85
hektara tələb olan suyun miqdarında fərq yaradır. Muğan təcrübə stansiyasında
aparılmış elmi – tədqiqat işlərinin nəticələrinə əsasən duz faizinə görə hər hektara
tələb olunan suyun miqdarı Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyası
Hidrotexnika və Meliorasiya İnstitutu (1960) tərəfindən aşağıdakı kimi
müəyyənləşdirilmişdir. (Cədvəl 3).
Cədvəl 3
Duzluluq dərəcəsi, %-lə
Yuma norması, hektara,
m
3
-la
0,3 – 0,6
0,6 – 1,0
1,0 – 2,0
2,0 – 3,0
3,0 – daha çox
2000 – 2500
4000 – 5000
6000 – 7500
8000 – 10000
10000 - 12500
Respublikamızda kənd təsərrüfatının inkişafında əsas yeri tutan Kür çayı
hövzəsi 26,9 km
3
həcmdə su ehtiyatına malikdir. Kür çayının ümumi axımının
ancaq 7,3 km
3
ölkəmiz daxilində formalaşır. Qalan hissəsi qonşu ölkələrdən (19,6
km3) tranzit olaraq daxil olur. Belə olan halda respublikamızda axım həcmi, onun
istifadə səviyyəsi və çirklənmə dərəcəsi bu ölkələrdən asılı qalır.
Kür çayının sularından istifadə əsasən Gürcüstan ərazisindən başlayır
(R.M.Qaşqay, Ş.B.Xəlilovun 2000-ci il tədqiqatlarına görə). Suvarma məqsədilə
Taşis – Kara şəhəri yaxınlığında 14 suvarma kanalı çəkilmiş və bu kanallarla Kür
çayından saniyədə 50 m
3
su götürülərək istifadə olunur. Böyük və Kiçik Liaxvi,
Ksani, Araqvi, Xrami və s. kanallarını da misal göstərmək olar. Qanıx və Qabırrı
çaylarından isə Gürcüstan ərazisində maksimum istifadə bu çayların yayda
Mingəçevir gölünə su çatdıra bilməməsi ilə nəticələnir.
Kür çayının ən çox istifadə olunduğu ərazi Kür – Araz ovalığıdır. Bu quraq
ərazidə su meliorativ tədbirlərin görülməsi məqsədilə irriqasiya sistemlərinin
yaradılması xüsusilə tələb olunurdu. Bu məqsədlə 1953-cü ildə Kür çayı üzərində
dəniz səviyyəsindən 83 metr Boz dağın qarşısı alınmaqla 16 km
3
həcmə malik
86
olan su anbarı yaradıldı. Anbardan suburaxma qabiliyyəti 130 m
3
/san olan Yuxarı
Qarabağ və 78 m
3
/san olan Yuxarı Şirvan kanalları çəkilməklə kifayət qədər Kür –
Araz ovalığında su meliorativ tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur.
Naxçıvan ərazisində su meliorativ tədbirləri həyata keçirmək məqsədilə 1,35
km
3
həcmə malik olan “Araz” su qovşağı tikilib istifadəyə verilmişdir (1970-ci
ildə).
Araz çayının aşağı axınlarında Muğan və Salyan kimi arid sahələrin suya
olan tələbatı da ödənilmir. Bu ehtiyacı ödəmək məqsədilə daha bir su meliorativ
tədbiri həyata keçirilir. Qeyd olunan düzlərin suya olan tələbatını ödəmək
məqsədilə hər il Yuxarı Qarabağ kanalı vasitəsilə Mingəçevir su anbarından Araz
çayı üzərindəki Bəhramtəpə su qovşağına 1,5 km
3
su ötürülür.
Anbarlarla yanaşı suvarma kanallarının çəkilməsi də su meliorativ tədbirlər
sisteminə aid edilir. Hazırda suvarma kanalların ümumi uzunluğu 53 min 500 km-
dən çox, kollektorların uzunluğu isə 26000 km təşkil edir. Mövcud su anbarlarının
ümumi sahəsi 1000 km
2
-dən artıq olmaqla Respublika ərazisinin 1,3%-ni təşkil
edir. Suvarma kanalları və kollektorların tikintisi 1500 km
2
sahənin irriqasiya və
meliorasiya qurğularının altda qalması ilə nəticələnmişdir.
Beləliklə, R.M.Qaşqay və Ş.B.Xəlilovun tədqiqatlarına (2000) əsaslansaq
2500 km
2
, başqa sözlə ərazimizin 3%-ə yaxınının su altda qalaraq kənd
təsərrüfatının dövriyyəsindən həmişəlik çıxmasına səbəb olmuşdur. Nəzərə alsaq
ki, respublikada 15 su anbarının tikintisi də layihələşdirilmişdir. Deməli, aparılan
meliorativ tədbirlər nəticəsində bir sıra torpaqlarımızın da kənd təsərrüfatının
dövrəsindən çıxması gözlənilir.
Relyef baxımından kənd təsərrüfatının inkişafı üçün əlverişli sayılan Kür –
Araz ovalığı respublikanın ən çox şoranlaşmaya məruz qalan sahəsi sayılır. Ovalıq
Azərbaycan ərazisinin 26%-ə yaxın sahəsini tutur. Ovalıq Mingəçevir şəhərindən
cənub – şərq istiqamətdə Xəzər dənizinə qədər 250 km uzanır. Ovalıq Qarabağ,
Mil, Muğan, Salyan və Şirvan düzlərini əhatə edir. Kürün sağ sahilində yerləşən
Muğan, Salyan Qarabağ, Mil, sol sahilində Şirvan düzləri vaxtilə Azərbaycanın
mühüm pambıqçılıq sahələri idi. Pambıq əkin vaxtı suya, yetişən vaxtı isə istiliyə
87
ən çox tələbkar bitkilərdən sayılır. Bu baxımdan suvarılan pambıq sahələrində
suvarma nəticəsində onsuz da səthə yaxın olan qrunt sularının səviyyəsi daha da
qalxmış, nəticədə torpaqlar şoranlaşmaya məruz qalmışdır. Bu gün müxtəlif
dərəcədə şoranlaşmış bu torpaqlarda kollektor – drenaj üsulundan istifadə etməklə
yuma istiqamətində meliorativ tədbirlər aparılmadan əkin sahələrindən arzu
olunacaq qədər məhsul götürülməsi mümkün deyil.
Ovalıqda yeraltı suların relyeflə əlaqədar olaraq axıma malik olmaması
suvarma şəraitində qrunt sularının səviyyəsinin qalxmasına və təkrar şorlaşmaya
səbəb olur. Kür – Araz ovalığında qrunt sularının kimyəvi tərkibi müxtəlif
olduğundan müxtəlif meliorativ tədbirlərin görülməsini tələb edir. Salyan, Muğan,
Şirvan düzləri şiddətli şoranlaşmaya məruz qaldığından daha ciddi yanaşma tələb
etməklə kollektor – drenaj sisteminin yaradılmasını qaçılmaz edir.
Azərbaycanda kollektor – drenaj sisteminin yaradılması 1934 – 1935-ci
illərə təsadüf edir. 1946-cı ildə tikintisi başlayan və 1953-cü ildə tamamlanan
Mingəçevir su anbarı ovalıqda meliorativ tədbirlərin aparılmasına xüsusi təkan
vermişdir. Tikintiyə qədər artıq respublika ərazisində 700 km uzunluğunda
meliorativ tədbir olaraq kollektor – drenaj şəbəkəsi yaradılmışdır. Hazırda Kür –
Araz ovalığı 4000 km-ə yaxın uzunluğa malik kollektor – drenaj sisteminə
malikdir. Kollektor – drenaj şəbəkəsinə yuyularaq tökülən duzlu sular hazırda
güclü suötürən qurğular və stansiyalarda nasoslar vasitəsilə Xəzər dənizinə
axıdılır. Muğan təcrübə stansiyasında aparılmış çoxillik təcrübələr şoranlaşma
nəticəsində sıradan çıxmış torpaqların yuma üsulundan istifadə etməklə meliorativ
tədbirlərin həyata keçirilməsi torpaqların təsərrüfatın dövriyyəsinə qaytarılmasının
mümkün olmasını göstərdi. Təcrübə stansiyasında aparılan tədqiqat işlərinin
nəticəsi olaraq Salyan və Mil düzündə kifayət qədər torpaqlar təsərrüfatın
dövriyyəsinə qaytarıldı.
Kür – Araz ovalığında yuma üsulu ilə şoran torpaqların təsərrüfatın
dövriyyəsinə qaytarmağın əhəmiyyəti nəzərə alınaraq 1948 – 1952-ci illərdə 102
km uzunluğa malik olan Muğan – Salyan kollektorunun tikintisi tamamlandı.
Kollektor adları çəkilən düzlərdə 200 min hektara yaxın torpağın duzlardan
Dostları ilə paylaş: |