88
yuyulmasına imkan verdi. Bundan sonra kollektor – drenaj sistemlərinin
yaradılması istiqamətində aparılan işlər daha da gücləndirilərək 1957 – 1964-cü
illər ərzində tikintisi aparılan Baş Şirvan və Mil – Qarabağ kollektorları istismara
verildi. Qeyd olunan kollektorlar bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Pambıqçılığın inkişaf etdirilməsi siyasəti torpaqların duzlardan təmizlənərək
yeni sahələrin təsərrüfatın dövriyyəsinə qaytarılmasını tələb edirdi. Bu məqsədlə
Baş Şirvan kanalının inşası daha da sürətləndirildi və 211 km uzunluğa malik bu
kanal 1956-cı ildə istifadəyə verildi. Bu iş davam etdirilərək 1964 – 1966-cı illər
ərzində Şirvan düzündə 142 km uzunluğunda kollektor – drenaj sistemləri
yaradıldı.
Torpaqların duzlardan yuyulması kimi meliorativ tədbirlərin görülməsində
mühüm əhəmiyyət kəsb edən kollektor – drenaj sisteminin uzunluğu Kür – Araz
ovalığında 1967-ci ildə 5451 km-ə çatdırıldı. Bu 1941 – 1945-ci il müharibəsindən
əvvəl 3-4 sentner pambıq məhsulu verən ərazilərin 25 sentnerdən yuxarı pambıq
verən ərazilərə çevrilməsinə səbəb oldu. Cədvəldən (cədvəl 1) göründüyü kimi
Azərbaycanda kollektor – drenaj sistemi də xüsusi əhəmiyyətə malik bir üsuldur.
Drenaj quyuların qazılması ilə qrunt sularının səviyyəsini aşağı salmaqla
həm şoranlaşmanın qarşısını almaq, həm də meliorativ tədbir olaraq torpaqları
duzlardan təmizləmək mümkün sayılmalıdır. Səthə yaxın qrunt sularının
səviyyəsini aşağı salmaq üçün drenaj quyularından istifadə olunması məsləhətdir.
Bu quyuların qazılması qrunt sularını məqsəddən asılı olaraq istənilən dərinliyə
salmaq olur. Sonradan quyuya yığılmış duzlu suyu nasoslar vasitəsilə çıxarıb
sahələrdən kənarlaşdırmaq mümkün olur. Drenaj quyularının qazılması susızdırma
qabiliyyəti yüksək olan torpaqlarda daha əhəmiyyətlidir. Müşahidələr hər bir
quyunun 20 m
3
-ə qədər debitə malik olduğunu göstərir. Çox vaxt bu quyular
Kaliforniya quyuları adlanır. Əvvəlki hissələrdə qeyd edildiyi kimi bu tip quyular
1918-ci ildə ilk dəfə ABŞ-ın Kaliforniya ştatında qazıldığı üçün belə adlanır. Bu
tipdə qazılmış müasir quyuların hər biri 600 hektara qədər sahəyə xidmət etmək
qabiliyyətinə malikdir. Respublikamızda ilk Kaliforniya quyusu 1952-ci ildə
Muğanın şimal hissəsində qazılmışdır. Digər quyu isə Yevlax rayonu yaxınlığında
89
Qarabağ düzündə tamamlanmışdır. Lakin respublikamızda torpaqların duzlardan
təmizlənməsində kollektor – drenaj üsulundan istifadə edərək meliorativ tədbirlərin
aparılmasına üstünlük verilir.
Kimyəvi meliorasiya istiqamətində aparılan işlər meliorativ tədbir kimi daha
əhəmiyyətlidir. Çünki, kimyəvi meliorasiya torpaqlarda qida maddələrinin
azalmasına yuma meliorasiyasından fərqli olaraq zəmin yaratmır. Şoran və
şorakətli torpaqlarda gipsləmə yolu ilə meliorasiya aparılır. Məqsəd torpağın uducu
kompleksindən natrium kationunu çıxarmaqdan və onu kalsium kationu ilə
əvəzləməkdən ibarətdir. Torpağın gipslənməsi hesabına mexaniki tərkibi təşkil
edən iri hissəciklərin faizlə miqdarını artırmaq və mikroaqreqat tərkibini kifayət
qədər yaxşılaşdırmaq olar. Buna nail olmaq üçün hər hektara 5 – 10 ton arasında
gips vermək lazım gəlir.
Cədvəl 4
Torpağın mikroaqreqat tərkibinə gipsin təsiri (cədvəl C.M.Hüseynova
məxsusdur)
Təcrübənin
sxemi
Dərinlik,
sm-lə
Fraksiyaların miqdarı, %-lə
1-0,25mm 0,25-0,05mm 0,05-0,01mm 0,01-0,005mm
0,005-0,001mm
<0,001mm
Kontrol
0 – 10
10 – 20
0 – 10
10 - 20
0,72
0,68
0,91
0,63
12,95
10,84
12,01
8,64
26,59
25,75
27,25
25,85
13,86
12,17
11,61
19,47
29,21
36,05
36,24
30,15
16,67
14,51
11,98
15,26
Gipsin verilməsi ilə kimyəvi tərkibcə yanaşı şoran və şorakətli torpaqların
su– fiziki xassələrini kifayət qədər dəyişərək sukeçirmə və susaxlama qabiliyyətini
də yaxşılaşdırmaq mümkün sayılır.
III.4 Azərbaycanda irriqasiya sistemlərinin kənd təsərrüfatının
inkiĢafında rolu.
Kür-Araz ovalığının relyefinin fəal temperaturun, illik yağıntının cəminin
öyrənilməsi kənd təsərrüfatının ixtisaslaşmasında mühüm rol oynayır (Şəkil 7).
Ovalıq dünyanın ən çox rütubət və istilik sevən bitkisi olan pambıqçılığın inkişaf
etdirilməsinə perspektivli ərazi sayılır. Lakin ərazinin quraq olması şoran
90
torpaqlarla yanaşı təsərrüfatın hərtərəfli inkişafına maneçilik törədir. Bu problemi
aradan qaldırmaq məqsədilə 1920-ci illərdən sonra respublikamız ərazisində su
anbarları yaradılmağa və kanallar çəkilməyə başlandı. Su problemini aradan
qaldırmaq məqsədilə görülən bu işlər 1941-1945-ci il müharibəsindən sonra daha
geniş vüsət aldı. Məqsəd müharibədən çıxmış ölkənin iqtisadiyyatını yüksəltmək,
əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməkdən ibarət idi.
Kür-Araz ovalığının su ilə təmin olunmasına Mingəçevir kompleksinin
yaradılmasının böyük əhəmiyyəti olmuşdur. 1953-cü ildə Kür çayının Boz dağı
kəsib keçdiyi yerdə yaradılmış bu su anbarı ölkəmizin enerji ilə təmin olunmasında
xüsusi rol oynamaqla bərabər ovalıqda suvarma probleminin həll olunmasına
kömək etdi.
Uzunluğu 75km, maksimal eni 20km, maksimal dərinliyi 75m, suyun
səviyyəsi 36m olduqda sahəsi 625km
2
olan Mingəçevir su anbarı ovalığın suvarma
problemini aradan qaldırmaqla yanaşı Kür çayının tənzimlənməsində və təsərrüfata
vura biləcəyi zərərin qarşısını aldı. Cədvəldə qeyd olunan digər su anbarları da
ölkəmizin su təchizatında mühüm rol oynayırlar (Cədvəl 5).
Kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq 1950-ci ildə qəbul olunmuş
qərara əsasən tikilən Yuxarı Qarabağ kanalının tikintisi 1957-ci ildə başa
çatdırıldı. Kanalın başa çatması suvarma istiqamətində yeni əkin sahələrinin
yaranmasına, həmçinin pambığın məhsuldarlığına müsbət təsirini göstərdi.
Dostları ilə paylaş: |