Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

17
Kurikulum. 2013. №3
Mәtnlәrin mürәkkәbliyi vә onun qiymәtlәndirilmәsi yolları (II)
1948-ci ildә R.Fleş özünün iki hissәdәn
ibarәt ikinci düsturunu çap etdirdi. Düsturun
«oxu ma asanlığı» adlandırılan birinci his sә -
sin dә affikslәr deyil, başqa iki dәyişәn: hәr
100 sözlü nümunәdә olan hecaların sayı vә
cüm   lәlәrin sayı istifadә olunur. Düsturun tәt -
bi qi nәticәsindә alınan qiymәt 1-100 aralığın -
da dәyişir vә 30 qiymәtini alan mәtn «çox çә -
tin», 70 alan isә «asan» hesab olunur. Fleşin
qeyd etdiyinә görә, 100 bal oxu materialının
4-cü sinfi bitirmiş şagird üçün an la şı lan olma -
sını göstәrir.
Fleş düsturunun ikinci hissәsi әvәzliklәri
vә adları, elәcә dә dırnaq, nida işarәlәrinin vә
na tamam cümlәlәrin miqdarını hesablamaqla
in sanın maraq dairәsini müәyyәnlәşdirmәyә
imkan verir. 
Fleşin oxuma asanlığı düsturu aşağıdakı
kimidir:
RE=206,835–(1,015 x ASL)–(84,6 x ASW)
Burada:
RE – 
oxuma asanlığı;
ASL – 
orta cümlә uzunluğu (sözlәrin
sayının cümlәlәrin sayına nisbәti);
ASW –
sözә düşәn hecaların orta sayıdır
(hecaların sayının sözlәrin sayına nisbәti).
R.Fleş 1949-cu ildә çap etdirdiyi «The
Art of Readable Writing» kitabında [19] oxu -
ma asanlığının qiymәtlәrinin tәsvirini ver 
-
mişdir (Cәdvәl 4).
«Reader's Digest» jurnalının oxunabi lir -
lik indeksi tәxminәn 65, «Time» jurnalınınkı
tәx  minәn 52, orta sәviyyәli 6-cı sinif şa gir di -
nin (11 yaş) yazı işindәn oxunabilirlik testi
üz 
rә göstәricisi 60-70, «Harvard Law Re 
-
view» jurnalının ümumi oxunabilirlik balı isә
30-dan aşağıdır. Ən yüksәk oxunabilirlik balı
(әn asan mәtn) tәxminәn 120 ola bilәr. Mә sә -
lәn, belә mәtnin hәr bir cümlәsi iki birhecalı
sözdәn ibarәt olur. Oxunabilirlik balının nә -
zә ri olaraq aşağı sәrhәdi (әn aşağı qiymәti)
yox dur, çünki mәtnә ixtiyari sayda çoxhecalı
söz әlavә etmәklә onun oxunabilirlik balını
istә 
nilәn qәdәr aşağı salmaq olar. Mәsәlәn,
«The Australian platypus is seemingly a
hybrid of a mammal and reptilian creature»
(«Avstraliya ördәkburunu zahirәn mәmәli vә
sürünәnin hibridinә bәnzәyir») cümlәsinin
oxunabilirliyi 24,4 baldır. 1851-ci ildә nәşr
olun muş  «Moby-Dick, or The Whale» roma-
nında akulalar haqqında uzun cümlәlәrdәn
birinin oxunabilirlik indeksi – 146,77-yә bә -
ra bәrdir  [42].
Fleş-Kinsaydın tәhsil sәviyyәsi düsturu
(Flesch-Kincaid Grade Level Formula) Fleşin
oxu ma asanlığı düsturunun tәkmillәşdirilmiş
variantıdır [43]. Bu düsturun fәrqli adlarına
da rast gәlinir: Flesch-Kincaid Index, Flesch-
Kincaid Grade Level Score, Flesch-Kincaid
Scale, Flesch-Kincaid Score, Flesch-Kincaid
Readability  Score,  Flesch-Kincaid  Rea da bi li -
ty Statistics, Flesch-Kincaid Grade Level In -
dex, Flesch-Kincaid Readability Index,
Flesch-Kincaid readability equation. 
Başlanğıcda  ABŞ  hәrbi-dәniz  qüv vә lә -
rin 
dә istifadә mәqsәdilә hazırlanmış bu
düstur da ha çox tәhsil sahәsinә uyğundur vә
hazırda ora 
da geniş istifadә olunur. Fleş-
Kinsaydın tәh  sil sәviyyәsi düsturunun tәtbi -
Cәdvәl 4. Fleşin oxuma asanlığı qiy mәt lәri
Oxuma asanlığının
qiymәti
Tәsviri
Uyğun olduğu tәhsil
sәviyyәsi
Nәzәrdә tutulduğu yet-
kin insanların faizi
(ABŞ, 1949)
0 – 30
30 – 40
50 – 60
60 – 70
70 – 80
80 – 90
90 – 100
Çox çәtin
Çәtin
Bir az çәtin
Normal
Bir az asan
Asan
Çox asan
Kollec sәviyyәsi
13 – 16
10 – 12
8 – 9
7
6
5
4,5
33
54
83
88
91
93


18
Kurikulum. 2013. №3
İsmayıl Sadıqov
qin dәn alınan qiy mәt mәtnin oxunabilirliyini
deyil, onun han  sı tәhsil sәviyyәsi (hansı sinif)
üçün nә 
zәr 
dә tutulduğunu göstәrir. Bu da
müәllimlәrә, vali deynlәrә, kitabxanaçılara vә
başqalarına müx tәlif kitabların vә mәtnlәrin
oxunabilirlik sә 
viyyәsi haqqında daha tez
fikir söylәmәyә im kan verir. Düstur aşağıda-
kı kimidir:
GL = (0,39

ASL)+(11,8

ASW)–15,59
Düsturun tәtbiqi nәticәsindә alınan әdәd
uy 
ğun tәhsil sәviyyәsini göstәrir. Mәsәlәn,
8,2 qiymәti mәtnin orta sәviyyәli 8-ci sinif
şa girdi (adәtәn, 12-14 yaş) üçün başa düşülәn
olacağını bildirir. Yuxarıda göstәrilmiş «The
Australian platypus is seemingly a hybrid of a
mammal and reptilian creature» («Avstraliya
ördәkburunu zahirәn mәmәli vә sürünәnin
hib 
 
ridinә bәnzәyir») cümlәsi üçün alınan
qiymәt 13,1 olur (o, 13 sözdәn vә 26 hecadan
iba rәtdir). Düsturdan göründüyü kimi, mәtn -
dә ki sözlәrin sayı vә sözlәrdәki hecaların sayı
nә qәdәr az olarsa, alınan qiymәt dә bir o qә -
dәr kiçik olar, vә demәli, mәtni daha aşağı
yaş lı oxucular başa düşә bilәr. 
Frayın oxunabilirlik düsturu (Fry  Rea da -
bi 
lity Formula), yaxud Frayın oxunabilirlik
qra fiki (Fry Readability Graph) pedaqoq, ya -
zı  çı vә ekoloq Edward Fry tәrәfindәn işlәnib
ha zırlanıb  [44].
Frayın oxunabilirlik düsturu mәtnin bir
par   çasına görә onun tәxminәn hansı tәhsil sә -
viy yәsinә (sinfә) uyğun gәlmәsini müәyyәn
edir. Bu düsturun tәtbiqi mәtni daha asan
oxu nan etmәk üçün onu necә dәyişdirmәyә
yar 
dım edir. Bu düstur mәtnin necә tәşkil
olun 
ma 
sından, yaxud mәzmunundan deyil,
mәtn dә ki sözlәrin vә cümlәlәrin quruluşun-
dan asılıdır. Fray qrafiki 1-ci sinifdәn kollec
(uni ver si tet)  sәviyyәsinәdәk  oxuma  sәviy yә -
si ni  ölçür.
Fray qrafikindәn istifadә alqoritmi:
1.
Mәtndә tәsadüfi qaydada 100 sözdәn
iba rәt üç seqment seçilir;
2.
Hәr seqmentdә hecalar sayılır vә on -
la rın orta qiymәti hesablanır;
3. 
Hәr seqmentdә cümlәlәr sayılır vә on -
la  rın orta qiymәti hesablanır;
4. 
Cümlәlәrin orta qiymәti vә hecaların
or   ta qiymәti qrafikdә (uyğun olaraq y vә x
oxu  nda)  qeyd  edilir;
5.
Cümlәlәrin vә hecaların orta qiymәt lә -
 rinin kәsişdiyi sahә mәtnin hansı tәhsil sә viy -
yәsinә uyğun olduğunu göstәrir. 
Ən populyar oxunabilirlik düsturlarından
birini 1952-ci ildә ABŞ alimi vә biznesmeni
Robert Gunning tәklif etmişdir [2, 8, 45].
R.Qanninq öz düsturunu heç bir elmi jurnalda
çap etdirmәsә dә, istifadәsi çox sadә olduğun -
dan vә mәtnin mürәkkәblik sәviy yә si ni 80%
dәqiqliklә  müәyyәnlәş dir di yin  dәn  bu  düstur
bugün dә öz populyarlığını qo ruyub saxlayır.
Qanninq indeksi verilmiş mәt nin anlaşılan ol -
ması üçün oxucunun әn azı neçә yaşının ol -
ma sını müәyyәn etmәyә imkan verir. 
GL = 0,4(ASL+PHW)
Burada:
GL –
tәhsil sәviyyәsi;
ASL –
orta cümlә uzunluğu (sözlәrin
sayının cümlәlәrin sayına nisbәti); 
PHW –
çәtin sözlәrin faizidir.  
İdeal oxunabilәn mәtnin dumanlıq indek-
si 7, yaxud 8-dir; dumanlıq indeksi 12-dәn
yüksәk olan mәtn isә әksәriyyәt üçün çox çә -
tindir. «Bibliya»nın, Şekspir vә Mark Tvenin
әsәrlәrinin dumanlıq indeksi tәx mi nәn eyni -
dir (6). «Time», «Newsweek» vә «Wall St.
Jour nal» üçün bu göstәrici 11-ә yaxındır.
Dumanlıq indeksi mәtnin çәtinliyini gös -
tәrmәk üçün yaxşı göstәrici olsa da, onun
müәy yәn çatışmazlıqları var. Belә ki, heç dә
bü tün mürәkkәb sözlәr çәtin deyil. Mәsәlәn,
«ağırlıqqaldırma» sözü, ümumiyyәtlә, çәtin
söz hesab edilmir, baxmayaraq ki, o, altı he -
ca dan ibarәtdir. Yaxud çox da uzun olmayan
söz әksәriyyәt tәrәfindәn tez-tez işlәdilmirsә,
çәtin hesab edilә bilәr. 


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə