Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

38

kəməri  nisbətən  təhlükəsizdir  və  Xəzər  regionu  neftini  ən  qısa  yolla  Avropa 



bazarına çıxarmağa imkan yaradır. 

Azəri-Çıraq-Günəşli  yataqlarından  yaxın  illərdə  böyük  həcmdə  neftin  hasil 

olunacağını  nəzərə  alaraq  1999-cu  ildə  Azərbaycan,  Türkiyə  və  Gürcüstan  Bakı-

Tbilisi-Ceyhan  marşurutu  üzrə  neft  kəmərinin  inşası  haqda  müqavilə  imzaladılar. 

2006-cı  ildə  işə  salınmış  bu  neft  kəmərinin  uzunluğu  1730  km  təşkil  etmişdir. 

Onun  468  km-i  Azərbaycan  ərazisindən,  225  km  Gürcüstandan  və  1037  km-i 

Türkiyə  ərazisindən  keçərək,  Aralıq  dənizi  sahilindəki  Ceyhan  limanına 

Azərbaycan  neftini  dünya  bazarına  çıxarılması  imkanı  yaratmışdır.  Dəyəri  3,9 

mlrd.  dollara  çatan  bu  kəmər  vasitəsilə  ildə  50  mln.  ton  neft  Aralıq  dənizi 

sahillərinə çatdırılacaq. 

Azərbaycan  tərərəfi  Xəzər  dənizinin  şərq  sahillərindən  böyük  həcmdə  neft 

qəbul edilməsi üçün mövcud infrastrukturda təkmilləşdirmə və yenidənqurma işləri 

aparmaqdadır.  Məlum  olduğu  kimi,  idxal  nefti  qəbul  etmək  üçün  Azərbaycan 

sahilində  üç  Limandan  istifadə  olunur;  bunlardan  ikisi  Səngəçalda,  biri  isə 

Dübəndidə yerləşir. 

Səngəçal  terminalı  Bakıdan  40  km  cənub-qərbdə  yerləşir.  Terminala  neft 

Azəri-Çıraq-Günəşli  yataqlarından  uzunluğu  177  km  olan  sualtı  neft  borusu 

vasitəsilə gətirilir. Hazırda terminalda 4 iri rezervuar (çən) istifadə olunur. Hər bir 

rezervuarın həcmi 500 min barel neft təşkil edir. 

Dəniz yatağının mənimsənilməsinin birinci mərhələsinə uyğun olaraq hərəsi 

800  min  barel  tutan  daha  iki  rezervuarın  tikilməsi  nəzərdə  tutulmuşdur.  Eyni 

zamanda, Azəri yatağından Səngəçal terminalına qədər daha bir sualtı neft kəməri 

salınacaqdır. 

Səngəçal  terminalı  dənizdən  çıxarılan  nefti  topladıqdan  sonra  onu 

paylaşdıracaqdır. Terminala eyni zamanda Şahdəniz yatağından iki boru vasitəsilə 

qaz  və  kondensatın  ötürülməsi  də  nəzərdə  tutulmuşdur.  Səngəçal  terminalında 

böyük  həcmdə  karbohidrogen  xammalı  toplandığı  üçün  ətrat  mühitin  mühafizəsi 

məsələlərinə  xüsusi  fikir  verilir.  İlk  növbədə,  əlbəttə,  terminalın  təhlükəsizliyi 




 

39

təmin edilməlidir və bu iş daim diqqət mərkəzindədir. 



Xəzər regionunda inşa edilən ən əhəmiyyətli boru xətlərindən biri Şahdəniz-

Ərzurum  qaz  kəməridir.  Şahdənizdən  karbohidrogen  xammalının  Türkiyəyə  ixrac 

edilməsi  üçün  2001-ci  ildə  Azərbaycan  və  Türkiyə  arasında  müvafiq  müqavilə 

imzalanmışdır.  Müqaviləyə  əsasən,  Şahdəniz  yatağından  178  mlrd.  m

3

  qaz  və  34 



mln.  ton  qaz  kondensatının  hasili  nəzərdə  tutulmuşdur.  Yəni  yataqdan  ildə  6,6 

mlrd. m


3

 təbii qaz 15 il ərzində Türkiyəyə ixrac olunacaq. 

Şahdəniz layihəsinin həyata keçirilməsi üçün ilkin mərhələdə qoyulacaq 2,3 

mlrd.  ABŞ  dolları  investisiya  bu  yatağın  tam  gücdə  istismar  edilməsinə  imkan 

yaratmışdır. Qaz kəmərinin bu istiqamətdə istismara verilməsi 2006-cı ilin sonunda 

baş tutulmuşdur. 

Şahdəniz-Ərzurum  qaz  kəməri  Azərbaycan  və  Gürcüstan  ərazilərində  inşa 

edilmiş  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinə  paralel  tikilmişdir.  Boru  kəmərinin 

uzunluğu  Azərbaycanda  442  km  olduğu  halda,  Gürcüstanda  248  km  təşkil  edir. 

Boru  kəmərinin  diametri  42  düyümdür.  Türkiyənin  «Botaş»  dövlət  şirkəti 

tərəfindən  maliyyələşdirilən  boru  kəmərinin  dəyəri  900  mln.  ABŞ  dollarıdır. 

Maliyyələşdirmə vəsaitlərinin vaxtlı-vaxtında ayrılması qaz kəmərinin 2006-cı ilin 

sonuna qədər istifadəyə verilməsinə imkan yaratmışdır. 

Şahdəniz-Ərzurum  qaz  kəməri  istismara  verildikdən  sonra  yataqdan  qaz 

hasilatının tədricən artırılması mümkün olmuşdur. Əgər 2007-ci ildə qaz hasilatı 4 

mlrd.  m


3

  ,  2008-ci  ildə  5,8  mlrd.  m

3

  və  2009-cu  ildə  7,3  mlrd.  m



3

-ə  çatmışdır. 

Layihənin  birinci  mərhələsinə  uyğun  olaraq  qaz  hasilatının  həcmi  yalnız  2011-ci 

ildə 8,5 mlrd. m

3

-ə çatdırılmışdır. Ümumiyyətlə, Şahdəniz-Ərzurum qaz kəmərinin 



tam gücü ilə istifadəsi ildə 16 mlrd. m

3

  qazın nəqlini nəzərdə tutur. 



Xəzər  dənizində  neft  daşımaların  gələcəkdə  artmasını  nəzərə  alaraq 

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Rusiyanın Nijni Novqorod şəhərindəki 

«Krasnoye  Sormovo»  zavoduna  4  neftdaşıyan  tankerin  inşasına  sifariş  vermişdir. 

Onlardan  üçü  («Heydər  Əliyev»,  «Babək»  və  «Cəlil  Məmmədquluzadə»)  artıq 




 

40

istifadəyə  verilmişdir.  Orta  hesabla  hər  bir  tanker  ildə  1  mln.  ton  neft  daşımaq 



imkanına malikdir. 

Qazaxıstanın  sahil  ərazilərindən  Rusiyaya  uzanan  əsas  ixrac  neft 

kəmərlərdən  birincisi  Atırau-Samara  kəməri  olmuşdur.  Bu  kəmərlə  ildə  10  mln. 

tona çatdırılmışdır. Qazaxıstanda  neft  hasilatının  intensiv  inkişafı  həm  fəaliyyətdə 

olan  boru  kəmərlərinin  gücünün  artırılmasına  səbəb  olmuşdur,  həm  də  yeni 

kəmərlərin inşasını zəruriləşdirmişdir. 

Qazaxıstanda  çoxvektorlu  boru  kəmərlərinin  inşası  siyasəti  1992-ci  ildə 

Xəzər  boru  kəməri  konsorsiumunun  yaradılması  ilə  başlandı.  Bu  müqavilə 

Qazaxıstan  neftinin  Qara  dənizi  sahillərinə  çıxarılması  məqsədi  ilə  Qazaxıstan, 

Rusiya və Oman hökumətləri arasında imzalanmışdır. 

 

Qazaxıstanın Xəhər dənizi sahilindəki əsas  

neft kəmərləri 

 

İstiqamət 

km 

mln.ton 

Uzen-Jetibay-Aktau 

142 

8 

Uzen-Atırau-Samara 

1300 

15 

Kalamkas-Karajanbaş-Aktau  

62 

15 

Prorfa-Gülsarı 

103 

5 

Tengiz-Atırau-Həştərxan Qroznı  678 

30 

 

2001-ci  ildə  istifadəyə  verilmiş  Tengiz-Novorossiysk  marşrutu  üzrə  Xəzər 



boru  kəməri  konsorsiumu  10  mln.  tondan  çox  neft  ixrac  etmişdir.  Bu  boru 

vasitəsilə 2003-cü ildə dünya bazarına 14,8 mln. ton neft ixrac edilmişdir. 2004-cü 

ildə neft icracı bu istiqamətdə 22,5 mln. tona çatmış və 2006-cı ildə bu göstərici 32 

mln. tona qədər artacaqdır. 

Qazaxıstanın sahil ərazilərindən neft boru kəməri ilə yanaşı, dəniz nəqliyyatı 

vasitəsilə  də  ixrac  edilir.  Bununla  əlaqədar  limanların  fəaliyyətinə  xüsusi 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə