“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   2   3   4   5   6   7   8   9   10   ...   58

İkinci  növ interküy isə  jurnalist səsi ilə  müşayiət olunmur. Bu zaman 
jurnalist  ümumiyy
ətlə  öz səsini yığır və  interküyü  imkan daxilində  çox açmaqla 
material
ın təsir effektini artırır. Məsələn, cəbhə xəttində yaşananları daha dolğun 
v
ə inandırıcı şəkildə tamaşaçıya çatdırmaq istəyən jurnalist hər iki-üç cümlədən bir 
pauza verir v
ə səs pultundan istifadə etməklə interküyün səsini qaldırır. Görüntü və 
h
əmin görüntüdən doğan təbii səslər çox zaman o dərəcədə effektli olur ki, həmin 
t
əsiri sözlə  yaratmaq mümkün deyil. Lakin ehtiyyatlı  olun.  İnterküyün  süjetdə 
mühüm 
əhəmiyyəti olduğu qədər, mənfi çalarları da var.  
İnterküyün verilməsi zamanı yarana biləcək arzuolunmaz hallar: 
-  
İnterküy həddən artıq çox olarsa, səsdə problemlər yarada və ən nəhayət 
s
əs qırıla bilər;  
-  
Ümumi  fonda veril
ən interküyə  xüsusi diqqət yetirmək və  montaj 
prosesind
ə  nizamlamaq lazımdır.  Əks  halda  interküy jurnalistin səsini 
bat
ıracaq və əsas səs, yəni jurnalistin səsi aydın eşidilməyəcək; 

Ç
əkiliş  zamanı  müsahibin telefonu zəng  çalırsa və  ya müsahibin 
arxas
ından iri yük maşını keçirsə, ya da fəhlələrin səsi həddən artıq gur 
eşidilirsə, güclü külək əsirsə həmin səslər mikrofona interküy kimi düşür 
v
ə əksər hallarda müsahibin səsini belə batırır. Əlbəttə, bəzən belə hallar 
materiala xüsusi göz
əllik verir. Məsələn, döyüş  bölgəsində  güllə  səsi 
alt
ında danışan əsgərin müsahibəsi kimi. Lakin əksər hallarda interküyün 
müsahibin s
əsini batırması  məqbul sayılmır və  ən müasir montaj 
avadanl
ığı belə həmin çatışmazlığı tam olaraq aradan qaldırmaq gücündə 
deyil;  
-  Dig
ər  xoşagəlməz hal interküy yerində  olmadıqda  yaşanır. Bəzən 
jurnalist yeri dü
şdü – düşmədi interküydən istifadə edir. Nəzərə alın ki, 
interküy 
əsasən hadisə  yerində  güclü  və  ya təsiredici səs effektləri: 
at
ışma,  qışqırıq,  yanğın və  insanların həyəcan dolu səsləri, partlayış, 
yaxud 
əsrarəngiz təbii səslər olarsa verilir. Digər hallarda jurnalistin oxu 
prosesind
ə  pauzaya yol verməsi materialın vaxtından  əvvəl bitməsi, 
yaxud süjetd
ə səsin qırılması anlamına gəlir; 


  
3. Time Code (taym kod)–material
ın kodlaşdırılmasıdır. Time Code televiziyada 
geniş istifadə olunan və özlüyündə kifayət qədər mühüm əhəmiyyət daşıyan əsas 
anlay
ışlardan biridir. Televiziyada həyata keçirilən bütün iş prosesi, istər çəkilişə 
çıxarkən kassetin yerinə qoyulması, istərsə də çəkilişdən sonra materiala yenidən 
baxılması  və  montaj prosesinə  hazırlıq  Time  Code-la həyata keçirilir.  Yəqin ki, 
evinizd
ə DVD-yə və ya adi videokasetə baxarkən maqnitofonun monitorunda əks 
olunan r
əqəmlərə fikir vermisiniz. Bu rəqəmlər filmin, yaxud baxdığınız  hər hansı 
bir 
materialın neçənci saatı və ya dəqiqəsi getdiyini göstərir. Televiziyada həmin 
r
əqəmlər  Time Code adlanır.  Time Code əsasən dörd hissədən ibarət olur: 
M
əsələn, 01:27:24:12. Birinci rəqəm (01) saatı, ikinci rəqəm (27) dəqiqəni, üçüncü 
r
əqəm (24) saniyəni, sonuncu, dördüncü  rəqəm (12) isə  saniyədən də  kiçik  ölçü 
vahidini göst
ərir. Lakin sonuncu rəqəmin (12) gözlə necə dəyişdiyini belə görmək 
mümkün olmad
ığından və  yaradıcılıq baxımından elə  də  ciddi  əhəmiyyət kəsb 
etm
ədiyindən o, qeydə alınmır. Əsas iş prosesi məhz ilk üç rəqəmlə (soldan-sağa) 
görülür.  
 
 
Time Code n
ə üçün lazımdır? 

Peşəkar jurnalist hər dəfə çəkilişdən qayıtdıqdan sonra baxış otağına 
yollan
ır. Məqsəd hadisə  yerində  çəkilmiş  ən  uğurlu  planların və  ya 
müsahibin dediyi ön
əmli  fikirlərin kodlarını  yazmaq,  başqa  sözlə 
kodlaşdırmaqdır. Bununla jurnalist ilk növbədə montaj zamanı yarana 
bil
əcək gözlənilməz məqamların (R.M. Bəzən jurnalist hansısa kadrın 
v
ə  ya müsahibənin kassetdə  olmasına güvənib, materialını  məhz 
h
əmin kadra, interküyə, yaxud müsahibin dediyi fikrə  uyğun  qurur. 
Lakin montaj prosesind
ə  həmin kadrın, yaxud interküyün kassetdə 
olmamas
ı  və  ya  məhz həmin yerdə  kassetin lentində  əzik olması 
s
əbəbindən montaj aparatının  kasseti oxuya  bilməməsi kimi 
probleml
ər ortaya çıxır. Bu zaman material yenidən  işlənməli və 
yenid
ən baxılması  üçün redaktora təqdim olunmalıdır)  qarşısını  alır. 


H
ətta hər şey qaydasında olsa belə, jurnalist baxış otağında ən uğurlu 
planlar
ın kodlarını  yazmaqla  teleoperatorun gördüyü  iş  barəsində 
ümumi m
əlumat əldə edir və montaj zamanı həmin planları yenidən 
axtarmır.  Deməli, Time Code ilk növbədə  daha  uğurlu  planların 
əvvəlcədən seçilməsi baxımından önəmlidir.    
-  Jurnalist 
əksər hallarda efirə  30, yaxud 40 saniyə  sinxron  verəcəyi 
halda saatlarla müsahibin
ə qulaq asmalı olur. Daha sonra, önəmli fikri 
tapmaq v
ə  süjetdə  istifadə  etmək  üçün montaj prosesində  yenidən 
h
əmin müsahibəyə qulaq asmaq məcburiyyətində qalır. Bu isə vaxtın 
v
ə  operativliyin mühüm  olduğu  televiziyada yolverilməzdir.  Məhz 
buna gör
ə  də,  montaj prosesinə  qədər  jurnalist  baxış  otağında 
müsahib
əni  kodlaşdırmalı,  seçdiyi önəmli  fikirlərin kodlarını 
yazmal
ıdır. Bu, sizi həm vaxt itkisindən, həm  əlavə  stress və 
yorğunluqdan, həm də iş yoldaşlarınızın haqlı narazılıqlarından xilas 
ed
ər.      

Əksər hallarda, xüsusən də material efirə gecikən zaman jurnalist elə 
hadis
ə  yerindəcə  teleoperatora müraciət etməklə  çəkilən  uğurlu 
kadrlar
ın Time Code-unu yaza bilər. Məsələn, futbol oyunlarının 
ç
əkilişində qapıya vurulan qolları yenidən axtarmamaq üçün jurnalist 
qol olan zaman teleoperatora kameran
ın ekranına baxmağı və həmin 
qolun kodunu söyl
əməyi xahiş edə bilər.  
 
4. Xronometraj –  H
ər hansı prosesin ölçülməsidir. Televiziyada isə xronometraj 
material
ın  ölçüsü  anlamına gəlir.  İstənilən süjet yığıldıqdan sonra onun ölçüsü
başqa sözlə xronometrajı efir rejissoruna, yaxud prodüserə deyilir. Belə ki, sonda 
bütün süjetl
ərin xronometrajı hesablanmaqla blokun ümumi ölçüsü müəyyən edilir. 
Yadda saxlay
ın ki, televiziyada hər verilişin və ya buraxılışın öz vaxtı və ölçüsü 
var v
ə  həmin məhsullar məhz qeyd olunan prinsiplər  əsasında proqramda 
yerl
əşdirilir. Odur ki, istər redaksiya olsun, istərsə də həmin məhsulu ortaya qoyan 
jurnalist v
ə  ya rejissor,  proqramda onun üçün ayrılmış  efir  vaxtına  əməl etməli, 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə