T
əcrübə göstərir ki, televiziyada çalışmaq arzusunda olan şəxslər əksər
hallarda hansı sahə üzrə peşəkar jurnalist kimi formalaşmaq, hansı sahəni seçmək
m
əsələsində konkret fikrə gələ bilmirlər. Yaxud, televiziyada siyasi jurnalist kimi
f
əaliyyət göstərmək həvəsində olanlar bir neçə ay həmin sahədə çalışdıqdan sonra
fikirl
ərini dəyişir və digər, onların zənnincə daha maraqlı sahəyə üstünlük verirlər.
Əlbəttə, qeyd olunan fəaliyyət növlərinin hər biri maraqlıdır. Lakin çox zaman
jurnalistl
ər öz bilik və bacarıqlarına, bəzənsə universitetdə öyrəndikləri ixtisasa
uyğun sahələrdən birini seçirlər. Bunun üçün bəzən bir gün, bəzənsə bir neçə ay
kifay
ət edir. Odur ki, boş dayanmaq olmaz. Televiziyaya gəldiyiniz ilk gündən
əməkdaşlarla, peşəkar jurnalistlərlə, aparıcı, prodüser və redaktorlarla münasibət
qurun. Onlara mane olmamaq şərti ilə sizi maraqlandıran suallara cavab tapmağa
çalışın. Unutmayın, heç kim sizə nəyisə başa salmaq və ya öyrətmək
m
əcburiyyətində deyil. Jurnalistikanın digər qollarında olduğu kimi, televiziyada
da bütün yaxşılıqlar qarşılıqlı hörmət və xoş münasibətlərə söykənir. Buna görə də,
ilk günd
ən yalnız səmimi və tərbiyəli davranışla jurnalistlərin rəğbətini qazana
bil
ərsiniz. Yaranan xoş münasibət peşəkar jurnalistin sizə can yandırması, sizi
ç
əkiliş meydançasına aparmaqla baş verən hadisələri ətraflı izah etməsi, həmçinin
ç
əkilişdən qayıtdıqdan sonra materialın yazılma prinsipləri və montaj prosesi
bar
ədə məlumat verməsinə zəmin yaradacaq. Bu zaman müşahidə qabiliyyətinizi
işə salın. Peşəkar jurnalistin istər çəkilişə hazırlıq, istər çəkiliş meydançasında,
ist
ərsə də çəkilişdən sonra yerinə yetirdiyi bütün işləri diqqətlə izləyin və yadda
saxlayın. Sizi maraqlandıran və aydın olmayan məqamları qeyd edin. Daha sonra,
münasib vaxtda suallarınızı jurnalistə ünvanlamaqla qaranlıq qalan məsələlərə
aydınlıq gətirə bilərsiniz. Lakin bir qədər səbirli olun. Çəkilişə yollanmazdan əvvəl
telejurnalistikada münt
əzəm olaraq istifadə edilən və əksər hallarda sizin başa
d
üşmədiyiniz sözlərin izahına, başqa sözlə, telejurnalistikanın əlifbasına nəzər
salaq.
1.4.
Telejurnalistikanın əlifbası
İstər redaksiyada, istər çəkiliş meydançasında, istərsə də montajda
eşitdiyiniz sözlərin əksəriyyəti sizə aydın olmaya bilər. Lakin narahat olmağa
d
əyməz. Hər sahənin öz əlifbası, başqa sözlə terminləri var. Televiziyanın da
h
əmçinin. Həmin terminləri bilmədən telejurnalistikada çalışmaq olduqca çətin,
əksər hallarda isə mümkünsüzdür. Belə olan halda TV-də istifadə olunan söz və
ifad
ələrin izahına diqqətlə yanaşmaq və onları əzbərləmək ümumi işin xeyrinə
olar:
1. St
əndap – jurnalistin kamera qarşısında çıxışıdır. Stəndap etməklə jurnalist
hadis
ə yerində olduğunu və informasiyanı da birbaşa hadisə yerindən ötürdüyünü
tamaşaçının diqqətinə çatdırır. Bununla da tamaşaçıda verilən informasiyanın
d
əqiqliyinə inamı daha da artırır və auditoriyanın diqqətini hadisə yerində qeydə
alınan ən önəmli fakta yönəldir. Stəndap süjetin istənilən yerində, əvvəlində,
ortasında və sonunda ola bilər.
St
əndapa qoyulan tələblər:
- B
əzən jurnalist stəndapa özünü tanıtmağın ən qısa yolu və ya məşhurluğa
aparan vasit
ə kimi yanaşır. Bu üzdən də, yeri düşdü–düşmədi stəndap
edir. Lakin bu, yolverilm
əzdir. Hər materialda stəndap etmək olmaz.
Hadis
ə yerinə yollanan jurnalist yalnız əldə etdiyi ən maraqlı və ictimai
ön
əm kəsb edən faktla bağlı stəndap hazırlaya bilər. Əgər belə fakt və ya
hadis
ə yoxdursa stəndap etmək də düzgün deyil.
- St
əndapı hərfi mənada başa düşmək olmaz. Hadisə yerində uğurlu
st
əndap etməyə çalışan jurnalist ayaq üstə dura, yaxud otura, hətta uzana
bil
ər. Bu, əlbəttə ki, süjetin mövzusundan və ya çəkiliş şəraitindən
asılıdır.
- Dig
ər vacib məsələ, stəndapın hərəkətli olmasıdır. Jurnalist bəzən
st
əndap zamanı yerində donub qalır və bütün fikrini dediyi sözlərə
yön
əldir. Lakin stəndapın daha uğurlu və maraqlı alınması üçün jurnalist
addımlayaraq kameraya doğru yaxınlaşa və ya kameranın qarşısından
keç
ə bilər. Bu zaman əl, qol hərəkətlərinə, jest və mimikalara xüsusi
ön
əm vermək tələb olunur. Yadda saxlayın, jurnalistin nə deməsi ilə
yanaşı, nəyi necə deməsi də kifayət qədər vacib və əhəmiyyətlidir. Odur
ki,
əlləri hərəkətsiz saxlamaq və ya çarpazlamaq olmaz. Əllər açıq olmalı
v
ə deyilən fikirləri tamamlamalıdır.
- St
əndap uzun olmamalı, ən pis halda iki, üç cümlədən, başqa sözlə, 15 -
20 saniy
ədən ibarət olmalıdır. Əks halda stəndap yorucu və cansıxıcı
olması ilə süjetə ağırlıq gətirəcək.
- St
əndap zamanı jurnalist arxa fona xüsusi önəm verməlidir. Arxa fon
tamaşaçıya əlavə məlumat verməkdən daha çox mövzu ilə uyğunluq
t
əşkil etməli, darıxdırıcı olmamalıdır. Arxa fon fikri yayındırmamalı,
jurnalistin dediyi fikirl
əri gücləndirməlidir. Əgər fon deyilən sözə uyğun
g
əlməsə stəndap da özünü doğrultmayacaq.
- St
əndapdan sinxrona (müsahibəyə) keçmək isə rejissor işi baxımından
düzgün deyil.
İki danışan başın ardıcıl gəlməsi həm darıxdırıcı olar, həm
d
ə kadr sıçrayışına səbəb ola bilər.
- St
əndap adətən jurnalistin hər hansı məsələ ilə bağlı düşündükləridir. O,
bu zaman obyektivlik prinsipl
ərinə xələl gətirməməyə çalışmalıdır.
- Jurnalist st
əndap zamanı geyiminə və ümumi görünüşünə fikir
verm
əlidir. Stəndap süjetin ab-havasına, ümumi mövzusuna uyğun
olmalıdır.
- St
əndapda deyilən sözlər heç bir halda studiyada və ya kadrarxası mətndə
t
əkrarlanmamalı, əsaslı şəkildə fərqlənməlidir. Stəndap zamanı o sözlər
deyilm
əlidir ki, onları kadrarxası mətndə söyləmək mümkün deyil.
- St
əndap jurnalistin tamaşaçı ilə sadə və səmimi söhbətidir. Buna görə də,
jurnalist sad
ə cümlə və söz birləşmələrindən istifadə etməli,
h
ərəkətlərində sərbəst və səmimi olmalıdır.
- Reportaj
hazırlayan jurnalist stəndap zamanı saatın neçə olduğunu
bildirirs
ə, gün və ya ay, yaxud konkret rəqəm barədə məlumat verirsə
ehtiyyatlı olmalıdır. Hadisələrin gedişi nəticəsində həmin göstəricilər ya
d
əyişə, ya da əhəmiyyətini itirə bilər. Belə olan halda stəndapı süjetdən
çıxarmalı olacaqsınız.
Dostları ilə paylaş: |