Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   16   17   18   19   20   21   22   23   24

 

59

otarılması  nəticəsində  bitki  örtüyü  xeyli  seyrəkləşmiş,  hərəkət  edən  qum  sahələri 



əmələ gəlmiş və beləliklə, səhralaşmış ərazilər yaranmışdır. 

Volqa  və  Terek  çayları  arasındakı  sahil  bölgəsində,  əsasən  də  çökəklik 

sahələrində  vaxtaşırı  subasma  prosesləri  baş  verir.  Elə  buna  görədir  ki  sahilyanı 

ərazilərin  torpaqları  öz  münbistliyini  itirmiş  və  bitki  aləmi  xeyli  dərəcədə 

qıtlaşmışdır. 

Sahilyanı  ərazilərin  ayrı-ayrı  sahələrində  əhali  əkinçiliklə  məşğul  olur. 

Quraqlıq yerlərdə suvarılma tətbiq olunduğundan təkrar duzlaşma müşahidə edilir. 

Bu,  daha  çox  suvarma  kanalları  ətrafında  nəzərə  çarpır.  Təkcə  Kalmıkiya 

sahillərində təkrar duzlaşmış torpaqların sahəsi 105 min hektar keçib. 

Səhralaşmanın  daha  qabarıq  şəkildə  özünü  büruzə  verməsi  bitki  aləminin 

deqradasiyasında  əks  olunur.  Quru  çöllərdə  bitki  müxtəlifliyinin  azalması 

heyvandarlığın  intensiv  inkişafı  ilə  əlaqədardır.  Bitki  örtüyünün  qıtlaşması  eyni 

dərəcədə Volqa çayının sol sahillərində və Xəzərin Dağıstan sahilində də müşahidə 

olunur.  Burada  sahələrin  bəzi  yerlərində  torpağın  şumlanmasına  baxmayaraq, 

əkinçiliyin  inkişaf  etdirmək  yenə  də  mümkün  deyil.  Azərbaycanın  sahilyanı 

əraziləri  şimaldan  Qusar-Dəvəçi  öndağ  çökəkliyindən  başlanır.  Samur,  Qusarçay 

və  Qudyalçay  kimi  iri  çaylar  məhz  bu  sahə  ilə  axaraq  dənizə  tökülür.  Meyvə-

tərəvəzçiliyin  və  heyvandarlığın  inkişafı  həmin  ərazinin  kifayət  qədər 

mənimsənilməsinə dəlalət edir. 

Son  on  il  ərzində  səhralaşma  prosesinin  güclənməsinə  təsir  göstərən 

amillərdən biri də  meşələrin sistemsiz şəkildə qırılmasıdır.  Bütövlükdə  isə Qusar- 

Dəvəçi  çökəkliyində  deqradasiyaya  uğramış  meşə  sahələri  mövcuddur.  Meşə 

sahələrinin azalması yeni əkin sahələrinin təşkili üçün əlverişli imkan yaratmışdır. 

Lakin  təbii  şəraitin  dəyişməsi  səhralaşmanın  sahilyanı  ərazilərdə  genişlənməsində 

təkanverici rol oynaya bilər. 

Beşbarmaq dağından başlayaraq Pirsaatçaya qədər sahilyanı ərazilərdə quru 

çöl  və səhralaşmış sahələr  göz  işlədikcə  uzanıb  gedir.  Bu bölgədə  meşə zolağının 

yox  olmasına  uzun  illər  insanların  heyvandarlığı  və  əkinçiliyi  inkişaf  etdirmələri 




 

60

səbəb  olmuşdur.  Şübhəsiz,  kəskin  dəyişən  relyef  sahələrində  su  eroziyası  yaxşı 



torpaqların  münbitliyinin  azalmasına  və  səhralaşan  bölgələrin  formalaşmasına 

zəmin yaradır. 

Sumqayıt  çayından  cənubda  Abşeron  yarımadasının  mərkəzi  hissəsində 

Qobustan  çölləri  yerləşir.  Buradan  dənizsahili  zonasına  irəlilədikcə  abrazion 

akkumulyativ düzənlik  nəzərə çarpır. Eol  mənşəli qum  dyunları  və təpəcikləri çöl 

sahələrinin  yarımsəhra  landşatfları  ilə  əvəz  olunmasına  şərait  yaradır.  Məhz  bu 

zonada çoxsaylı şoran gölməçələr və çuxurlar müşahidə olunur. 

Xəzər  dənizinin  qərb  sahilində  Abşeron  yarımadası  sənayenin  intensiv 

inkişafına  görə  xüsusilə  fərqlənir.  Bu  bölgədə  sahilyanı  ərazilərin  yüksək 

səviyyədə 

mənimsənilməsi 

ətraf 


mühitə 

texnogen 

təsirin 

artması 


ilə 

nəticələnmişdir.  Bu  tip  səhralaşma  prosesi  daha  çox  Bakı  şəhəri  ətrafındakı 

ərazilərdə aydın görünməkdədir. 

Bir  tərəfdən  daş  karxanalarının  (Qaradağ  və  Şüvəlan)  istismarı,  digər 

tərəfdənsə  neft  mədənlərinin  kifayət  qədər  geniş  ərazidə  yayılması  səhralaşmış 

bölgələrin əmələ gəlməsinə səbəb olmuşdur. Belə ərazilərin ümumi sahəsi 10 min 

hektardan çoxdur. 

Bütün bunlarla yanaşı, Abşeron və Qobustanda arid iqlim şəraiti yarımsəhra 

və  səhra  areallarının  yayılmasına  əlverişli  şərait  yaradır.  Digər  tərəfdən  çox 

təkrarlanan  isti  cənub  və  bəzən  qasırğaya  çevrilən  soyuq  şimal  küləkləri  eol 

proseslərinin səhralaşan ərazilərdə mühüm rol oynadığını göstərir. 

Səhər ətrafında yaşayan insanlar heyvandarlığa meyl etdiklərindən onsuz da 

qıtlığı  ilə  fərqlənən  yarımsəhra  landşaftlarında  bitki  örtüyü  tamam  məhv  olur. 

Beləliklə, Abşeronda səhralaşan ərazilər daha da genişlənir. 

Xəzər  dənizinin  digər  sahilyanı  bölgələrində  olduğu  kimi,  Azərbaycanın  da 

sahil  zonasında  dənizin  səviyyəsinin  qalxması  bu  sahələrin  bəzi  yerlərdə  suyun 

altında  qalmasına  gətirib  çıxarmışdır.  Eyni  zamanda,  sahilboyu  bir  çox  sahələrdə 

torpaqların  şoranlaşması  müşahidə  olunur.  Bu  proseslər  Kür-Araz  düzənliyinin, 

Cənub-şərqi Şirvanın, Qızılağac körfəzinin, Lənkəran rayonunun sahil zonalarında 



 

61

özünü daha aydın büruzə verir. 



Kür-Araz  ovalığının  və  Qusar-Dəvəçi  çökəkliyinin  sahil  zolağında  qrunt 

sularının səviyyəsi 1-2 metr təşkil edir. Bunun nəticəsində sözügedən bölgələrdəki 

əkin sahələri və otlaqlar şoranlaşmışdır. 

Yüksək  temperatur  rejimi,  atmosfer  yağıntılarının  az  olması  (150-300  mm) 

və  ümumiyyətlə, arid  iqlim şəraiti  Kür-Araz ovalığında yarımsəhra  landşaftlarının 

geniş  yayılmasına  səbəb  olmuşdur.  Mövcud  təbii  şərait  və  üstəlik,  insanların 

təsərrüfat  fəaliyyətləri  və  yarımsəhra  ərazilərin  tədricən  səhralara  çevrilməsinə 

zəmin yaratmışdır. 

İranın  sahilyanı  əraziləri  subtropik  zonada  olduğu  üçün  burada  səhralaşma 

prosesi əsasən antropogen xüsusiyyət daşıyır. İnliyə kimi sahil zonasının təxminən 

1/3-i səhralaşma prosesinin təsirinə məruz qalmışdır. Bu sahə başlıca olaraq sahilin 

cənub-qərb hissəsini əhatə edir. Türkmənistanla həmsərhəd bölgədə iqlim quraqlıq 

olduğu  üçün  səhralaşma  prosesinin  sürətini  artırır.  Bütün  bunlarla  yanaşı,  İran 

sahilində  əhalinin  yüksək  sıxlığı  və  bu  ərazilərin  intensiv  mənimsənilməsi 

antropogen səhralaşmanın yayılmasında çox mühüm amil sayılmalıdır. 

Bununla  belə,  bütövlükdə  Əlburus  dağlarının  yamaclarında  cərəyan  edən 

meşəqırma  bitki  örtüyünün  deqradasiyası  ilə  nəticələnmişdir.  Böyük  sahələrdə 

meşələrin  qırılması  bir  tərəfdən  odun  (yanacaq)  problemini  həll  edirsə,  digər 

tərəfdən dəmyə əkinçilik üçün əlavə torpaq deməkdir. 

Nəhayət, sahil xətti boyunca yayılmış çoxsaylı yaşayış məntəqələri ətrafında 

kolluqlar  qırılır  və  həddən  artıq  mal-qara  otarılır.  Nəticəsi  də  bu  olur  ki,  çox 

əlverişli təbii şəraitə malik İran sahillərində səhralaşma prosesi gedir. 

Dağətəyi  rayonlarda  su  eroziyası  daha  intensiv  gedir.  Meşələrin    qırılması 

münbit  torpaq  örtüyünün  yox  olmasına  və  mikroiqlimin  dəyişməsinə  birbaşa  təsir 

göstərir. Belə sahələr sahilyanı ərazilərdə səhralaşmanın inkişaf etdiyi əsas areallar 

hesab oluna bilər. 

İran-Türkmənistan 

sərhəd 


bölgəsinin 

Xəzərsahili 

ərazisində 

də 


nəzərəçarpacaq səhralaşma  prosesi  gedir. Dəniz səviyyəsinin  mütəmadi tərəddüdü 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə