“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

ümumi xronometraj
ı məhz həmin vaxt üzrə tənzimləməlidir. Məlumat üçün deyək 
ki, x
əbərlərdə  hazırlanan süjetlərin həcmi 1 dəqiqə  30 saniyə  (30 saniyə,  süjetin 
içind
ə gedəcək müsahibə üçün nəzərdə tutulur), xüsusi reportajların xronometrajı 
is
ə 5-7 dəqiqə arasında olur.  
 
5. Xromakey –  ingilis dilind
ə hərfi mənası chroma key – “rəng açarı” deməkdir. 
Xromakeyin texnologiyas
ı  iki və  ya daha çox kadrı  bir kompozisiyada 
c
əmləməkdir. Xromakeyin çəkilişi zamanı aparıcı və ya jurnalist bir rəngdən ibarət 
fon v
ə ya örtük qarşısında dayanaraq çıxış edir. Adətən bu, göy, yaxud yaşıl rəngdə 
olur. Bu cür  ç
əkilişlərdən sonra siz montaj prosesində  aparıcı  və  ya jurnalistin 
arxas
ına istənilən təsviri,  yaxud  şəkli yerləşdirə  bilərsiniz. Müasir  dövrdə  əksər 
verilişlərdə, xüsusən də hava haqqında məlumatları çatdıran xəbərlər buraxılışında 
apar
ıcının arxasında, hətta  önündə  gördüyünüz rənglərdən ibarət  mozaika  və  ya 
maraql
ı təsvirlər qeyri-adi bir şey deyil, xromakey və kompyuter qrafikasının birgə 
m
əhsuludur. Xromakeyin mənfi və müsbət cəhətləri var.   
 
Xromakeyin müsb
ət cəhətləri: 
-  Kadra xüsusi göz
əllik qatmaqla görüntünün cansıxıcı  və  ya quru 
olmas
ının qarşısını alır. 
-  Televiziyaya 
əlavə  xərc və  ciddi  əziyyət vermədən  daha  peşəkar  iş 
ortaya qoymağa, rejissora isə qısa zaman ərzində və daha asan yolla 
öz ideyalar
ını reallaşdırmağa imkan verir. 

Verilişin ümumi gedişinə hərəkət və temp qatır. 
 
Xromakeyin m
ənfi cəhətləri: 

Əgər aparıcının paltarının rəngi xromakey üçün nəzərdə tutulmuş arxa 
fonun r
əngi ilə  eyni  və  ya  oxşardırsa,  kamera  qarşısında dayanan  
şəxsin visual görüntüsü parıldayacaq ki, bu da təsvirin yararsız olması 
anlam
ına gəlir. 


-  N
əzərə alın ki, hər teleoperator və ya işıqçı xromakeydə işləyə bilmir. 
Uğurlu  xromakey  çıxarmaq  üçün  işıq effektlərindən düzgün istifadə 
etm
ək və  çəkiliş  meydançasını  bir tərəfli yox, balanslı  şəkildə 
işıqlandırmaq lazımdır. Kameranın nə dərəcədə düzgün quraşdırılması 
da xromakeyin uğurlu alınmasına bilavasitə təsir edir.      
Əslində,  birbaşa  mənbəyə  müraciət  etsək
 
gör
ərik ki,
 
xromakey sözü 
“xromaki” kimi t
ələffüz  olunmalıdır.  Lakin  rus  dilində  bu söz xromakey kimi 
q
əbul olunduğundan MDB ölkələrinin televiziya dilində də məhz bu cür səslənir.  
Müasir televiziya sistemind
ə  xromakeydən yetərincə  geniş  istifadə  olunur. 
H
ətta kinolarda çətin vizual effektlərin  çəkilişi  zamanı  xromakeydən istifadə 
etm
əmək sadəcə  olaraq  mümkünsüzdür. Odur ki, xromakeyin imkanlarından 
dem
ək olar ki, yalnız peşəkar deyil, həvəskar studiyalar da yararlanır.  
6. Sinxron – müsahib
ə deməkdir. Televiziyada adətən kimdənsə müsahibə almaq 
laz
ım olduqda “müsahibə  götür” söyləmək  əvəzinə  “sinxron al” və  ya “sinxron 
götü
r” deyilir. Başqa sözlə, sinxron kadrda danışan insan anlamını verir. Bu termin 
x
əbərlərin hələ  kinolentə  çəkildiyi zamanlarda yaranıb. Həmin illər müsahibə 
alark
ən görüntü və səs ayrı-ayrı kinolentlərə yazılır, sonradan səs təsvirin üzərinə 
vurulurdu. Bu zaman is
ə  rejissor videogörüntü  ilə  səs arasında  sinxronluğu 
qorumağa, səhvə yol verməməyə çalışırdı. Qeyd olunan prosesi “iki lentə çəkiliş” 
v
ə ya “sinxron” adlandırırdılar. Müasir dövrdə müsahibə prosesi əvvəllər olduğu 
kimi  mür
əkkəb mərhələləri  əhatə  etməsə  də,  “sinxron” sözü  bu gün televiziya 
əlifbasında yaşayır.  
Sinxron süjetin daha emosional al
ınması, faktın  birbaşa  mənbənin  dili ilə 
geniş  şəkildə  izah edilməsi və  baş  verənlərlə  bağlı  ictimai fikri ortaya qoymaq 
bax
ımından mühüm  önəm kəsb edir. Süjetdə  verilən hər  sinxronun  uzunluğu 
minimum 12-15, maksimum 25-30 saniy
ə olmalıdır.      
Sinxronun aşağıdakı növləri var: 
-  Hadis
ə şahidlərinin sinxronu; 
-  Emosional sinxron; 


H
ər iki növ  özlüyündə  bir sıra  keyfiyyət və  tələbləri  birləşdirir.  Hadisə 
şahidlərindən alınan sinxron adətən sensasiya xarakterli olur  və  tamaşaçı  üçün 
xüsusi maraq  k
əsb edir. Bu tip sinxronun maraqlı  alınması  üçün  bir    çox  vacib 
m
əqamlara əməl etmək zəruridir: 
-  Hadis
ə  şahidinin  verdiyi  məlumat tamamilə  yeni və  operativ 
olmal
ıdır. 
-  Hadis
ə dolayısı ilə deyil, birbaşa həmin şəxslə bağlı olmalıdır. Başqa 
sözl
ə,  müsahib hadisə  ilə  bağlı  informasiya vermək səlahiyyətinə 
malik bir nömr
əli şəxs olmalıdır.     
-  Eksklüziv müsahib
ə prinsipinə əməl edilməlidir. 
-  Sinxronda deyil
ən fikirlər  daha çox  insanı  maraqlandırmalı, ictimai 
əhəmiyyət kəsb etməlidir. 
 
   Emosional sinxron ad
ından da göründüyü  kimi  tamaşaçıya daha çox  təsir 
etm
əli və daha dərin hislər buraxmalıdır. Odur ki, bu tip sinxron üçün vacib olan 
keyfiyy
ətlər aşağıdakılardır: 

Jurnalist  tamaşaçının daha çox inandığı  şəxslərə  (yaşlılara
 
v
ə 
uşaqlara) müraciət etməlidir. 
-  Müsahibin inand
ırıcı  və  emosional danışıq  qabiliyyəti nəzərə 
al
ınmalıdır. 
-  Sinxron zaman
ı  müsahibin arxa fonu uğurlu  seçilməli,  şəraitin  özü 
emosiyalar yaratmaq qabiliyy
ətinə malik olmalıdır. 
   
Sinxron  formas
ına  görə  özlüyündə bir neçə yerə bölünür: 
-  Müsahib
ə dialoq; 
-  M
ətbuat konfransı; 
-  Brifinq; 
-  Qrup hal
ında sinxron; 
   
Sinxron  alark
ən  hansı prinsiplərə əməl etmək vacibdir? 
-  Reportyor h
ər zaman ona lazım olan cavabları almağa çalışmalıdır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə