Magistratura məRKƏZİ


Azərbaycanın Respublikasında 2010-2014-cü illərdə ölkə qrupları üzrə ixrac (ixracda ölkə qruplarının xüsusi çəkisi, faizlə)



Yüklə 0,71 Mb.
səhifə4/7
tarix25.05.2018
ölçüsü0,71 Mb.
#45854
1   2   3   4   5   6   7

Azərbaycanın Respublikasında 2010-2014-cü illərdə ölkə qrupları üzrə ixrac (ixracda ölkə qruplarının xüsusi çəkisi, faizlə)


Ölkə qrupları

2010

2011

2012

2013

2014

Müstəqil Dövlətlər Birliyi (MDB)

17,0

20,8

14,6

18,2

3,4

Avropa ittifaqı (Aİ)

54,6

51,7

57,2

27,6

56,5

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

20,7

25,8

20,8

35,9

5,3

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

15,0

19,1

15,3

28,7

3,0

Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM

5,6

5,6

5,1

6,2

1,4

Neft ixrac edən ölkələrin Təşkilatı (OPEK)

8,1

4,5

5,0

14,3

4,1

İslam Konfransı Təşkilatı (İKT)

19,4

20,8

16,2

36,4

6,5

Asiya-Sakit okeanı iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏT)

11,7

13,0

9,9

24,3

23,9

Avropa Azad Ticarət Assosiasiyası (AATA)

0,1

0,1

0,1

0,1

0,2

Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyası (ASEAN)

3,7

2,8

1,1

6,9

3,2

İqtisadi Əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT)

55,5

52,7

63,5

46,9

72,4

Belə ki, qloballaşan dünyada ölkələrin müxtəlif istiqamətli hərbi, iqtisadi, siyasi təşkilatlar ətrafında birləşərək öz mənafelərini, mili maraqlarını müdafiə etmək və iqtisadi inkişafa nail olmağın qlobal səviyyədə həllini tapmaq və onun davamlılığını qorumaq uğrunda fəaliyyəti normal hal hesab olunur. Bu həmin ölkələrin iqtisadi inkişafına, milli təhlükəsizliyinə, iqtisadi təhlükəsizliyinə təminat verən bir addımdır. Ölkəmiz də digər dövlətlər kimi müstəqilliyinin ilk illərindən dünyaya inteqrasiya etmək məqsədilə müxtəlif beynəlxalq təşkilatla əməkdaşlıq etmişdir. Bu isə öz növbəsində ölkəmizin dünya səviyyəsində nüfuzunun artmasına və eyni zamanda iqtisadiyyatımızın inkişaf etdirilməsində xarici iqtisadi əlaqələrin təsirinin qüvvətləndirilməsinə yönəlmiş bir siyasətdir. Cədvəl 2.1.5-dən göründüyü kimi ölkəmizin ixrac strukturunda təhlil etdiyimiz 2010-2014-cü illərin göstəricilərinə görə iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT)-nın və ona daxil olan ölkələr üzrə xüsusi çəkisi digər təşkilatla müqayisədə daha çoxdur. 2014-cü ildə bu göstərici özünün ən yüksək həddinə çatmışdır. Digər tərəfdən Avropa İttifaqı (Aİ) kimi nüfuzlu bir təşkilatla bağlı nəticələrdə əvvəl adını çəkdiyimiz təşkilatla təxminən eyni səviyyədə olmasını qeyd etməyiniz, ölkəmiz üçün çox müsəbt hal hesab olunur deyə bilərik. Belə ki, bu təşkilata üzv olmamağımız heç də bizim həmin təşkilata üzv olan digər ölkələrlə olan iqtisadi əlaqələrimizə mənfi təsir etməmişdir. Digər təşkilatlarla müqayisədə MDB və QDİƏT təşkilatı ilə daha çıx əməkdaşlıq etməyimizə baxmayaraq ixracımızda həmin təşkilatlara üzv ölkələrin xüsusi çəkisi aşağıdır. Bu fakt ölkəmizin ixrac potensialının reallaşdırılması prosesində geriyə atılmış addım kimi qiymətləndirilə bilər. MDB ölkələrinin ölkə ixracında xüsusi çəkisi 2010-cu ildə 2014-cü ilədək 17 %-dən 3,4 %-ə qədər, yəni 13,6 % azalması iqtisadi cəhətdən çox zəif göstəricidir.



Azərbaycanın Respublikasında 2010-2014-cü illərdə ixracın coğrafi quruluşu

(min ABŞ dolları)

Coğrafi regionlar

2010

2011

2012

2013

2014

Cəmi

6315464,0

4347151,2

6372165,0

6058222,3

47756246,3

Avropa

2306025,1

2753991,1

4038249,4

2283383,2

28377430,4

Asiya

1273424,8

1507981,1

2211266,4

3293073,9

11398744,2

Amerika

26970,2

44070,9

106940,8

477613,8

7767238,0

Afrika

8941,7

41091,0

15685,4

1511,3

209846,3

Okeaniya

102,2

17,1

23,0

3640,1

2987,4


Azərbaycanın Respublikasında 2010-2014-cü illərdə ixracın coğrafi quruluşu

(ümumi ixracda xüsusi çəkisi, faizlə)


Coğrafi regionlar

2010

2011

2012

2013

2014

Cəmi

100,0

100,0

100,0

100,0

100,0

Avropa

63,7

63,4

63,4

37,7

59,4

Asiya

35,2

34,7

34,7

54,4

23,9

Amerika

0,7

1,0

1,7

7,9

16,3

Afrika

0,3

0,9

0,2

0,02

0,4

Okeaniya

0,00

0,00

0,00

0,04

0,01

Təhlillər göstərir ki, Respublikamızın ixrac potensialından istifadənin mövcud durumunun qiymətləndirilməsində ixracın coğrafi quruluşunun təhlilinin xüsusi əhəmiyyəti vardır. Ölkəmizin coğrafi mövqeyinin ixrac potensialından istifadəyə göstərmiş olduğu təsiri aydınlaşdıra bilərik. Ölkəmizin ərazisinin yerləşdiyi materikdə onun üzərində kəsişən beynəlxalq nəqliyyat dəhlizlərinin mövcudluğu, güclü dövlətlərin ölkə ərazisində olan təbii və digər resurslara tələbatı, sərhəd və ona yaxın ölkələrin ölkə ixracında istifadə olunan əmtəələrə tələbatı və onu müxtəlif yollarla ödəmək imkanının reallaşdırılması coğrafi mövqe faktorunun güclənməsinə səbəb olur.

Belə ki, xüsusi çəkisinə görə ölkəmiz daha çox Avropa regionu dövlətləri ilə ixrac yönümlü xarici ticarət əlaqələrində olub. Lakin 2006-2008-ci illərdə bu göstəricilər 2006-dan 2007-ə keçdikdə 25,7 % azalmış, 2010-cu ildə yenidən artaraq 59,4 % olmuşdur. Belə ki, bu artım 2006-cı illə müqayisədə aşağı göstəricidir. Asiya ölkələri üzrə ixracımızın xüsusi çəkisinin yüksək olması da nəzərimizdən qaçmamışdır. Digər regionlardan fərqli olaraq Amerika regionu üzrə sonuncu 2010-cu ilin göstəricilərinin digər illərlə müqayisədə artım tempinin yüksəlməsi müsbət haldır. Əlavə bu göstəricilər digər regionlarla müqayisədə yalnız artma istiqamətində inkişaf edir.

Belə ki, Afrika və Okeaniya ölkələri üzrə ixracımızın xüsusi çəkisinin aşağı olmasını ölkəmizin həmin regionlardan uzaqda yerləşməsi və bununla əlaqədar olaraq da iqtisadi əlaqələrimizin zəif inkişaf etməsi ilə izah edə bilərik.

Qeyd etmək lazımdır ki, «Mineral yanacaq, sürtkü yağları, analoci materialları» adlı məhsullar 2010-2014-cü illərdə ümumi ixracda çox yüksək xüsusi çəkiyə malik olmuşlar. Bu göstərici, xüsusilə, özünün ən yüksək həddinə 2014-cü ildə 97,1 % çatmışdır. 7-ci bölmədə yer alan «Maşınlar və nəqliyyat avadanlıqları» adlı məhsullar 2011-ci ildə digər illərdəki göstəricilərlə müqayisədə yüksək həddə çatsa da sonuncu 2014-cü ildə özünün ən aşağı səviyyəsinə 0,4 % enmişdir. 6-cı, 5-ci, 2-ci bölmələrdə yerləşən məhsullar üçün də eyni sözləri deyə bilərik. «O-Yeyinti məhsulları və diri heyvanlar», «1-İçkilər və tütün məmulatları» üzrə ölkəmizin müqayisəli üstünlüyə malik olmasın. Fəsil 1.2 bölmə 2-də qeyd etməyimizdən sonra cədvəldəki məlumatlara əsasən həmin bölmələr üzrə 2014-cü ilin göstəricilərinin digər illərlə müqayisədə ən aşağı səviyyəli göstərici olması çox mənfi iqtisadi göstəricidir. Hətta, «1-İçkilər və tütün» bölməsi üzrə bu göstərici yox, yəni «0» səviyyəsindədir.

Qeyd etmək lazımdır ki, 2010-2014-cü illərdə Azərbaycanda ixrac əməliyyatları zamanı ixrac potensialının elementlərindən olan onun təşkilati strukturu sayılan nəqliyyat sistemindən istifadə nəzərə çarpacaq dərəcədə artmışdır. Bunu dəmiryol və avtomobil nəqliyyatı üzrə ixracın dəyər göstəricilərinin dinamik artımında da görmək olar. Məsələn, 2010-cu ildən 2012-ci ilə qədər avtomobil nəqliyyatı üzrə həyata keçirilən ixrac məhsullarının daşınması əməliyyatlarını xarakterizə edən göstəricilər 303683,1 min ABŞ dolları həcmində və ya 123 % artmışdır.


Azərbaycanın Respublikasında 2010-2014-cü illərdə gömrük idarələri üzrə ixracın quruluşu

(min ABŞ dolları)

Gömrük idarələri

2010

2011

2012

2013

2014

Cəmi

3615464,0

4347151,2

6372165,0

6058222,3

47756246,3

Aksiz Gömrük İdarəsi

77,3

68,5

260,4

-

-

Astara Gömrük İdarəsi

4306,7

13996,9

31597,6

23968,3

22058,0

Avtonəqliyyat Gömrük İdarəsi

282,7

408,9

676,9

967,8

1064,1

Bakı Baş Gömrük İdarəsi

308639,5

508605,9

356716,0

436238,5

634402,6

Balakən Gömrük idarəsi

6126,9

60724,4

26722,4

32061,1

14752,5

Biləsuvar Gömrük İdarəsi

8941,8

7434,0

7278,5

4933,3

2016,2

Culfa Gömrük idarəsi

132,5

110,6










Enerci gömrükxanası

2916506,3

3311452,9

5389961,5

4929584,8

46358547,1

Gəncə Gömrük idarəsi

59096,9

100148,3

143777,3

68271,8

68839,5

Hava nəqliyyatında Baş Gömrük idarəsi

80629,1

34507,8

13928,8

18273,9

18412,5

Xaçmaz Gömrük idarəsi

37127,1

89293,6

86647,4

109714,0

173505,4

Xudafərin Gömrük İdarəsi

9538,4

9205,7

29220,1

148014,0

93888,4

Naxçıvan Beynəlxalq Hava Limanı Gömrük İdarəsi

-

-

3,6

-

0,8

Naxçıvan şəhər Gömrük İdarəsi

-

-

56,4

16393,3

4528,1

Sədərək Gömrük İdarəsi

5014,3

2137,1

1182,9

1091,3

948,5

Sumqayıt Gömrük İdarəsi

145282,5

162882,8

212620,3

205958,6

307249,5

Şirvan Gömrük İdarəsi

17909,4

26666,3

41630,1

35494,6

22580,8

Tovuz Gömrük İdarəsi

412,0

421,2

2072,0

4224,7

5024,6

Yevlax Gömrük İdarəsi

15440,6

19086,3

27812,7

35751,1

28427,7

Cədvəldən gorunduyu kimi 2010-2014-cü illər üzrə Azərbaycanın Gömrük İdarələri üzrə ixracının quruluşu göstəricilərinin təhlili. Ölkəmizdə xarici ticarət əməliyyatlarına daxil olan idxal və ixrac əməliyyatlarına nəzarəti həyata keçirmək üçün gömrük orqanlarının təşkilati strukturuna kifayət qədər geniş təsnifata malik olan idarələr, məntəqələr daxildir. Respublikanın iqtisadi təhlükəsizliyinin təmin edilməsində onların hər birinin öz yeri vardır. İxracın quruluşunun ölkənin gömrük idarələri üzrə təhlili bizə ixrac potensialından istifadənin təşkilati elementləri üzrə təhlilinə imkan verəcək. Belə ki, ixrac potensialından istifadənin ayrı-ayrı regionların timsalında qiymətləndirməyə imkan verəcək. Təbii ki, bu göstəricilər ölkəmizin xarici ölkələrlə ticarət əlaqələrini səciyyələndirən göstəricilərin özləridir. Bu cədvəlin göstəriciləri vasitəsilə ixrac əməliyyatları zamanı yükdaşımalarda üstünlük verilən nəqliyyat vasitələrini də müəyyən etmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Enerci gömrükxanası ixrac əməliyyatlarının ən çox həcminin rəsmiləşdirildiyi gömrük orqanıdır. 2012-ci ildə bu gömrükxana üzrə göstəricilər ən yüksək həddə çatmışdır. Ümumilikdə bu göstərici artıma meyilli inkişaf edir.

Hal-hazırda ixracın quruluşuna görə III yerdə Respublikanın Sumqayıt Gömrük İdarəsidir. Bu gömrük idarəsi üzrə ixrac əməliyyatlarının çox hissəsi reallaşdırılır. Qeyd edək ki, bu göstərici də dinamik artım tempi ilə inkişaf edir. Göstəriciləri görə II yeri əsas gömrük idarəsi olan Bakı, Baş Gömrük İdarəsi tutur. Tovuz Gömrük idarəsi. Culfa Gömrük İdarəsi, Naxçıvan Beynəlxalq Hava Dimanı Gömrük İdarəsi ixracın quruluşunda aşağı göstəricilərlə təmsil olunurlar.



Cədvəl 2.1.11

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə