Magistratura məRKƏZİ


İxrac potensialının genişləndirilməsində beynəlxalq iqtisadi əlaqələrin əhəmiyyəti



Yüklə 0,71 Mb.
səhifə6/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
1   2   3   4   5   6   7

3.1. İxrac potensialının genişləndirilməsində beynəlxalq iqtisadi əlaqələrin əhəmiyyəti

Hal-hazırda Azərbaycanın xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri onların müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə qoşulmaları qlobal geoiqtisadi məkanda baş verən yeni meyllərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir. Bildiyimiz kimi xarici iqtisadi strategiya ölkənin xarici iqtisadi siyasətinin tərkibinə daxil olan ən mühüm vəzifələri yerinə yetirilməsini özündə birləşdirir.

Azərbaycanın ixrac potensialından istifadənin genişləndirilməsinə yönəldilmiş xarici ticarət siyasəti Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm hissəsi kimi çıxış edir. Ölkənin xarici ticarət siyasətinə 2 cür yanaşılır: dövlətin əmtəə mübadiləsi sferasına müdaxiləsi dərəcəsindən asılı olaraq azad ticarət və proteksionizm istiqamətləri. 90-cı illərdə azad ticarət prinsipləri üstünlük təşkil etsə də, hazırda getdikcə hər 2 yanaşmanın optimal nisbətindən istifadə etməyə çalışırlar. Ölkəmizin ixrac potensialından istifadəsinin genişləndirilməsi məsələsi ilk növbədə ölkə daxilində ixracın stimullaşdırılması siyasətinin uğurla yerinə yetirilməsindən funksional olaraq asılıdr. Ölkəmizin müxtəlif beynəlxalq iqtisadi qurumlarla əməkdaşlığı və həmin qurumların ölkə iqtisadiyyatının inkişaf ilə bağlı verdiyi tövsiyyələrdə ixracın stimullaşdırılmasının aşağıdakı üsullarla aparılması məqsədəuyğun hesab etmək olar:


  1. Respublikada vergi və gömrük güzəştlərinin tətbiq edilməsi. İxracın inkişafında prioritet kəsb edən istehsal sahələrinə münasibətdə mənfəətdən vergiyə güzəştlərin tətbiq edilməsi;

  2. Respublikada inhisarlar, sənayenin prioritet sahələri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi. Bu cür qarşılıqlı münasibətlərə təsir etmək üçün ixracatçılara müəyyən güzəştlər (dəmir yolu daşımaları tariflərində, komunal xidmətlər tariflərində və s.) verilə bilər;

  3. Respublikanın xarici ticarət ilə əlaqədar sahələrdə məqsədli investisiya proqramlarının hazırlanması və həyata keçirilməsi. Bu proqramlar həm dövlət büdcəsindən, həm də bankların güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər;

  4. Ölkədə ixracın stimullaşdırılmasında lizinqin mühüm rolu vardır. Dünya təcrübəsi göstərir ki, lizinq ölkə iqtisadiyyatına yeni texnika, texnologiya və s. formada investisiyaların cəlb edilməsində ən səmərəli üsullardan biridir. Lizinqdən istifadə Azərbaycanın sənaye müəssisələrinin moderləşdirilməsini həyata keçirməyə və rəqabət qabiliyyətli istehsalı qurmağa imkan verəcək.

Ölkədə xarici bazarların mənimsənilməsində mili müəssisələrə yardım üçün təşkilati-texniki dəstək.Bunlar isə aşağıdakılarından ibarətdir:

  1. Ölkədə ixrac yönümlü müəssisələrə xarici sifarişlərin alınmasında və yüksək keyfiyyətli snaye avadanlığının əldə edilməsində yardım göstərilməsi;

  2. İxracatçıların xarici ölkələrdə dövlət hökumət qurumlarında maraqlarının təmsil edilməsi və s.

Respublikada idxal-ixrac əməliyyatlarının kreditləşməsinin həyata keçirilməsi üçün güclü kredit təşkilatlarının yaradılması. Bu zaman ixrac kreditlərinin sığortalanması və yalnız Azərbaycan məhsullarının alınması şərtilə xarici ölkələrin idxalçılarına dövlət kreditlərinin verilməsi, həmçinin ixrac istehsallarının maliyyələşdirilməsini həyata keçirən iri bank strukturlarının yaradılması nəzərdə tutulur;

Sərbəst iqtisadi zonaların bir növü olan xüsusi ixracyönümlü və elmi-texniki zonaların yaradılması. Bu cür zonalarda investorlar sonradan istehsal ediləcək məhsulun əsas hissəsini ixrac etmək şərtilə xammalın, materialların və avadanlığın rüsumsuz idxalı üçün xüsusi lissenziyalar əldə edə bilərlər.

Ölkənin ixrac potensialından istifadənin artırılması üsullarından danışarkən ölkənin xarici iqtisadi əlaqəlarinin genişləndirilməsinin müsbət təsirini unutmaq olmaz.

Respublikamızın timsalında bu təsiri aydınlaşdırmaq üçün ilk növbədə onun xarici iqtisadi əlaqələrinin subyektləri və obyektlərinin onun ixracında tutduğu yerləri müəyyən etməyimiz yerinə düşər. Fəsil 2. bölmə 2.1-də yer almış cədvəl 2.1. «Azərbaycanın ixracında əsas tərəfdaşların xüsusi çəkisi» adlı cədvəldə bunu ətraflı müzakirə etmişik. Bu cədvəl bizə xarici iqtisadi əlaqələrin subyektləri sayılan ölkələrin ölkə ixracında payını müəyyən etməyə kömək etmişdir. Həmin fəslin bölmə 2.1. cədvəl 2.1. «Ölkə ixracının əmtəə strukturu» adlı cədvəl isə xarici iqtisadi əlaqələrin obyektləri daha doğrusu xarici ticarət əməliyyatlarının daha dəqiqi desək, ixrac əməliyyatlarının əsas predmeti olan məhsulların ixracının ümumi ixracımızda xüsusi çəkisini müəyyən etmişik.

Respublikamızın 90-cı illərin ilk dövrlərində etibarən xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrinin genişləndirilməsi məqsədilə beynəlxalq iqtisadiyyatı tənzimləyən müxtəlif təşkilatlarla əlaqələri genişləndirməyə və inkişaf etdirməyə üstünlük vermişdir. Belə ki, Azərbaycan BMT-nin 20-dən çox ixtisaslaşmış təşkilatının və 50-dən çox daimi və müvəqqəti komitələrinin və komissiyalarının üzvüdür. Bundan başqa Avropa Şurası, ATƏT, BVF, AYİB, Dünya Bankı Qrupu, NATO (assosiativ üzv), İKT, ÜTT (müşahidəçi) kimi təşkilatlarda uğurla təmsil olunmuşdur. Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNİDO) ilə xüsusi əlaqələrə malikdir. BMTİP yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün Azərbaycan Hökumətinə yardım edir. Dunya Bank bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçiriməsi, makroiqtisadi stabilləşdirmə və neft gəlirlərinin idarə edilməsi, infrastrukturun bərpa edilməsi, təhsil, səhiyyə, enerci sektoruna inıvestisiyaların cəlb edilməsi sahəsində tədbirlər, kənd təsərrüfatında və ümumiyyətlə qeyri-neft sektorunda artım və yeni iş yerlərinin açılması sahəsində Respublikaya yardım edir.

AYİB-nın 1998-ci ildə «Çıraq ilkin neft layihəsi» ölkəmizdə ixrac bazarlarının genişləndirilməsi istiqamətində xüsusi rol oynamışdır. Bundan başqa, «Regional ticarətin dəstəklənməsi proqramı»nın (2002) ölkənin ixrac potensialından səmərəli istifadə edilməsində rolu əvəzsizdir. 1999-cu ildə Azərbaycan hökuməti ilə birgə «Transqafqaz Dəmiryolu Xətti» və «Bakı Limanının İnkişafı» ilə bağlı lahiyələrin reallaşdırılması ixrac potensialının artırılması istiqamətində çox əhəmiyyətli addımlardandır.

Respublika Dunya Bank qrupuna daxil olan Beynəlxalq Maliyyə Koorparasiyası (BMK) ilə əməkdaşlığının əsas istiqamətləri siyahısına daxil olan ixraca istiqamətlənmiş, xarici valyuta cəlb edən əsas istehsalda və ya infrastruktur sahəsində özəlləşdirməsi nəzərdə tutan rəqabətqabiliyyətli sahələrə birbaşa xarici investisiyaların qoyulmasını həvəsləndirmək; qeyri-neft sektorunda, neft, qaz və digər əlaqəli sahələrə məhsuldar sərmayələrin qoyulmasında katalizator kimi çıxış etmək» kimi bir vəzifəni yerinə yetirilməsi ölkəmizin ixrac potensialından istifadənin effektlivliyini artırmış olur. Bu faktı da qeyd etməyiniz yerinə düşərdi ki, «Bakı-Tbilisi Ceyhan» neft ixracı boru kəməri layihəsininin reallaşdırılmasında BMK-nın rolunu xüsusi olaraq göstərmək lazımdır.

Respublikamız 1997-ci ildən beynəlxalq ticarət məkanına inteqrə etmək və ölkədə xarici ticarətə təsir edən qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırımaq məqsədilə ÜTT-yə üzv olmaq istiqamətində iş aparır. Azərbaycanın ÜTT-yə üzvolma istəyi ölkənin müasir Ticarət siyasətindən irəli gəlir.Bu siyasətin bərqərar olması ölkəmizdə aşağıdakı vəzifələrin həyata keçirilməsini vacib edir:



  1. Azərbaycan mənşəli mal və xidmətlərin beynəlxalq bazarlara əlverişli və qeyri-diskriminasiyalı şərtlərə daxil olması;

  2. Respublikanın ixrac potensialının gücləndirilməsi və ümumiyyətlə ixracın strukturunun tərkibinin təkmilləşdirilməsi

  3. ÜTT-nın qaydalarından istifadə edib, «açıq» iqtisadiyyat şəraitində yer li istehsalçıların hüquqlarının qorunması

Göstəriən vəzifələrin yerinə yetirilməsi ölkəmizin ixrac potensialının genişləndirilməsində beynəlxalq əlaqələrin bir forması olan təşkilatlarda təmsil olunmanın əhəmiyyətiin sübut etmiş olur. Respublikanın beynəlxalq təşkilatlarda təmsil olunması ona beynəlxalq iqtisadi münasibətlərin, xüsusilə, beynəlxalq ticarət münasibətlərinin beynəlxalq razılaşmaları, hüquqi normalar çərçivəsində tənzimlənməsi sahəsində yardım etmiş olur və bununla da digər ölkələrin ölkəmizə olan inamını və etibarını artırır. Bu isə öz növbəsində ölkəmizin ixrac potensialının və eləcə də xarici ticarətin keyfiyyət və kəmiyyət baxımından inkişafına səbəb olur.

Respublikamızın ixrac potensialının inkişafında və ondan istifadənin genişləndirilməsində Azərbaycanın region ölkələri ilə qarşılıqlı və siyasi əməkdaşlığının çox böyük rolu vardır. Bu səviyyədə ərazicə yaxınlıq və etnik xüsusiyyətlərin oxşarlığı qarşılıqlı münasibətlərin tənzimlənməsində müsbət rola malikdir. Ölkəmizin bu istiqamətdə fəaliyyəti aşağıdakılarla yadda qalmışdır. 1992-ci ildən bəri İƏT, 1993-cü ildən MDB, 1993-cü ildən QDİƏT, 1993-cü ildən ÖGUAM, 1993-cü ildən AB (əməkdaşlıq və pastnyorluq səviyyəsində) əməkdaşlıq edir. Bu birliklərlə əməkdaşlığın və onlarda təmsil olunmağın ölkəmizin ixrac potensialından istifadəsinə təsirini müəyyən etməkdən ötrü onların ölkə ixracında olan paylarını əks etdirən cədvəllə nəzər salaq:



2010-2014-cü illərdə ölkə qrupları üzrə ixrac

(min ABŞ dolları)

Ölkə qrupları

2010

2011

2012

2013

2014

Müstəqil Dövlətlər Birliyi (MDB)

614202,0

905390,0

929717,5

1102476,2

161917

Avropa İttifaqı (Aİ)

1972635,9

2249093,8

3643287,2

1673907,1

26979102

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

747046,2

1121460,8

1325472,4

2173909,3

2526983

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

540854,6

829151,7

977149,9

173978,6

1430928

Demokratiya əv iqtisadi inkişaf uğrunda təşkilat –GUAM

201179,9

244432,6

324018,2

373116,4

663185

Neft ixrac edən ölkələrin təşkilatı (OPEK)

294544,2

193722,1

320160,2

863709,6

1948194

İslam Konfransı Təşkilatı (İKT)

700890,5

904492,4

1034917,2

2205471,2

3106915

Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşklatı (ASİƏT)

422285,5

564716,1

631442,5

1472198,4

11408839

Amerika Azad Ticarət Assosiasiyası (AATA)

3661,0

3317,8

5513,1

5318,2

110206

Cənub Şərqi Asiya Dövlətlərinin Assosiasiyası

132484,1

123422,7

69021,9

416662,7

1536969

İqtisadi Əməkdaşlıq və İnkişaf (İƏİT)

2004920,4

2291327,6

4046968,4

2839269,1

34557378

Cədvəldən görunduyu kimi «2010-2014-cü illərdə ölkə qrupları üzrə ixrac» adlı cədvəlin statistik məlumatlarına əsasən təhlili aparılan illərdə İƏİT-ına üzv olan dövlətlərin ölkə ixracında payları digər birliklərə nisbətən daha çoxdur.

Görunduyu kimi II yeri AB birliyi ölkələri tutur. Bu ölkələrlə aparılan ixrac əməliyyatlarının dəyərlə göstəricisi 2010-cu ildən 2014-cü ilə qədər 12 dəfə artmışdır. Bundan başqa, QDİƏT, İƏT, MDB, İKT ilə ixrac əməliyyatlarımızın dəyəri artan istiqamətdə inkişaf etmişdir. ASEAN-la ixrac əməliyyatlarının dəyəri əvvəlki 3 ildə azalmağa doğru getsə də 2012-2013-cü illərdə artım müşahidə edilmişdir. Təsnifatın ən aşağı göstəriciləri AATA birliyi ölkələri ilə aparılan ixrac əməliyyatlarının dəyərlərində müşahidə olunur. Buna səbəb birlik ölkələrinin coğrafi cəhətdən ölkəmizdən min kilometr məsafələrlə uzaqda yerləşməsi ola bilər. Təhlil etdiyimiz 2010-cu ildən 2014-cü ilə qədər ixrac əməliyyatlarının dəyəri təxminən 2,6 dəfər artmışdır. Azalma müşahidə edilməsə də artım sürəti aşağıdır.

Qeyd etmək vacibir ki, ölkəmizin ixrac potensialından istifadəsini genişləndirmək istiqamətində bəzi regional inteqrasiya birlikləri ilə əlaqələrinə nəzər yetirək:

Qeyd etmək lazımdır ki, MDB çərçivəsində ölkəmizin əsas ticarət partnyorları olaraq Rusiya, Ukrayna və Gürcüstanı qeyd etmək olar. Lakin son vaxtlar müəyyən siyasi gərginliklərlə əlaqədar birliyə üzv ölkələrin inteqrasiyasının dərinləşdirilməsinin çətinliyi və perspektivsizliyi Azərbaycanı Avropa Birliyi (AB) ölkələri ilə əlaqələrini gücləndirməyə vadar etmişdir. Azərbaycan Avropanın Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Birlik ölkələrindən 2010-2014-cü illərinə statistik göstəricilərinə əsasən İtaliya, Fransa, Böyük Britaniya ölkə ixracında xüsusi çəkiləri ilə fərqlənirlər. Birlik ölkələrinin dəstəyi ilə Qafqazda reallaşdırılan və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizin qısaca TRASECA layihəsinin digər dövlətlərlə yanaşı, ölkəmizin ixrac potensialının genişləndirilməsində xüsusi rolu vardır. Bundan başqa, AB-nın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən I NOGATE ( Avropaya dövlətlərarası neft və qaz ixracı) layihəsi diqqətə layiqdir.

Respublikamızın ÖGUAM çərçivəsində ticarət iqtisadi əməkdaşlığın koordinasiyası Azərbaycana daim neft islahatçılarını və onun ixracı üçün əlverişli marşurut əldə etməyə imkan verir.

Respublikamızın QDİƏT-də iştirakının əsas məqsədləri təşkilatın əhatə etdiyi regionda malik olduğu rolunun möhkəmləndirilməsindən, Avropaya inteqrasiya siyasətini bıtın ölçülərdə həyata keçirilməsindən, Respublikanın tranzit potensialının gücləndirilməsindən, regionun dövlətləri ilə çoxtərəfli əməkdaşlıq mexanizminin qurulmasından ibarətdir. Bu təşkilatla bərabər MDB-ə də üzv olan (Gürcüstan, Rusiya, Moldova, Ukrayna) ölkələrlə sərbəst ticarət haqqında ikitərəfli sazişlər imzalamışdır. Bu sazişlərdə gömrük rüsumlarının tətbiq-edilməsi ixracat-idxalat əməliyyatlarının qeyri-tarif yollarla məhdudlaşdırılması vasitələrinin ləğv nəzərdə tutulur.

Respublikanın İƏT- təşkilatına üzv olan ölkələrdən cədvəl 2.1. – in göstəricilərinə əsasən ixrac yönlü əməliyyatlarda Türkiyə və İranla daha çox əməkdaşlıq edir.

Respublikanın İƏT-na olan digər dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat – kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi potensialı böyükdür. Azərbaycanın İƏT ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlığının mühüm istiqamətləri TRASECA layihəsi çərçivəsində oal bilər. Qeyd edək ki, İƏT ölkələrindən 7-si bilavasitə TRASECA layihəsində iştirak edir. Onu da nəzərə alaq ki, TRASECA Orta Asiyadan Avropaya qədər məsafəni 3000 km qısaldır və layihənin həyata keçirilməsini nəqliyyat daşımalarını, ardınca isə regional turizmi inkişaf etdirəcəkdir.

Belə ki, adlarını göstərdiyimiz bütün bu layihələr, əməkdaşlıq perspektivləri və mövcud durumu əks etdirən faktlar ölkəmizin xarici ticarət siyasətinə və mili mənafelərinə zidd olmamaq şərtilə ixrac potensialının istifadəsi və onun genişləndirilməsi probleminin həllinə müsbət təsir göstərəcəkdir. Belə ki, sadaladığımız əlaqələr fəslin əvvəlində ixracın stimullaşdırılması yolunda göstərilən əsas istiqamətlərin yerinə yetirilməsini təmin edir. Respublikamızın ölkəmizin adları çəkilən təşkilatlar, birliklər və ora daxil olan ölkələrlə qarşılıqlı münasibətlərinin əsasında elmi-texniki əməkdaşlıq qarşılıqlı gömrük güzəştlərinin tətbiqi, müxtəlif sosial və iqtisadi layihələrin yerinə yetirilməsi üçün məqsədli investisiya proqramlarının hazırlanması və müxtəlif inteqrasiya birlikləri ilə birgə azad iqtisadi zonaların yaradılması və beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinə qoşularaq bundan ölkə ixracı və eləcə də xarici ticarətinin inkişafı istiqamətində istifadə etmək durur.

Azərbaycanın ixracının əsas hissəsini təşkil edən neft faktoru ölkəmizin dünyanın ən İEÖ-i ilə əlaqələrini genişləndirmiş və bununla da onun dünya miqyasında nüfuzunun artmasına səbəb olmuşdur. Bu isə sonda, digər ixrac məhsullarımızın həmin ölkələrin marağına səbəb olmasına kömək etmişdir.

3.2 Qeyri-neft sektorunda ixrac potensialından istifadənin prioritet istiqamətləri

Azərbaycanın regional inkişafinın əsas prioritetlərindən biri də məhz ölkənin qeyri-neft sektoruna diqqətin xeyli artırılmasından ibarətdir. Belə ki, dövlət başçısı İlham Əliyevin müvafiq fərmanları ilə qəbul olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında ölkənin ayrı-ayrı regionlarında qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərə geniş yer ayrılıb.

I regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi Azərbaycanın davamlı və tarazlı inkişafının xeyli sürətlənməsinə səbəb olub. Belə ki, proqramın icrası ölkədə işgüzarlığa və təşəbbüskarlığa geniş meydan açmış, regionlarda yeni iş yerlərinin yaradılmasına əlverişli imkan yaradıb.

Respublikamızın neft-qaz ehtiyatlarından əldə olunan gəlirlərin qeyri-neft sahələrinin inkişafına yönəldilməsi artıq öz müsbət nəticələrini verməkdədir. Təkcə onu demək kifayətdir ki, 2011-ci ilin birinci yarısında Respublikamızda qeyri-neft sektorunun artım səviyyəsi 7,2 faizə çatıb.

Bu amili Prezident İlham Əliyev belə ifadə edir: “Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində, son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin təqribən 2 il yarım bundan əvvəl qəbul etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”da qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etmək lazıımdır ki, adıçəkilən sənəddə xüsusi olaraq qeyd olunur ki, müvafiq iqtisadi mexanizmlərin tətbiqi Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsinə və ixracyönümlü məhsulların istehsalının sürətləndirilməsinə səbəb olacaq.

Sənəddə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanın ixrac potensialının inkişaf etdirilməsinə, yerli məhsulların xarici bazarlara çıxarılmasına və bunun üçün əlverişli şəraitin yaradılmasına, eləcə də, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsinə diqqətin daha da artırılması nəzərdə tutulur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanıldığı ötən iki il yarım ərzində ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, cari ilin ilk yarısında hesabat dövründə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına qeyri-neft sektorunun inkişafı ilə bağlı 823 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 71 milyon 939 min 500 manat məbləğində güzəştli kredit ayrılıb. Həmin layihələr hesabına isə 3495 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev ölkənin ayrı-ayrı regionlarında yeni istehsal və emal müəssisələrinin yaradılmasına hər cür dəstək verəcəyini dəfələrlə bəyan edib. Belə ki, bunun nəticəsidir ki, son illər yerlərdə yaradılan yeni tipli müəssisələrin sayı xeyli artıb.

Respublikamızda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə dünya ölkələri ilə əməkdaşlıq sahəsində də mühüm tədbirlər reallaşdırılır. 2011-ci il yanvar ayının 16-dan 18-dək ABŞ-ın San-Fransisko şəhərində bu ölkənin Özəl Qida Ticarəti üçün Milli Assosiasiyasının təşkilatçılığı ilə keçirilən qida sərgisində Azərbaycanın 6 şirkəti (“Azərsun Holdinq”, “AZNAR” MMC, “M-Pro”MMC, Babək “Sirab” ASC, “Badamlı” MMC və “Hacı Camalxan” KFT) öz məhsullarını nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, dünyanın 35 ölkəsindən 1300 istehsalçının qatıldığı ənənəvi qida sərgisində ölkəmizin investisiya və biznes imkanları barədə, həmçinin, qida və kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı tədbir iştirakçılarına məlumat verilib, Azərbaycanla əməkdaşlıqda marağı olan tərəflərin nümayəndələri ilə danışıqlar aparılıb.

2014-cü ilin ötən dövrü ərzində Fransa, İspaniya, Rumıniya və Yaponiyanın bir sıra şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib və ölkəmizin investisiya mühiti ilə bağlı onlara lazımi məlumatlar verilib. Hesabat dövründə AZPROMO tərəfindən Azərbaycan, Yunanıstan, Çexiya, Niderland, Almaniya, İordaniya, Latviya, Litva, Macarıstan, Serbiya və Belarusdan olan iş adamları arasında biznes-forumlar keçirilib. Həmin tədbirlərdə ölkəmizdə mövcud biznes mühiti ixrac və investisiya imkanları, eləcə də, həyata keçirilən layihələr haqqında məlumatlar verilib.

2014-cü ilin mart ayında Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO və “Evroconvention Conferences” təşkilatı tərəfindən “Azərbaycan investisiya sammiti” keçirilib. Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Avstriya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən olan 170-dən çox rəsmi şəxs və iş adamı, həmçinin, 45-ə yaxın investorun iştirak etdiyi tədbir də ölkəmizin qeyri-neft sektorunun imkanları ilə tanışlıq, eləcə də, əməkdaşlığın gələcək perspektivlərini nəzərdən keçirmək baxımından faydalı olub.

Belə ki, bu ilin iyun ayında Brüssel şəhərində keçirilən biznes forumu çərçivəsində “Azərbaycan: biznes və investisiya mühiti haqqında” ölkə təqdimatı edilmişdir. Tədbirdə Azərbaycana biznes maraqlarının artırılması məqsədilə kənd təsərrüfatı, qida sənayesi və turizm sahələrində fəaliyyət göstərən 229 xarici şirkətə müraciət edilib, onlara Azərbaycanda sözügedən sahələr üzrə investisiya imkanları barədə məlumatlar verilib. Bütövlükdə isə 60 xarici və yerli şirkətin Azərbaycanda tikinti, maliyyə, turizm, ekologiya və sığorta sektorlarında fəaliyyət göstərən yerli şirkətlər, biznes mühiti, investisiya fəaliyyəti ilə bağlı qanunvericilik, prioritet sektorlar, eləcə də, lisenziyaların alınması və şirkət qeydiyyatı haqqında sorğuları cavablandırılıb və müvafiq xidmətlər göstərilib.

Nəhayət Azərbaycanda mühüm qeyri-neft sahələri getdikcə xarici şirkətlərin maraq dairəsinə daxil olur. Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti isə öz növbəsində onları Azərbaycanda daha çox iş görməyə sövq edir. Ölkədə yaradılmış münbit şəraitin nəticəsidir ki, xarici və daxili investisiyaların həcmi getdikcə artır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə