzrə son illər xüsusilə, 2013-ci ildə ixracın həcmində 7,19 % göstərici ilə çıxış etmələri ölkəmizin dəniz sahili ölkəsi olaraq, bu məhsul ixracı üzrə potensiala malik olmasının və bu sahəyə diqqət yetirilərsə, hətta bu potensialın digər ixracaatçılarla müqayisə ediləcək həddə çatdırıla biləcəyinə inam yaradır;

- Respublikamızın əlverişli iqlim şəraiti və münbit torpağa malik olması onun kənd təsərrüfatı məhsulların istehsalı sahəsində daimi potensiala malik olmasına təminat verir. Bu səbəbdən də bu qəbildən olan məhsullar yerli tələbatımızı ödəməklə bərabər, ölkənin ixracında da müsbət göstəricilərlə təmsil olunurlar. Buna baxmayaraq, strateci məhsul olan buğda və dənli bitki istehsal yerli tələbatımızı ödəyə bilmədiyi illər də olur və bu zaman bu çatışmamazlıq idxal vasitəsilə ödənilir.

Tədqiqatlar nəticəsində bu qənaətə gəlinir ki, müasir şəraitdə respublikamızın makroqiqtisadi səviyədə ixrac potensialı konsepsiyasının istinad nöqtəsi neft sənayesi hesab oluna bilər. Azərbaycanın dinamik ixrac potensialı amili neftçıxarma sənayesinin təsiri altındadır. Ölkəmizin iqtisadiyyatının makroiqtisadi səviyyədə inkişaf, formalaşması üçün neft faktoru əsas stimul sayılır. Neft sektoru ölkənin sənaye istehsalının -ni və iracın ümumi həcminin 90 %-dən çoxunu təşkil edir. Respublika ixracının quruluşu ilə Fəsil 2 bölmə 2.1-də tanış olduğumuz zaman neft məhsullarının ölkə ixracındakı payından da aydın olduğu kimi, ölkəmiz qeyri-neft sektorunun sıxışdırılması problemi ilə qarşılaşmışdır. Bu baxımdan karbhidrogen gəlirlərinin dügün idarə edilməsinin təmin olunması respublika iqtisadiyyatı üçün çox vacibdir. Ölkəmizin neft strategiyası həyata keçdikcə neft ixrac potensialından alınan gəlirlərin hesabına milli iqtisadiyyatımızın dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyası həyata keçiriləcəkdir. Respublikamızın kapital qoyuluşlarında (xarici) və xarici ölkələrlə iqtisadi inteqrasiyası üçün neft ixracı potensialı əsas amildir. Müstəqillik dövründə respublikamızda bir çox sosial-iqtisadi problemlər yaranmışdır və neft ixracı potensialının strategiyasının əsas vəzifələrindən biri bu problemlərin həllinə müsbət təsir etməkdir. Belə ki, bu ölkənin iqtisadi inkişafına uyğun olaraq digər təsərrüfat sahələrinin ixrac potensialında da neft ixracı potensialının iştirak etməsinə səbəb olur. Ölkənin neft ixracından gələn gəlirlərinin reginların mövcud potensialından istifadənin səmərəliliyini artımaq, ixracyönümlü sahələrin (sənaye və aqrar sektorda) inkişafını təmin etmək məqsədi istiqamətində bölgüsü aparılmaqdadır. Belə ki, bu istiqamətdə Respublikanın həyata keçirdiyi siyasət və dövlət proqramları öz müsbət nəticələrini göstərməkdədir. Bu proqramlarda hər bir iqtisadi rayonun potensialına, təbii sərvətlərinin miqyasına və çeşidinə görə tənzimləmə mexanizmləri əsaslandırımışdır.

III Fəsil. İxrac potensialının inkişaf strategiyası


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə