Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   16   17   18   19   20   21   22   23   24

 

68

ümumi olmasına can atırdı. Bu halda təklif olunurdu ki, dənizdə hər hansı bir neft 



şirkətinin fəaliyyəti üçün yalnız yeni yaradılacaq kollektiv orqan razılıq verməli və 

dənizdəki  neft  yataqlarında  hər  bir  Xəzəryanı  dövlətin  eyni  dərəcədə  payı 

olmalıdır. Belə absurd və buna bənzər təşəbbüslər Rusiya tərəfindən irəli sürülürdü 

və  İran  tərəfi  özünün  siyasi  və  iqtisadi  maraqlarına  uyğun  olaraq  bu  ideyaları 

məmnuniyyətlə dəstəkləyirdi. 

Xəzərin  hüquqi  statusu  məsələsində  rusiyanın  1991-98-ci  illərdə  qeyri-

konstruktiv  təkliflərinə  və  regionda  apardığı  uğursuz  siyasətinə  baxmayaraq, 

Azərbaycanın  bu    məsələdə  beynəlxalq  hüquqlara  əsaslanan  düzgün  və  ardıcıl 

siyasəti çox keçmədən öz bəhrələrini verdi. 

Xəzər  dənizində  perspektivli  neft-qaş  yataqlarının  mənimsənilməsi,  bioloji 

sərvətlərdən  istifadə,  nəqliyyatın  inkişafı  və  getdikcə  kəskinləşən  ekoloji 

problemlər Xəzər dənizinin  hüquqi statusu haqqında  ümumi  konvensiyanın tərtibi 

zəruriyyətini  region  dövlətləri  qarşısında  bütün  aktuallığı  ilə  irəli  sürürdü.  Belə 

konvensiyanın  tərtib  edilməsi  üçün  Xəzəryanı  dövlətlərin  nümayəndələrinin 

iştirakı ilə xüsusi işçi qrupu yaradılmışdır. Bu isə Xəzəryanı ölkələr üçün haqqında 

söhbət  gedən  məsələnin  əhəmiyyətini  əks  etdirir.  İşçi  qrupunun  Xəzəryanı 

ölkələrin  hər  birində  çoxsaylı    iclaslarının  keçirilməsi  mövqelərin  yaxınlaşmasına 

səbəb olmuşsa da, lakin bu, hələ ki tam anlaşmaya gətirib çıxarmamışdır. 

Xəzər  dənizinin  hüquqi  statusunun  müəyyən  edilməsi  üçün  ilk  öncə  bu  su 

hövzəsinin  «Dəniz»  yoxsa  «göl»  olması  barədə  ümumi  razılıq  əldə  olunmalıdır. 

Çox  əfsuslar  ki,  bəzi  Xəzəryanı  ölkələr  öz  geosiyasi  və  iqtisadi  maraqlarını  əsas 

tutaraq  beynəlxalq  hüquq  normalarına  hələ  də  məhəl  qoymur  və  statusun  onlara 

sərf  edən  şəkildə  qəbul  olunması  üçün  region  ölkələrinə  müxtəlif  təzyiqlər 

göstərirlər. Xəzəryanı dövlətlər arasında aparılan  danışıqlarda ölkələrin  mövqeləri 

tədricən  dəyişməkdədir.  Pozitiv  istiqamətdə  dəyişiklik  ilk  öncə  Rusiyanın 

mövqeyində özünü büruzə verir. 

1998-ci  ildə  Rusiya  tərəfi  Volqa  nəqliyyat  xətlərinin  Azərbaycan 

istiqamətində  4  ildən  bəri  davam  edən  blokadasına  son  qoydu.  Rusiyanın  irəli 




 

69

sürdüyü  və  İranın  dəstəklədiyi  dəniz  sahilinin  10,  15  və  hətta  45  millik  ərazi  su 



zonalarına  ayrılması  təklifləri  digər  Xəzəryanı  dövlətlər  tərəfindən  qəbul 

olunmamışdır.  Əks  təqdirdə  aydındır  ki,  qalan  su  akvatoriyası  və  oradakı  təbii 

sərvətlər  ümumi  sayılacaqdı.  Nəzərə  alsaq  ki,  neft-qaz  ehtiyatları  Azərbaycan, 

Qazaxıstan və Türkmənistanın şelf zonalarında yayılmışdır, onda Rusiya və İranın 

bu məsələdə maraqlarının üst-üstə düşməsi təəcüb doğurmur. 

Xəzərin  statusu  ilə  bağlı  Rusiyanın  siyasətinin  zahirən  dəyişməsinə 

baxmayaraq,  mahiyyətcə  onlar  real  vəziyyəti  düzgün  qiymətləndirərək  öz 

maraqlarını  qorumağa  nail  olmuşlar.  Bu,  ilk  növbədə  Xəzər  dənizinin  təkinin 

bölünməsi  haqqında  1998-ci  ildə  Qazaxıstanla  və  2002-ci  ildə  Azərbaycanla 

müvafiq  razılaşmaların  imzalanmasıdır.  Razılaşmaya  əsasən,  Xəzər  dənizinin  dibi 

orta xətt prinsipinə uyğun olaraq bölünmüşdür . 

2004-cü  ilin  sonuna  Rusiyanın  Xəzərin  statusuna  dair  siyasətində  bir  neçə 

məqam çox aydın şəkildə nəzərə çarpır: 

 dənizin təki orta xətt prinsipinə uyğun bölünməli, lakin su hövzəsi ümumi 

olaraq  qalmalıdır.  İmzalanmış  sazişlər  əsasında  Rusiya  Azərbaycanla  və 

Qazaxıstanla dənizin dibini özlərinə aid hissələrdə bölüşdürmüşlər. Su hövzəsi isə 

hələ ki de-fakto ümumi olaraq qalır. Digər Xəzəryanı ölkələr arasında bu məsələdə 

yaranmış anlaşılmazlıqları isə Rusiya sanki müşahidə edir; 

  Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması  məsələsində  və 

dövlətlərarası  əlaqələrin  inkişafını  dəstəkləyən  Rusiya  hələ  ki,  nəticə  etibarilə 

tədbirlər həyata keçirə bilmir; 

  Rusiya  özünün  siyasi  və  iqtisali  maraqları  naminə  Xəzərdə  sualtı 

boruların inşasının əleyhinə çıxış edir.  

Azərbaycan Xəzəryanı regionda yeganə dövlətdir ki, Xəzər dənizinin hüquqi 

statusu  ilə  bağlı  1993-cü  ildən  etibarən  beynəlxalq  hüquq  normalarına  uyğun 

ardıcıl siyasət həyata keçirməkdədir. 

Dənizin  hüquqi  statusu  onun  göl  olmasının  Xəzəryanı  dövlətlər  tərəfindən 

rəsmi  təsdiqini  tələb  edir.  Coğrafiya  aləmində  qəbul  olunmuş  elmi  təsnifata  görə, 



 

70

«Dünya  okeanına  təbii  çıxışı  olmayan  su  hövzəsi»  göl  adlandırılır.  Təəccüblü  də 



olsa,  bəzi  Xəzəryanı  dövlətlər  belə  danılmaz  faktı  inkar  edərək  Xəzərə  qapalı 

dəniz,  daxili  su  hövzəsi  və  digər  adlar  verməklə  onun  hüquqi  statusunu  öz 

mənafelərinə uyğun formalaşdırmaq niyyətində idilər. Baş verən sonrakı proseslər 

göstərdi ki, bu cəhdlər uğursuz olmuşdur. 

Qonşu  dövlətlərin  siyasi  təzyiqlərinin  artdığı  bir  məqamda  Azərbaycan 

mütəxəssislərinin  müxtəlif  səviyyəli  müşavirələrdə  bu  məsələ  ilə  bağlı 

mövqeyimizi  lazım  gələrsə,  Beynəlxalq  Məhkəmə  səviyyəsində  müdafiə  etməyə 

hazır  olmağımız  haqda  bəyanatları  öz  bəhrəsini  verdi.  Belə  ki,  Rusiya  və  İran 

tərəfləri  bu  məsələnin  yalnız  Xəzəryanı  dövlətlər  arasında  müzakirə  edilməsi 

təklifini  irəli  sürməyə  başladılar.  Rusiya  və  İran  yaxşı  bilirlər  ki,  Xəzərin  hüquqi 

statusunun  beynəlxalq  səviyyədə  həll  olunması  onlara  sərfəli  deyil.  Ona  görə    də 

sözügedən  dövlətlər  digər  xarici  ölkələrin  bu  məsələnin  həlli  prosesinə 

qarışmasının əleyhinədirlər. 

2002-ci  ildə  Azərbaycanla  Rusiya  arasında  Xəzərin  dibinin  orta  xətt 

prinsipinə  uyğun  olaraq  sektorlara  bölünməsi  razılaşdırıldı.  Bu  razılaşma  Xəzərin 

sektorlara  bölünməsi  kimi  çox  mühüm  və  mürəkkəb  bir  problemin  həlli 

istiqamətində atılmış ilk uğurlu addım sayılmalıdır. Lakin, bununla belə, bağlanmış 

müqavilədə  dənizin  su  akvatoriyasının  bölünməsi  məsələsi  həll  edilməmişdir.  Bu 

məsələdə  tərəflər  arasında  fikir  ayrılığı  vardır.  Belə  ki,  Azərbaycan  tərəfinin 

fikrincə, Xəzərin dibi sektorlara bölündüyü kimi, su hövzəsi də eyni dərəcədə orta 

xətt  üzrə  bölünməlidir.  Ölkələraarası  danışıqlarda  qarşılıqlı  kompromislər 

müqavilələrin  müvəffəqiyyətlə  həyata  keçirilməsinə  şərait  yaradır.  Odur  ki, 

zənnimizcə,  Azərbaycan  tərəfi  müəyyən  kompromisə  gedərək  su  hövzəsinin 

ümumi olması prinsipi ilə gələcəkdə razılaşacaq 

Azərbaycan  dənizdə  hər  dörd  Xəzəryanı  dövlətlə  həmsərhəd  olduğu  üçün 

Xəzərin  hüquqi  statusunun  kompromis  əsasında  qəbul  edilməsi  xüsusi  əhəmiyyət 

kəsb edir. Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan dənizdə hər 

bir 


həmsərhəd 

ölkə 


ilə 

öz 


mövqeyini 

ayrı-ayrılıqda 

razılaşdırmaq 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə