81
§1.16.5 Bu fəsildə nəzərdən keçirilən
məsələlərə və gəlinən
nəticələrə istinadən belə hesab edirik ki, əvvəlki psixolinqvistik mək-
təblərdən fərqli olaraq yalnız psixoloji problemlərin analizinə deyil,
eyni zamanda nitq və ya dil struktur vahidlərinin yaranması, qəbulu
və mənimsənilməsi, nitq vasitəsilə ünsiyyət, ilkin və ikinci dilin
mənimsənilməsi, eləcə də dilin quruluşu və nitq söyləminin strukturu
məsələlərinin həm psixoloji, həm də linqvistik
yöndən analizinə
imkan verən yeni bir dilçilik istiqamətinin və ya psixolinqvistikanın
dördüncü pilləsinin yaradılması vacibdir.
Yeni yaradılan bu istiqamətin göstərilən imkanlara malik
olması üçün onun müvafiq ilkin meyar və apellyativ vahidlərinin,
psixoloji və linqvistik əsaslarının müəyyənləşdirilməsi, işlənib hazır-
lanması tələb olunur.
Linqvistika və psixologiya elmlərinin kəsişmə nöqtəsində
dayanan, əsas müddəaları növbəti fəsillərdə təqdim və şərh olunan,
bu məktəbin və ya istiqamətin “Linqvopsixologiya” və ya “Dilin
psixologiyası” adlandırılmasını məqsədəuyğun hesab edirk.
82
II FƏSİL
DƏRKETMƏ VƏ TƏFƏKKÜRÜN
MEXANİZMİ
§ 2. Bu günə qədər canlı varlıq və təbiət, insan və ətraf mühit,
şüur və gerçəklik, fərd və cəmiyyət arasındakı qarşılıqlı əlaqə, təsir və
münasibət məsələlərinə minlərlə tədqiqat əsəri
həsr olunmuş, qeyd
edilən əlaqə, təsir və münasibətlər müxtəlif istiqamət və aspektlərdən
tədqiq olunmuşdur. Təqdim olunan tədqiqatın bu fəslində insani şüur
və insanın təmasda olduğu gerçəkliklə qarşılıqlı əlaqəsini, təsir və
münasibətlərin bəzi cəhətlərini araşdırmağa cəhd göstərəcəyik.
Burada ümumiyyətlə “şüur və gerçəklik” deyil, məhz “insani şüur və
onun təmasda olduğu gerçəkliklə qarşılıqlı əlaqə, təsir və münasibəti”
deməklə biz tədqiqat obyektimizi qismən konkretləşdirməyə ehtiyac
duyduq. Çünki insandan başqa digər canlı varlıqlarda da ən primitiv
şəkildə olsa belə, şüurun mövcudluğu haqqında müəyyən fikirlər
səslənməkdə, bunun sübutu və təsdiqi ilə bağlı konkret tədqiqatlar
aparılmaqdadır.
Konkret dəlil və əyani sübutların olmaması səbəbi
ilə şüur və
gerçəklik arasındakı qarşılıqlı əlaqə, təsir və münasibətlərin öyrənil-
məsi istiqamətində istər insanlar, istərsə də digər canlılarla bağlı apa-
rılan araşdırmalarda tədqiqatçılar əksərən nəzəri mülahizə və müd-
dəalara, analogiya və funksional bənzərlik prinsiplərinə əsaslanmışlar
Bu tədqiqat əsərində irəli sürülən elmi-nəzəri müddəalar həm
prinsip, həm meyar, həm də əldə edilən nəticələr baxımından əvvəl-
kilərdən fərqlənsə də, etiraf edək ki, tədqiqat boyu biz də müəyyən
nəzəri mülahizə və analogiyalara əsaslanmış, əvvəlki
tədqiqat əsərlə-
rinin bəzi cəhətlərindən yaradıcı şəkildə faydalanmış, sələfimiz hesab
etməkdən qürur duyduğumuz bəzi alimlərin fikirlərini davam və
inkişaf etdirmişik.
Əyanilik məqsədi ilə belə deyə bilərik ki, müasir kompüterlər
insan beyninin ən bəsit texniki modeli hesab oluna bilər. Növündən
83
asılı olmayaraq mətn, şəkil, riyazi məlumat, səs və s. kimi hər cür
informasiya kompüterə daxil edilərkən avtomatik olaraq xüsusi kod-
lara çevrilir və kod şəklində kompüterin yaddaşına “yazılır”. Belə
kodlar kompüterin yaddaşında istənilən qədər qalır. Lazım gəldiyi an
həmin kodlar xüsusi komandalarla “geri çağırılır”
və bu zaman kod-
lar yenidən avtomatik şəkildə ilkin daxil edildiyi mətn, şəkil, riyazi
məlumat, səs və s. formasına düşür (bəzən isə xüsusi komandalarla
onların forması dəyişdirilir).
Obyektiv aləmin insan tərəfindən dərk olunması, dərk olunmuş
məlumatın yadda saxlanması və tələb olunduqda yaddaşdakı çoxsaylı
məlumatlar arasından məhz lazım olanın seçilməsi və ondan müvafiq
şəkildə istifadə edilməsi də təxminən eyni qayda və ardıcıllıqla, başqa
sözlə desək, analoji mərhələ və ya fazalarla baş verir.
Təbii ki, bu günə qədər mövcud olan ən mükəmməl kompü-
terlər belə hərtərəfli imkanları baxımından insan beyni ilə müqayisə
oluna bilməz. Heç bir kompüter insan
beyninin imkan və qabiliyyət-
lərinə, ən başlıcası isə, ilkin komandanı almadan müstəqil fəaliyyət
göstərmək imkanına malik deyildir. Ayrı-ayrı proqramlar üzrə
“ixtisaslaşmış” kompüterlər həyata keçirdiyi əməliyyatlar baxımın-
dan bizi təəccübləndirsə və hətta bəzən heyrətləndirsə də, hal-hazırda
mövcud olan ən müasir, ən mükəmməl “superkompüterlər” belə
insan beyni ilə müqayisədə dəryanın bir damlası kimidir.
Nəzərə almaq lazımdır ki, bu və ya digər məlumatın kompüte-
rin yaddaşına yazdırılması və bu zaman istifadə olunan ən kiçik apel-
lyativ vahidlərin təbiəti, iş prinsipi və yenilənməsi qaydası kiberneti-
ka elminə çoxdan məlumdur. Əks halda,
kompüter icad və istismar
oluna bilməzdi.
Kompüterdən fərqli olaraq hər hansı məlumatın “insanın bey-
ninə yazılması”, bu zaman istifadə olunan ən kiçik apellyativ vahidlə-
rin təbiəti, iş prinsipi və yenilənməsi qaydası isə tam şəkildə elm alə-
minə, hələ ki, məlum deyildir. Qeyd olunanlardan bəziləri haqqında
epizodik xarakterli məlumatlar olsa da, bu günə qədər hələ heç bir
tədqiqatçı, heç bir alim məlumatın “insanın beyninə yazılması” və
84
onun vahidləri, onların yenilənməsi qaydasını eksperiment və ya
təcrübə yolu ilə müəyyən edə bilməmişdir.
Başqa sözlə desək, bu günə qədər heç bir cərrah hər hansı can-
lının beynində əməliyyat apararkən orada xüsusi məlumat bazasına
və ya içərisində ətraf mühitlə bağlı hər hansı informasiya olan zərrə-
ciyə, hüceyrəyə rast gəlməmişdir. Bu günə qədər məlumatın “insanın
beyninə yazılması” zamanı istifadə olunan ən kiçik apellyativ
vahidlərin təbiəti, iş prinsipi və yenilənmə qaydası haqqında yalnız
nəzəri mülahizə və təsəvvürlər
mövcuddur
1
.
Etiraf edək ki, bu tədqiqat çərçivəsində də məlumatın “insanın
beyninə yazılması” və bu zaman istifadə olunan apellyativ vahidlər,
onların təbiəti, iş prinsipi və yenilənməsi qaydası ilə bağlı olaraq, əsas
qismi bu sətirlərin müəllifinə aid olan elmi mülahizə, ehtimal və tə-
səvvürlərə müraciət olunur. Biz bu tədqiqatda verdiyimiz şərhlərlə nə
“transformativ qrammatiklər”, nə də “nitq fəaliyyəti nəzəriyyəçiləri”
kimi psixologiya elmində inqilab etmək niyyətində və ya ambisiya-
sında deyilik. Sadəcə olaraq, dilçilik məsələləri ilə bağlı fikir və
mülahizələrimizə ən çox uyğun gələn yeni bir model təqdim edirik.
Bu modelin psixoloqlar tərəfindən qəbul edilməsi özümüzü
peşəkar psixoloq kimi hiss etməyimizə əsas
verməyəcəyi kimi, bu
modelin psixoloqların bir qismi tərəfindən qəbul edilməməsi də bizi
təqdim etdiyimiz modeldən imtina etməyə məcbur edə bilməz. Çünki
1988-ci ildən bu günə qədər apardığımız sınaq və təcrübələr əsasında
bu modelin heç bir cəhəti ilə mövcud psixoloji modellərdən zəif
olmaması və hətta bəzi cəhətlərinin onlardan daha mükəmməl olması
yoxlanılmışdır.
§ 2.1. Dərketmə və təfəkkürün vahidləri
Hər hansı məlumatın “insanın beyninə yazılması” zamanı isti-
fadə olunan apellyativ vahidlərin iş prinsipinin analizi, əslində, dər-
ketmənin ən primitiv formasının analizinə bərabər götürülə bilər.
1
Nəcəfov M. Bеyin fəaliyyəti və psixi hadisələr. Bakı, 1989, 44-52 s