“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

istifad
ə etmək lazımdir. Süjeti məhz hansı Taym Code-dan sonra yığacağınızı da 
efir rejissorundan soruşsanız pis olmaz. 
Efir
ə təqdim olunacaq materialların bloka uyğun, ardıcıllıqla yığıldığı kasset 
is
ə  master  adlanır. Bu kassetlə  yalnız  efir  rejissoru  çalışır.  O,  predmasterdəki 
materialları masterə köçürməklə həm süjetlərin ardıcıl düzülüşünü təmin edir, həm 
materialların xronometrajını qeyd edir, həm də süjetlərin bitmə (out) Time Code-
larını hər materialın qarşısından yazır. Yalnız bundan sonra buraxılışı efirə hazır 
hesab etm
ək olar.  
Suflyor – frans
ız sözü olub, (
souffleur) 
m
ənası “gizlicə söyləyən”, “yerindən 
söyl
əyən”, “pıçıldayan” deməkdir. Suflyor aparıcının  xüsusən canlı  verilişlər 
zamanı efirə oxuduğu sözləri əks etdirən monitordur. Suflyordan istifadə aparıcını 
tamaşaçıya daha da yaxınlaşdırır, onun sərbəstliyini artırır və aparıcı ilə tamaşaçı 
arasında səmimi münasibət, xoş ünsiyyət yaradır. Başqa sözlə, aparıcı qarşısındakı 
kağızlara  deyil,  birbaşa  monitora  və  ya  tamaşaçının  gözünə  baxmaqla 
informasiyanı ötürür ki, bu da aparıcıya, onun dediyi xəbərə inamı daha da artırır. 
Suflyoru b
əzən aparıcı özü əlinin altında olan rolik və ya stolun altında yerləşən 
pedalla idar
ə edir. Bəzənsə suflyor ayrıca şəxs tərəfindən idarə olunur. Aparıcının 
x
əbəri oxuma sürətini diqqətlə izləyən suflyorçu sözlərin hərəkətini də bu tempə 
uy
ğun tənzimləyir. Aparıcılığa yeni başlayanlar əksər hallarda suflyorla işləməkdə 
ç
ətinlik çəkir, xüsusən də suflyorda sətirlərin yerini səhv salacaqlarından qorxaraq 
gözl
ərini belə qırpmırlar.  
Əlbəttə,  suflyorla  bağlı  problemlər praktikada yetərincədir. Məsələn, 
kompyuterin donması və ya suflyorun açılmaması, suflyorçunun əlinin təsadüfən 
yanl
ış  düyməyə  dəyməsi ilə  sözlərin  sürətlə  hərəkət etməsi və  s. gözlənilməz 
m
əqamlardandır. Amma narahat olmağa dəyməz. Tədricən belə vəziyyətlərdən də 
u
ğurla  çıxa  biləcəksiniz.  Yadda saxlayın  ki,  kamera  qarşısında  yaşanan  hər bir 
gözl
ənilməz hal sizi peşəkarlığa bir addım da yaxınlaşdırır. İllər ərzində qazanılan 
z
əngin iş təcrübəsi istənilən çətin vəziyyətdə köməyiniz olacaq. Təsadüfi deyil ki
p
eşəkar jurnalist və  ya aparıcı  studiyada  yaşanan  problemi  heç  bir  halda 
tamaşaçıya bildirmir və bütün mümkün variantlardan, danışıq qabiliyyəti, jest və 


mimikalardan yararlanmaqla h
əmin  çatışmazlığı  özünəməxsus  şəkildə  aradan 
qaldırır.  
Bel
əliklə, telejurnalistikada istifadə olunan əksər terminlərin izahı və onların 
xarakterik xüsusiyy
ətləri ilə tanış olduq. Çəkiliş meydançasına yollanmaq olar.  
 
1.5. İlk dəfə çəkiliş meydançasında... 
 
H
əyatınızda ilk dəfə çəkilişə yollanırsınız? Narahat olmağa dəyməz. Siz ki, 
t
ək  deyilsiniz.  Əslində, bütün məsuliyyət sizi çəkiliş  meydançasına aparan 
jurnalistin  üz
ərinə  düşür. Məhz o, çəkiliş  meydançasından material hazırlamalı, 
t
ələb olunan bütün tapşırıqları yerinə yetirməli və vaxt itkisinə yol verməməlidir. 
Lakin sizin d
ə işiniz az deyil. Yadda saxlayın, televiziyaya qədəm basdığınız ilk 
günd
ən diqqət mərkəzindəsiniz. Sizi kənardan müşahidə  edir və  işə  nə  dərəcədə 
can yand
ırdığınızı  öyrənirlər. Axı  işə  qəbul olunub-olunmayacağınız da məhz 
h
əmin keyfiyyətlərə  əsasən  müəyyən olunacaq. Odur ki, aktiv olun və  çəkiliş 
meydanças
ında jurnalistlə teleoperator arasında gedən peşəkar dialoqa xüsusi fikir 
verin. H
əmçinin jurnalistin hansı  faktları  qeydə  aldığına, kimdən və  nə  zaman 
müsahib
ə götürdüyünə, hətta müsahibinə necə yanaşmasına nəzər yetirin.  
Ç
əkilişə  jurnalist cavabdehdir deyib, hadisə  yerinə  əliboş  yollanmaq 
ağılsızlıq və məsuliyyətsizlik olardı. Ümumiyyətlə, yanınızda jurnalistin olduğunu 
unutmağa çalışın. Sanki bu, sizin ilk çəkilişinizdir və süjetə də məsul sizsiniz. Odur 
ki, qeyd d
əftərinizi unutmayın və  müsahibin dediyi və  ya hadisə  yerindən 
toplad
ığınız faktları səliqə ilə qeyd edin. Müşahidə aparmaqla yanaşı həm də daha 
maraql
ı, qeyri adi faktları toplamağa çalışın.    
Prosesi sona q
ədər izləyin.  Çəkiliş  bitdikdən sonra jurnalistlə  teleoperator 
aras
ında peşəkar dialoq davam edir. Onlar adətən çəkiliş meydançasında yaşanan 
ən maraqlı  məqamları  müzakirə  edir, süjetin ilkin konturlarını  cızırlar. 
Redaksiyada is
ə sizin birinci vəzifəniz jurnalistlə birgə baxış otağına gedib, çəkilən 
kadrlara n
əzər salmaq, müsahibin nə  dediklərinə  yenidən qulaq asmaqdır. Daha 
sonra, jurnalist süjeti haz
ırlamaq üçün kompyuter önünə əyləşəcək. Onun yanında 


dayanmaq v
ə suallar vermək lazım deyil. Əlbəttə, çəkiliş təəssüratları, sizi narahat 
ed
ən suallar və  dəqiqləşdirmək istədiyiniz müxtəlif məqamlar sakit  oturmağa 
imkan vermir. Lakin  bütün bunlar üçün daha münasib vaxt seçs
əniz  yaxşıdır. 
N
əzərə  alın ki, material vaxtında yazılmalı, montaj olunaraq, efirə  təqdim 
edilm
əlidir. Odur ki, siz də jurnalistin yanında dayanıb, ona tamaşa etmək əvəzinə, 
dig
ər kompyuterdə həmin material üzərində işləsəniz daha faydalı olar. Sonra isə 
öz yaz
ınızla jurnalistin materialını  müqayisə  edin. Onun hansı  faktlara  önəm 
verdiyin
ə  və  cümlə  quruluşlarına xüsusi fikir verin.  Əgər vaxt imkan verirsə, 
yaz
ınızı jurnalistə göstərin və onun fikirlərinə, tutduğu iradlara diqqətlə qulaq asın. 
Unutmay
ın, sizin məqsədiniz lider jurnalist olmaqdır. Ecazkar, qeyri-adi mühiti və 
yarad
ıcılıq keyfiyyətləri ilə  fərqlənən televiziyada qarşınıza  çıxan hər  şeylə 
maraqlan
ın, daha çox  informasiya  toplamaqla  peşəkar  reportyor  olmağa  çalışın. 
“Bilm
əmək eyib deyil, bilməyib soruşmamaq eyibdir” prinsipinə əməl edərək, sizi 
maraqlandıran  məsələləri jurnalist həmkarlarınızdan,  prodüser  və  redaktor 
hey
ətindən soruşun. Yalnız bu halda jurnalistikanın sirlərinə daha tez yiyələnmək 
v
ə daha maraqlı materiallar ortaya qoymaq olar.     
 
1.6. 
Televiziyada aparıcı peşələr 
 
Baş  redaktor  –  Baş  redaktor  redaksiyanın  rəhbəri  sayılır.  Birbaşa  şirkət 
r
əhbərinə  tabe  olan  baş  redaktorun  vəzifəsi rəhbərliyin  tapşırıqlarını  redaksiya 
əməkdaşlarına  çatdırmaq,  redaksiya  daxilində  normal  iş  şəraitinin  və  sağlam 
mühitin  formalaşmasına  nail  olmaqdır.  Redaksiyanın  nə  dərəcədə  məhsuldar 
çalışması bilavasitə baş redaktordan, onun verdiyi tapşırıqlardan asılıdır.  
Əməkdaşlarla müntəzəm olaraq görüşən baş redaktor hər səhər iş gününün 
planlaşdırılmasına,  mövzuların  bölüşdürülməsi  və  süjetlər üçün müsahiblərin 
seçilm
əsinə,  redaksiya  işçilərinin istənilən məsələyə  məsuliyyətlə  yanaşması  və  
n
əticədə efirə təqdim olunan buraxılışların nə dərəcədə uğurlu alınmasına nəzarət 
edir. 
Baş  verə  biləcək hər  hansı  xoşagəlməz hadisə  ilə  bağlı  məsuliyyəti də  ilk 
növb
ədə məhz o, daşıyır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə