73
mahiyyəti
bundan ibarətdir ki,
nitq yaradıcılığı prosesinin predmeti
cümlə, söyləm, yaxud mətn yox, bu prosesin özü, vahidi psixoloji
fəaliyyətdir, metodologiyası isə nitq yaratma əməliyyatı statusuna
malikdir.
Bu fikirdəki taftologiyanı nəzərə almasaq belə, predmeti
proses(cümlə,söyləm, mətn yox), vahidi
fəaliyyət, metodologiyası
əməliyyat olan bir nəzəriyyənin dilçiliklə, linqvistika ilə bağlı tədqi-
qat aparmasını ehtimal etmək belə mümkün deyil.
İkinci. Sovet psixologiyasında bütün fəaliyyətlər motivləşmiş
və məqsədyönlüdür. Bunun nitqə şamil olunmasını belə başa düşmək
lazımdır ki, qeyri-dil mahiyyəti daşıyan müəyyən tapşırıq vardır və
dil vasitələrinin köməyi ilə reallaşan nitq fəaliyyəti məhz həmin
tapşırığın həlli məqsədi ilə həyata keçirilir.
Söyləm və mətn ilk
növbədə belə bir tapşırığın həllinə xidmət edən prosesdir və yalnız
bundan sonra həmin tapşırığın həllinin nəticəsi və ya məhsuludur”
1
.
İkinci fərqin izahına “Sovet psixologiyasında bütün fəaliyyət-
lər motivləşmiş və məqsədyönlüdür” - deyə başlayan A.Leontyevin
bu pafosu “Sosialist əməyinə eşq olsun!” şüarı qədər bayağı, məntiq-
siz və utandırıcıdır. Dünyanın heç bir yerində “Kapitalist əməyinə
eşq olsun!” şüarı olmadığı kimi, “motivləşməyən və məqsədyönlü
olmayan fəaliyyət” də nəinki insanda, birhüceyrəli canlı olan amöb-
də, infizor tərlikdə belə yoxdur.
İkinci fərqin izahındakı fikrin davamı V.Humboldtun “Dil ölü
məhsul (Erzeugnes) kimi yox, yaradıcı proses kimi (Erzeugung)
nəzərdən keçirilməlidir… Əsas mahiyyəti baxımından dil həm stabil,
həm də daima dəyişəndir… Dil – fəaliyyətin məhsulu(Ergon) yox,
fəaliyyətin(Energeia) özüdür”
2
fikrinin müəyyən qədər genişləndiri-
lərək yeni redaktədə verilməsindən başqa bir şey deyil. Belə mü-
lahizələr əsasında qurulan nəzəriyyənin həm məntiqiliyi və elmiliyi,
həm də orijinallığı şübhə doğurmaya bilməz.
1
Леоньтев А.А. Эвристический принцип в восприятии, порождении и усвоении речи //
Вопросы психологии 1974, № 5.
2
Гумбольдт В. Избранные труды по языкознанию, М., 1984,с. 69-70.
74
Üçüncü. Bizim üçün prosesin hansı vahidlərdən yarandığının
müəyyənləşdirilməsi
daha vacibdir, nəinki onun məhsulunun hansı
elementlərə parçalamağın mümkünlüyü. Dilin real sistemi dil vahid-
lərinin saxlandığı anbarın daxilən planlaşdırılması yox, bu vahidlərin
mövcudluğunu şərtləndirən fəaliyyət prosesində onların işlək vəziy-
yətdə təşkili və qarşılıqlı əlaqəsidir....
Buradan
dördüncü fərq meydana çıxır. Bütün fəaliyyətlər
kimi nitq fəaliyyəti də məqsəd və hədəflərə uyğun şəkildə təşkil olun-
muşdur. O, özünəməxsus “başlanğıc qüvvəsinə” (kommunikativ mə-
ram), məqsədə yönələn mərhələlər ardıcıllığını təmin edən funksional
bloklar sisteminə və nəhayət, müəyyənləşdirilmiş məqsədə nail olub
son məhsulu əldə etmək üçün sərəncamımızda olan alət və vasitələrə
malikdir. Dil məhz bu alət və vasitədir. Amma indicə haqqında bəhs
edilən funksional bloklar sistemi çərçivəsində biz heç də Xomskinin
və ya Millerin 60-cı illərdə yazdığı əsərlərdə olduğu kimi mütləq
şəkildə alqoritmik qaydalara uyğun şəkildə davranmağa, dəyişməz
əməliyyat sxeminə tabe olmağa məcbur deyilik. İstənilən fəaliyyət, o
cümlədən nitq fəaliyyəti öz mahiyyəti baxımından evristik xüsusiy-
yətə malikdir ...”
1
.
A.Leontyev tərəfindən üçüncü fərq kimi təqdim olunan və
dördüncü fərqin əvvəlində söylənilən mülahizələr, əslində, ikinci
fərqin əlavəsi və dördüncü fərqin son cümləsində verilən əsas fikrə,
yəni “nitq fəaliyyəti öz mahiyyəti baxımından evristik xüsusiyyətə
malikdir” fikrinə keçid mahiyyəti daşıyan tramplindir. “Evristik”
termininin A.Leontyevin özü tərəfindən verilən izahını yada salsaq,
“evristik prinsip subyеkt tərəfindən optimal hеsab olunan nitqyarat-
ma üsulundan istifadə olunmasıdır”
2
və burada L.Şerbanın “bəzən
danışarkən indiyə qədər hеç еşitməmiş оlduğumuz fоrmalardan,
lüğətlərdə оlmayan sözlərdən istifadə еdir...,
tamamilə yеni birləş-
1
Леоньтев А.А. Эвристический принцип в восприятии, порождении и усвоении речи //
Вопросы психологии 1974, № 5.
2
Леонтьев А.А. Психолингвистические единицы и порождение речевого высказыва-
ния. Москва, Наука, 1969, с. 265.
75
mələr yaradırıq
1
” fikrini xatırlatsaq, əlavə izahat və şərhə gərək
qalmadan məlum olur ki, A.Leontyevin bu fikri nə qədər orijinaldır.
O da məlum olur ki, ikinci fərqlə bağlı söylədiyimiz fikirlə heç də
ifrata varmamışıq.
Adının da tələb etdiyi kimi, dilin psixoloji problemləri ilə məş-
ğul olan
psixolinqvistika və ya Azərbaycan dilində desək,
psixoloji
dilçik elminin üçüncü nəsli hesab edilən “Nitq fəaliyyəti nəzəriyyə-
si”nin yaradılması yolunda bir çox tədqiqat və tədqiqatçıların
dilçilik
elmi, o cümlədən də
psixolinqvistika və ya
psixoloji dilçik elmi
isitiqamətində qazandığı uğurların üstündən qələm çəkməyə cəhd
göstərilsə də, əsl elmi həqiqətləri danmağın mümkün olmadığını gö-
rürük. Belə ki, “Nitq fəaliyyəti nəzəriyyəsi”nin digər psixolinqvistik
nəzəriyyələrdən fərqini və üstünlüyünü ciddi-cəhdlə göstərməyə
çalışan A.Leontyev, onun N.İ.Jinkin, A.N.Sokolov, E.F.Tarasov,
N.F.Ufimtseva kimi tərəfdarları və çoxsaylı davamçıları 1) digər
psixolinqvistik nəzəriyyələrdə amansızcasına tənqid etdikləri
“səhvləri” özləri də təkrarlamış, 2) bəzi hallarda metodoloji səhvlərə
yol vermiş və 3) hətta aid olduqları məktəbin psixolinqvistik məktəb
sayılmasını şərtləndirən ən başlıca kriteriyaları pozmaqdan belə
çəkinməmişlər.
§1.15.2. Buradaca qeyd edək ki, A.Leontyevin tədqiqat vahidi
ilə bağlı yuxarıda dedikləri L.Vıqotskiyə istinadən
söylənən fikir
əsasında qismən aydın görünür. Amma sırf onun özünə aid olan
başqa bir şərhdə tamamilə anlaşılmaz və bir qədər də elmilikdən uzaq
şəkildə göstərilir ki, nitq fəaliyyətinin psixolinqvistik vahidlərinin
tam nomenklaturasını vermək mümkün deyil və buna ehtiyac da
yoxdur, vacib olan kriteriyaların müəyyənləşdirilməsi və bu məqsəd-
lə məhdudiyyətlərin qoyulmasıdır. A.Leontyevə görə, birinci məhdu-
diyyət ondan ibarətdir ki, vahidlər əsasında analiz yalnız fəaliyyət
şəklində mövcud olan sistemli obyektlərə tətbiq edilə bilər. İkinci
məhdudiyyət ondan ibarətdir ki, psixolinqvistik
vahidlər bir fazadan
digər fazaya keçidi təmin edən elementar fəaliyyətlərdir və A.Leont-
1
Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград,«Наука», 1974. с. 24.
76
yev onları model vəziyyətləri adlandırır. Psixolinqvistik vahidlərin
müəyyənləşdirilməsi baxımından ən başlıca məhdudiyyəti isə, o, belə
şərh edir: “Biz hansısa abstrakt, yalnız müəyyən şərtlər daxilində işə
düşən statik sistemin (dili
nəzədə tutur – M.B.Əsgərov) quruluşunu
yox, konkret fəaliyyətin strukturunu analiz edirik. Buna görə də nitq
fəaliyyətinin modelləşdirilməsindən danışarkən, məhz hansı
fəaliyyəti nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik”
1
.
“Nitq fəaliyyəti nəzəriyyəsi”nin yaradıcı və tərəfdarları psixo-
linqvistik problemlərə sırf psixoloji mövqedən yanaşanları, o cümlə-
dən də H.Şteyntalı tənqid atəşinə tutsalar da, yuxarıda deyilən fikir-
lərə istinadən onların da eyni mövqedə dayandıqları aydın görünür.
Hətta bu məktəbin aparıcı qüvvələrindən olan E.F.Tarasovun “Nitq
fəaliyyəti nəzəriyyəsi” nitq fəaliyyəti prosesinin
analizinə linqvistik
mövqedən yox, sırf psixoloji mövqedən yanaşır”
2
şəklində açıq etira-
fından sonra əlavə polemika açmağa və ya nəyi isə sübut etməyə
ehtiyac belə qalmir.
§1.15.3. “Nitq fəaliyyəti nəzəriyyəsi”nin ontologiya, obyekt və
predmeti məsələlərini şərh edən E.F.Tarasov yazır: “Artıq qeyd etdi-
yimiz kimi, nitq fəaliyyəti nəzəriyyəsinin tədqiqat predmeti dilin
yaranması, başa düşülməsi və mənimsənilməsi prosesləridir, tədqiqa-
tın vahidi psixoloji proses, nitqin analiz kateqoriyası isə psixoloji
kateqoriyadır, dilçilik kateqoriyası deyil və bu səbəbdən də
fəaliy-
yətin hansı dil elementlərindən ibarət olması əksər hallarda ikinci
dərəcəli məsələdir (kursiv bizimdir – M.Əsgərov).
Nitq söyləmi
(
vıskazıvanie) – kommunikantın qeyri-nitq tapşırığının həllinə xidmət
edən prosesdir; nitq söyləminin funksionallığı, uğurluluğu ekstralin-
qvistik kriteriyalar əsasında müəyyənləşdirilir. Dilin psixolinqvistik
sistemi – müəyyənləşdirilməsi, təsvir olunması və əyani şəkildə nü-
mayiş etdirilməsi asan olan elementlərdən əmələ gələn sistem yox,
onun yaranma, anlaşılma və mənimsənilmə proseslərini reallaşdıran
1
Леонтьев А.А. Психолингвистические единицы и порождение речевого высказыва-
ния. Москва, Наука, 1969, с. 37.
2
Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987, s. 97.