M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   24   25   26   27   28   29   30   31   32

91 
 
 
 
                                                                                                     Cədvəl 5 
Əsas su anbarları 
 
Anbarın  adı 
Çay 
Sahəsi, km
2
-lə 
İstifadəyə verilən il 
Mingəçevir 
Kür 
625,00 
1953 
Ceyranbatan 
Samur 
13,89 
1953 
Nohurqışlaq 
Dəmiraparan 
 
1,96 
1953 
Candargöl 
Kür 
6,3 
1959 
Yekəxana 
Dəvəbatan 
3,7 
1959 
Ağstafaçay 
Ağstafaçay 
6,3 
1959 
Xaçınçay 
Xaçınçay 
1,76 
1963 
Pirsaat 
Pirsaatçay 
2,34 
1964 
Axıncaçay 
Axıncaçay 
0,9 
1965 


92 
 
Bolqarçay 
Bolqarçay 
2,00 
1967 
Araz su qovşağı 
Araz 
145,00 
1970 
Xanbulan 
Bəşəru 
2,74 
1976 
Sərsəng 
Tərtər 
14,2 
1977 
Şəmkir 
Kür 
116,00 
1980 
Viləş 
Viləş 
2,50 
1989 
Varvara 
Kür 
22,50 
1996 
 
Respublikamızın  ən  Böyük  kanalları  (Cədvəl  6)  Samur-Abşeron  (182km), 
Yuxarı  Qarabağ  (172km),  Yuxarı  Şirvan  (122km),  Əzizbəyov  (123km),  Baş  Mil 
(38km),  Tərtərçay  (65km),  Ağstafaçay  (69km)  kanallarıdır.  Qeyd  olunan  kanallar 
Gəncə-Qazax,  Mil,  Muğan,  Salyan,  Şirvan,  Qarabağ,  Samur-Şabran  ovalıqlarını, 
həmçinin  Abşeron  yarımadasının  torpaqlarının  su  ilə  təmin  olunmasında  mühüm 
əhəmiyyət kəsb edirlər. 
1947-ci  il  dekabrın  4-də  Abşeron  yarımadasındakı  torpaqlardan  istifadə 
edərək Bakı və Sumqayıt şəhərlərinin əhalisinin meyvə-tərəvəzə  olan ehtiyaclarını 
ödəmək  məqsədilə  qəbul  olunmuş  qərar  təsdiq  olundu.  Bu  irriqasiya  sisteminin 
yaradılması  ilə  Abşeron  yarımadasındakı  işlər  başa  çatdırılaraq    Samur-Şabran 
kanalı  30  oktyabr  1955-ci  il  tarixində  istifadəyə  verildi.  Kanalın  uzunluğu  1939-
1940-cı illərdə çəkilmiş birinci hissəsi ilə birlikdə 182 kilometrə çatdırıldı. 
Beləliklə,  respublikada  meliorativ  tədbirlərin  həyata  keçirilməsi  məqsədilə 
görülən  işlərin  növbəti  mərhələsi  də  başa  çatdırıldı  və  Abşeron  yarımadasında 
ardıcıl olaraq meliorativ tədbirlərin həyata keçirilməsinin  əsası qoyuldu.  Bundan 
sonra Bakı  ətrafı kəndlərinin torpaqlarından daha səmərəli istifadə etməklə  daha 
geniş ərazilərdə çoxsahəli təsərrüfat sahələri yaradıldı. 
1954-cü  ilin  sentyabrından  yeni  torpaq  sahələrini  istifadəyə  vermək  üçün 
daha  bir  meliorativ    tədbirin  həyata  keçirilməsinə  başlanılmışdır.  Bu  meliorativ 
tədbir  Yuxarı  Şirvan  kanalının  çəkilişindən  ibarət  idi.  Böyük    zəhmət  hesabına 


93 
 
kanalın  Göyçayadək  olan  hissəsi  1958-ci  ilin  iyun  ayının  ortalarında  istismara 
verildi. 
Mingəçevir  su  anbarından  qidalanan  Yuxarı  Şirvan    kanalı  ən  mühüm 
meliorativ  tədbirlərdən  biri  olmaqla  Ucar,  Ağdaş,  Zərdab  və  başqa  rayon 
torpaqlarının suvarılmasında mühüm əhəmiyyət kəsb etdi. 
 
Cədvəl 6 
Suvarma kanalları 
Kanalların adı 
Kanalların mənbəyi 
Uzunluğu, 
km-lə 
İstifadəyə 
verildiyi    il 
Samur-Abşeron 
Samur çayı 
182 
1955 
I növbə 
 
109 
1940 
II növbə 
 
73 
1955 
Yuxarı Qarabağ 
Mingəçevir su anbarı 
175 
1953 
Yuxarı Şirvan 
Mingəçevir su anbarı 
126 
1953 
Baş Mil 
Araz  çayı,  Mil-Muğan  su 
anbarı 
38 
1976 
Baş Muğan 
Araz  çayı  Bəhramtəpə  su 
qovşağı 
37 
1958 
Xanqızı 
Araz çayı 
30 
1929 
Tərtər magistral 
Tərtər çayı su qovşağı 
65 
1974 
Ağstafaçay 
Ağstafaçay su anbarı 
69 
1969 
Türyançay sağ sahil 
Türyançay 
27 
1959 
Rəsularx 
Araz çayı 
28 
1960 
 
Yeni torpaq sahələrinin istifadəyə verilməsi və kənd təsərrüfatının hərtərəfli 
inkişaf etdrilməsi  məqsədi yeni irriqasiya sistemlərinin yaradılması ilə meliorativ 
tədbirlərin    həyata  keçirilməsini  tələb  edirdi.  1950-ci  ildə  Araz  çayı  üzərində 
yaradılan  1959-cu  ildə  tikintisi  tamamlanan,  “Bəhramtəpə”  su  anbarı  da  bu 


94 
 
məqsədlə  yaradılmışdır.  Anbardan  çəkilən  “Baş  Muğan”  və  digər  kanallar 
Biləsuvar,  Sabirabad,  Şirvan,  İmişli  kimi  pambıqçılıq  rayonlarının  torpaqlarından 
daha  geniş  istifadə  edilməsinə  şərait  yaratmaqla  məhsuldarlığın  dəfələrlə  
artmasına səbəb olmuşdur. 
Ümumiyyətlə,  cədvəldən  göründüyü  kimi  irriqasiya  məqsədilə  tikilmiş 
kanallar  Kür-Araz  ovalığında  suvarma  istiqamətində  kənd  təsərrüfatında  istifadə 
ediləcək torpaq sahələrinin genişləndirilməsində, təsərrüfatın hərtərəfli inkişafında 
və topraqların keyfiyyət baxımından  yaxşılaşdırılmasında mühüm əhəmiyyət  kəsb 
etmişdir. 
Əsas su arteriyamız olan Kür və Araz çayları respublikamız ərazisinə  daxil 
olana  qədər  qonşu  ölkələrin  ərazisindən  keçərkən  güclü  çirklənməyə  məruz  qalır. 
Ş.B.Xəlilovun  (2000)  Gürcüstan  Respublikası  Təbiəti  Mühafizə  Komitəsinin 
məlumatlarına əsaslanan  araşdırmalarına görə Kür çayı Axalsixa, Borjomi, Xaşuri, 
Kareli,  Qori,  Kaspi  şəhərlərindən  keçərkən  sutka  ərzində  3  milyon  m
3
  çirkab  su 
qəbul  etməklə,  40  km  məsafədə  Tbilisi  şəhəri  ərazisindən  keçərkən  daha  güclü 
çirklənməyə məruz qalır. 
Gürcüstan  Respublikası  Təbiəti  Mühafizə  Komitəsinin  1989-cu  il 
məlumatlarına  əsasən  Kür  çayında  qəbul  olunmuş  həddən  fenol  300,  neft 
məhsulları 330, xrom 600, sink 13, mis və kadmium 10, azot 8, bağırsaq basilləri 
300 dəfə çoxdur. 
Nəzərə  alsaq  ki,  Gürcüstana  məxsus  “Elektroaparat”,  “Dəzgahqayırma”, 
“Baxtrioni”,  “Kutaisi”,  “Ekran”  aviasiya  zavodu,  avtomobil  parkları, 
xəstəxanaların  çirkab  suları  birbaşa  Kür  çayına  axıdılır,  onda  respublikamızın 
əhalisinin sağlamlıq baxımından gələcək proqnozunu vermək bir o qədər də çətin 
olmaz. 
Kür çayı ətrafında yerləşən müəssisələrin qəzaya uğraması daha təhlükəlidir. 
Bu  baxımdan  Rustavi  şəhərində  “Azot  İstehsalat  Birliyi”nin  1985    və  1987-ci 
illərdə qəzaya uğraması əhalini zəhərlənmə təhlükəsi qarşısında qoymuşdur. Qəza 
külli  miqdarda  çaya  azot  birləşmələrinin  axmasına  və  balıqların  Şəmkir  su 
anbarına qədər kütləvi sürətdə məhv olmasına səbəb olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə