M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   24   25   26   27   28   29   30   31   32

95 
 
Deyilənlərlə  yanaşı  Kür  çayı  Ermənistandan  keçməsə  də  onun  suları  ilə 
çirklənməyə məruz qalır. Ermənistanın əlvan metallurgiya, kimya, yüngül sənaye 
mərkəzləri  Spitak,  Kirovakan,  Alaverdi,  Stepanevan  şəhərlərinin  çay  hövzəsində 
yerləşir.  Sənaye  müəssisələrindən  axan  çirkab  sular    Ermənistanın  Debed,  o  isə 
Xrame  çayını  çirkəndirir.  Nəticədə  Xrame  çayını  qəbul  edən  Kür  çayı  təkrar 
çirklənməyə məruz qalır.  
Son  vaxtlar  Mingəçevir  su  anbarının  səthi  üzərində  yay  mövsümündə  yaşıl 
mavi  çalarlı  örtüyün  yaranması  getdikcə  ekoloji  şəraitin  daha  da  gərginləşməsini 
göstərən əlamətlərdən biridir. 
Araz  çayının  (1072  km)  ekoloji  vəziyyəti  gərginliyinə  görə  Kür  çayından 
heç  də  geri  qalmır.  Belə  ki,  İrəvan  və  ona  yaxın  şəhərlərin  məişət  və  sənaye 
tullantıları  Zəngi  (Razdan)  çayına,  bu  çay  vasitəsilə  isə  Araz  çayına  axıdılır.  Bu 
çay vasitəsilə axıdılan çirkab suların illik miqdarı hələ 1980-ci illərdə 210 milyon 
m
3
  təşkil  edirdi.  Arazla  axan  çirklənmiş  su  “Araz”  su  qovşağını  çirkləndirməklə 
balıqların kütləvi qırılmasına səbəb olur. 
Ermənistan ərazisində güclü çirklənməyə məruz qalan çaylarımızdan biri də 
Oxçuçaydır.  Bu  çay  Qafan,  Qacaran  dağ-mədən  sənayesinin  tullantıları  ilə 
çirklənməklə “ölü” çaya çevrilmişdir. Başqa sözlə, canlı aləmdən məhrum olmuş 
çaylar  sırasına  daxil  olmuşdur.  Oxçuçayın  suları  ilə  suvarılan  torpaqlar  da 
zəhərlənməyə  məruz  qalmaqla  kənd  təsərrüfatı  məhsullarının  keyfiyyətinə  mənfi 
təsiri ilə fərqlənir. 
Azərbaycan  Respublikası  əhalinin  suların  çirklənməsi  ilə  əlaqədar  olaraq 
əhalinin  təhlükə  qarşısında  qaldığını  nəzərə  alaraq  Gürcüstan,  Ermənistan, 
həmçinin  beynəlxalq  təşkilatlar  qarşısında  su  ehtiyatlarından  istifadə  edilməsində 
və onun mühafizə edilməsində qanunlara riayət edilməsi məsələsini qaldırmalıdır. 
Göründüyü  kimi,  digər  təbii  komponentlərdə  olduğu  kimi  sularımızın  da 
meliorasiyaya təxirəsalınmaz ehtiyacı vardır. 
 
 


96 
 
III.5. Respublikanın fauna - florasının qorunması və bərpasında 
meliorativ tədbir kimi qoruqların əhəmiyyəti 
Təbii    proses  və  qanunauyğunluqlar  əsasında  yaranaraq  inkişaf  edən təbiət 
ilk dövrlərdə cəmiyyətsiz mövcud olsa da, sonralar insanların yaranması və onların 
mənimsəmə  iqtisadiyyatı  sayəsində  yaşaması  təbii  komponentlərə  mənfi 
istiqamətdə  təsir  etməyin  başlanğıcını  qoymuşdur.  İlk  insanlar  təbiətin  hazır 
məhsullarından  istifadə  etməklə  onların  tədricən  azalmasına,  bəzilərinin  isə  yox 
olmasına  səbəb  olmuşlar.  Bu  gün  də  insanların  hazırladığı  müxtəlif  çeşidli 
məhsullar  təbii  sərvətlərdən  alınır,  onun  tükənməsinə,  yaxşı  halda  azalmasına 
səbəb  olur.  Bu  isə  nəticə  etibarı  ilə  köhnə  problemlərin  daha  da  kəskinləşməsi, 
yenilərinin  yaranmasına  səbəb  olur.  Daha  sonra  bu  problemlərin  aradan 
qaldırılması  üçün  külli  miqdarda  kapital  qoyuluşu  və  səy  tələb  olunur.  Buna 
baxmayaraq  bir  sıra  ölkələr  fauna  və  floranın  qorunması  istiqamətində  görülən 
işlər baxımından qədim tarixə malikdirlər. E.ə. 268  – 232-ci illərdə yaşamış hind 
hökmdarının  boğaz  heyvanlarının,  ingilislərin  isə  şimal  maralları  və  çöl 
donuzlarının ovlanmasını qadağan etmələrini misal göstərmək olar. 
Bu gün heyvanat aləmi ilə yanaşı həm dünya miqyasında, həm də respublika 
səviyyəsində  meşələrin  vəziyyəti  qənaətbəxş  sayıla  bilməz.  1971-ci  il 
məlumatlarına  əsasən  yer  kürəsinin  quru  ərazisinin  29%-i  meşəliklərdən  ibarət 
olmuşdur. Nəzərə alsaq ki, 2000-ci ildə meşə materiallarına tələbat daha iki dəfə 
artacaq göstərilən faiz belə şübhə doğurur. 
Hazırda  Yer  kürəsinin  meşəlik  dərəcəsi  29%  qəbul  edilir.  Rəqəm  kifayət 
qədər  böyük  görsənsə  də,  insanların  meşə  materiallarına  tələbatının  artımı  ilə 
əlaqədar olaraq meşə arealının getdikcə kiçilməsi qaçılmazdır. 
İnsanların  həyat  və  fəaliyyəti,  atmosferin  oksigenlə  tənzimlənməsi, 
insanların sağlamlığı, eroziyanın qarşısının alınması, yeraltı suların, bulaqların və 
s. yaranması baxımından mühüm əhəmiyyət kəsb edən meşələr ölkələr üzrə qeyri – 
bərabər paylanmışdır. Bu rəqəm Avropada 35%,  Kanada və ABŞ-da 39%, Cənubi 
Amerikada  42%,  Yaponiyada  60%  təşkil  etdiyi  halda,  ərəb  ölkələri  təbii  meşə 
massivlərindən məhrum olan ərazilərdən ibarət olmaqla səhralardan ibarətdir. Ona 


97 
 
görə də hər adama düşən meşə sahəsi baxımından ölkələr fərqlidir. Respublikamız 
bu  baxımdan  dünyanın  əksər  ölkələrindən  geri  qalır.  Buna  baxmayaraq  torpaq  – 
iqlim  şəraiti  ölkəmizin  zəngin  bitki  örtüyünə  malik  olmasına  zəmin  yaratmışdır. 
Belə  ki,  Azərbaycan  ərazisində  70%-i  endemik    olan  450-dən  artıq  ağac  və  kol 
cinsləri  inkişaf  tapmışdır.  Meşələrimizin  90%-nin  dağ  yamaclarında  yayılması 
torpaq  qatının  yuyularaq  təsərrüfatın  dövriyyəsindən  çıxmasının  qarşısının 
alınmasında mühüm əhəmiyyət kəsb edir. 
Böyük  və  Kiçik  Qafqazın  işıq  və  rütubətə  tələbatdan  asılı  olaraq  aşağı 
qurşağında  fıstıq,  vələs,  yuxarı  dağ  qurşağında  isə  şərq  palıdı  cinslərindən  ibarət 
meşəliklər  üstünlük  təşkil  edir.  Qoruyucu  və  tənzimləyici  rola  malik  olan 
meşələrimizin  əsas  hissəsi  fıstıq,  ikinci  palıd,  üçüncü  isə  vələs  ağac  cinslərindən 
ibarətdir.  Meşələrin  yuxarı  sərhəddi  antropogen  qüvvələrinin  təsirindən  azalaraq 
əsasən palıd və fıstıq ağac cinslərindən ibarətdir. Göründüyü kimi dağ meşələrinin 
aşağı  sərhəddi  yuxarı  qalxmaqla  yuxarı  sərhəd  antropogen  qüvvələrin  təsirindən 
aşağı  enməkdə  davam  edir.  Bu  halda  təbii  komponentlərin  ilkin  vəziyyətdə 
saxlanılması,  ekoloji  tarazlılığın  pozulmasının  qarşısının  alınması,  pozulmuş 
ərazilərdə  isə  müvazinətin  bərpası  məqsədilə  qoruq  və  yasaqlıqların  yaradılması 
mühüm əhəmiyyət kəsb edir. 
İstər  dağ,  istərsə  də  ümumi  meşə  sahəsinin  10%-ni  təşkil  edən  düzənlik 
meşələrimiz  ekoloji  baxımdan  təhlükə  qarşısında  qalmaqdadır.  Vaxtilə  tuqay 
meşələri  respublikamız  ərazisində  bütün  Kür  çayı  sahilini  Xəzər  dənizi  sahilinə 
qədər  əhatə  etsə  də  hazırda  insanların  təsərrüfat  fəaliyyəti  nəticəsində  müəyyən 
sahələrdə  qalmaqdadır.  Ağstafa,  Yevlax,  Ağcabədi  rayonları  ərazisində  tuqay 
meşələrinin mövcudluğu bu və ya digər dərəcədə öz əksini tapsa da Salyan rayonu 
ərazisində yox dərəcəsindədir. Belə ki, rayon ərazisindən dənizə qədər meşələrdən 
məhrum olan ərazidə keçmiş tuqayın qalıqları olan seyrək söyüd, qovaq ağacları və 
yulğun  kolları  şəklində  öz  əksini  tapır.  Ona  görə  də  digər  sahələrdən  tamamilə 
fərqli  olaraq  burada  tuqay  meşələrini  bərpa  etmək  üçün  ancaq  əkmə  istiqamətdə 
meliorativ tədbirlərin aparılması mümkün sayılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə