Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   2   3   4   5   6   7   8   9   10   ...   67

13
Kurikulum. 2013. №3
Mәtnlәrin mürәkkәbliyi vә onun qiymәtlәndirilmәsi yolları (II)
(ya  xud yetәrincә bö yük mәtnin) bütün söz lә -
ri ni onların istifadә tezliklәrinin azalma sırası
ilә nizamladıqda alınan siyahıda n-ci sözün
tez liyi onun sıra nömrәsi n ilә (hәmin sözün
ranqı ilә) tәxmi 
nәn tәrs mütәnasib olacaq.
Mә 
sәlәn, ikinci yer 
dә duran söz birinciyә
nisbәtәn tәxminәn 2 dәfә, üçüncü yerdәki söz
bi rinciyә nisbәtәn 3 dәfә az işlәdilir vә s. Baş -
qa sözlә, mәtndәki sözlәrin işlәnmә tezliyinin
on ların ranqına hasili sabit kәmiyyәtdir:
F * R = C 
Burada:
F –
sözün mәtndә rastgәlmә tezliyi;
R –
sözün ranqı (әn çox işlәdilәn sözün
ranqı 1, sonrakının ranqı 2 vә s. olur);
С –
sabitdir (Zipf tәcrübi yolla müәyyәn
edib ki, С ≈ 0,1).
Şәkil 1. Zipf qanununun qrafik tәsviri
5.1. Oxunabilirlik anlayışı.
Mәtnin mü 
-
rәk kәblik sәviyyәsini, onun qavranılma dәrә -
cә sini göstәrmәk üçün ingilis dilindә «rea da -
bility» terminindәn istifadә olunur. Rus dilin -
dә «читабельность», türk dilindә «okuna -
bilirlik» kimi işlәdilәn bu söz O.Türksevәr-
Musayevin rәhbәrliyi ilә hazırlanmış «İngi lis   -
cә-Azәrbaycanca  Lü ğәt» dә  (İngiliscә-Azәr -
 
bay 
canca Lüğәt, Bakı: «Qis 
mәt» nәşriy 
yatı,
2003; 1696 sәh.) «asan oxuna bilmә», «oxu -
nuşu asan olma» kimi gös tәrilib. Əlbәt tә, bu
tәrcümәlәrin heç biri ter 
min kimi işlә 
dilә
bilmәz. Nәzәrdә tu tu lan xü susiyyәtlәrә malik
mәtnlәri mәhz «oxuna bilir» ifadәsi daha dә -
qiq xarakterizә et diyin dәn bundan sonra biz
dә «readability» ter mi ni ni dilimizdә «oxuna -
bi lirlik»  kimi  işlәdә cә yik. 
Oxunabilirlik nәdir? Oxunabilirlik bәzi
mәtnlәri başqalarına nisbәtәn daha asan oxu-
nan edir. Bu anlayışı çox zaman xәttә, şriftә,
mәt  nin düzәninә aid işlәdilәn «aydınlıq, sә lis -
lik» («legibility») anlayışı ilә qarışdırırlar.
Oxu 
na 
bilirliyi «oxunaqlılıq» ilә dә eyni 
lәş 
-
dir   mәk olmaz. Belә ki, dilimizdә «oxunaqlı»
ter mini mәtnin mәzmunu ilә bağlı olub, «hә -
vәslә oxunan», «maraqlı» anlamında işlә di lir.
Corc Kler (George Klare) oxunabilirliyә
«asan başa düşülәn, yaxud yazı üslubu sa yә -
sin dә anlaşılan» kimi tәrif verir [22]. Bu tәrif
diq qәti mәtnin mәzmununa, mәntiqi ardıcıllı-
ğına, quruluşuna deyil, yazı üslubuna cәm lәş -
di 
rir. Qrethen Hareis (Gretchen Hargis) vә
onun IBM şirkәtindәki hәmkarları da bәnzәr
fikirdә dirlәr: «sözlәrin vә cümlәlәrin asan
oxun   ma sı»,  yәni  oxunabilirlik,  mәtnin  aydın lı -
ğının  әla mә tidir  [36]. 
SMOG oxunabilirlik düsturunun yaradı-
cısı Q.Harri MakLaflin (G.Harry McLaugh -
lin) oxuna bilirliyә «verilmiş sinfә aid insan -
ların müәy 
yәn oxu materialını nә dәrәcәdә
inan  dı rıcı vә anlaşıqlı» hesab etmәsi kimi tә -
rif verir [37]. Bu tәrif mәtn ilә oxu bacarığı,
il kin bi lik lәr vә motivasiya kimi mәlum xa -
rakteristikalara malik oxucular sinfi arasın da -
kı qar şılıq lı әlaqәni xüsusi qeyd edir. 
Ola bilsin, oxunabilirliyin әn dolğun tә ri -
fi ni Edqar Deyl (Edgar Dale) vә Janna Çell
(Jeanne Chall) vermişlәr: oxunabilirlik «çap
ma  te rialının  verilmiş  hissәsindә  oxucular
qru   punun uğuruna tәsir edәn elementlәrin ha -
mı sının (bütün qarşılıqlı tәsirlәr daxil ol maq -
la) ümumi cәmidir. Uğur dedikdә oxucuların
mәt ni nә dәrәcәdә başa düşmәsi, optimal sü -
rәt lә oxuması vә maraqlı hesab etmәsi nә zәr -
dә tutulur» [38].
5.2. Oxunabilirliyin ölçülmәsindә is ti fa -
dә olunan әsas dәyişәnlәr.
Bәs mәtnin hansı
xa rakteristikaları onun mürәkkәbliyinә tәsir
edir? Başqa sözlә, mәtnin oxunabilirlik dәrә -
cә sini qiymәt lәndir mәk üçün hansı faktorlar
nә zәrә  alınmalıdır?
Mürәkkәblik faktorlarının aşkarlanması
prin  sipi çox sadәdir. Bәzilәri sadә, digәrlәri
isә mürәkkәb olmaqla bir neçә mәtn gö tü rü -


14
Kurikulum. 2013. №3
İsmayıl Sadıqov
lür. Bu mәtnlәr ayrı-ayrı göstәricilәr: mәntiqi
qu 
ruluş, mövzu, cümlәlәrin uzunluğu vә s.
üz  rә tutuşdurulur. Əgәr xarakteristikanın qiy -
mәti asan mәtnlәrdәn mürәkkәb mәtnlәrә
keç dikcә dәyişilirsә, demәk, bu xarakteristika
mәtnin mürәkkәblik amillәrindәn biridir. Mә -
sә lәn, sadә vә mürәkkәb mәtnlәrin mü qa yi sә -
si zamanı mürәkkәb mәtnlәrdә daha çox na -
mә lum sözlәrin vә uzun cümlәlәrin olmasını
gör mәk olar. Demәli, sözlәrin tanış olması vә
cüm lәlәrin uzunluğu mәtnin mürәkkәbliyi ilә
bağ lıdır.   
Uilyam Qrey (William Gray) vә Bernis
Li ri (Bernice Leary) oxunabilirliyә tәsir edәn
200-dәn artıq dәyişәn müәyyәnlәşdirmiş vә
on 
ları aşağıdakı dörd kateqoriyada qrup 
laş 
-
dır mışlar  [39]:

Mәzmun (kontent)

Üslub

Dizayn 

Struktur
Onların araşdırmalarına görә, bu ka te qo -
ri  ya lardan әn önәmlisi mәzmun vә yazı üs -
lubudur. Önәminә görә üçüncü yerdә di zayn
vә tәxminәn onunla eyni dәrәcәdә struk 
tur
gәlir. Mәtndәki ideyaların tәqdim olun 
 
 
ması
mәtnin strukturundan: fәsillәrin, böl   mәlәrin,
başlıqların vә abzasların necә tәş ki  lindәn çox
asılı olur (Şәkil 2).
Qrey vә Liri aşkar etdilәr ki, mәzmunu,
for  matı vә quruluşu statistik baxımdan ölç -
mәk mümkün deyil (ancaq sonradan bir çox
tәdqiqatçılar mәzmunun statistik ölçülmәsinә
cәhd etmişlәr). Hәmin üç qrup faktoru diq qәt -
dәn kәnarda qoymasalar da, V.Qrey vә B.Liri
üs lubla bağlı 80 dәyişәnә diqqәti yönәltdilәr
ki, onların da 64-nü etibarlı şәkildә he sab la -
maq mümkündür [2].
Müәlliflәr mәtnin mürәkkәbliyinә tәsir
edәn bu 64 dәyişәnin içәrisindә әn önәm li lә -
ri ni, başqa sözlә, әn yaxşı oxunabilirlik gös tә -
ricilәrini müәyyәn etmәk üçün korrelyasiya
әm sallarından istifadә etdilәr. Nәticәdә mәt -
nin oxunabilirliyinә әn çox tәsir edәn 17 fak -
tor müәyyәn olundu.

Parametrin adı (azәrbaycanca)
Parametrin adı (ingiliscә)
1.
Orta cümlә uzunluğu (sözlәrlә)
Average sentence length in words
2.
«Asan» sözlәrin faizi
Percentage of «easy» words
3.
6-cı sinif şagirdlәrinin 90%-nin bilmәdiyi
sözlәrin sayı
Number of words not known to 90% of sixth-
grade students
4.
«Asan» sözlәrin sayı
Number of «easy» words
5.
Müxtәlif «çәtin» sözlәrin sayı
Number of differrent “hard” words
6.
Minimum hecalı cümlә uzunluğu
Minimum syllabic sentence length
7.
Aşkar cümlәlәrin sayı
Number of explicit sentences
8.
Birinci, ikinci vә üçüncü şәxs
әvәzliklәrinin sayı
Number of first, second, and third-person pro-
nouns
9.
Maksimum hecalı cümlә uzunluğu
Maximum syllabic sentence length
Cәdvәl 2Mәtnlәrin oxunabilirliyinә tәsir edәn amillәr
Şәkil 2. Oxuma asanlığının dörd әsas elementi 


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə