Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

32 
 
hüquqi  tətbiqetmə  təcrübəsində  rast  gəlinən  analoji  hallara  da  şamil  edilməlidir 
[kursiv müəllifindir]. 
[...]  Konstitusiya  Məhkəməsi  tərəfindən  hər  hansı  bir  aktın 
Konstitusiyaya  uyğun  olub-olmaması  faktının  təsdiq  edilməsi  özü-
özlüyündə  nəinki  həmin  aktı  qəbul  etmiş  orqan,  həmçinin  digər 
normayaradıcı  və  ya  məhkəmə  orqanları  üçün  preyudisial  əhəmiyyətə 
malik  xüsusi  fakt  kimi  qəbul  edilə  bilər.  Normayaradıcı  orqanlara 
münasibətdə 
Konstitusiya 
Məhkəməsinin 
qərarının 
preyudisial 
əhəmiyyəti  onda  ifadə  olunur  ki,  Konstitusiyaya  uyğun  olmayan  hesab 
edilmiş  normativ  hüquqi  aktla  eyni  məzmunlu  aktın  yenidən  qəbul 
edilməsi  yolverilməzdir.  Normativ  hüquqi  aktın  hər  hansı  müddəasının 
Konstitusiyaya  uyğun  olmadığı  faktının  Konstitusiya  Məhkəməsi 
tərəfindən  müəyyən  edilməsinin  preyudisial  əhəmiyyəti  məhkəmələr 
tərəfindən  digər  aktlarda  təsbit  olunmuş  oxşar  müddəaların  tətbiq 
olunmasını da qeyri-mümkün edir. 
Bununla  bağlı  məsələnin  digər  tərəfi  ondan  ibarətdir  ki, 
Konstitusiya  Məhkəməsi  məhkəmə  aktının  Konstitusiyaya  uyğun  olub-
olmaması  faktını  təsdiq  etdikdə,  bu  hal  nəinki  baxılmış  iş  üzrə 
məhkəmələr  üçün,  habelə  başqa  işlərə  baxan   məhkəmələr  üçün 
preyudisial əhəmiyyətə malikdir. [...] 
Hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  üzrə  icraat 
zamanı Ali Məhkəmənin Plenumunun hüquqi məsələlər üzrə işə baxması 
Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərinin  mənimsənilməsinə  və  ya 
qərarlarının 
təhrifinə 
(təftişinə, 
genişləndirilməsinə, 
məhdudlaşdırılmasına  və  ya  digər  formada  təfsir  olunmasına)  səbəb 
olmamalı,  Konstitusiya  ədalət  mühakiməsinin  səmərəliliyinə  xələl 
gətirməməli  və  kassasiya  instansiyası  məhkəməsinin  konstitusiya 
statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman Ali Məhkəmə və 
digər  məhkəmələr  öz  qərarlarını  yalnız  Konstitusiya  Məhkəməsi 
tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul 
etməlidir. Konstitusiya  Məhkəməsi  Plenumunun  qərarında  göstərilən 
hüquqi  məsələlər  və  pozulmuş  hesab  edilən  hüquq  və  azadlıqlar  həmin 
hədləri təşkil edir. [...] 
Ali Məhkəmənin Plenumunda (eləcə də bundan sonra müvafiq işə 
yenidən  baxılması  zamanı  digər  məhkəmələrdə)  bu  məsələlər  həll 
olunarkən Konstitusiya Məhkəməsinin qərarının icrasına və qəbul olunan 
qərarın  ona  uyğun  olması  barədə  qanunvericiliyin  müddəalarına  daim 
diqqət yetirilməlidir. [...] 
Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatın 
həyata  keçirilməsi  zamanı  Ali  Məhkəmənin  Plenumu  və  bundan  sonra 


33 
 
müvafiq  işlərə  yenidən  baxan  digər  məhkəmələr   Konstitusiya 
Məhkəməsinin  pozulmuş  hüquq  və  azadlıqlarının  bərpasına  yönəlmiş 
qərarına uyğun olmayan qərar qəbul etməməlidir. [...] 
Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu 
hesab edir ki, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində 
təsbit edilmiş və sorğuda mübahisələndirilən müddəaların Konstitusiyaya 
uyğun  olub-olmaması  məsələsi  ali  konstitusiya  ədalət  mühakiməsi 
orqanının  və  eyni  zamanda  Ali  Məhkəmənin  mövcud  qanunvericilikdə 
müəyyən edilmiş səlahiyyətləri çərçivəsində həll olunmalıdır. 
Həmin müddəalar Ali Məhkəmənin Plenumu tərəfindən: 
1) Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatı 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  hüquqi 
hədlər çərçivəsində həyata keçirilməklə; 
2)  Konstitusiya  Məhkəməsinin  qərarlarının,  o  cümlədən  bu 
qərarlarda  əks  olunmuş  hüquqi  mövqelərin  məcburi  qüvvəsini  nəzərə 
alaraq  onların  şərtsiz  icrasının  təmin  edilməsi  üçün  zəruri  hüquqi 
məsələləri həll etməklə; 
3)  Konstitusiya  Məhkəməsinin  qərarlarının  təhrifinə  (təftişinə, 
genişləndirilməsinə,  məhdudlaşdırılmasına  və  ya  digər  formada  təfsir 
olunmasına) yol verməməklə
4)  İşlərin  yenidən  baxılması  məsələsini  təşkil  edərkən  onların 
yalnız  təkrar  baxılması  üçün  deyil,  həmçinin  pozulmuş  insan  hüquq  və 
azadlıqlarının  tezliklə  bərpası  məqsədi  ilə  Konstitusiya  Məhkəməsinin 
qərarlarında  göstərilmiş  məhkəmə  səhvlərinin,  onların  yol  verildiyi 
məhkəmə  icraatı  mərhələsində  və  müvafiq  icraat  üçün  qanunvericilikdə 
nəzərdə  tutulmuş  müddətlər  çərçivəsində  aradan  qaldırılması  üçün 
konkret  qərarlar  qəbul  etməklə  yerinə  yetirildikdə  Azərbaycan 
Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  IX  hissəsinə  uyğun 
hesab edilə bilər. 
 
Qərarda Məhkəmə “preyudisial” sözünə istinad edir. Bu söz Azərbaycanın bəzi 
prosessual  qanunvericilik  aktlarında  istifadə  olunsa  da,  qanunlar  bu  terminin 
tərifini  vermir.  “Preyudisial”  sözündə  “pre”  “qabaq”  və  ya  “əvvəl”  deməkdir, 
yudisial”  isə  “məhkəmə”  və ya  “ədalət  mühakiməsi”  deməkdir.    Qısa  formada 
desək  “preyudisial”  son  olaraq  həll  olunmuş  məsələnin  (adətən  barəsində  son 
məhkəmə qərarı qüvvəyə minmiş) digər məhkəmə və ya işlər üçün mübahisəsiz 
qəbul  olunmasını  ifadə  edir.  Yəni  bir  məhkəmə  artıq  son  olaraq  həll  olunmuş 
(barəsində digər məhkəmələrin qüvvəyə minmiş qərarı olan) işin faktlarını və ya 
hüquqi dəyərləndirməsini mübahisə edə bilməz.  
 
  


34 
 
Qeydlər, suallar və tapşırıqlar 
 
1.
 
Azərbaycan  Konstitusiyasının  1  və  2-ci  maddələrinə  əsasən  xalq 
suverendir.  7-ci maddəyə əsasən isə Azərbaycan demokratik ölkədir. Ancaq xalq 
dövlətin  idarəçiliyində  birbaşa  iştirak  etmir.  O,  seçdiyi  orqanlar  vasitəsi  ilə 
iştirak  edir.  Dövlət  orqanlarının  təşkili  Konstitusiyanın  digər  maddələri  və 
qanunlarla tənzimlənir. Bu maddələrin və qanunların fonunda Konstitusiyanın 1 
və  2-ci  maddələri  daha  çox  deklarativ  xarakter  daşıyır.  Sizcə,  1  və  2-ci 
maddələrin əhəmiyyəti varmı, varsa, onlar nə qədər böyükdür? 
Alman  Konstitusiyasında  oxşar  maddə  var.  Fransanın  hazırkı 
Konstitusiyasının 2-ci maddəsinin 5-ci abzası eyni prinsipi ifadə edir. Ancaq ABŞ 
Konstitusiyasında  buna  oxşar  maddə  mövcud  deyil.  ABŞ  Konstitusiyasının  1-ci 
maddəsi  ABŞ-ın  qanunverici  orqanı  olan  Konqres  barədədir.  Konstitusiyanı 
deklarativ  prinsiplərlə  başlamaq  və  ya  xalqın  iradə  ifadəsinin  bir  yolu  olan 
qanunverici  orqana  aid  müddəalarla  (daha  praktik)  başlamaq  arasında  praktiki 
fərq varmı?   
Konstitusiyanın  əksər  maddələrinin  geniş  xarakter  daşıdığını  nəzərə 
alsaq,  onların  hamısının  deklarativ  olduğunu  demək  olarmı?  Yoxsa  insanların 
münasibətindən asılıdır?   
 
Tapşırıq:  Azərbaycanın  qanunlarına  əsasən  siyasi  partiya  yaratmaq  üçün 
ən  azı  1000  (min)  nəfər  –  bu  daha  çox  və  ya  az  ola  bilər,  bizim 
müzakirəmiz  üçün  böyük  fərq  etməz  –  üzvün  olması  tələb  olunur.  Yəni 
yeni yaranacaq partiyanın azı 1000 üzvü olmalıdır. Məmməd musiqiçidir 
və  hesab  edir  ki,  musiqiçilərin  əmək  haqqı  azdır.  O,  düşünür  ki,  hər  il 
dövlət  ölkədə  fəaliyyət  göstərən  peşəkar  bir  musiqiçiyə  büdcədən  500 
manat pul ödəməlidir. Bu cür qanunun qəbul edilməsinə nail olmaq üçün 
o,  siyasi  partiya  yaratmaq  istəyir  və  qeydiyyat  üçün  qeydiyyat  orqanına 
müraciət edir. Məmmədin partiyasına yalnız 700 insan üzv olmağa razılıq 
verir. Ona qeydiyyatdan imtina edilir.  
 
Məmməd  Konstitusiya  Məhkəməsinə  müraciət  edərək  qanunda 
1000  nəfər  tələbinin  ləğv  edilməsini  xahiş  edir.  Onun  əsas  arqumenti 
budur ki: xalq suverendir, siyasi partiya xalq tərəfindən bu suverenlikdən 
istifadə  etmənin  bir  mexanizmdir,  1000  nəfər  tələbi  xalqın  suverenliyini 
məhdudlaşdırır. Təsəvvür edin, Konstitusiya Məhkəməsi. Siz hansı qərarı 
verərdiniz?    Nə  üçün?  Fərz  edin  ki,  Konstitusiyada  sərbəst  toplaşmaq 
azadlığı yoxdur (maddə 49).           
  
2.
 
Azərbaycanın  Konstitusiyasında  Azərbaycanın  “sosial”  dövlət  olması 
vurğulanır.  12,  16  və  38-ci  maddələrə  baxın.  Xüsusən  12-ci  maddədə 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə