Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   16   17   18   19   20   21   22   23   24

 

65

Fikrimizcə,  «ÇƏRÇİVƏ  KONVENSİYASI»nın  «Xəzər  dənizinin  dəniz 



təsirinin  qiymətləndirilməsi»  və  «Monitorinq»  maddələri  xüsusi  maraq  doğurur. 

Birinci  maddəyə  əsasən  «Xəzər  dəniz  mühitinə  xeyli  mənfi  təsir  göstərə  biləcək 

hər  hansı  planlaşdırılan  fəaliyyətin  təsirini  qiymətləndirmək  qaydalarının  tətbiqi 

üçün  bütün  zəruri  tədbirlərin  həyata  keçirilməsi»  nəzərdə  tutulur.  İkinci  maddəyə 

əsasən  isə  «Tərəflər  Xəzər  dənizinin  dəniz  mühitinin  vəziyyətinin  müvafiq 

müstəqil  və  yaxud  birgə  monitorinq  proqramlarının  yaradılması  və  həyata 

keçirilməsi üçün səy göstərirlər». 

Ümumiyyətlə,  37  maddədən  ibarət  «ÇƏRÇİVƏ  KONVENSİYASI» 

Xəzəryanı  dövlətlər  arasında  Xəzər  dənizinin  mühafizəsi  ilə  bağlı  ilk  iri  anlaşma 

sənədi  kimi  əməkdaşlığın  inkişafı  üçün  əlverişli  şərait  yaradır.  Belə  ki,  Xəzər 

dənizinin  hüquqi  statusu  haqqındakı  yaranmış  mövcud  anlaşılmazlığın  aradan 

qaldırılmasında  «ÇƏRÇİVƏ  KONVENSİYASI»nın  bəzi  müddəalarından  istifadə 

etmək məqsədəuyğun hesab oluna bilər. 

«ÇƏRÇİVƏ  KONVENSİYASI»  və  buna  bənzər  digər  beynəlxalq 

razılaşmalara  əməl  olunması  üçün  Xəzəryanı  dövlətlərin  hər  biri  ayrılıqda  Xəzər 

dənizinin və ətraf  mühitin mühafizəsi ilə bağlı ölkə daxili  müvafiq qanunlar qəbul 

etməlidir.  Yalnız  bu  halda  Xəzər  regionunun  mühafizəsinə  dair  dövlətlərarası 

anlaşmanın real nəticələri olar. 

2006-cı  il  aprelin  4-ündə  «ÇƏRÇİVƏ  KONVENSİYASI»    Milli  Məclisdə 

ratifikasiya  olunmuş  və  Azərbaycan  Respublikası    Prezidenti  tərəfindən  təsdiq 

edilərək  aprelin  18-dən  qüvvəyə  minmişdir.  Beləliklə,  Xəzəryanı  dövlətlər 

tərəfindən  «ÇƏRÇİVƏ  KONVENSİYASI»nın  ratifikasiya  olunması,  regionda 

dövlətlərarası anlaşmanın əldə edilməsində ilk uğurlu addım hesab oluna bilər. 

Xəzər dənizinin nadir ekosistem olduğunu və onun mühafizəsinin vacibliyini 

nəzərə  alaraq  Avropa  İttiafaqı  və  iri  beynəlxalq  maliyyə  qurumlarının  dəstəyi  ilə 

1995-ci  ildə  «Xəzər  ekoloji  proqramı»  həyata  keçirilməyə  başlandı.  Proqramın 

reallaşdırılması  üçün  Xəzəryanı  ölkələrin  müvafiq  dövlət  və  qeyri-dövlət 

təşkilatları işə cəlb olunmuşlar. 




 

66

Xəzər  regionunda  dayanıqlı  inkişaf  üçün  şərait  yaradan  və  ətraf  mühitin 



mühafizəsinə  dəstək  verən  bu  proqram  Xəzər  dənizinin  ümumi  problemlərinə  aid 

layihələrlə yanaşı, hər bir sahilyanı bölgə üçün də kiçik layihələr həyata keçirir. 

Artıq  9  aprel  1999-cu  ildə  Azərbaycan  Respublikasının  «Ətraf  mühitlə 

məsələlərdə məlumatın əldə edilməsi, qəbul olunan qərarlarda ictimaiyyətin iştirakı 

və  ədalət  məhkəməsinin  açıq  keçirilməsi  haqqında»  BMT-nin  müvafiq 

konvensiyasına  qoşulması  barədə  Azərbaycan  Respublikasının  qanunu  qəbul 

olunmuşdur.  Bu  qanun  ekoloji  vəziyyətlə  bağlı  ictimaiyyəti  narahat  edən  lazımi 

məlumatların əldə edilməsinə şərait yaradır.  

Xəzər dənizinin mühafizəsinə gəlincə, Xəzəryanı dövlətlərin arasında razılıq 

əldə  edilməsi  üçün  ilk  öncə  Xəzərin  hüquqi  statusu  məsələsi  həll  olunmalıdır. 

Lakin  bu  vaxta  qədər  hələ  də  hər  bir  Xəzəryanı  dövlət  dənizin  mühafizəsi 

istiqamətində  özlərinin  milli  proqramlarını  tərtib  edir.  Belə  ki,  Azərbaycanda 

«neftin  axıdılmasının  qarşısının  alınması  üçün  milli  fəaliyyət  planı»  tərtib 

olunmuşdur.  Qazaxıstanda  isə  2004-2015  illər  ərzində  «Ekoloji  təhlükəsizlik 

konsepsiyası» artıq həyata keçirilməkdədir. 

Bütün  bunlarla  yanaşı  daha  çox  mənimsənilmiş  ərazilərdə  ekoloji  vəziyyət 

ağır olaraq qalır. Məsələn, Abşeronda 33,3 min hektar sahə tullantılar altındadır və 

6,2  min  hektar  çirkab  sulardan  yaranmış  göllərdir.  Təbii  ki,  belə  vəziyyəti  aradan 

qaldırmaq üçün ardıcıl olaraq müvafiq bərpaedici tədbirlər həyata keçirilməlidir. 

İranda  iri  şəhərlərdə  də  ekoloji  gərginlik  mövcuddur.  Belə  vəziyyəti  nəinki 

Tehran  şəhərində,  hətta  Xəzəryanı  Rəşt  şəhərində  də  müşahidə  etmək  olar.  Bu 

istiqamətdə  əldə  olunmuş  razılaşmalar  bir  tərəfdən  ekoloji  gərginliyin  aradan 

qaldırılması  üçün  şərait  yaradacaq,  digər  tərəfdənsə  Xəzəryanı  ölkələr  arasında 

əməkdaşlığın inkişaf etməsinə birbaşa təsir göstərəcəkdir. 

Azərbaycan  təbii  sərvətlərin  səmərəli  istifadəsi  və  ətraf  mühitin  mühafizəsi 

ilə  bağlı  bir  çox  beynəlxalq  konvensiyaları  qəbul  etmişdir.  Onlardan  Xəzər 

dənizinin problemləri ilə bağlı daha əhəmiyyətli olanlar aşağıdakılardır: 

 «Bioloji müxtəliflik haqqında» konvensiya; 



 

67

  «Transsərhəd  su  axınlarının  və  beynəlxalq  göllərin  istifadəsi  və 

mühafizəsi haqqında» konvensiya; 

  «Yox  olma  və  təhlükə  altında  olan  nadir  fauna  və  flora  növlərinin  

beynəlxalq ticarəti haqqında» konvensiya; 



 «Quraqlıq və səhralaşma ilə mübarizə haqqında» BMT-nin konvensiyası; 

 «Cəmilərdən çirklənmənin qarşısının alınmasına dair» konvensiya; 

  Beynəlxalq  əhəmiyyətli  su-bataqlıq  sahələri  haqqında»  YUNESKO-nun 

konvensiyası. 

Azərbaycanın  yuxarıda  sadaladıqlarımızla  yanaşı,  digər  beynəlxalq 

konvensiyalara qoşulması və ölkə daxilində ətraf mühitlə bağlı 20-yə yaxın qanun 

qəbul  etməsi  çox  əhəmiyyətli  məsələdir.  Bu  qanunların  təxminən  yarısının  Xəzər 

dənizinin  və  onu  əhatə  edən  ərazilərin  problemlərinə  birbaşa  aidiyyəti  var.  Qəbul 

olunmuş  qanunlardan  Xəzər  dənizi  üçün  ən  vacibləri  aşağıdakılar  hesab  oluna 

bilər: 


1. Ətraf mühitin mühafizəsi haqqında qanun (08.06.1999). 

2. Ekoloji təhlükəsizlik haqqında qanun (08.06.1999). 

3. Yeraltı sərvətlər haqqında qanun (13.02.1998). 

4. Balıqçılıq haqqında qanun (27.03.1998). 

Xəzəryanı  ölkələr  regionda  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  əməkdaşlığı 

bir neçə vacib istiqamətdə aparırlar. Bunlardan ən əsasları aşağıdakılardır: 



 balıq ehtiyatlarının istifadəsi və mühafizəsi; 

 neft-qaz ehtiyatlarının istifadəsi və mühafizəsi; 

 nəqliyyat-iqtisadi əlaqələrin inkişafı; 

 rekreasiya ehtiyatlarının inkişafı; 

  dənizə  axıdılan  çirkab  sularının  və  başqa  tullantıların    azaldılması 

istiqamətində birgə əməkdaşlıqı. 

1991-ci ilin dekabr ayından başlayaraq Rusiya Xəzərdə öz nüfuzunu və təsir 

imkanlarını  əldə  saxlamaq  məqsədi  ilə  müxtəlif  təkliflər  irəli  sürür  (10,  15,  45 

mililik dəniz sahili akvatoriyasında müstəqil hüquqların təmin edilməsi) və dənizin 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə