M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

73 
 
nəticələnmişdir. Meşə zonasının səciyyəvi heyvanları olan bir çox məməlilərin də 
hazırda kökü kəsilmişdir. 
1950-ci  illərdə    minlərlə  fillərə  malik  olan  Afrika  qitəsində    qiymətli 
sümüyünə  görə  kütləvi  ovlanması  nəticəsində  son  zamanlar  800-ə  yaxın  fil 
qalmışdır. 
Bu gün quşların vəziyyəti də qənaət bəxş sayıla bilməz, onların qorunması 
və bərpa olunması yüksək səviyyədə meliorativ tədbirlərin görülməsini tələb edir. 
İnsanların ovlama ilə yanaşı  təsərrüfat fəaliyyəti onların yaşama arealını kiçiltmiş, 
qida mənbələrini məhdudlaşdırmışdır.  
XVIII  əsrdə  15-20  kq  çəkiyə  malik  olan  və  mao  quşlarının  nəsli  kəsilmiş, 
Havai  adalarında isə  bu günə kimi  40 növ  quşun  adı    ancaq  yazılı  məlumatlarda 
qalmışdır. 
Dünya  okeanının  çirklənməsi  və  balıqların  ovlanma  sürətinin  artımı  bu 
canlılarında meliorativ tədbirlərin aparılmasına ehtiyacı artırır. 
1984-cü  ildə  tərtib  olunmuş  “Qırmızı  kitab”-a  artıq  214  növ  balıq  daxil 
edilmişdir. Meliorativ tədbir  olaraq  balıqçılıq təsərrüfatı yaratmaq, çirklənmənin 
qarşısını almaq, balıq artımını nəzərə almaqla balıq ovunu tənzimləmək kimi işləri 
həyata keçirmək günün aktual probleminə çevrilməlidir. 
Göründüyü  kimi  bütün  dövlətlər  canlı  aləmin  qorunmasında  və  meliorativ 
tədbirlərin  həyata  keçirilməsində  eyni  dərəcədə  məsuliyyət  daşıyırlar.  Bu 
baxımdan qoruqların yaradılması xüsusi əhəmiyət kəsb edir. ABŞ-da, Alyaskada, 
Monqolustanın Qərbi səhrasında , Rusiyada, Altay, Həştərxan, Kandalaşka , İlmen, 
Taymır və s. qoruqlar da meliorativ tədbir məqsədilə yaradılmışdır. 
 
 
 
 
 
 
 


74 
 
III FƏSĠL 
 Azərbaycan Respublikasında meliorasiyanın səviyyəsi  
     
III.1. Respublikada meliorasiya zərurətinin yaranma səbəbləri 
Respublikamızda  müxtəlif  sənaye  sahələrinin  inkişafı  ilə  əlaqədar  olaraq, 
təbii  sərvətlərdən  kortəbii  istifadə,  ekoloji  durum  nəzərə  alınmadan  çirkli  sənaye 
sahələrinin  yerləşdirilməsi,  küləklərin  istiqaməti  nəzərə  alınmadan  (Gəncə, 
Sumqayıt)  müəssisələrin  yerləşdirilməsi,  müəssisələrin  müasir  avadanlıq  və 
təmizləyici  qurğularla  təchiz  edilməməsi  antropogen  qüvvələrin  təbiətə  təsirini 
gücləndirmiş, nəticədə müəyyən ərazilərimizdə texnogen landşaftlar yaranmışdır. 
İnsanın  təsərrüfat  fəaliyyəti  dövründə  su  hövzələrinə  600  milyard  tondan 
yuxarı  çirkli  su  axıdılır,  əkin  sahələrinə  400  mln  ton  gübrə,  4  mln  tondan  artıq 
pestisidlər verilir, atmosferə 25 milyard tona qədər karbon qazı, 1 milyard tondan 
yuxarı  kimyəvi  maddələr  daxil  edIlir.  Beləliklə,  təbii  komponentlər  çirklənir  və 
tədricən sıradan çıxır. Bu problemlərdən respublikamız da kənarda qalmır.  
Neft  çıxarılan  bölgələrimizdə  neftlə,  dağ  –  mədən  sənayesi  inkişaf  edən 
bölgələrimizdə  filiz  tullantıları  ilə  çirklənir,  Kür  –  Araz  ovalığında  isə  torpaqlar 
şoranlaşır.  Bu  problemlərin  yaranmaması  üçün  ilk  növbədə  hər  bir  dövlət  təbii 
sərvətlərdən  səmərəli  istifadə  etməklə  təbiətini  mühafizə  etməli,  onu  gələcək 
nəsillərə ötürməyə borcludur. 
Ölkəmizdə  əsas  ekoloji  problemlər  sənaye  və  kənd təsərrüfatının  daha  çox 
inkişaf etdiyi bölgələrdə yaranmışdır. Xəzər dənizi, Abşeron yarımadası, Cənub – 
Şərqi  Şirvan  və  Muğan  düzləri,  Daşkəsən,  Balakənin  (Filizçay)  çirklənmiş  su 
hövzələri, düzən və dağ meşələri ekoloji problemlər qarşısında durmaqla öz həllini 
gözləyir. 
Meliorativ  tədbirlərin  aparılma  zərurəti  yaranmasının  qarşısını  almaq 
məqsədilə  hər  şeydən  əvvəl  təbii  resurslardan  səmərəli  istifadə  etmək,  onları 
mühafizə  etməklə  ekoloji  problemlər  yaratmamaq  lazımdır.  Bu  gün  Azərbaycan 
Respublikasında digər sahələrdə olduğu kimi atmosfer də ekoloji baxımdan gərgin 


75 
 
olaraq  qalmaqdadır.  Sənaye  müəssisələrinin  gücündən  asılı  olaraq  havaya  atılan 
zərərli maddələrin illik miqdarı bu gün 620 min tondan 2,6 milyon ton arasındadır. 
Respublika Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına 
görə sənaye müəssisələrinin tam gücü ilə işlədiyi dövrdə ölkəmizin hava hövzəsinə 
112  min  ton  toz  hissəciklər,  93  min  ton  kükürd  2  –  oksid,  638  min  ton  karbon 
oksidi,  82  min  ton  azot  oksidi,  1,7  milyon  ton  karbohidrogenlər,  37  min  ton 
müxtəlif tərkibə malik kimyəvi maddələr atılmışdır. Atmosferə atılan tullantıların 
həcminə  görə  Bakı,  Sumqayıt,  Gəncə,  Mingəçevir,  Şirvan  şəhərləri  xüsusilə 
fərqlənir.  Respublika  atmosferinə 2002-ci  ildə  atılan tullantıların  110  min tondan 
çoxu Bakı, 13 min tondan çox Sumqayıt, 2,2 min ton Gəncə, 12 min tondan çox 
Mingəçevir, 20 min tondan çoxu Şirvan şəhərlərinin payına düşür. 
Abşeronda sənaye potensialının 70%-i yerləşməsi ilə əlaqədar olaraq ekoloji 
problemlər  zonasına  aid  edilir.  Respublika  havasına  atılan  tullantıların  2/3 
hissəsindən çoxu bu zonaya düşür. 
Respublikamızın  hava  hövzəsini  qorumaq  və  yaxşılaşdırmaq  məqsədilə 
tullantısız texnologiyaya keçmək, avadanlıqları müasirləri ilə əvəz etmək, yaşıllıq 
zolaqları yaratmaq, bütün müəssisələrdə təmizləyici qurğular yaratmaq kimi işlərin 
aparılması lazımdır. 
Respublikamız  məhdud  şirin  su  ehtiyatına  malikdir.  Ehtiyat  həcminə  görə 
Azərbaycan Gürcüstandan təqribən 8 dəfə, Ermənistandan 2,2 dəfə geri qalır. Qeyd 
etmək  lazımdır  ki,  su  ehtiyatlarımızın  yalnız  30%-i  daxili  su  axınları  hesabına 
yaranır.  Bu  respublika  ərazisinin  böyük  bir  hissəsində  buxarlanmanın  yağıntıdan 
üstün olması ilə əlaqədardır. Çünki, belə təbii şəraitə malik olan ərazilərdə çayların 
formalaşması  mümkün  deyil.  Ancaq  su  anbarlarının  yaradılması  bu 
çatışmamazlığın bir hissəsinin aradan qaldırılmasına şərait yaradır. 
Respublikamızın  ən  böyük  çayı  olan  Kürün  su  balansının  75%-i 
respublikamızdan  kənarda  formalaşır.  Buna  görə  də  onda  yaranan  ekoloji 
problemlər  və  aparılacaq  meliorativ  tədbirlərin  həddi  qonşu  respublikaların 
çirkləndirmə  həddindən  asılıdır.  Belə  ki,  ancaq  Gürcüstanın  Tbilisi,  Rustavi, 
Qardabani  şəhərləri  və  ətraf  məntəqələrdən  ildə  3  milyard  m

çirkab  su  axıdılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə